Şair,
publisist Güləmail Muradı artıq uzun illərdir ki,
tanıyıram. Azərbaycan Yazıçılar Birliyində
birgə çalışırıq. O, çox fəal, zəhmətkeş
və vətənpərvər yazar, çox sayda kitab müəllifidir.
Onun, xüsusən, vətənpərvərlik mövzusuna,
Qarabağ müharibəsinə həsr olunmuş, şəhidlərimizə
ithaf etdiyi kitablarının təqdimatları dəfələrlə
Azərbaycan Yazıçılar Birliyində, eləcə də
digər mötəbər məkanlarda və müxtəlif
bölgələrdə keçirilib.
Güləmail
Murad bir şair və publisist kimi, hər zaman ədəbi
hadisələrə adekvat reaksiyası ilə seçilib. Bu
ictimai, ədəbi proseslərə münasibəti onun yaradıcılığında,
kitablarında özünü göstərir. "Qarabağ
harayı", "Vətən sağ olsun!",
"Dağlarda şəhid səsi", "Günəş
qürub edəndə" və sair kimi kitabları ədəbi
ictimaiyyətin diqqətini çəkib, geniş oxucu
marağına səbəb olub.
Onun
yaradıcı fəaliyyəti diqqətdən kənarda
qalmır. O, Azərbaycan Yazıçılar Birliyi tərəfindən
Beynəlxalq "Rəsul Rza" mükafatına, Prezident təqaüdünə,
eləcə də bir sıra fəxri diplom və
mükafatlara layiq görülüb.
Güləmail
xanım çox səmimi və sadə bir insandır. Onu 75
illik yubileyi münasibəti ilə təbrik edir, möhkəm
cansağlığı və yaradıcılıq
uğurları arzu edirəm!
Rəşad
MƏCİD
Mətbuat
Şurasının sədri,
Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini
Ədəbiyyat
qəzeti.- 2025.- 5 dekabr, №47-48.- S.23.