Elmlər Akademiyasında
“Milli
hökumət-80” elmi konfransı
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Cənubi Azərbaycan
ədəbiyyatı şöbəsi
Seyid Cəfər Pişəvərinin rəhbərliyi
altında yaradılmış
Milli Hökumət və Demokratik Firqənin 80 illiyinə həsr olunmuş elmi konfrans keçirib.
Konfransda institutun əməkdaşları, müxtəlif
ali məktəb və tədqiqat institutlarının nümayəndələri,
İranlı Mühacirlər
Cəmiyyətini təmsil
edən qonaqlar iştirak etmişlər.
Cənubi Azərbaycan
ədəbiyyatı şöbəsinin
müdiri, filologiya elmləri doktoru Rəhim Əliyev konfransı açaraq, Azərbaycan Milli Hökumətinin mövcud
olduğu şərəfli
və ziddiyyətlərlə
dolu tarixi dövr (1945-1946-cı illər)
və 21 Azər Hərəkatının əhəmiyyəti
haqqında geniş çıxış etdi.
Konfrans iştirakçılarının
diqqətinə çatdırıldı
ki, 2025-ci ili bütövlükdə Milli
Hökumətin və
onun fəaliyyətinin
80 illik yubiley ili kimi qeyd
etməyi qarşısına
məqsəd qoymuş
Cənubi Azərbaycan
ədəbiyyatı şöbəsinin
əməkdaşları il
ərzində bu məqsədlə bir neçə sanballı tədqiqat və tərtib kitabı, elmi və publisistik
məqalələr hazırlayaraq,
nəşr etdirmişlər.
Milli Hökumətin əsas siyasi sənədlər toplusu olan “Qızıl səhifələr” kitabı
(“Elm” nəşriyyatı,
2025) o dövrün tarixi
gerçəkliklərini bütün
çılpaqlığı ilə özündə əks etdirir. Eyni zamanda, xalq
yazıçısı – Milli
Hökumətin rəhbərlərindən
olmuş Mirzə İbrahimovun həmin illər ərzində gizli imza altında
yazıb çap etdirdiyi məqalələrin
öz əksini tapdığı “Mirzə
İbrahimov. Gizli imzalı məqalələr.
Təbriz - 1945” kitabı
da bu baxımdan
olduqca böyük əhəmiyyət daşıyır.
Kitabın rəyçisi,
xalq şairi Sabir Rüstəmxanlının
Önsözü ilə
açılan topluya,
layihənin müəllifi,
eyni zamanda elmi redaktoru Rəhim Əliyevin “Mirzə İbrahimov “Azərbaycan” qəzetində
(1945-1946)” adlı geniş
araşdırma yazısı
daxil edilmişdir.
Şöbə müdirinin çıxışı
geniş müzakirələrlə
davam etdi. Bakı Slavyan Universiteti Regionşünaslıq
kafedrasının müdiri,
filologiya üzrə fəlsəfə doktoru, iranşünas İbrahim Quliyev, Xarici Dillər Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə
doktoru, yazıçı-tərcüməçi
Loğman Rəşidzadə,
rejissor Natiq Cavadzadə və başqalarınn Milli Hökumət dönəmi,
S.C.Pişəvəri və
21 Azər Hərəkatının
müxtəlif məqamlarını
özündə əks
etdirən çıxışları
maraqla qarşılandı.
Məruzələr panelində fil.e.d., baş elmi işçi
Pərvanə Məmmədlinin
“Milli Hökumət dövründə yaranmış
ədəbiyyatda yeni meyllər”, fil.e.d., baş elmi işçi
Esmira Fuadın “Əli Tudənin xatirələrində Milli
Hökumət dönəmi
hadisələrinə münasibət”,
fil.f.d., aparıcı
elmi işçi Mahmizər Mehdibəyovanın
“Mirzə İbrahimov publisistkasında Milli Hökumət mövzusu”, fil.f.d., aparıcı elmi işçi İlham Məmmədlinin
“S.C.Pişəvəri və
Milli Hökumət” mövzusunda məruzələri
dinlənildi.
Sonra söz
qonaqlara verildi. İranlı Mühacirlər
Cəmiyyətininin nümayəndələri
– cənubşünas, milli
fəal Yədulla Kənani, jurnalist Güləddin İsmayılov,
İranlı Mühacirlər
Ədəbi Birliyinin sədri, şair-tədqiqatçı
Tariyel Ümid, Nasir Məmmədov, müstəqil jurnalist Namiq Hüseynov və digər qonaqlar Seyid Cəfər Pişəvərinin
rəhbərliyi altında
yaradılmış Milli
Hökümətin tarixi
əhəmiyyətindən danışdılar, 80 illiyi
qeyd olunan həmin möhtəşəm
dövrün keşməkeşli
hadisələrini və
qanlı faciələrlə
müşayət olunan
21 Azər Hərəkatının
başvermə səbəblərini
açıqladılar. Y.Kənani
İranlı Mühacirlər
Cəmiyyətinin “Milli
Hökumət-80” layihəsi çərçivəsində nəşr etdirdiyi iki kitabı Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinə
hədiyyə etdi.
Konfransı lentə
alan GünAz.TV-nin əməkdaşı Rizvan
Əhmədova minnətdarlığını
bildirən R.Əliyev,
tədbir iştirakçılarının
nəzərinə çatdırdı
ki, Cənubi Azərbaycan ədəbiyyatı
şöbəsinin hazırlayıb
nəşr etdirdiyi daha bir kitab
dünyaca məşhur
GünAz.TV (Güney Azərbaycan
Televiziyası)-nin təsisçisi və rəhbəri – fədakar vətənpərvər ziyalı,
parlaq ictimai-siyasi xadim Əhməd Obalının seçilmiş
çıxış və
məqalələrinin toplandığı
“Əhməd Obalı.
Bir Yol, bir Bayraq” kitabıdır.
Milli Azadlıq Hərəkatının mücahidlərindən
olan bu görkəmli
şəxsiyyətin həyat
və mübarizə yolu bugünkü gəncliyimiz üçün
əsl nümunədir.
Bu da qeyd olunmuşdur ki, şöbə əməkdaşlarının gərgin
səyi nəticəsində,
həm il ərzində nəşr edilmiş kitablar haqqında, həm də Güney Azərbaycanın ictimai-sosial,
ədəbi və mədəni həyatının
tanınmış nümayəndələrinin
həyat və yaradıcılığını, folklor mühitini özündə əks etdirən araşdırma və tədqiqat əsərləri çap
etdirilərək, geniş
ictimaiyyətə təqdim
olunmuşdur.
Şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru, şair Qiymət Məhərrəmli
görkəmli dövlət
xadimi, böyük yazıçımız Mirzə
İbrahimovun şəxsi
təşəbbüsü və rəhbərliyi ilə yaradılmış
Cənubi Azərbaycan
ədəbiyyatı şöbəsində
professor R.Əliyevin rəhbərliyi altında
tədqiqat işlərinin
indi də uğurla davam etdirildiyindən, bu gün baş tutan elmi konfransın
keçirilməsinin də
elə bu məqsədə xidmət
etdiyindən danışaraq,
“Can Təbriz” şeirini səsləndirdi.
Sonda Rəhim Əliyev konfrans iştirakçılarına təşəkkür edərək, bundan sonra da Milli Hökumət nümayəndələrinin işıqlı xatirəsinin əziz tutulacağını, qoyduqları şərəfli tarixi yolun təbliği istiqamətində mühüm işlər görülməsi məqsədilə aparılan tədqiqatları daha da genişləndirəcəklərini bildirdi.
Ədəbiyyat
qəzeti: xüsusi buraxılış.- 2025.- 12 dekabr, ¹49-50.-
S.32.