Mingəçevir Dövlət Universitetində

tələbələrlə onlayn mühazirə

 

Mingəçevir Dövlət Universitetində Milli Məclisinin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova filologiya üzrə fəlsəfə doktoru, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan birgə tələbələrə ustad dərsi (onlayn) keçiblər.

Bu ustad dərsi yalnız bir tədris tədbiri deyil, həm milli özünüdərk ideoloji maarifləndirmə baxımından mühüm əhəmiyyət daşıyıb. Dərsin mövzusu Birinci Türkoloji Qurultay, ümumtürk dünyasının mədəni-siyasi tarixində dərin iz buraxmış hadisə şəxsiyyətləri əhatə edib.

Ustad dərsi tələbələr üçün bir neçə baxımdan əhəmiyyətli olmuşdur: Tələbələr Azərbaycan türk dünyasının mədəni-siyasi tarixində mühüm rol oynamış hadisə şəxsiyyətlərlə yaxından tanış olublar. Ədəbiyyatın yalnız estetik deyil, həm ideoloji maarifləndirici gücə malik olduğu vurğulanıb. Bu cür ustad dərslərinin keçirilməsi tələbələr üçün ilhamverici örnək xarakter daşıyır. Ustad dərsi yalnız bir mövzu təqdimatı deyil, milli yaddaşın dirçəldilməsi gələcək müəllim tarixçilərin ideoloji hazırlığı baxımından strateji önəm kəsb edir. Belə dərslər gənc nəslin tarixi köklərə bağlı, müasir düşüncəli milli ruhlu yetişməsinə xidmət edir.

 

Ədəbiyyat qəzeti.- 2025.- 5 dekabr, №47-48.- S.12.