Ayrılığın sonu yoxmuş
Poema görkəmli ədibimiz Mir Cəlal Paşayevin böyük qardaşı,
Cənubi Azərbaycanda S.C.Pişəvəri hərəkatının öncüllərindən biri olan Mir Xəlil Mirəliəşrəf oğlu Xəliliyə
həsr edilmişdir
Gəlir
quru canı keçir Arazı,
Çırpınan ürəyi o tayda qalır.
Qəfildən saralır ömrünün
yazı,
Arzusu, diləyi o tayda qalır.
Ömürlük ayrılıq,
Düşün, bir düşün,
Amansız həsrətdən alışır
Araz.
Həyat
da, ömür də gözündən düşür,
Gözünün suyuna qarışır
Araz.
Gözəl Aliyəsi, iki balası,
İndi ağac-ağac ondan uzaqdır.
Köksündən üzülür ciyərparası,
Bu necə ağrıdır,
bu necə dağdır?!
Üz tutur Araza, gözləri
qanlı,
Doğma
yurd, ev-eşik qalır arxada.
Ürəyi ağrılı, başı
tufanlı,
Bu yerdə o kimi çağırsın dada!
O kimi səsləsin,
kömək
diləsin,
Ona üz tutardı kömək umanlar.
Gəldi
qulağına qızının
səsi,
Sökdü varlığını sellər, ümmanlar.
Gözünə göründü oğlu
Nurəddin,
Ata, bizi qoyub hara gedirsən?
Tələsik keçsən də
sərhəddi, səddi,
Köksündə sağalmaz yara gedirsən!
Səriyyə balası, əlində
yaylıq,
Durub dayanmadan ona əl edir.
Gör nələr söyləyir
ona ayrılıq,
Elə bil ürəyi üzülüb gedir.
Həsrət odasında sınma,
Aliyə,
Ömür-gün dostunu gözlə,
gələcək.
O, illər sonrası yanına sənin
Bir parça kağızla, sözlə gələcək.
Ona gələcəyi haram etdilər,
O halal mayalı seyid oğluna.
Həyat
nə amansız üz göstərdi gör,
Sofyanın, Təbrizin igid
oğluna!
Özü öz səsinə
qulaq kəsilir,
Yeri də, göyü də indi kar
görür.
Qınayır Vətəni bölənləri
o,
Son anda Arazı günahkar görür.
Araza üz tutur Mir Xəlil ağa,
Araz səssiz-səssiz, Araz lal axır.
Fikri, düşüncəsi dirənir
dağa,
Suların qoynunda bir xəyal axır.
...Bu həsrətlə barışdımı
Mir Xəlil?
Kərəm kimi alışdımı
Mir Xəlil?
Gecə-gündüz fikir-xəyal içində
Ayrılıqla vuruşdumu Mir Xəlil?
Qardaş
məhəbbəti, qardaş
qayğısı
Ona taqət verdi çətin anında.
Dünyaya dəyərdi onun
sayğısı,
Böyük Mir Cəlalı gördü
yanında.
Bağda
ilk nübarı Mir Xəlil
dərir,
İstək güc gələrmiş
həsrət dağına?!
Allah öz lütfündən ənam göndərir
Qardaşın qardaşa sığınmağına.
Qayıda
bilmədi o Əndəbilə,
Təbrizi bir daha görə bilmədi.
Körpə balasının -
Səriyyəsinin
İpək saçlarını hörə bilmədi.
Üzdü ürəyini təklik,
tənhalıq,
Bu ağrı sığmadı
imana, dinə.
Xeyirxah bir dostun köməyi
ilə
Bir gün qismətinə çıxdı Mədinə.
Mədinə - bir nəslin
saf, təmiz qızı,
Bu kəndin-kəsəyin ən
əziz qızı
Gəldi
Mir Xəlilə qol-qanad
verdi,
Həyatdan küsənə o, həyat
verdi.
Dilindən bir "həri"
alıb evləndi,
Naümid,
əlacsız qalıb
evləndi.
Vicdan qılıncıyla
üz-üzə
gəldi,
Oldu bu döyüşdə qalib, evləndi.
Evləndi Mir Xəlil, könlü
yaralı,
Bu həsrəti necə çözmək olardı?!
Evi, ailəsi ondan aralı,
Hicrana nə qədər dözmək olardı?!
...Ağlasa, göz yaşı o taydan gəlir,
Bu tayda üzünün gülməyi yoxdu.
Çox
da ki naləsi göyə
yüksəlir,
O taydan bir xəbər
bilməyi yoxdu.
Bu dərdi o necə gətirsin dilə;
orda fars, burda rus
bağlayıb yolu.
Bu tayın ən şirin duyğusu belə,
Ağrıyla, əzabla, kədərlə
dolu.
Yaxşı ki, Mədinə duyur
ərini,
Müşkül məqamları vurmayır
üzə.
Onunla hər dərdi birgə bölüşür,
Keçdiyi yollara gül düzə-düzə.
Arazı
keçib gələndə
Qaldı
evi, ailəsi.
Mir Xəlilə yaman dəydi
Bu həyatın sərt şilləsi.
Qızdırmalı xəstə kimi,
Ayaqüstə uçundu o.
Yeri-göyü hiss etmirdi,
Boşluqlarda uçurdu o.
Bilmədi ki, bu ayrılıq
Əbədidi, ömürlükdü,
Bilmədi ki, ötən illər
Ömür deyil, ona yükdü...
İndi bu təzə ailə
Sınıq qəlbi tutur dilə.
Əsən tufan çırpır onu
O sahilə, bu sahilə...
Qaysaq tutmur yaraları,
Neyləsə də, gülmür
üzü.
Vaxtı
elə qarışdırıb,
Səhv
salıb gecə-gündüzü.
Bakıda
namaz qılanda,
Elə bilir Təbrizdədir.
Şurəvidə keçən ömrü,
Qınaqdadır, təhnizdədir!
Yenə
də üzünü
tutur Tanrıya,
Güvənir Allahın kəramətinə.
Yalnız
ondan umur çıxış yolunu,
Nə
zaman işləri düşsə
çətinə!
Bilir, yarıdacaq Yaradan onu,
Müqəddəs Quranı bağrına
basır.
Oxuyur Allahın kəlamlarını,
Tanrı
diqtəsini könlünə
yazır.
Görür bu yaraya məlhəm gərəkdir,
Tənzifə, sarğıya ehtiyacı
var.
Uçulan yuvadır, sınan
ürəkdir,
Daima qayğıya ehtiyacı
var.
Axşam
Mədinəylə girir
yatağa,
Gecə
sayıqlayır - "Aliyə"
deyir.
Necə
dözmək olar bu ağır dağa,
Bu hissi nə sayaq
anlatsın şeir?!
Buna bilə-bilə dözür
Mədinə,
Ona doğmalaşır ərinin
dərdi.
Aliyə
tapşırır hər
məktubunda,
Yazır:
məni üzür Mirinin dərdi.
"Onun qulluğunda yaxşı dur" yazır,
Körpə uşaq kimi naz istəyir o.
Ondan əsirgəmə qayğılarını,
Demə
az sevir o, az istəyir o.
Onunla birlikdə, onunla bahəm
Keçən xoş həyatı
yazır Aliyə.
Mədinə ünvanlı hər
məktubuna
"Miri amanatı" yazır Aliyə.
"Miri amanatı" sanki bir oxdu,
Tuşlayır ürəyə dünya
qəmini.
Aliyə
gücsüzdü, əlacı
yoxdu,
Günüyə tapşırır öz
həmdəmini.
Mədinə-Aliyə bir cana şərik,
Əslində günüdür bu
iki qadın.
Geniş
ürəyinlə dünyasan,
vallah,
Eh, qadın, sən nəyə qadir olmadın?!
Sakit fikrə gedim, düşünüm bir az,
Yazdığım bu səhnə məni çaşdırıb.
Çarəsiz ayrılıq,
amansız
Araz
Bu iki gününü doğmalaşdırıb.
Qəlbində, ömründə iki
ailə,
Bu taylı, o taylı verib baş-başa.
Burda Mədinədir, orda Aliyə,
Mir Xəlil, möhkəm ol,
buna döz,
yaşa!
Burda Ələddinin gəlib dünyaya,
Orda Nurəddinə əvəz
deyil ki...
Niyə
sığmayırsan sən
günə, aya?
Yaşamdı, ötəri həvəs
deyil ki...
Donmuş
duyğuların açılsın
donu,
Qəlbindən, ruhundan yan tutma onu.
Sən
Allah, bir düşün
əvvəli, sonu,
Ömür bir udumluq nəfəs deyil ki...
Mədinə ananın ana rəhmini,
O içdən duysa da üzə vurmurdu.
Heç
zaman doğulan körpələrə
o,
Nəvaziş göstərib, yaxın
durmurdu.
...Mədinə, heyranam ana mehrinə,
Qadın
sədaqətin hər
kəsə bəlli.
Yazdığın məktublar keçdi
Arazı
Hər iki sahilə oldu təsəlli!
Duydun
Mir Xəlili, sən qadın kimi,
Bölüşüb dərdini içdən yaşadın.
Kim deyir, bu əzab
sındırdı səni
Kim deyir, bu ömrü
gücnən yaşadın?!
Ürək bahasına, can bahasına
Həsrəti, hicranı təkləyə
bildin.
Yuvası
dağılmış,
sınıq
bir qəlbi
Təzə bir sevgiyə kökləyə bildin.
Sadədil qəlbinlə, saf
istəyinlə,
Bu dərdli kişini sehirlədin sən.
Qəlbində boy verən uca sevgini
Üç oğul, bir qızla möhürlədin
sən.
Ancaq Mir
Xəlili vaxtsız itirdin,
Ağır bir külfətin
çiynində yükü.
Ayağın altından yer qaçdı qəfil,
Gördün gözlərinə
qaranlıq
çökür...
***
...Yaralar günbəgün qövr eləyirdi,
Hicran qılıncını yaman
çalmışdı.
İki balasını yetim qoyalı,
Mir Xəlil özü də yetim qalmışdı.
Səriyyə, Nurəddin dağ
idi ona,
Dağ çəkməz bu dağı, o çəkdi,
getdi.
Bakıda
doğulan dörd balasının
Qəlbinə, ruhuna dərd əkdi getdi.
Ata istəyini, ata mehrini
Aşkarda onlara qızırğanırdı.
Soyuq rəftarından özü
sınırdı,
Gizlində hönkürür, içdən
yanırdı.
Yerdə
yaşasa da, göylərə
bağlı
Mir Xəlil bir ayrı təbiət idi.
Qəribə rəftarlı bu
seyid oğlu
Hər kəsə çatmayan bir qüdrət idi.
O ruh adamıydı, ruhani idi,
Əlindən düşmürdü müqəddəs Quran.
Gözündə bu ömür-gün
fani idi,
Haqqın
öz ritmiydi köksündə vuran.
Quran oxuyanda onun avazı
Məclisdə hər kəsə
təsir edərdi.
Heç
zaman olmazdı özündən
razı,
Təmkinli əyləşər, səssiz gedərdi.
Onun güzaranı, onun həyatı
Kitaba yerləşməz, dəftərə
sığmaz.
Göynəkli qoşmadı, ağlar
bayatı,
Hünərin çatırsa, şair,
bunu yaz.
***
...Ələddin on altı yaşa çatmamış,
Əcəl Mir Xəlili ondan
ayırdı.
Ata istəyindən doyumsuz qalan
Qəlbi
köz-köz olub sızıldayırdı.
Kiçik qardaşları, körpə
bacısı
İndi evdə onu böyük
görürdü.
Artırdı gün-gündən ağrı-acısı,
İlbəil boynunda o yük
görürdü.
Nə yaxşı, dünyada əmisi vardı,
Yaxını, doğması, hamisi
vardı.
Tufanlı dəryadan üzüb
çıxmağa,
Nuhun gəmisitək gəmisi vardı...
Ələddin, Mir Xəlil düşüncələrim
Məni
gör bir hardan, haraya çəkdi.
Vallah, ürəyimdən gələn
bu istək,
Sənə, doğmalara olan
istəkdi.
Mir Xəlil, Mir Cəlal... bu qoşa adda
Qədim
bir şəcərə,
ünvan yaşayır.
Onlar olmasa da bu gün
həyatda,
Qardaşlıq, doğmalıq hər
an yaşayır!
Musa
ƏLƏKBƏRLİ
Ədəbiyyat
qəzeti: xüsusi buraxılış.- 2025.- 12 dekabr, ¹49-50.-
S.26.