Xidmət etmək istəyirsənsə

 

Abid Tahirli-70

 

(Əvvəli ötən sayımızda)

 

***

 

Abid TahirliAzərbaycan mühacirət mətbuatı” (I hissə) (Bakı, Qapp-Poliqraf 2002) (“Yeni Qafqasiya”, “Azərbaycan” (“Paris”), “Odlu yurd”, “Azərbaycan yurd bilgisi”, “İstiqlal”, “Azərbaycan” (Ankara) əsərində mətbuat tariximizin kompleks halda araşdırılmasının mühüm istiqamətini açıqlayaraq sistemli bir qruplaşdırma aparıb: “Çar Rusiyası dövründəki Azərbaycan mətbuatı; Sovet İttifaqı dövründəki Azərbaycan mətbuatı; Cənubi Azərbaycan mətbuatı; Azərbaycan mühacirət mətbuatı; Müstəqil Azərbaycanın mətbuatı (1918-1920-ci illər 1991-ci ildən sonrakı)”. Bölmələrin hər biri tədqiqatın milli, ictimai ideya əhəmiyyətini əks etdirir.

Müəllif “Yeni Qafqasiyajurnalına giriş olaraq AXC-nin süqutundan sonra  xaricdə məskunlaşan mühacirlərinvahid, aydın proqramla birgə fəaliyyət göstərməməsi”nə diqqəti yönəldərək mövzuya açar salır. Tədqiqatçı mühacirət jurnalistikası tarixinin ilkin mərhələsi haqqında deyilənləri ümumiləşdirərək görüləcək işlərin bir növ proqramını təqdim edir. Bir qədər əvvəldə adlarını çəkdiyimiz digər nəşrləri bu üsulla, lakin hər birini öz motivi məcmusunda tədqiq edir. Təhlil predmeti jurnalın ideya istiqamətinə söykəndiyindən tədqiqatçı materiallara məhz həmin aspektdən nəzər yetirir. Əgər, “Odlu yurdjurnalının nəşr tarixi, proqramı, mövzuları mühərrirləri elmi baxış müstəvisinə gətirilirsə, “Azərbaycanjurnalının nəşrə başlaması yazarları barədə xronikal məlumatdan sonra ciddi siyasi məzmunlu mətnlərdə qoyulan məsələlər işıqlandırılır. Əhməd bəy Ağaoğlu, övladları, məktubları, Malta sürgünündən sonra Türkiyənin ədəbi-mədəni həyatındakı fəaliyyəti sanki müəllifin özünün yaşadığı mühitdə baş verdiyindən görüb-duyduğu kimi qələmə alınıb

Tədqiqatçı alim bu enerji həvəslə işinin davamı olaraqAzərbaycan mühacirət mətbuatı  (II hissə) (Bakı, “Ozan” 2003) əsərini ərsəyə gətirir. Burda müəllif ilkin olaraqQafqaz birliyi ideyası istiqlal uğrunda mübarizə”yə ideoloji baxımdan nəzər yetirmiş, mövzudan istiqamət alaraq Qafqaz birliyi ideyasına fərqli münasibətləri tədqiqat obyekti kimi elmi təhlilə cəlb etmişdir. Bu əsərdə bir çox mətbuat orqanlarında dərc edilmiş mətnlərdə dövrü üçün mühüm olan mövzular tədqiq olunmuş, hər birinin mətbuat tariximiz üçün səciyyəvi olan xüsusiyyətlərindən bəhs edilmişdir.

Abid Tahirlinin monoqrafik əsərləri içərisindəAzərbaycan mühacirət mətbuatında publisistika” (1921-1991) (Bakı, 2005, CBS) Vətəndən uzaqlarda güzar edən ədəbi şəxsiyyətlərin mənəvi ağrıları, həsrət yanğıları məzmun-ideyasının səciyyəsi baxımından olduqca gərəkli sanballı əsərdır. Bu əsər ilk olaraq bir-birini doğuran mövzuları ilə diqqət çəkir. Olduqca geniş gərgin axtarış-tədqiq zəhməti ilə ərsəyə gətirilən əsər bir sıra özəlliyi ilə diqqət çəkir.

Abid Tahirli Azərbaycan mühacirət mətbuatının mövzularından istiqamət alaraq onu ideya, dil-üslub özəlliyi, yazı manerası, xarakterik cəhətləri, mühacirlərin düşüncə, yaşam tərzi, iqtisadi, sosial vəziyyəti, eləcə məskun olduqları ölkənin ictimai-siyasi durumu ilə şərtləndirir onları dövrlərə görə qruplaşdıraraq təsnifatını verir. 50-dən çox mətbuat orqanını elmi, ədəbi müstəviyə gətirir. Naşir, redaktor, yazı müəlliflərini, onların maarifçilik, vətənpərvərlik missiyasını tədqiq-təhlilə cəlb edir. bu kimi elmi, publisistik yazılar həmin nəşrlər haqqında da müəyyən təəssürat yaradır. Onun mövzuya bütöv kompleks yanaşması, təhlil metodu, səciyyəsi fərqli özəl üsluba xas olması tədqiqatçı alimin bacarıq səriştəsinin aydın göstəricisidir.

Bu monoqrqfiyada müəllif 70 illik bir dövrün ictimai-siyasi, elmi, ədəbi, mədəni mühitini ehtiva edən mətnləri təhlil edir, onların ideya mahiyyətini, yazı müəlliflərinin missiyasını, məqsədini açıqlayır.

Bir qədər əvvəldə qeyd etdiyimiz kimi, Abid Tahirli tədqiqatlarına gənc yaşlarından başlamışdır. Ötən əsrin əvvəllərində ölkədə siyasi durumun dəyişməsi səbəbindən xaricə mühacirət etmiş görkəmli ictimai-siyasi xadimlərin, ziyalıların, Vətən sevdalılarının həyat yaradıcılığı ilə maraqlanmış, tədqiqat axtarışlarına yol almışdır. Abid müəllim fəaliyyətinin başlanğıcında bununla bağlı ötən əsrin əvvəllərində mətbuat tariximizin ilkin araşdırılmasını belə xarakterizə edir: “Azərbaycanın mətbuat həyatında xüsusi əhəmiyyətli dövr hesab olunan XX əsrin ilk 20 ilində bir tərəfdən müxtəlif ideya məsləkli qəzet, jurnallar çap olunurdusa, digər tərəfdən mətbuat tarixi yazılırdı: qəzet jurnalların nəşri, naşirləri, tirajı, dili, ideya istiqaməti araşdırılır, tədqiq olunurdu”. Bundan sonra müəllif təxminən 90-cı illərin əvvəllərinə qədər yazılan əsərlərdə zəhməti olan elm ədəbiyyat, mətbuat xadimlərinin mətnlərinə nəzər salır. Bu sahədə ilk tədqiqatçı olaraq C.Hacıbəylinin adını çəkir. “Mətbuat tariximizin ilk tədqiqatçılarından biri” (“Xalq qəzeti”, 2001 3 fevral, ¹ 27) tədqiq-təhlil mövqeyindən olduqca mükəmməl yazılmış elmi, publisistik bir yazıdır. Məqalədən ətraflı şəkildə bəhs edən tədqiqatçı elmi, ədəbi araşdırmasında qeyd edir ki, həmin dövrün mətbuatını öyrənmək üçün yeni nəsil tədqiqatçılar mütləq halda Ceyhun Hacıbəylinin adıçəkilən əsərindən bəhrələnəcəklər. 

A.Tahirli Ceyhun bəyin bütün mövzularını qruplaşdırır, hər birini ayrıca təhlil edir, əsərlərinin məqsəd məramına aydınlıq gətirir, təhlil-tədqiqdən hasil olan qənaətləri nəticə formasında yekunlaşdırır. C.Hacıbəylinin mühacirətəqədərki həyat yaradıcılığı da xronoloji ardıcıllıqla izlənilir. Həyatının Bakı dövründə mətbuatdakı çıxışları, dövrün ziddiyyətləri, maarifçi ziyalıların xalqın intibahı üçün gördüyü işlər xatırlanır. Bildiyimizə görə C.Hacıbəyli mövzusu Abid müəllimin tədqiqatlarında bitməyən bir sahədir. Bu, ondan irəli gəlir ki, tədqiqatçı daim apardığı araşdırmalarında hər dəfə Ceyhun bəyə məxsus, ilk dəfə işıq üzünə çıxan fakt sənədlərlə qarşılaşır, bu mənada onların hər biri yeni yazılarda öz əksini tapır.

Publisistin doğum tarixi, qürbətdə keçirdiyi məhsuldar həyatı böyük səriştə ilə tədqiq olunub. “Mətbuatın mümtaz siması, istiqlal mücahidi” (“Mətbuat: millətin dili, gücü güzgüsü”. Bakı, “Elm Təhsil”, 2017) yazısında Ceyhun bəyin yazıçı, publisist, naşir, redaktor, tərcüməçikimi Vətən aşiqi obrazı yaradılıb. Müəllif C.Hacıbəyli mövzusuna dəfələrlə qayıdaraq bu mümtaz şəxsiyyətin həyat yaradıcılığının bütün dönəmlərində ədəbi, publisist fəaliyyətinə işıq salıb. Onun imzalarını, redaktorluq fəaliyyətini, xronoloji ardıcıllıqla izləyib, araşdırıb, bütövlükdə yaradıcılığını tədqiq-təhlil süzgəcindən keçirib. Publisistin Azərbaycan mətbuatı, ədəbiyyatı mədəniyyəti tarixində özünəməxsus şəxsiyyət, kamil sənətkar olduğunu göstərib. Abid Tahirli tədqiqatında C. Hacıbəylinin bədii əsərlərinə işıq salıb. Memuarını, povest, hekayə, felyetonlarını ədəbiyyat bilicisi olaraq təhlil edib. Xüsusən yazıçınınHacı Kərim, yaxud Zaqafqaziya müsəlmanlarının həyatından etüdlərpovestindən bəhs edən müəllif əsərin ideyasını, məzmununu, sənətkarlıq xüsusiyyətlərinin səciyyəvi cəhətlərini göstərib. Müəllif Ceyhun bəyin publisistik məqalələrinin mövzusuna görə təsnifatını verməklə, dövrün ictimai-siyasi mənzərəsini aydınlatmış olur. O, yazıdan-yazıya Ceyhun Hacıbəyli mövzusu ilə elə doğmalaşır ki, sanki onunla bir dövrdə yaşamış, işləmiş, əməkdaşlıq etmişdir. Publisistin yaradıcılığında xeyriyyəçilik, maarifçilik, məktəb problemləri, dini görüşlər, mənəviyyat, maarif məsələlərinin elmi, nəzəri istiqamətdən tədqiq olunması da mətbuat tariximiz üçün böyük əhəmiyyətə malikdir. Bundan başqa, C.Hacıbəylinin Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin (İ.Qaspiralı, A.Bakıxanov, H.B.Zərdabi…) xalqa misilsiz xidmətlərindən bəhs edən əsərləri hər birinin xatirəsinə böyük rəğbət ehtiram hissilə araşdırılıb.

Abid Tahirlinin monoqrafik əsərləri sırasındaBütün türklərin tərcümanı” (Bakı, 2012, “Ozan” nəşriyyatı) ilk növbədə dövrün ictimai, mədəni, mənəvi mühitini mətnlərdə əks olunmuş gerçəklik fonunda tədqiqat müstəvisinə gətirilməsilə diqqət çəkir. Mövzunun özünün doğurduğu tədqiq üslubu İ.Qaspiralıya çox istiqamətdən yönəlik baxışları ehtiva edir. İ.Qaspiralı hələ sağlığında mücahid, ideoloq, islahatçı, naşir, redaktor, mühərrir, yazıçı-publisist, “millət atasıkimi tanınırdı. Müəllif bu əsərdə İsmayıl Qaspiralının, “Rusiya müsəlmanlarının çırağı”, “mühərriri-əzəm”, “türk yurdunun yolbaşçısı”, “ustad publisist”, “qüdrətli fikir ideya rəhbəri”nin, fikir, dil, birliyi düsturu müəllifinin parlaq xarakterik obrazını yaradır. Onu açıqfikirli bir mücahid olaraq qiymətləndirir qəzet, məcmuə sahiblərinin onunla bağlı fikirlərinə, dövrün maarifçi ziyalıları ilə mətbu əlaqəsinə, əməkdaşlığına, maarifçilik görüşlərinə işıq salır, ədiblərin əsərləri haqqında mülahizələrinə xarakterik formada münasibətini bildirir.

Azərbaycan ədəbiyyatı mətbuatının bir sıra görkəmli simalarının, o cümlədən istiqlal uğrunda qələmi ilə ideoloji mücadilə aparmış sənətkarların bədii, publisistik irsi Abid Tahirlinin qələmində daha aydın, daha sanballı sərrast elmi-nəzəri dəyərini almışdır bunula da o, çalışdığı sahəyə  görkəmli mühacirətşünas, ədəbiyyatşünas mətbuatşünas möhürünü vurmuşdur

Biz yuxarıda Abid Tahirlinin İsmayıl Qaspiralı irsinə dair fundamental araşdırmasından qısaca da olsa, bəhs etmişik. Qüdrətli sənətkarın yaradıcılığını hərtərəfli dərindən araşdıran Abid müəllim onun zəngin bədii publisistik irsindən yüzlərlə kəlamı seçmiş adı çəkilən kitabında ayrıca təqdim etmişdir. İsmayıl bəy Qaspiralının çoxşaxəli, fədakar fəaliyyətinə böyük sevgi bəsləyən  A.Tahirli sanki onun bir kəlamını özünə həyat kredosu seçmişdir: Xidmət etmək istəyirsənsə, bacardığın işlə başla!

 

Şəfəq NASİR

 

Ədəbiyyat qəzeti.- 2025.- 5 dekabr, ¹47-48.- S.30.