BDU-da Xalq şairi Zəlimxan Yaqubun

75 illik yubileyinə həsr olunmuş

Respublika Elmi Konfransı keçirilib

 

Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə fakültənin məzunu - Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş "Azərbaycanda elm, təhsil və mədəniyyətin inteqrasiyalı inkişafında informasiya mühitinin rolu" mövzusunda Respublika Elmi Konfransı öz işinə başlayıb.

Konfransın açılış mərasimində çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev qonaqları iştirakçıları rektor Elçin Babayevin adından salamlayıb. Əliş Ağamirzəyev bildirib ki, BDU-nu indiyə qədər 200.000-dən çox məzun bitirib. Vurğulayıb ki, hər bir universitetin nüfuzu elm, təhsil, beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlarla yanaşı, eyni zamanda görkəmli məzunları ilə qiymətləndirilir: "Əlbəttə ki, BDU-nun ən böyük dünya şöhrətli məzunu Ümummilli Liderimiz Heydər Əliyevdir. Həm sovet dövründə, həm müstəqillik illərində Ulu Öndərimiz Heydər Əliyev Universitetin elm təhsil ocağı kimi şöhrətlənməsinə şərait yaradıb, ona hər cür dəstək verib. Bu gün isə həmin tarixi missiya Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir". Prorektor qeyd edib ki, BDU-nun tarixi ənənələrindən biri görkəmli məzunların irsinin öyrənilməsi, tədqiqi eyni zamanda təbliğidir. Bu il BDU-nun İnformasiya sənəd menecmenti fakültəsinin məzunu, Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyi tamam olur. Zəlimxan Yaqubun yaradıcılığı zəngin ənənələrə malik milli ədəbiyyatımızın kökləri üzərində formalaşmış inkişaf etmişdir. Onun əsərləri bütün Türk dünyasında hər zaman rəğbətlə qarşılanmış, geniş oxucu kütlələri tərəfindən sevilmişdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Zəlimxan Yaqubun irsinə parlaq şəxsiyyətinə yüksək qiymət vermişlər. Zəlimxan Yaqub Ulu Öndərimiz Heydər Əliyev tərəfindən "Şöhrət" ordeninə, cənab Prezidentimiz İlham Əliyev tərəfindən isə "Xalq şairi" adına "Şərəf" ordeninə layiq görülüb. Hesab edirəm ki, Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr edilmiş Respublika elmi konfransı görkəmli şairin ədəbi irsinin tədqiqi, qiymətləndirilməsi, təbliği, kitabxana-informasiya resurslarında bu irsə dair mənbələrin sistemləşdirilməsi təhlili baxımından mühüm əhəmiyyət kəsb edir.

Milli Məclisin deputatları Elnarə Akimova, Musa Urud, BDU-nun İnformasiya sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı, Redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, professor Rüstəm Kamal, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, şair Vaqif Bəhmənli, AMEA-Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli, tənqidçi Əsəd Cahangir, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu çıxışlarında Zəlimxan Yaqub yaradıcılığının çoxtərəfli istiqamətləri məziyyətləri barədə danışıblar.

Sonda Xalq şairi Zəlimxan Yaqubun oğlu Bəhlul Yaqubov atasının irsinə verilən yüksək qiymətə Respublika elmi konfransının təşkilinə görə BDU-nun rektoru Elçin Babayevə, məruzəçilərə iştirakçılara ailələri adından minnətdarlığını bildirib.

Qeyd edib ki, 2 gün ərzində davam edəcək konfransda Xalq şairi Zəlimxan Yaqubun çoxşaxəli yaradıcılığı barədə, eyni zamanda sənəd informasiya menecmenti, informasiya logistikası, mütaliə mədəniyyəti, oxucu zövqü, oxucu məmnunluğu, kitab sənayesi, müəlliflik hüququ əlaqəli hüquqlar, mədəni irs, muzey, arxiv işi kimi sahələr üzrə ümumilikdə 40-dan çox məruzə dinləniləcək, müzakirələr aparılacaqdır.

 

Ədəbiyyat qəzeti.- 2025.- 5 dekabr, №47-48.- S.14.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 

 

 

Digər

Ədəbi körpü memarı Alla Axundova - Abuzər BAĞIROV

06.12.2025

Ədəbi körpü memarı Alla Axundova - Abuzər BAĞIROV

Mingəçevir Dövlət Universitetində tələbələrlə onlayn mühazirə

05.12.2025

Mingəçevir Dövlət Universitetində tələbələrlə onlayn mühazirə

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika Elmi Konfransı keçirilib

05.12.2025

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika Elmi Konfransı keçirilib

Mirzə Qədim İrəvani "Xalq Əmanəti" layihəsinin 26-cı nəşrində

05.12.2025

Mirzə Qədim İrəvani "Xalq Əmanəti" layihəsinin 26-cı nəşrində

"Kitabi-Dədə Qorqud" dastanları çağdaş Azərbaycan şeirində K.Abdulla "gizlinləri" - Yeganə İSMAYILOVA

05.12.2025

"Kitabi-Dədə Qorqud" dastanları çağdaş Azərbaycan şeirində K.Abdulla "gizlinləri" -