Zəfərin mübarək!
Azərbaycan Respublikasının
qalib Prezidenti, müzəffər
Ali Baş
Komandan İlham Əliyev cənablarına...
Gün kimi doğuldun nurlu səhərdən,
Almısan dərsini ulu öndərdən!
Düşməsin qılıncın görüm
kəsərdən,
Sənsən qürurumuz, sənsən
şanımız,
Müzəffər Ali Baş Komandanımız!
Dünyanı mat qoyub kamalın
sənin,
Pozulmaz inşallah, cəlalın sənin!
Olmasın heç zaman məlalın
sənin,
Sənlə qoşa olsun Mehribanımız,
Müzəffər Ali Baş Komandanımız!
Zəfər müjdəsi tək
çağladın, əsdin,
Düşmənin yolunu hər yandan kəsdin!
Sülhdən başqa yoxdu heç zaman qəsdin,
Bədəndə ruhumuz, təndə
canımız,
Müzəffər Ali Baş Komandanımız!
Yurd oldu amalın, haqq oldu andın,
Özünü Vətənə bir
oğul sandın!
Haqqın
keşiyində ər
tək dayandın!
Sənsiz
keçmədi heç
bircə anımız,
Müzəffər Ali Baş Komandanımız!
Bir zəfər müjdəsi
gətirdin hər gün,
Sərkərdə borcunu bitirdin hər gün!
Xalqı
qələbəyə yetirdin
hər gün,
Qalmadı yerlərdə şəhid
qanımız,
Müzəffər Ali Baş Komandanımız!
Ey əsgər libaslı, ey boyu çinar,
Nə gözəl yaraşır
sənə bu vüqar!
Səni
hifz eləsin qoy Pərvərdigar,
Gül-çiçəklər açsın
dörd bir yanımız,
Müzəffər Ali Baş Komandanımız!
Sən Allahdan gələn buyruğa döndün,
Düşmənin başında yumruğa
döndün!
Yenilməz sərkərdə, başbuğa
döndün!
Ey yenilməz Milli Qəhrəmanımız,
Müzəffər Ali Baş Komandanımız!
Vətən səmalarda qartal
tək süzür,
Baxışı yağının bağrını
üzür!
Zəfəri zəfərin üstünə
düzür,
Çünki sənsən sahibi-zamanımız,
Müzəffər Ali Baş Komandanımız!
Bu himni oxumağa türkü Şuşaya çağır
Mənim
soyum, kökümdür
qədim Turan elləri,
Burdan Tanrının səsi, türkün nəfəsi
yağır.
Azərbaycan-Türkiyə - bir millət, iki dövlət!
Bu himni oxumağa türkü Şuşaya çağır!
Şığısın şahin kimi asimana səsimiz,
Yayılsın dörd bir tərəf, dörd bir yana səsimiz!
Gətirsin tarixləri yenə
cana səsimiz,
Bu himni oxumağa türkü Şuşaya çağır!
Yağılar baş qaldırıb
deyə bilərmi qan-qan,
Türk
elləri birləşib
olsalar yenə bir can?
Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan!
Bu himni oxumağa türkü Şuşaya çağır!
Qoy bu himn hər
misra,
hər bir bənddə oxunsun,
Türk
yaşayan hər şəhər,
hər bir kənddə oxunsun!
Ankara, Bakı, Daşkənd -
hər başkənddə oxunsun,
Bu himni oxumağa türkü Şuşaya çağır!
Bu, zamanın hökmüdür,
bunu zaman eşitsin!
Eşitsin bütün ellər,
bütün cahan eşitsin!
"Mən türkəm!" söyləyən hər bir insan eşitsin,
Bu himni oxumağa türkü Şuşaya çağır!
Turan bayrağı
Könül Turan sevgisiylə
doludur,
Bu yol Türkün yolu, haqqın yoludur.
Səni
tutan ərənlərin
qoludur,
Ey birlik bayrağı, Turan bayrağı!
Ürəyimdən necə həzin
səs gəlir,
Turan eli köksümdədir, dincəlir!
Qalxacaqsan,
zaman gəlir, gün gəlir,
Ey birlik bayrağı, Turan bayrağı!
Altaylardan
Xəzərədək çalxalan,
Anadolu ellərinə arxalan!
Ağrıdağın zirvəsində
dalğalan,
Ey birlik bayrağı, Turan bayrağı!
Azərbaycan ordusu
Sən xalqımın aldığı
nəfəsdən yaranmısan,
Azadlığa sevgidən, həvəsdən
yaranmısan,
Oddan-alovdan keçən bir
səsdən yaranmısan!
Dilimizin
nidası, sözümüzün
vurğusu,
Azərbaycan ordusu, Azərbaycan
ordusu!
Bir əsr bundan öncə qoyulsa da təməlin,
Tarixlərin ən dərin qatına çatır əlin.
Azərbaycan eşqiylə bağlıdır
həm əməlin,
Biləklərin qüdrəti, ürəklərin
duyğusu,
Azərbaycan ordusu, Azərbaycan
ordusu!
Cavanşir tarixlərə adını
qanla yazıb,
Babək
bayraq qaldırıb, zülmə üsyanla yazıb,
Koroğlu nərə çəkib,
qılınc-qalxanla yazıb!
Vətənimin qeyrəti, torpağımın
namusu,
Azərbaycan ordusu, Azərbaycan
ordusu!
Keçdi neçə yüzillər,
sən yenidən yarandın!
Torpağımın ruhuna sanki bədən yarandın!
Nə yaxşı sən doğuldun, nə yaxşı sən yarandın!
Cavanların təpəri, körpələrin
yuxusu,
Azərbaycan ordusu, Azərbaycan
ordusu!
Əliağa Şıxlinski sənə
yaran, ol, dedi,
General Mehmandarov marş, irəli, sol, dedi,
Ana Vətən dil açdı, sənə yaxşı yol, dedi!
Hər atanın övladı, hər ananın yavrusu,
Azərbaycan ordusu, Azərbaycan
ordusu!
Sular axdı, bulandı, coşan ümmana döndü,
Nuhun zamanı kimi sanki tufana döndü!
Heydər
baba yenidən Azərbaycana
döndü,
Gəl dedi, gözlərində qalmadı bu arzusu,
Azərbaycan ordusu, Azərbaycan
ordusu!
Yurdun hər qarışını
sən qorudun qanınla,
Torpaqlara
can verdin nəfəsinlə, canınla.
İftixar mənbəyimsən öz adınla, sanınla!
Sarsıda bilməz səni
heç bir düşmən qurğusu,
Azərbaycan ordusu, Azərbaycan
ordusu!
Ali Baş Komandanım durur sənin başında,
Xalqın
ümid yerisən Qarabağ savaşında!
Təbrik
edirik səni, qocaman yüz yaşında!
Nə qədər yazsam, yenə qaldı sözün çoxusu,
Azərbaycan ordusu, Azərbaycan
ordusu!
Güləmail MURAD
Ədəbiyyat
qəzeti.- 2025.- 5 dekabr, ¹47-48.- S.23.