Səs
Sükut
dolu qəlbimin
İçindəki nə səsdir?
Bəlkə duyğum, ilhamım,
Bəlkə qəlbimə qəsddir?
Bəlkə elə ölümdür
-
Gəldi,
boynum büküldü?
Göz yaşıma çevrilib
Ürəyimə töküldü?
Bu səs tanışdır yaman,
İçimdə izlər məni,
Tanrım,
bu səs nə səsdir?
Özümdən gizlər məni?!
Ay adam, baxma dalımca
Ay adam, baxma dalımca,
İtirdiyin məndə ki yox.
Tanrını duyan, anlayan
Mənəm, özgə bəndə
ki yox.
Çağırdım bu qərib quşu,
Düşdüm sözün xatasına.
Tanrım
qıyıb bir daş ata -
Qurban olam ədasına.
Dərdimiz
Dərd
çəkərmi dərdə
gülən?
Bir içim sudu dərdimiz.
Arsız
olma, dərdə güvən,
Bəlkə yuxudu dərdimiz.
Söz mülküdü könül
mülkü.
Gəl,
könlündən keçəni
yaz.
Dərdə düşsün dərd
verəni -
Dərd
olmasa, çəkən
olmaz.
Bulud gələ, çən qarışa,
Ağlaya
bir az dərdimiz.
Ay dünyanın bəxtəvəri,
Bəsdir
bizə öz dərdimiz.
Balaş İSKƏNDƏRLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 5 dekabr, №47-48.- S.21.