Sən axı
deyəsən, unutdun məni,
Fərqi
yox, nə zaman, necə olduğu...
Bir qış axşamında,
bir yaz çağında,
Bir çay axışında,
arx qırağında,
Mövsümlər küsəndə biri-birindən,
Ah çəkdin, ahh...
sildin elə dərindən
Adımı, unutdun məni,
Fərqi
yox, nə zaman, necə olduğu...
Ümidin
kəsilib, gözləntin
doyub,
Bitirib təlaşın sevda kürlüyü.
Hər dəfə süzdüyüm
çay da soyuyub,
İtib
çay keyfinin bərabərliyi.
Mənmi
unutmadım keçən
hər anı?
Mənmi
unutmadım ötən
hər dəmi?
Bu eşqi,
bu ömrü,
bu həyəcanı
bölüb paylaşanı itirmiş
kimi,
Sən axı deyəsən, itirdin məni,
Bir sətir süzmüşəm,
süfrəmə buyur,
(Bəlkə bu sətirdən içsən
bir udum),
Bir çay tökülüncə
necə soyuyur,
Eləcə soyudun, elə unutdun...
Fərqi
yox, nə zaman, necə olduğu...
Sən axı deyəsən, unutdun məni,
Lalələr susanda, sular dinəndə,
Torpaq məzarlanıb evə dönəndə,
Onsuz unudulub gedəsi idik...
Niyə
unutmağa belə tələsdik?
Yarpaq saralanda, çiçək
solanda
Baxaraq üzülən, yanan biz idik,
Elə bu vədədə, elə bu anda,
Ayrılmaq bizimçün hələ
tez idi.
Bu qədər qaçhaqaç,
qovhaqov hədər,
İnsan
varlığına susayıb
axşam,
Üstümü toz basıb, gözümü kədər,
Sanki milyon ildi unudulmuşam...
***
Tanrı
sınaq üçün
lütf eləyibdi,
Qalmısan içində bu
əsir ömrün.
Bir azca təsəlli olsaydı, bəlkə,
Bitirə
bilərdin kəm-kəsir
ömrü.
Ürək təzyiq edir, göz kölgə salır,
Ölüb-dirilirsən hər gün yüz kərə.
Qələm naşı durur,
söz aciz qalır,
Sarırsan ruhunu ağ vərəqlərə.
Ömür də bir yoldur, tükənir yollar,
Bəzən bircə ömür
insana yetməz.
İçində qırıqlıq sindromu
var,
Yüz ömür calansa ömrünə, bitməz.
Darıxmaq borcu
Hər borca düşmüşəm,
borcdan çıxmışam,
Hər xərcə düşmüşəm,
xərcdən çıxmışam.
Vardır
bu ömürə əzəli borcum,
Əbədi borcum...
Mən deyim, sən də bil!
Bil, nədi borcum!
Hər günə bu borcum bitib-tükənməz,
Hər günə bu borcum heç cürə dinməz.
O borc ödənməsə
keçməz həmin
gün,
Ömür təqviminə köçməz
həmin gün.
O gün danışmaram, lal-kar olaram,
O gün ov olaram,
şikar olaram
Ürəyim soyumaz, ruhum ovunmaz,
Duam göyə çatmaz, ahım ovunmaz.
Ürəyim həblərə itaət
etməz,
İlhamım təblərə itaət
etməz.
O borc həm tələdi,
həm də təsəlli,
O borc ilahidən edib təcəlli.
O borc həm dərmanım,
həm də yaramdı,
O borc ən sevimli
ciyərparamdı.
Xəyal
tək uzaqdı, quş tək azaddı,
Bu qədər yaxındı,
bu qədər yaddı.
Allah dil verməyib binədən lala,
Danışsa, milyonlar yetər
vüsala.
***
Bu gün də üstümə-üstümə gəldi,
Qul ikən şahanə-şahanə
gəzdim.
Kim məndən ağıllı
adam düzəltdi?!
Dəli
olmaq üçün
bəhanə gəzdim.
Göy ikən göy üzün endirdim yerə,
Ayaqlar altına yıxdım özümü.
Səma
yamac-yamac, yer pərən-pərən,
Durna qatarına çaxdım özümü.
Ürəyim qırılıb ovcuma
düşdü,
Göy üzü yarıldı bu toqquşmadan.
Durnalar yaralı-yaralı uçdu,
Bəzən günahın da çox
sevir adam.
Bir durna gözündə damla yaş oldum,
Bir durna qanadın qırdı üzümdən.
Bu acı, amansız yerdən yoruldum,
Özüm olum deyə, döndüm özümdən.
Günahı saxlamır göylər,
sən demə,
Ağlayıb, göylərin günahın
aldım.
Bir ovuc qan sıxdım
kipriklərimə,
Gözlərim ağrıdan bərələ
qaldı.
Nəhayət, bu acı ağrını yendim,
Yendikcə dünyayla bitdi
hər işim.
Ağrı yenildikcə özüm
yenildim,
Onda anladım ki, ağrı mənmişəm.
Divara çırmandım, kölgəyə
qaçdım,
Mincildli
"bəlkədən-bəlkəyə"
qaçdım.
Mən bu göy üzünə
əmin olmadım,
Mən özüm-özümə əmin
olmadım.
***
Sevmə
məni, ürəyim,
ayazdı,
üşüyərsən.
Saçlarıma toxunma,
bəyazdı, üşüyərsən.
Aldatmırsan, bilirəm,
get, başqasın sev, sevil.
Aldatsan
da, nolar ki,
aldanan yaşım deyil.
Hər sevgi bir cür
yara,
hər yaradan iz qalır.
Ürək buz bağlayanda
sevgilər aciz qalır.
Daha gülməyim tutur,
bu sözümdən üşənmə.
Pis mənada demirəm,
qəti
elə düşünmə.
Kimi sevsən, əminəm,
sənə biganə qalmaz.
Ürək hökmrandısa,
ürəyə hökm olmaz.
Can, biz nəkarəyik ki?
Hər məsləhət Onundur!
Uzaqdan cazibədar
görünürəm, uzaq dur!
***
Sevməyə bir adam olmalı yenə...
Könlünə, ruhuna yaxın bir adam,
Gözəllik təbinə yaxa
bir adam,
Lap elə ürəyi yuxa bir adam
olmalı,
olmalı,
olsun da,
olsun!
Gözünün içinə baxan
birisi,
Su kimi qəlbinə axan birisi,
Ruhunda şimşəktək çaxan
birisi,
Tanrının yadından çıxan
birisi
olmalı,
olmalı,
olsun da,
olsun!
Xatirə
içindən süzülən
gələn,
Yüz yerdən seçilən, sezilən, gələn,
Eşqiylə süslənən, bəzənən
gələn,
Kiminsə atdığı,
laaapp unutduğu,
olmalı,
olmalı,
olsun da,
olsun...
Dünyanı könlünə gen edən biri,
Gününü hər daim gün edən biri,
Hər şeyi sevgiylə tən edən biri,
Yuvada çöp olsun,
evdə
dam olsun,
Sevib-seviləcək bir adam olsun,
olmalı,
olmalı,
olsun da,
olsun...
***
Kimsə
bilməz,
laldı
qapım,
Ağzında dili yoxdu, yox...
Gələnə-gedənə yanır,
Yanır
eyy,
külü
yoxdu, yox...
Bəlkə uludan uludu,
Bəlkə də haqqın
yoludu.
Tanrının aciz quludu,
Dilənən əli yoxdu, yox...
Əyriləri düz göstərməz,
Üz görməzsə,
üz göstərməz,
Qapı-qoşun düz, göstərməz,
Bu qədər dəli yoxdu, yox...
Nə tozu var, nə hisi var,
Kimin belə dəlisi var?!
Dərd
verməyə ölüsü
var,
Dərdindən ölü yoxdu,
yox.
***
Məndən göyə yol yox,
göydən
Tanrıya,
Nə bu yağış bitər, nə bu yol başlar.
Bu gecə çətin ki, ağrıya, doya
Mənim
günahımı dənləyən
quşlar.
Yenə
aç əlimi, bir falıma bax,
Oxu ulduzların boş vədlərini.
Yerə
məlhəm elə, göylərə qurşaq
Mənim
sirlərimlə göyün
sirrini.
Çoxdandır səssizdir içimdə
gecə,
Tut yenə əlimi, bir falıma bax.
Bax, alın yazımı elə dürüstcə
Əlimdə-ovcumda yazıbmı Allah?!
***
Hürkütdüm tozunu xatirələrin,
Düşdüm ocağına nimdaş
illərin.
Nənəmin min illik nimçəsi
kimi,
Qalayçı əlimdən qopdu
əllərin.
Toz necə hürkərmiş,
kim görüb belə?
Gözümün görəsi yol,
iz qalmadı.
Göz-gözü görmədi duman
içində,
Adını çağırdım, cavab almadım.
Küçələr, səkilər toza bələndi,
Divarlar,
şəkillər toza
bələndi,
Hər yerə,
hər şeyə bu toz ələndi.
Rənglər bir anlığa
saraldı, soldu,
Hər yer duman oldu,
hər yer toz oldu.
Pilləyə, kürsüyə kök
atdı bu toz,
Hər kəsə, hər şeyə kök atdı bu toz.
"Nədir ki" dediyin toz yalan oldu,
O qədər böyüdü,
şişdi, dağıldı,
Sözdə sevgisinə toz qondurmayan,
Dönüb yekə başlı
bir ilan oldu.
Bu toza bulaşdı dostlar, yaxınlar,
Gözümdə qayalar toza çevrildi.
Nə yaxşı, yapışıb
iki yaxamdan,
Özümü bu tozdan çıxara bildim.
Ay Bəniz
ƏLİYAR
Ədəbiyyat
qəzeti.- 2025.- 5 dekabr, ¹47-48.- S.27.