Muzeydə “21 Azər - 80”

adlı tədbir keçirilib.

 

Tədbir Cənubi Azərbaycanda 21 Azər hərəkatının 80 illiyinə həsr olunub.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açılıb. Ardınca Azərbaycanın ərazi bütövlüyü suverenliyi

uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Milli Azərbaycan Tarixi Muzeyi İnnovasiyalar təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi açılış nitqi ilə çıxış edərək tədbirin məqsədi proqramı barədə məlumat verib.

Daha sonra “21 Azər hərəkatıadlı sənədli film nümayiş etdirilib.

Proqram çərçivəsində bir sıra elmi məruzələr təqdim olunub. AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan TalıblıAzərbaycan Milli Hökumətinin qurulmasında Seyid Cəfər Pişəvərinin rolu (1945–1946-cı illər)” mövzusunda məruzə ilə çıxış edib.

AMEA-nın Fəlsəfə Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Eynulla MədətliS.C.Pişəvərinin ölümünə dair mayor Həsən Nəzərinin xatirələri”nə həsr olunan məruzəsini təqdim edib.

MATM-nin İnnovasiyalar təhsil proqramları şöbəsinin müdiri Fəridə ŞəmsininAzərbaycan muzeylərində Cənubi Azərbaycanın irsimövzusunda məruzəsi dinlənilib.

Tədbirdə, həmçinin MATM Azərbaycan tarixinin elmi tədqiqi təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli FərhadovAzərbaycanqəzeti: Cənubdan Şimala mədəniyyət körpüsümövzusunda çıxış edib.

Ədəbi ictimai xadimlərin çıxışları da tədbirdə yer alıb. Şair yazıçı, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri, AYB sədrinin müşaviri, Güney Azərbaycan İcmasının sədri Sayman Aruz çıxış edib. Ardınca İranlı Mühacirlər Cəmiyyətinin sədri Firuddin İbrahimli çıxış edib.

Sonra AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının

Tərbiyə-təşkilat işləri üzrə direktor müavini Vüsalə Məmmədova çıxış edərək tədbir mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirin sonunda iştirakçılara təşəkkürnamələr təqdim olunub.

Tədbirdə tarixçilər, muzey əməkdaşları, S.C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının şagirdləri müxtəlif qonaqlar iştirak ediblər.

Tədbir çərçivəsində muzeyin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Əli FərhadovunAzərbaycanqəzetində (1947–1949) publisistika, mədəniyyət ictimai-siyasi, iqtisadi məsələlər” (Bakı, 2024) adlı kitabının təqdimatı keçirilib.

Həmçinin Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilmiş 21 Azər hərəkatı ilə bağlı eksponatlar ilk dəfə olaraq nümayiş etdirilib.

 

Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2025.- 12 dekabr, ¹49-50.- S.31.