Bir ovuc yağış
olub
Bu toxumluq
insanı
Uyutmaq istəyirəm...
Adamların
zəhər sözün
Oyaq başla çəkmək
olmur,
Tanrım,
mənə yuxu ver...
Alışmışam,
Xoş nə varsa, ver özgəyə,
Göz yaşardan dumanından
Gətir,
çəkim ahı,
ver...
Buludlanmış
fikirləri,
Xoşbəxtliyin abidəsin
O adamın dodağında
Sözdən sözə yıxıb,
ver...
Bir orqan
bağışı kimi,
yaddaşımı,
Ver alzeymer xəstəsinə,
Anam səhvən doğub,
ver...
Şans
istəsəm, yolun azar,
qəza
edər.
Atılası nə dərdin
var,
Ver,
nə varsa yığıb,
ver...
Tanrım,
gücün çatsa məni,
Təkrar
zalım biri kimi
Bu dünyaya doğub ver...
***
Öpdüyüm
barmaqları gözümün üstə qoydum,
Bir dözülməz həsrəti
dözümün üstə
qoydum.
Eşqi
ən şah beytimin, sözümün üstə qoydum...
Yalqızlıq
gəmirdikcə gözümdə dərd uladı,
Əlimin
tərsi ilə yanağımı buladım,
Doğmalar "dəli", deyib
bir-bir başın salladı...
Qəm
oxunu atdıqca kirpiklərim qanadı,
İçimdəki saflığım
döyüldükcə anladım
Səadət axtarırmış bu
qürursuz inadım...
Əzildikcə
hey əzdi yükü ağır qayğılar,
Axı mənim nəyimə yaraşır saf duyğular?!
Ömür ölümmüş demə, yaşamaqmış
yuxular...
Mən
yatmaq istəyirəm,
Torpaq sinəmin üstə
Bir ovuc yağış olub
Bu toxumluq insanı
Uyutmaq istəyirəm...
***
Göz
yaşlarımı
sapanda qoydum,
Atdım
bu şəhərin yanaqlarından.
Suları
qasırğada
dördnala çapan,
Xəzər oldum...
Arzuların
yosun saçlarını hördüm,
Sildim
göylərin rəsmini
dalğaların başı üstdən,
pozar oldum...
Keçmişin
sönmüş yaddaşında susdum,
Ayaq açdı
Uşaqlıq xatirələrim
başdaşında,
Özümü
Atamın
Şəkildən baxan gözündə
Gəzər oldum...
Dəliliyin
bəyaz
donunda
dolaşdım ismətimlə,
Allaha
bir pərdə uzaq, bir pərdə yaxın.
Hər şeyi düşündüm,
"Heç nə" olmadım,
Bircə
Bu ölkədə bəxtsiz
şair,
"Yazar" oldum...
İspaniya
şeirləri silsiləsindən...
1
Bir ispan
kafesindən
baxıram Allaha,
Ruhuma qürbət damır.
Şərab qoxulu küçələrdə,
Kilsə
zəngləri
toxtamır...
Duyğular
- boş çərçivə,
Təkliyi qoyub içinə,
asıram
boşluqdan.
Ümidsə yarıyuxulu,
Təklikdən, sərxoşluqdan...
Necə də
kədərlidir
həsrətin tərcüməsi...
Burda heykəl çılpaqlığı
mədəniyyət,
Yaşamaq özü bir sənət.
Hər kəs sənətkar,
Qaç...
qurtar...
Flamenko rəqsində
addımlayır
burda ömür,
İspanca danışıram, ispanca
darıxıram,
senyor,
ispanca...
Bəs
o?.. Heç kimsə bilmir...
Ruhumdakı qabarmalar
Çəkilmir...
2
Okean
suları altda
Çamura bulaşmış arzuları
axtaran
balıqçıdır əllərim,
Kirpiklərimi tilov atdım,
Toruma düşən göz yaşına...
Senyorita,
Qayğısız ömründən bir
gün ver mənə,
Çırpım keçmişimin
Boz yaddaşına...
Başdan-başa
körpüyə dönüb
Göy üzü,
Qanad taxdım qollarıma...
Düşməsin deyə,
qəlbimi
dimdiyimdə
gəzdirirəm qürbəti...
Senyorita,
Çünki, o ürək
mənə uzaqların əmanəti...
Gec-tez burdan ayrılacaq nəfəsim,
Burda qəribəm.
Çırmala ətəyini
suların,
yol ver,
Biskay körfəzi...
3
Siqaret
dumanında
rəqs
edən qəhqəhə
səsi -
Yaşamağın
savabı,
Yanağı qızarmış qədəhlərdə
səndələyir
ispan şərabı.
Çəkilib bir küncə
Gəzirəm məni tapanı,
Yuxumu qaçıran xəyallara
bir fincan, limonlu
çay
süzərək
İzləyirəm
Avropanı...
Ağlımda
Vətənim, həyatım
Və yağış gölməçələri.
Bir də yanımdan ötən
maaşım,
Payızın
palçıqlı ayaqlarıyla
savaşı...
Sonuncu zəngini
çalır
Kilsə,
Yuxulu gözlərinin duası qaçıb...
Ovuclarımdan çırpılır zənglərə
Bakının
küləkli havası
uçub...
Bir
neçə saat sonra
Həftənin ilk
günüdür,
Dincələcək badələr.
Qəhvə ətri yayılacaq
kafelərdən,
İşə tələsəcək
xoşbəxt ifadələr...
Mənsə,
Hər İki ölkədə,
saat fərqində
beləcə
mürgüləyəcəm ömrə...
Bəzən əqlim çaşacaq,
Oğlumu
qorusun deyə,
Başqa
dildə
dua edib
Yalvaracam
Allaha
Sonra...
Sonra...
***
Hər
gün bir tel qopur
ruhumun
sevgi simlərindən...
Yavaş-yavaş
Xaric səslənirik
Oxuduğumuz eşq nəğməsində.
Do notu
barmaqlarım arasında susqun,
Re-ni üzgün görürəm.
Bir həsrət çaları
var
Mi səsində...
Fa notu yolun ortasında
peşman
və üzgün,
Sol səsi
Sol açarından küskün,
Lya - oktavada
ayrılığa gedən yolun sonu,
Si - bu sevgidəki ən yanıqlı
nöqtə.
Peşmanlıq
Və yanlış həyatımdakı
son beyt,
Məqtə...
Budur,
bizim musiqimiz səslənir,
Bir günahsız sevgi
ömrün son akkordlarında
bəstələnir,
Gözlərimdəki kədərdə
Dəfn
olur...
Maestro,
Götür bu şeiri,
İfa
et, əlvida əvəzi
Mavi gözlü göy adama,
bulud əlçimlərində...
***
Sübhün gözlərini dua
öpürdü,
Təsbehlər adını zikr edirdi,
Minarələrdən
Tanrı
nəfəsi axırdı...
Bir məsciddə Azan səsi
İsanı
doğurdu,
Çarmıxlar çiçək açmışdı.
Bütün dinlər
minbərə çıxmışdı
kəlmeyi-şəhadət
gətirirək.
Şeytan
daşlayan adamlartək
Mən də
Günahlarımı daşlayırdım
Səni
sevərək...
Kirpiklərim yenicə
səcdədən qalxmışdı ki,
İlahi
bir eşqlə
Sevginə ibadətə oturdum
o gündən
İllərin necə ötdüyündən
xəbərsiz,
Daha
Allahsız kimiyəm
Mən sənsiz!!!
Aysel Xanlarqızı SƏFƏRLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 5 dekabr, ¹47-48.- S.15.