Seyran Səxavətin "Seçilməmiş əsərlər"

seriyasından yeni kitabları çapdan çıxıb

 

Tanınmış yazıçı Seyran Səxavətin "Seçilməmiş əsərlər" adlandırdığı seriyadan növbəti kitabları çapdan çıxıb.

"Seçilməmiş əsərlər" in birinci və ikinci cildləri bir neçə il bundan əvvəl nəşr olunmuşdu. Bu il isə üçüncü, dördüncü və beşinci cildlər oxuculara, ədəbiyyatsevərlərə təqdim olunub. Bununla bağlı Yazıçılar Birliyinin Natəvan klubunda izdihamlı təqdimat mərasimi keçirilib və kitabların xeyriyyə məqsədilə satışı təşkil olunub.

Məlumat üçün bildirək ki, "Seçilməmiş əsərlər" in üçüncü, dördüncü və beşinci cildlərində yazıçının müxtəlif dövrlərdə qələmə aldığı əsərlər toplanıb. Üçüncü cilddə oxucular "Kenquru", "Sanatoriya", "Ağrı", "Qızıl teşt", "Ocaq" daşı povestlərini oxuya biləcəklər. Dördüncü cilddə yazıçının hekayələri, məqalələri və müsahibələri toplanıb. Beşinci cilddə isə "Dar köynək", "Gözü işığa düşmüş adam", "Bir stəkan hava", "Qapıların o üzündə qalan dünya" povestləri yer alıb.

Yazıçının bu kitblarını Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Tuna" QSC nəfis şəkildə - yüksək poliqrafik keyfiyyətdə nəşr edib.

 

Ədəbiyyat qəzeti.- 2025.- 5 dekabr, №47-48.- S.21.