Hörmətli Güləmail xanım Murad!
Sizin şeirlərinizi ilk dəfə
"Qobustan" jurnalında
oxumuşam. Vətənpərvərlik
mövzusunda olan bu şeirlər yazılanda torpaqlarımız
hələ işğaldan
azad edilməmişdi,
zamanın dumanlı-çiskinli
vaxtları idi. Bu gün artıq torpaqlarımız düşmən
tapdağından azad edilib, amma siz
yenə də Qarabağ müharibəsi,
şəhidlər, qazilər
haqqında şeirlərinizi
yazırsınız. Yəni
siz öz mövzusu olan şairsiniz və bunu yazıçı, şair üçün önəmli sayıram. Siz şəhid analarının dilindən
yazdığınız şeirlərdə
xalqımızın böyük
kədəri, eyin zamanda qüruru, dəyanəti, əyilməzliyinin
bədii ifadəsini verirsiniz. Bəzən tədbirlərdə, müxtəlif
yazılarda sizə Güləmail Ana - deyə
müraciət olunduğunu
görürəm və
haqlıdırlar. Çünki
siz öz şeirlərinizdə bütün
Azərbaycan analarının
sözçüsü kimi
çıxış edirsiniz.
Sizin şeir və poemalarınızın
daha bir diqqətçəkən tərəfi
ümumtürk dünyasına
bağlılığınızdır.
Biz gənc olanda ən adi bir
türk sözünü
işlətmək belə,
qəti yasaq idi. Hamının başı üstündə
pantürkist damğası
təhlükəsi var idi.
İndi bu qorxulu yasaqlar, qadağalar aradan qaldırılıb və türk xalqlarının vahid mədəni birliyinə qayıdış prosesi başlayıb.
Xoşdur
ki, siz də ümumturk ruhunda olan əsərlərinizlə,
Türkiyədə və
digər türk respublikalarında düzənlənən
ədəbi-mədəni tədbirlərdəki
iştirakınızla bu
prosesin fəal iştirakçılarından birisiniz.
Redaktorluğunu unudulmaz
Fikrət Qocanın elədiyi yapon haykularından
ibarət kitabınız
isə sizin dünya poeziyasına olan marağınızı
göstərir.
Siz artıq neçə ildir ki, Azərbaycan Yazıçılar Birliyində
işləyirsiniz və
öz təvazökarlığınız,
nəzakətinizlə ziyalı
bir Azərbaycan xanımı kimi kollektivin dərin hörmətini qazanmısınız.
Siz mənim yaddaşıma həm də bir cəhətdən daxil olmusunuz ki, haqqımda yazılan ilk və hələ ki son poemanın müəllifisiniz.
Sağ olun!
Hörmətli Güləmail xanım!
Bu günlərdə dünyaya
gəlişinizin 75 ili
tamam olur. Azərbaycan, Gürcüstan,
Türkiyə və digər türk respublikalarında qazandığın
bir çox ödüllər, haqqınızda
yazılan təqdiredici
yazılar, işlədiyiniz
kollektiv üzvləri
arasındakı hörmətiniz,
ən başlıcası,
oxucuların sevgisi bu 75 illik ömrün
mənasız keçmədiyindən
xəbər verir. Sizi yubileyiniz münasibətilə təbrik
edir, arzu edirəm ki, sağlıqlı
və yaradıcılıq
uğurları ilə
zəngin illər bundan sonra da nəsibiniz olsun!
Dərin
hörmətlə;
ANAR
Azərbaycan Yazıçılar Birliyinin sədri,
Xalq
yazıçısı
Ədəbiyyat
qəzeti.- 2025.- 5 dekabr, ¹47-48.- S.23.