Firidun
Poema
"Firidun" poeması Cənubi Azərbaycanda
milli azadlıq uğrunda
gedən xalq hərəkatından bəhs
edir. Əsərdə
Azərbaycanın milli qəhrəmanı
Firidun İbrahiminin ictimai və inqilabi fəaliyyətindən,
xalqla yaxından bağlılığından, milli hökumətin müvəqqəti
məğlubiyyətindən sonra onun qəhrəmancasına
həlak olmasından bəhs edilir.
Dünyada azadlıq uğrunda
mübarizə edən
bütün gənclərə
ithaf edirəm...
Gözaydınlığı
- Hardasan, ay Qəni, gözlərin aydın,
Talvarın altından yaxına
gəl bir.
Fatma salamatdır, bir oğlun oldu,
Oğul
bu dünyada gözəl töhfədir.
- Çox sağ ol, ay bibi, çox
razıyam mən,
Sənin
sədaqətin bəllidir
bizə.
Biz ayrı düşməyək
bu şəfqətindən,
Anasan, böyüksən sən evimizə.
Demə
ki, sonsuzam, sıxılma
bir də,
Fatma da qızındır, sevin, gül, danış...
Bəxtin
solub getdi acı illərdə,
Bilirəm, saçın da vaxtsız
ağarmış.
Sənsən məşəqqətin canlı qurbanı,
Ərin
də, evin də getdi əlindən.
Bilirəm, başının tükləri
sanı
Nələr çəkməmisən bu torpaqda sən?!
- Ay oğul, qanını qaraltma, yetər,
Bu gün şadlıq edib sevinək gərək.
Deyirəm, dünyada hər
şeydən betər
Odur ki ümidsiz qovrulur ürək!
Qarı
əllərini qaldırdı
göyə,
Yenə
dua etdi öz adətilə.
Qəni
öz evinə, öz qapısına
Baxdı
bir atalıq məhəbbətilə...
Onun ürəyindən nələr
keçmədi,
Oğul
atasıyam, - deyə sevindi.
Köksünə sığmadı şirin
arzular,
Fərəhdən, elə bil, uçacaq indi.
Bu zaman bir "inqə" sədası qalxdı,
(İl
kata olanlar duyar bu səsi...)
Yox, bəlkə quşlardı,
qondu qapıya?
Onlardır oxuyur bahar nəğməsi?!
Qəni
bu atadan qalma evinin
Açdı qapısını indi
atatək.
Danışa bilsəydi, nələr
deyərdi
Onun sinəsində çırpınan
ürək?!
O açdı qapını
mehriban, gülər,
Öpdü saçlarından təzə
ananın.
Söylədi: - Ay Fatma, deyirəm, yəqin
Düzələr gərdişi bu
gəc dövranın.
Mən sənə bəxşiş
də gətirməmişəm,
Bağçadan dərdiyim güllərdən
qeyri.
- Ay Qəni, bu nə
söz, bu nə gileydir?
Biz ki, çox görmüşük
çətin günləri.
Deyə,
asta-asta danışdı
Fatma,
Heç
sənə darıxmaq
yaraşmır, Qəni?
Həmişə zülümə, möhnətə
qarşı
Mən meydan oxuyan görmüşəm
səni.
Zindana
da düşdün, işsiz
də qaldın,
Getdiyin haqq yoldan geri
dönmədin.
Sən elə yandın ki, başının üstə
Tufanlar
da qopdu, yenə sönmədin...
Ata ehtiyatla əyildi birdən,
Beşiyin içində uşağa
baxdı.
Yuxuda ağlayıb, sevinən körpə
Sanki, atasıyla danışacaqdı...
Öpmədi körpəni ata,
doğrusu,
Qorxdu bu təmasdan uşaq diksinə.
Fatmanın alnından, qara
saçından
Ehtiramla
öpdü, o dönə-dönə.
- Eh Fatma,
nə qədər ağıllısan sən,
Fəqət, nə eləmək,
atayam mən də.
İstərdim bəxşişlər, xələtlər alam
Dünyaya bu körpə balam gələndə...
Keçdikcə saatlar, keçdikcə
günlər
Ana bir maraqla baxdı
körpəyə.
Qara saçlarına sığal
da verdi,
"Oğlumun ad günü olacaq", deyə.
Yeddi gecə
Bibi xonça bəzəmiş,
Qalmasın nisgil deyə.
O, noğuldan, şirnidən
Düzmüş kiçik süfrəyə.
Yığdığı quruşlara
Aldırmış ət, düyü,
yağ.
Zaman çəksə də onun
Sinəsinə neçə dağ
-
Çalışır şad görünə.
Gözlərində gizli qəm.
Deyir: - Qəni, darıxma,
Mən özüm əhd etmişəm:
Oğlunun ad günündə
Dolanam əl-ayaqda.
Hələ qonum-qonşudan
Çağırmışam qonaq da...
***
Gəlmişdir tanışlar, qohumlar
- hamı,
Bu da Astaranın öz adətidir.
Bu "yeddi gecə"də şənlik eləmək
Elin bir-birinə məhəbbətidir.
Gəlinlər söz atır qarıya hərdən;
- Bibili, toyunda xəbər ver bizə.
- Burda nişanlılar qəhətə çıxmış,
Gərək bir özümü
verəm Təbrizə.
Deyib, heç qarı da pozmur halını,
Gülüşür bu sözə ürəkdən
hamı.
Gəlin
Fatmanın da köksünə
sığmır
Sevinci, şadlığı bu ad
axşamı...
***
Süfrə yığışdı artıq,
Ortaya xonça gəldi.
Sanki məclis içində
Təzə məclis düzəldi.
Bibiyə
döşək salıb
Yer göstərdi qız-gəlin.
Bu da bir adətidir
Bizim obanın-elin.
Körpə qundaq içində
Dolandı əldən-ələ.
- Elə mübahlıq gətir
Balaca qədəminlə.
Deyə,
bu xoş arzunu
Hamı
təkrar elədi.
Xeyir-dua
verdilər,
Bizdə
qayda belədi.
Qarı
bir ehtiyatla
Aldı
uşağı yenə.
Baxdı
necə şəfqətlə
Onun məsum üzünə.
Körpənin qulağına
O, çoxlu sözlər dedi.
Ananın
övladına
Bu ilk nəsihətiydi.
- Əlin əyri olmasın,
Xəbərçilik bilmə sən.
Biz görmədik, ay bala,
Sən xoş günlər görəsən!..
Qonaqlar dağılışır,
Gün doğur, dan sökülür.
Körpənin beşiyinə
Göydən şəfəq tökülür...
***
Gün günə qovuşduqca
Firidun
da böyüdü.
İlkin
məktəbi oldu
Ona ana şəfqəti,
Bir də ata öyüdü.
Sonra getdi məktəbə,
Meylini dərsə saldı.
İllər qanadlı quştək
Uçub
arxada qaldı...
Firidun sual verir
Fatma süfrə açdı,
tez şam gətirdi,
Ata da, oğul da iştahla yedi.
Fəqət, Firidunun baxışlarından
Ata hiss elədi kədəri, dərdi.
Sonra Firiduna - yaxın gəl - dedi.
Yəqin
yorulmusan, ağıllı
balam?
Gəl,
mənim yanımda bir dincəl, dedi.
Bu mehribanlıqdan, bu nəvazişdən
Firidun kövrəldi, bir də tutuldu.
Min sual oynadı yenə başında,
Sinəsi
ahlarla boşaldı, doldu...
- Nə olub, ay oğul, bir danışsana,
Ah çəkmə, kim dəyib xətrinə? - söylə.
Bəlkə də bir xata çıxıb əlindən,
Gəl məni hər şeydən sən agah elə.
Firidun tutuldu, bir bulud
kimi,
Sanki, göy kişnədi, ildırım çaxdı.
Ürəyində nisgil, üzündə
giley,
Bir anlıq atanın üzünə baxdı.
Sonra dilə gəldi, elə bil, çaylar,
Açıldı uşağın qaşı-qabağı.
O kiçik qəlbində, böyük dərdini
Danışdı ataya böyüksayağı:
- Rəhim, yazıq Rəhim, bu səhər müdir
Onu həmişəlik qovdu məktəbdən.
"Oxumaq pulunu tamam
üç aydır
Söylədi hələ də
verməmisən sən".
Dedi: -
"Get özünə ayrı
peşə tap,
Zorla ki,
oxumaq yaraşmaz, bala".
Rəhim
çantasını götürüb
getdi,
Bir yol da qanrılıb baxmadı dala.
O getdi, gözlərim qapıya baxdı,
Az qaldım dalınca çağıram - Rəhim.
Deyəm
bu boş qalmış yerinə sənin
Mən bir də nə
təhər baxaram, Rəhim?
Hər səhər heç dərsə başlamadan
biz,
Dua oxuyuruq şahın canına.
Ata, məsləhət ver, olmaz ki, Rəhim
Bir məktub göndərib, desin ki, ona -
Ey bizim ölkənin möhtərəm şahı,
Qovublar məktəbdən məni
boş yerə.
Atamın,
anamın ümidiyəm
mən,
Ey şah, əmr eləyin bizim müdirə.
Məktəbin haqqını verərəm
yəqin,
İşə girəcəkdir ata
səhərdən.
Deyir, mən işlərəm, sən oxu, oğul,
Təki,
gözübağlı qalmıyasan
sən.
"Adilsən", "Böyüksən",
gəl əsirgəmə
Bizim üstümüzdən kölgəni,
ey şah...
Gecə
də, gündüz də dua edərik
Sənə cansağlığı bəxş etsin Allah.
- Ata, məsləhət ver, yol göstər bizə,
Sabah mən də bəlkə, düşdüm
bu günə.
Məgər yoxsul olmaq bir qəbahətdir?
Oğlu
həsrət qalır
məktəb üzünə.
Hacının, malikin, tacirin oğlu
Hər səhər bizimlə bir dua edir.
"Yoxsulsan, get ayrı peşə tap, bala"
Söyləyən müdirin məqsədi
nədir?!
Yəqin
razı olmaz şah belə işə,
Məktəb dövlətindir, müdirə
nə var?!
Deyirlər, şah özü
əmr etmiş gərək -
Oxusun ölkədə bütün
balalar?..
Uşağın gözlərində
Neçə sual, neçə
söz.
Atanın
ürəyini
Kabab edir alov, köz.
Uşaq
baxır ataya,
Atanın
fikri darda.
Dərddən birləşə bilmir
Bu doğma baxışlar da.
Ata indi nə desin,
Hardan başlasın sözə?
Ata ürəyi istər
Bu böyük dərdə dözə!
Yalan danışsınmı o?
Yox, yalan nəyə gərək,
Yalana yol verərmi
Ləkə görməyən ürək?!
Nə desin, nə söyləsin.
Axı,
məktəb, dərsi
Yazmağı sevsin ancaq.
Bir siqar alışdırır,
Qullab vurur dərindən.
Eh, nələr, nələr keçir
Atanın
gözlərindən:
Yoxsulların fəryadı,
Kəndlinin nəm daxması.
Göz yaşıyla ucalan
Saray, zülmət dünyası.
Bir də qanlı vuruşlar,
Xalqın
haqq deyən səsi:
O əlçatmaz, quşqonmaz
Qəsri
Qacar məhbəsi...
Gecənin bir yarısı
Yoxa çıxan igidlər,
Yurduna barmaqlıqdan
Həsrət baxan igidlər...
Danışsınmı kasıbın
Burda günü qaradır?!
İnsanlar var, dünyada
Xariqələr yaradır?
İnsan
var ki, ömrünü
Dərd
alır duman kimi.
İnsan
var, həyat sürür
Qalib bir insan kimi!
Nə balası beşikdə -
Çörək deyib ağlayır,
Nə
ana günahkartək
Dizini qucaqlayır.
Fikirlərdən ayrılıb
Ata baxır oğluna.
Tarix kimi danışır
Bildiklərini ona.
Oğlan
heyrət içində,
Ata danışır hələ.
Deyir, oğul istərəm
Elin göz yaşın silə.
Yox, yox, hər daş
altında
Neçə-neçə igid var.
Onlar alacaq yəqin
Haqqınızı, balalar!
Ataya qulaq asır
Oğul
heyrət içində...
Süfrədəki çay tamam
Soyuyub, buza dönmüş,
Atanın
həsrət gözü
Yanan ulduza dönmüş.
Yuxusu qaçmış tamam,
Gözü yol çəkir
yenə.
Bir şəfqətlə baxır
o,
Firidunun
üzünə.
Ata, sanki həyatın
Sirrin açır oğluna,
- Bəs müəllim bunları
Niyə
deməmiş ona?
Əkib,
biçən kəndlidir,
Müftə kef çəkən ərbab.
Bu zülmə yoxsul yazıq
Nə təhər eləyir tab?
Burda iki cür insan,
İki cür həyat varmış.
Bəs nə üçün müəllim
Uşaqları aldatmış?
Elə bil ki, yuxudan
Ayılır uşaq yazıq.
Çəkilir gözlərindən
Pərdə-pərdə qaranlıq...
Firidun darülfünunda
Tehran. Darülfünun. Qaynar bir həyat.
Gənclik, bir çağlayan
su deyilmi bəs?!
Yaxşı deyiblər ki, tapılmamışdır
Həyatda gəncliyə bərabər,
əvəz.
İnsan
həyatında gənclik
bahardır,
Min bahar gəlsə də, o dönmür geri.
Mənim
də, sənin də, onun da yəqin
Özünə şirindir gənclik
illəri...
O kimdir, əynində boz kostyumu var?
Xurmayı saçını yan
daramışdır.
O gülümsər gözlər,
o nazik bığlar
Bilsəniz, nə qədər
mənə tanışdır?!
Boyu da bəstədir, görənlər
bilir,
Əlləri qadının əlindən
incə.
Dostlar, yaxın gəlin, dindirin onu,
Nədir
bu cavanı sıxan düşüncə...
Onu fikir almış, durardı yəqin,
Özü salam verib, əhval tutardı.
Gərək arxasınca mən
özüm gedəm,
Bəlkə ürəyində bir
sözü vardı?!.
Açdı qapısını professorun
Firidun ədəblə salam söylədi.
- Əziz professor, hər sözünüzü
Buyurun,
can-başla hazıram
- indi.
Qaldırıb əlini tez
professor
Dedi: - Çək stulu, yaxına gəl bir.
Anandan barı, heç kağız gəlirmi?
Necə
keçinirlər, atan
necədir?
- Atam da bir yaxın
dostundan dünən
Məktub
göndərmişdi, salam
var sizə.
Yazır,
vətənini sevən
bir adam
Gərək sürgündə də
yaşaya, dözə...
Atam Nəhavənddə, özüm
burada,
İndi başsız qalmış
ailə tamam.
Eh, necə səbr etsin bu haqsızlığa
Gözüylə hər zülmü
görən bir adam?
Firidun danışır, qoca alimsə
Qalxıb
var-gəl edir otaqda yenə.
Gah siqar yandırır, gah da eynəyi
Çıxarır, təzədən taxır
gözünə.
Ağarmış saçında gəzir
əlləri,
Beynində min fikir oynayır,
sönür...
Qəzəbdən çatılır, qaşı-qabağı,
Sinəsi
atlanır, qəlbi döyünür.
Əyləşir təzədən öz
yerində o,
Deyir, diqqətli ol hər işində sən.
Hər daşın altında bir casus yatır,
Bunu yaxşı, yaxşı gərək biləsən.
Bəzi
üzdəniraq müəllimlər
də
Gündə neçə dona
girirlər, bala.
Adam var, bircə il xaricdə qalıb,
İndi fars olduğun danır az qala...
Al, bu Əraninin yazdığı kitab
Zindan həyatımdan bir yadigardır.
Burda anaların əhdi, arzusu,
Cavan gəlinlərin göz yaşı vardır.
Orda yazılmışdır əsil
həqiqət,
Həyat,
mübarizə, döyüş,
inqilab.
Sizə
yol göstərməz
bu yazılartək
Bilin ki,
hər qalın bəzəkli kitab.
Fəqət, ehtiyatlı tərpənin
bir az,
"Ehtiyat igidin yaraşığıdır".
Qoruyun bu böyük yazıları siz,
Bunlar kor gözlərin bir işığıdır...
Yenə
eynəyini çıxarır
qoca,
Gəzir
ağ saçında
qansız əlləri.
Ömrünü ellərə qurban
vermişdir
O, ağı qaradan seçəndən bəri.
Gah vətəndə olmuş,
gah da qürbətdə,
Bir yol dönməmişdir ilqarından o.
Onu gözləsə də
mal da, sərvət də,
Doymamış yurdunun baharından
o.
Vətənə qayıtmış, vətənə
bəli -
Yad ölkə, söyləmiş,
qəfəsdir mənə.
Cavan müəlliməm, arvadım,
anam,
Bir də yoxsul evim, bu bəsdir
mənə.
Elsiz bal da yesəm, zəhər dadacaq,
Yavan çörək yesəm,
vətəndə yeyim.
Axı bu torpaqdan hərarət
almış
Mənim
bu nisgilli, dərdli ürəyim.
Sonra həbsxana, sürgün, ayrılıq,
Cavan arvadının ölüm
xəbəri.
Kimsəsiz otaqda yola saldığı
Qocalıq, subaylıq, tənha
illəri...
Onun gözlərində canlanır
bir də,
Hər şeyi elə bil görür indicə.
Dolmuş
gözlərini eynəyin
altdan
Arıq
əllərilə silir
xəfifcə.
Deməyin kişi də heç ağlayarmı?
Fateh bir insan da ağlayar
bəzən.
Qocanın gözündə parlayan
o yaş
Elin göz yaşıdır,
hiss edirəm mən.
Bir də nakam qalan
məhəbbətidir,
Həzin
kaman kimi inləyir belə.
Gəlin,
toxunmayaq, dostlar, amandır
Qocanın qəlbində o həssas
telə...
O ilk məhəbbətin, ilk təranəsi,
Bir də ki, bir də ki, son nəğməsidir.
O kama çatmayan eşqin, diləyin
Pərdə-pərdə qalxan həzin səsidir...
Qoyun qulaq assın qoca o səsə.
Hər kəsin öz eşqi, öz həvəsi var.
Əlimdən gəlsəydi pozardım
sizi,
Siz, ey məhəbbətə dönük çıxanlar.
Firidun əl tutur, sakitcə gedir,
Qocanın gözləri qalır
qapıda.
Bir an fikir, xəyal. Sonra zəng səsi,
Çıxır bir təmkinlə
otaqdan, o da...
Həyat haqqında düşüncələr
Gecə
yarıdan keçir,
Hələ yatmayan da var.
Gəlin,
yaxına gəlin,
Görək, nə edir onlar?
Otağın rəflərində
Qəzetlər dəstə-dəstə,
Kitablar qalaq-qalaq,
Üzlərə işıq salır
Zəif
yanan bir çıraq.
Biri kətil üstündə,
Biri taxtda oturmuş,
Biri əlində jurnal
Ayaq üstündə durmuş.
Sadə
parçadan onun
Əynində pijama var,
Səliqəli geyməyi
Çox
sevərdi, o, dostlar.
Saçını yan daramış,
Gözləri gülür yenə.
Əlindəki jurnalı
Oxuyur dönə-dönə...
Hər kəlmənin üstündə
Neçə sual, söz olur,
Müqəddəs fikirlərlə
Baş dolur, beyin dolur.
Mən demədim kimdir o,
Tanışdır çoxdan bizə.
Qəlbində baş qaldırır
Arzu təzə, söz təzə...
Danışırlar ümidlə,
İnamla,
hərarətlə.
Danışırlar, vətənə
Sonsuz bir məhəbbətlə.
Danışırlar sakitcə,
Danışırlar təkbətək
-
Başqa
cavanları da
Başa
salsınlar, gərək...
- Mən, sən, o sakit dursaq,
Kim çarə gəzər axı?
Elin gücü bir olsa,
Neyləyər bizə yağı?
Danışdıqca Firidun
Hiddəti coşur onun.
Deyir:
"Fəryadı birdi
Burda şəhərin, kəndin.
Bizdən
ümid gözləyir,
Doğma
vətən, doğma
el...
Təkcə təhsil almaqla
Dərdlər sağalan deyil...
Gözlərdəki pərdəni
Cırıb ataq bir yana.
Azadlıqdan xoş nə
var
Bu dünyada insana?!
Qoy təhsili qurtarım,
Burda qalmaram, bir an.
İntizarla gözləyir
Yolumu Azərbaycan.
Təbriz
ümman kimidir,
Dalğa-dalğanı aşır.
Xalqın
haqq-hesab günü
Anbaan yaxınlaşır,
Anam da yazıb: "Tez gəl,
Bağımızı aldılar.
Dəyirmanı yandırıb
Yaman günə saldılar".
Yazıq
anam, yazır ki,
Gəlsən, pis keçməz
bizə.
Bilmir
ki, mən birbaşa
Getməliyəm Təbrizə.
"Xavərno" qəzetində
Gedib işləyəm gərək.
Ana dildə məqalə -
Necə
səslənər görək?!
Axı bizim dildə də
Yaranıb neçə nəğmə.
Füzuli,
Vaqif, Möcüz
Səs salıbdır aləmə.
Qanun yazdı Xətai
Doğma
dilində fəqət,
Şeirə, sənətkara
Ürəyində məhəbbət.
Firidun danışdıqca
Qulaq asır dostları.
Gündüzə yol axtarır
Onlar bu gecə yarı...
Arada neçə söhbət,
Neçə-neçə söz olur,
Kiminin fikri yanlış,
Kiminin
ki, düz olur.
Danışır gənc tələbə,
Tutulmuşdur bir qədər.
Deyir: - Tətil etməklə
Nə udacaq fəhlələr?
Dünənki nümayişdə
Neçəsi öldü nahaq.
Zərər çəkən, əzilən
Yenə
yoxsuldur ancaq.
Məncə, yaxşı olar
ki,
Ərzə yaza fəhlələr,
Sahibkar
da güzəştə
Gedər,
yəqin bir qədər.
Nahaq qan axmaz daha,
Ölməz arada fəhlə.
Son qoyular bu qanlı,
Vuruşlara, tətilə.
Soruşur bir başqası:
- Firidun, başa sal bir,
Bəlkə bizim fikrimiz
Kökündən düz deyildir?
- Səhvdir, fikriniz, qardaş,
Əranini oxuyun.
Ondakı
fikirləri
Təhlil
eləyin, duyun.
Şüurun da silahı
Mübariz bir kitabdır.
Fəhlənin azadlığı,
Haqq səsi, inqilabdır.
Sahibkar bir gün keçər,
Bir yol güzəştə gedər.
Nə üçün mərhəmətlə
Gün keçirtsin fəhlələr?
İş onun, dəzgah onun,
Qabarlı əllər onun,
Torpaq üstə tökülən
Puçur-puçur tər onun.
Niyə
o, xahiş etsin
Ərzə yazsın hər
səfər,
Sahibkarın ürəyi
Rəhmə gələ bir qədər?
Kəndlinin də həyatı,
Ömrü-günü qaradır.
Əkir,
biçir, ərbaba
Xoş güzəran yaradır.
Bəs
o yazıq nə etsin,
Odamı
dözsün belə?
Allahın hər əmrinə?!
Qardaşlar, "Ajeri"də
Oxuyun yaxşı, yaxşı,
El gücü, el yumruğu
Birləşsin zülmə qarşı.
Dinləyir Firidunu
Dostlar heyrət içində.
Dan sökülür, ulduzlar
Qalır
zülmət içində.
Ayrılıq və görüş
Hüquq
şöbəsini bitirdi
bir gün,
Firidun diplomu əziz saxladı.
Ürəyində arzu, gözündə
gülüş,
Neçə yol diplomu açıb yoxladı.
Tehran dəbdəbəli olsa da onu
Bağlaya bilmədi özünə
bir an.
Yığdı şeylərini, bir
məhəbbətlə
Görüşüb ayrıldı yoldaşlarından.
Qoca alimin də getdi yanına,
- Kim bilir, bəlkə də görüşdük
- dedi.
Həyat
təcrübəsi öyrədib
axı -
Bizim düşmənimiz, cəbhəmiz
birdi.
- Yəqin görüşərik,
qoca alim də
Əl tutub görüşür,
tez Firidunla.
Silib eynəyini, taxır gözünə,
Qəhərdən titrəyir səsi
az qala.
Oğula
tamarzı atalar kimi
Öpür Firidunun alnından
qoca.
Eh, necə istərdi, oğul böyüdüb
Dalınca baxaydı o da doyunca...
Firidun ahəstə çıxır
qapıdan,
Üzündə, gözündə bir
ümid yanır.
Qalxır
öz yerindən ağsaçlı alim
Qapının önündə xeyli
dayanır.
Kövrəlir yenə də bu ayrılıqdan,
Bir siqar yandırır məlal içində.
Unudur özünü, yenə qərq olur
Gah acı, gah şirin xəyal içində...
***
Firidun Təbrizə gəlir bir səhər,
İlk dəfə gördüyü
bu gözəl şəhər
Ona doğma gəlir, ona xoş gəlir,
Vətən havasından ruhu
dincəlir.
Baxır
binalara köhnə tanıştək,
Geniş
küçələri bir-bir
keçərək,
O, Ərk döngəsində
bir otaq tutur,
Bir çamadan qoyur, bir kiçik bağlı.
Qonşu
arvadları xeyli maraqlı:
- Bəs şeylərin hanı?
- Şeylərim? Budur!
Firidun bağlını göstərib
gülür.
(Kasıbın dərdini kasıblar bilir).
Qonşu
utanaraq öz sualından
Deyir ki:
"Qəm yemə,
ay cavan oğlan,
Mən səndən kasıbam, düzünə baxsan.
Sən hələ çox pullar qazanacaqsan.
Nə
ola, ömrünün sonu
xoş gələ,
Sən bir bağlamayla gəlmisən, ancaq -
Nə
var istəyirəm, nə
də ki, otaq,
Deyirəm, kaş, balam əliboş gələ.
Fəqət gəlib çıxa...
- Oğlun hardadır?
Zalım
əlindədir, bala, dardadır.
Eh, nə deyim sənə,
nəyi danışım,
Çox
bəlalar çəkmiş
bu yazıq başım.
Yollar yorğunusan, get dincəl indi,
Dərdi
söhbət etmək
dərddən çətindi.
Vaxt gələr, deyərəm.
Kim bilir, bir də
Çarə tapılarmı bu
ağır dərdə?
Bəlkə dövran döndü,
zaman dəyişdi,
Oğlum
azad oldu, özü danışdı.
Firidun tez qalxdı səhər yataqdan,
Onun qulağına qonşu otaqdan
Həzin
bir səs gəldi, ağlamaq səsi -
Yazıq
bir ananın odlu nəfəsi,
Elə bil qarsırdı daşı-divarı.
Sonra da ananın hıçqırıqları
İsti
göz yaşında boğuldu birdən.
Firidun sakitcə qalxaraq yerdən
Asta addımlarla çıxdı
həyətə.
Ananı
ağladan bu müsibətə
Şərik olmaq üçün
düşündü xeyli.
Həyatdan, taledən belə
gileyli
Ana Firidunla durub üz-üzə
Danışdı başından gəlib
keçəni:
- Bir zülm eləmiş ki, ağalar bizə,
Mən neçə gündüzü,
neçə gecəni
Durub nəql eləsəm, qurtarmaz yenə -
Biz kənddə olurduq, keçən il bu vaxt
Bilmirəm, hardansa xanın
evinə
Yığılıb gəlmişdi bir dəstə qonaq.
Ağanın nökəri gəzdi
hər yanı,
Kimin nəyi vardı, çəkib apardı.
Bizim kişinin də qızışdı qanı,
Bir qoyunun üstə haray qopardı.
"Belə də zülm olar" dilində qaldı,
Nökərin şallağı qalxdı
havaya,
Haraya dəydisə zol-zol qaraldı.
Bir nəfər olmadı girsin araya,
Mən
ha yalvardımsa zalım
baxmadı.
Kişi
bir dağ kimi qopdu yerindən
O yıxılan oldu, bir də qalxmadı.
Divana-dərəyə ərzə verdim mən,
Oğlum
da hakimin yanına getdi,
Öz əlilə verdi ərizəmizi.
Bir gör ki, hakim də axır nə etdi?
Kənddən çıxartdırıb qovdurdu bizi.
Yığışıb Təbrizə gəldik keçən qış,
Sonra da oğlumu tutdurdu ağa.
Dedi ki, bəhrəni yığıb
aparmış...
İndi üç aydır ki, tifil uşağa
Təbriz
zindanında əzab verirlər.
Mənim
də nə gecəm, nə gündüzüm var,
Dil bilən adamım olsaydı əgər,
Dərdimi bir yana çatdırardılar.
Firidun dinmədi, xəyala daldı,
Ananın
halına yandı ürəyi.
İstədi desin ki, əmr-mahaldı
Bu dövlətin sənə
ola köməyi.
Ancaq danışmadı, nə
desin indi?
Ananın
qəlbini ala bilmədi.
Lal-dinməz oturub qala bilmədi,
Keçib otağına dərhal
geyindi,
Firidun birbaşa getdi zindana.
Rəislə görüşüb xeyli danışdı,
Məhəl qoymadılar əvvəlcə
ona.
O bir vəkil kimi işə qarışdı,
Sonra qanun-qayda gəldi araya.
Eynəyin üstündən baxanda
rəis
Firidun duz səpdi təzə yaraya.
Dedi: Nə zamandır bəs məhkəməniz?
- Məhkəmə, məhkəmə...
- rəis duruxdu -
Dəqiq
bilməyirəm, düzünü
bilsən,
Məhkəmə haqqında bir xəbər yoxdur.
Adam göndərərəm arxanızca
mən,
Sizsiz məhkəməni keçirmərik,
bil.
Firidun
hiss etdi bu kinayəni,
- Buyurun, neçə ay, ya da neçə il
Oturub gözləyək biz məhkəməni?
- Bu bir az çətindir.
Kəndin
maliki
Şikayət etmişdir:
O ölən adam
Xəstəymiş, bu kənddə
hamı bilir ki,
O öz əcəliylə ölmüşdür tamam.
Odur ki, məhkəmə olmadan qabaq
Qazıb
çıxarsınlar gərək
ölünü.
Diqqətlə hamımız mərhuma
baxaq
Gərək o məhkəmə başlayan
günü,
Sonra da haqq ilə verilsin
qərar...
Firidun hirs ilə qalxdı
yerindən:
- Demək, hələ sizin nəqşəniz də var?
Eyb etməz, yenə də gələcəyəm
mən.
Bəlkə məhkəmədə dustaqdan qabaq
Haman o ölünü dindirəcəksiz?
İndidən deyirəm, siz o
gün ancaq
Xalqı
özünüzə güldürəcəksiz...
Rəis
eynəyinin üstündən
baxdı,
Hakimin dodağı qaçdı
bir qədər.
Düşündü, məktəbdən
çıxmış uşaqdı,
Deyərəm, "dərsini yaxşı"
verərlər...
Keçdi hadisədən bir
həftə tamam,
Firidun gəlmədi, iş bitdi demək.
Bir səhər şəhərdə
bir dəstə adam,
"Xavərno" satırdı
haray çəkərək:
"Gəlin, təzə bəxər, nadir bir xəbər,
Hakimlər ölünü dindirəcəklər..."
Hamı
maraqlandı, bu necə işdir?
Ölü məhkəməyə necə gələcək?
Gördülər ki, hakim özü demişdir:
"Qazıb çıxarsınlar
mərhumu gərək..."
Xəbər dükan-dükan, küçəbəküçə
Şəhəri dolandı, kəndə
yollandı.
Qəzet
hökmdara gəlib yetincə
Elə bil od tutdu,
o, alovlandı.
Qəzəblə zəng etdi rəisə haman:
- Bir deyiniz görüm, bu necə işdir?
İşin tərsliyindən elə
bu zaman
Firidun otağa təzə gəlmişdi.
Rəis
Firiduna baxıb yanakı,
Özünü itirdi həycan içində.
Nə
"hə" deyə
bildi, qorxdu, nə də ki,
"Yox" söyləyə bildi. Duman içində,
Bir sözlər danışdı
mənasız tamam.
Ostandar yarıda kəsdi sözünü:
- Bəli, xidmətizə gələrəm axşam,
Gəlib
danışaram sizə
düzünü...
Burda Firidunun qaçdı dodağı,
Qəzeti
uzatdı rəisə
sarı.
Hakimin töküldü qaşı-qabağı,
Dedi: - Oxumuşam tamam bunları.
İndi vaxtım yoxdur, sabah gələrsən,
Bəlkə imkan edib eşitdim səni!
Firidun söylədi: - Gələcəyəm
mən,
Görək kim aparır bu məhkəməni? -
Rəis
eynəyinin silib tozunu,
Baxdı
Firiduna o, əyri-əyri.
Zor ilə saxladı rəis özünü,
Onu təhqir etmiş uşağın biri.
Rəis
dillənmədi, qəlbində
fəqət
Dedi:
"Sabah yenə gələrsən,
əlbət..."
Ananın
səsinə qalxıb
yataqdan
Firidun kədərli çıxdı
otaqdan.
Yenə
ağlayırdı zavallı
ana,
Nahaqdan tutulmuş o tək oğluna.
Əlac
axtarırdı göydən,
Tanrıdan,
Deyirdi, kömək et, böyük
Yaradan,
Səndən istəyirəm oğlumu
ancaq.
O, çöldə dustaqdır,
mən evdə dustaq.
Firidun kədərli çıxdı
otaqdan,
Ananın
sözləri onu bayaqdan
Alıb
aparmışdı. O öz-özünə
Danışa-danışa gedirdi yenə.
Deyirdi, dünyaya təzə gəlmişəm,
Məktəb bir aləmdir, həyat bir aləm...
Mən indi düşündüm,
mən bildim indi
Həyat
imtahanı daha çətindi...
Xəyal
bir quş olub gəzir hər yanı,
Keçib küçələri, baş xiyabanı,
Gedir komitəyə Firidun dərhal,
Ürəyində təlaş, üzündə
sual.
Görüşür dostlarla, ona deyirlər, -
Rəis
xəbər alıb səni bu səhər
-
Deyirmiş, xeyirdir, gəlsin
həl-həlbət.
- Xeyir olan işdə olmaz məsləhət.
Firidun rəisin yanına gəlcək,
Rəis
yer göstərdi ona yanında.
- Mən də alovluyam, elə sənintək,
Ancaq elə alış, alovlananda
Dostu da qarsmasın alovun, barı,
Deyib dişlərini ağartmış
ona.
- Axşam başa saldım mən hökmdarı,
Dedim ki,
mərhumun yazıq oğluna
Üç aydır əziyyət
verilir nahaq,
Əmr edin, bu səhər
onu buraxaq.
Sağ olsun, çıxmadı o
da bu sözdən,
Elə oradaca əmrini yazdı.
Səhər də şad xəbər vermək üçün mən
Səni
axtarırdım...
Bu da kağızdı,
Göndərin, zindandan buraxsın
dərhal.
(Kağızı uzatdı
ona hörmətlə)
Bir də xahişim var, - unutma bizi...
Firidun hakimə baxıb diqqətlə
Dedi, - unutmaram xidmətinizi!..
***
Şad xəbər bircə anda qanadlı quşa döndü,
Məhəllədə tanış da, dost
da, yaman sevindi.
Bəxtikəm bir ananın güldü üzünə
həyat,
Yazıq
arvad az qaldı çığırsın,
ay camaat!
Eşidin,
agah olun, balam qurtardı dardan!
Bircə
iltimasım var indi pərvərdigardan:
Bu ömrümü calasın
Firidunun ömrünə,
Gözümün işığını o qaytarıbdır mənə.
Eh, qoysaydı neçə yol dolanardım başına,
Görüm darda qalmasın
ona süd verən ana...
Ananın
daxmasına tanış
da, dost da gəldi,
Ay Qızyetər, bir danış, bu nə təhər əməldi?
Sirr-xudadır, düzü, heç
belə də iş olar?
- Hə, inanın, dünyada belə də igidlər var.
Nə pul aldı, nə para, fəqət dadıma çatdı,
Sanki yatmış bəxtimi öz əlilə oyatdı.
- Sən allah, ay Qızyetər, bizi də tanıt ona,
Balamı
neçə aydır
salıbdılar zindana.
Varım,
yoxum dağılıb,
səbrim tükənib
daha,
Dilim qabar olubdur yalvarmaqdan
Allaha...
- Məni də tapşır ona. Bir tək qardaşım vardı,
Onu təqsirsiz yerə polis gəlib apardı.
Gərdənbəndim, güşvaram rüşvətə getdi
tamam,
Əl mənim, ətək sənin, ay xala, yalvarıram!
Çatdır ərzi-halımı o cavan vəkilə sən,
Qardaş
dərdi yamandır, onu başa sal,
denən.
Ana böyük inamla hamıya ürək verdi,
Dedi, ağır da olsa, gərək bütün bu dərdi
Axşam
gedib yanına özüm danışam bir-bir.
Fəqət dərdi danışmaq
dərd çəkməkdən
çətindir.
Onda olan insafa ürəkdən
inanmışam,
Sizin də ərzi-halı yetirərəm bu axşam.
Hər kəsin ürəyində
bir təsəlli oyandı,
Ev-ev gəzdi Təbrizi cavan vəkilin adı...
Tapşırıq
Firqə
komitəsinə
Firidun getdi yenə.
Görüşüb, danışdı
o,
Dostlarla
dönə-dönə.
Ona xəbər verdilər,
Bir tapşırıq var təzə:
Elə günü sabahdan
Kəndləri gəzə-gəzə
Torpaq haqda yazdığın
Məqaləni başa sal.
Kəndli
yaxşı bilsin ki,
Nə yuxudur, nə xəyal,
Bu aydın həqiqətə
Kəndli
bir də inansın.
Becərdiyi torpağın
Özü ağası olsun,
Keşiyində dayansın!..
***
Firidun düşündü. Onu xəyallar
Aldı
qanadına, bir tərlan kimi.
Nəyisə yadına saldı
o, xeyli,
Baxdı
üfüqlərə nigaran
kimi.
Elə bil, bir anda
dəyişdi dövran,
Qurumuş ağaclar dirçəldi,
qalxdı.
İllərlə sükuta qərq
olan Ərk də,
Sanki Firidunla danışacaqdı.
Doğma
kəndlərində neçə
il qabaq
Sevdiyi İntizar yadına düşdü.
Elə bil, qış vaxtı, şaxtalı gündə
Bir sevdalı bahar yadına düşdü.
***
- Yazıq qız, nə qədər həsrət çəkibdir...
Yəqin,
deyəcəkdir yenə
gedirsən?
Daha bilməyir ki, lap bu yaxında
Onunla toyumu edəcəyəm mən.
Sən ey saf məhəbbət,
sənin yolunda
Əzab
çəkəndə də
yorulmur ürək.
(Sən ey saf
məhəbbət, ömrüm
uzunu
Səni
hər naşıdan qoruyum gərək.)
Gedir asta-asta Firidun yenə,
Gedir Şeşgilana, İntizargilə.
Gedir, ürəyində düşünür,
görən,
Bu yolla nə qədər
gedəcək hələ?..
***
- Kimdir, qapı döyən?
- Açınız, mənəm.
- Bıy, sənsən, Firidun, di gəl içəri.
- Yox, yox, işim
vardır, yolüstü
gəldim.
Doldu İntizarın yenə gözləri.
- Bəs işin var idi, niyə gəlirdin?
Gəlibsən, keç evə,
çörək ye, dincəl.
- İntizar, doğrusu, səfər üstdəyəm,
Sən keç təqsirimdən bu dəfə də gəl.
Uzun hörüyünü barmaqlarına
Dolayıb astadan dindi İntizar:
- Lap məəttəl qalmışam,
düzü, Firidun,
Adam da bu qədər qürbətdə olar?
- Nə qürbət, vətənin hər yeri birdir,
Fəqət, ayrılığın məni incidir.
- Demirsən mənim də...
- Hə, de, utanma?
- Nə deyim, gedirsən, yaxşı yol sənə.
Qızın saçlarından öpür
Firidun,
Deyir, inanıram sədaqətinə,
Bu son ayrılığın, son həsrətindir,
Hər şey dəyişəcək
yaxın zamanda.
Lap el qaydasilə, el adətilə
Səni
evimizə aparram onda.
İntizar qızardı.
- Eh, sən də vallah, elə toy deyirsən,
Toy niyə gərək?!
- Toysuz da iş keçər? Anam əhd edib
Ki, oğul toyunu ölməyək, görək.
- Mənim də xanımım əhd eləyibdir,
- Demək, düzələcək
hər şey yaxında.
Lap el qaydasilə, el adətilə
Səni
evimizə aparram onda.
Bilirsən, kəndlilər qalxmış
ayağa,
Şəhərdə fəhlələr
lap üzə durmuş,
İntizar, sevgi də, puç olub gedər,
Olmasa azadlıq, bir də qurtuluş.
- Mən nə deyirəm ki, rast gəlsin işin,
Bəlkə mən də sənə bir kömək edəm?
- Hələ vaxta vardır, lazım olanda
Səndən də köməklik
istəyəcəyəm...
Yadların əlində dağılır
vətən,
Onun hamımıza ehtiyacı
var.
Zülmətdən çıxmaqçün əzilən xalqın
Fəqət bircə yolu, bir əlacı var:
O da inqilabdır, bir də azadlıq.
Bunu başa düşsün gərək hər adam.
Bax, o gün İntizar, arxanca gəlib
Səni
də evmizə aparacağam...
Əl tutub ayrıldı iki sevgili,
Vüsalla ayrılıq durdu
üz-üzə.
Susdu hər ikisi, şirin xəyallar -
Sanki qıfıl vurdu söhbətə-sözə...
Bir anlıq baxışlar danışdı, dindi,
Dil danışmayanı gözlər
danışdı.
Oxucum, yəqin ki, sevda çağları
Mənimtək sənə də
yaxşı tanışdı!
İntizar qapıda durdu bir zaman,
Baxdı
Firidunun ardınca xeyli.
Biz də arzu edək,
gözəl bir gündə
Kam alsın bu iki
cavan sevgili...
***
Səhər dan söküləndə,
Qızaranda göy üzü,
Firidun yola düşdü,
Tərk
elədi Təbrizi.
Gah atla, gah piyada
O, kəndlərə yollandı.
Neçə yoxsul kəndlinin
Evində
qonaq qaldı.
Başa
saldı, torpağın
Becərəndir ağası.
Söylədi uçulacaq
Zülm,
əsarət dünyası.
El bir olsa oynadar
Öz yerindən dağı da.
Birləşin, qoy məhv olsun
Kəndxuda da, ağa da...
Firidunun
sözündən
Cana gəldi kənd tamam,
Oymaq-oymaq
dolanıb,
O danışdı hər axşam.
Dünya
görmüş bir qoca
Söykənib ağacına
Dinlədi Firidunu,
Ah çəkdi yana-yana:
Köhnə dərd təzələndi,
Qocanı
qəhər boğdu,
Dedi: - Kənd əhli bilir,
Kimim-kimsənəm yoxdu,
Arvad aclıqdan öldü.
Qaldıq
qızım, bir də mən.
Balama
pay verərdim
Pay olsaydı ömürdən.
Eh, birtəhər böyütdüm,
Dərdlərim də böyüdü.
Yüz qıza dəyişmərəm
Doğrusu, bir igidi.
Onu qəmli görəndə
Bağrımın başı yandı.
Qıza
gözəl olmaq da
Kənd
yerində yamandı.
Hə, nə deyim, ay oğul,
Nə təhər danışım
mən?
O son ümidimi də
Ərbab
aldı əlimdən.
Sonra da eşitdim ki,
Qızım yaman xəstədir.
Bir səhər də dedilər:
Narıngül can üstədir.
Öz evimdə yas tutub
Səhər-axşam ağladım.
Həsrətini qəlbimdə
Bir nişanə saxladım.
Qadanı
alım, oğul,
Tez qurun haqq divanı,
Ədalətlə ayırın
Siz yaxşını, yamanı.
Qoca xəyala dalır,
Hamı
susur bir anlıq.
Barat dillənir birdən:
- Eh cavanlıq, cavanlıq,
Qayıtsaydın, nə dərdim,
Mən də cavanlar kimi
Bir silah götürərdim.
- Qəm eləmə, ay əmi,
Nə kövrəl, nə də ah çək.
Sənin
də əvəzində
Bax, bunlar döyüşəcək,
-
Deyə,
Firidun yenə
Aram-aram danışır.
Gecə
keçir, kənd əhli
Evinə
dağılışır.
- Bu gecə də Barata
Qonaq olasan gərək.
Nə olar, bu qocayla
Kəsəsən bir duz-çörək.
- Çox sağ olun, ay əmi,
Sizə
tabeyəm mən də.
Yaxşı olar oyatsan
Səhər dan söküləndə...
Firidun qalxdı yerdən
Sübhün lap erkən çağı.
Barat kişi dilləndi:
- Sənin kimi qonağı
Allah öz imdadında
Saxlasın, əziz bala!
Düşməyəsən çətinə,
Gəlməyəsən zavala.
- Sağ ol, əmi
can, sağ ol,
Görüşərik biz yenə.
Sən qəm etmə, darıxma,
Qulluq elə özünə.
Arzusunu çəkdiyin
O dövranı gör, sən də.
Təzə həyat gələcək
Möhrə divarlı kəndə.
Qoca güldü, Firidun
Bağrına basdı onu,
Yoxsul kəndistan haqda
Düşündü yol uzunu.
Təzə ev və təzə arzular
Tərbiyət xiyabanı,
Yaraşıqlı bir həyat.
Firiduna vermişdir
Onu Milli
Hökumət.
Həyətdə güllər açıb,
Gözəl çarhovuz da var.
Meyvədən başlarını
Yerə
əymiş ağaclar.
Həyətin baş ucunda
Çeşmə axır, ahəstə,
Quşlar
məclis düzəldib
Tər budaqların üstə.
Şəhər gəlinə bənzər,
Örpəyi ağ buludlar.
Sevinc yaşıyla yuyur
Tellərini göy otlar.
Əllərində çantası,
Dillərində şən nəğmə
Uşaqlar dəstə-dəstə
Yollanırlar məktəbə...
Var-gəl edir otaqda
Odur, Firidun yenə.
Əlindəki məktubu
Oxumuş
dönə-dönə.
O, doğma sətirlərdən
Yenə
ayrıla bilmir.
Onun qulaqlarına
Elə bil ki, ananın
Mehriban səsi gəlir:
"Canım-ciyərim, oğlum!
Şükürlər olsun ki, sən
Xatirimə dəyməyib
Bu bahar evlənirsən.
Bacılarınla bahəm
Gələcəyik Təbrizə.
Yəqin
sevdiyin qızı
Göstərəcəksən bizə.
Toyunu görsəydim bir
Dünyada kam alardım.
Ömrümün son vaxtında,
Gəlinimlə qalardım.
Körpə nəvənin üstə
Nanə
kimi əsərdim,
Sən
toy eyləyən günü
Bir qurban da kəsərdim.
Ancaq, el adətini
Heç
zaman unutma sən:
Elçiliyə bacınla
Özüm gedəm gərək
mən.
Salam, dua, öpürük
Hamımız səni, oğlum!
Məktubun cavabını
Tez yaz, qurbanın olum".
***
Bir səhər də Fatmayla
Qızları gəldi qonaq.
Dostlarla,
tanışlarla
Doldu, boşaldı otaq.
Ana plov dəmlədi,
Bacılar döşədi miz,
Süfrə qadın əlilə
Oldu qar kimi təmiz.
Astara matahından
Bir bağlı da düzəldi,
-
O sovqat haman axşam,
Gəlin
evinə gəldi.
***
Ana bir də düşündü,
Ev təzədən döşəndi.
Bacılar necə şəndi.
Gəlin,
biz də sevinək,
Toy olacaqdır demək.
Həqiqətmi, xəyaldı,
Firidun üzük aldı.
Bu ayna, bu da şaldı.
Gəlin,
biz də sevinək,
Toy olacaqdır demək.
Təzə güllər əkildi,
Qəşəng talvar çəkildi.
Bəy otağı tikildi,
Gəlin,
biz də sevinək,
Toy olacaqdır demək.
Ananın
gülür üzü,
Gülür arzusu, sözü,
Toya çağırır bizi.
Gəlin,
dostlar, sevinək,
Toy olacaqdır demək.
Xalq
məhkəməsi
Səttarxan xiyabanı. Bura Filarmoniya.
Cərgələr dolmuş, hələ
ayaq üstə duran var.
Gəlmişdir bu salona, heç ömründə
gəlməyən,
Gözüylə neçə zülmə
şahid olan qocalar...
Nə nümayiş olacaq, nə də konsert günüdür,
Məhkəmə qurulubdur, nəğmə
ucalan yerdən.
Elə bir məhkəmə ki, dilimiz, adətimiz -
Ürək açan nəğməmiz,
zəncirlənməsin bir
də!
Gəlmiş evi dağılan,
malı əllərdə
gedən,
Bir doyumluq çörəyə
körpəsi möhtac
qalan.
Gəlmişdir, ömrü boyu
taxıl əkib, becərən
İl başı yenə borclu, yenə özü ac qalan.
Gəlmiş kəndli, şəhərli,
gəlməmək olarmı
heç?!
Xalq özü düşməninə
hökm verəcək
bu gün.
Sən ey Milli Hökumət, ey doğma partiyamız,
Hər addımda görünür
qüdrətin, böyüklüyün.
Səhnəyə daxil olur müddəyiümum, müstəntiq,
İclasçılar, vəkillər,
şahidlər əyləşir,
bax:
Hər nigaran ürəkdən bir səs ucalır
indi -
Bu gün heç görünməyən xalq
divanı olacaq.
O ortada əyləşən
cavanı kim tanımır!
Çiynində qara örtük,
əyləşib miz başında.
Neçə məna, neçə
söz, neçə nisgil oxunur
Onun alışıb yanan, qəzəbli baxışında.
Yenə
də hər günkü tək saçını yan daramış,
Təbəssümü bir anlıq uçub getmişdir ancaq.
Axı bu gün Firidun,
haqqı kül olmuş xalqın,
Bir də doğma yurdunun adından danışacaq!
Canlanır gözlərində viran
qalmış o kəndlər,
Qoca
Barat kişinin yanıqlı
şikayəti.
Canlanır gözlərində gəlinlərin,
qızların,
Oğulsuz anaların dağdan
ağır möhnəti...
Hakim zəngi basantək, gətirirlər məhbusu,
Bu caniyə dikilir bütün baxışlar
bir an.
Başını yerə əyir,
əynində hərbi
forma,
Vicdanı qan, əli qan, iblis görkəmli
insan.
***
Paqonundan
bildiniz, sərhəng
olmuş bu cənab,
Zəngənənin zülmünə
yer də, göy də ağlayıb.
Vaxtsız ölən oğluna,
vaxtsız ölən
qızına
Sinəsi
dağlı vətən
hər zaman yas saxlayıb.
Kəndlinin dərisini soyudub
bircə anda,
Təki
öz ağasına sadiq qalsın bu cənab.
Min belə canilərin haqqını verir indi
O Səttarxan bayraqlı, bahar səsli inqilab.
Cani keçən günləri
unuda biləydi kaş,
Qara məchul kölgələr
gözündən keçir
yenə.
Ayaqdan asdırdığı neçə
kəndli elə bil
Deyir, cavab ver, axı
nə etmişdik biz sənə?
Alnımızdan axan tər, əlimizin qabarı,
Bir də könül qubarı artdı yenə, qaldıq ac.
Qolumuz zəncirləndi, göylərə
zülmət endi,
Kim ucadan dilləndi, başına endi qırmanc.
Qaradağın naləsi, Urmiyanın
fəryadı
Dönür bir uğultuya caninin qulağında.
Axı,
onun əmrilə talan oldu neçə
ev,
Süngüyə keçirildi körpələr
qundağında...
Başından çarğatını götürdü neçə
ana,
Onun ayaqlarına atdı, rəhmə gəl, - dedi.
Bizi pənahsız qoyma, odlama daxmamızı,
Onsuz da,
başdan aşır yazıq kəndlinin dərdi.
Cani keçən günləri
unuda biləydi kaş,
Tonqalda yanan kəndli gözlərində görünür.
Axır
nəfəsə qədər
günahım nədir?
- deyən
O kəndlimi, yoxsa ki, kölgəsidir sürünür?
Elə bil ki, kölgənin neçə-neçə əli
var,
Yapışır boğazından sərhəngi
boğsun deyə.
- Aman, səsi də çatmır, çağıra
bəlkə, bəlkə,
Tanışından, dostundan gəldi ona köməyə.
Köksünə süngü enmiş
körpənin son inqəsi,
Bir də - can balam, - deyən gəlini salır yada.
İndi məcburdur, gərək diqqətlə qulaq assın
Bir vaxt nəşə aldığı o aha, o fəryada.
İndi
ah da, aman da səslənir
qırmanc kimi,
Sərhəngin gözlərində sürünür
neçə kölgə.
Yapışır boğazından, canini
boğsun deyə,
Düşmənlərin əlindən azad olmuş bir ölkə!
Danışırlar şahidlər, vəkillər də aramla,
Məhbus
sərhəng qəzəbdən
gəmirir dodağını.
Eh, bilsəydi bir gündə məhv edib bu "türkləri"
Torbada daşıdardı Azəri
torpağını.
Dilini, adətini lağa qoyduğu bir el
Hökm
çıxaracaqdır onun
özünə indi.
Yəqin
onu da duydu bu sərhəng cənabları -
Xalqın
məhkəməsindən can qurtarmaq çətindi.
***
Danışırlar şahidlər, danışırlar vəkillər,
Məhbusa söz verilir, məhbus danışmır,
fəqət.
Donur damarında qan, deyir, bir az
su verin,
Nə danışsın, kim ona eləyəcək mərhəmət?!
Danışır müddəyiümum, vüqarı dağdan ağır.
Qanun məcəlləsini varaqlayır
əlində.
O danışır, sərhəngin
dodaq büzüb, güldüyü
İllərlə bağlı qalan
Azərbaycan dilində.
Ürəklərdə tələb, söz çevrilir uğultuya,
Hamı
təsdiq eləyir, cavanı bir ağızdan.
Dünya
görmüş bir qoca söz alıb
deyir: - Bala,
Xalqın
hökmü böyükdür
o əl boyda kağızdan.
Firidunun
üzünə qonur xəfif təbəssüm,
Baxır
qocaya, sonra yenə başlayır sözə:
- Cənab sərhəng, eşidin, mənim xalqım, vətənim,
Bir də ki, qanun yazıb ölüm hökmünü sizə.
Salonda bir uğultu, salonda bir hərəkət,
Məhbus-sərhəng qıvrılır
yerində ilan kimi.
Cərgə-cərgə əyləşən
salondakı adamlar
O donmuş gözlərində
rəqs edir duman kimi.
Salon seyrəlir artıq, səhnə boşalır
tamam,
Min illik bir ölüyə
bənzəyir məhbus
sərhəng.
Zorla qalxıb ayağa çığırır dəli
kimi,
- Yox, yox, rəhmə
gəlin bir, istəmirəm mən ölmək.
Dünən gurlayan o səs
gör necə də zəifdir.
(Mərd insana yaraşıb mərd yaşamaq, mərd ölmək.)
İki pasiban qalır, dağılır gedir hamı,
Mən ölmək istəmirəm,
- deyə çığırır
sərhəng...
El bayramı
Günlər günü adladı,
Həftələr aya döndü,
Kəndlər, şəhərlər tamam
Bayram donu geyindi.
"21 Azər"ə
Qız,
gəlin nəğmə
qoşdu,
Axı
o gün sevindi,
Həsrət qəlblər qovuşdu.
Bu bayrama hər kəsin
Yadigar dəməti var,
Kəndlinin, şəhərlinin
Böyük məhəbbəti var.
Hərə öz sənətindən
Hazırlayır bir nişan.
Uzun gecələrini
Gözəl mahnılar qoşan
Sənətkar da yatmayır,
Yazır,
gözəl bir nəğmə.
Bir nəğmə ki, yurdunu
Tanıtdıra aləmə.
Hananın qarşısında
Əyləşibdir bir ana.
O, hədiyyə toxuyur
Doğma
Azərbaycana.
Rənglərdən rəng seçir o,
Calayır sapı-sapa.
Düşünür bu xalçaya
Gözəl bir ad da tapa...
Savalanın qarını,
Təbrizin baharını,
Yurdunun vüqarını
Göstərə biləydi kaş...
Azadlığın dadını,
Kəndlinin həyatını,
Azad olmuş qadını
Göstərə biləydi kaş.
Ana rəngdən-rəng seçir,
Calayır sapı-sapa.
Düşünür bu xalçaya
Gözəl bir ad da tapa...
Kəndli
öz torpağının
Buğdasından, dənindən
Deyir,
Milli dövlətə
Pay aparam gərək mən.
Nənə corab toxuyur,
Naxışlar, gözəl, təzə.
O da yola salacaq
Sovqatını Təbrizə.
- Qadanızı alım mən,
Deyin ki,
Milli dövlət -
Üşüsə corabları
Geyinsin
ha, həl-həlbət!
Yununu öz əlimlə
Darayıb, əyirmişəm.
Hələ Milli dövlətə
Neçə nəzir demişəm.
Qadadan uzaq olsun,
Zaval gəlməsin ona.
Bir görsəydim, neçə
yol
Dolanardım başına...
Qəfil yara və nigarançılıq
Pozuldu ellərin bayram cəlalı,
Tehran qoşun çəkdi Təbrizin üstə.
Evlər
talan oldu, neçə igidin
Ömrü külə döndü
soyuq məhbəsdə.
Neçə məsum körpə
beşikdə öldü,
Onun bələyini boyadı al
qan.
Torpağı əlindən çıxmış
kəndlilər
Yenə
də çöllərə
düşdü acından...
Çəkildi dağlara fədailər
də,
Təzədən ağ günə
çıxmaq eşqinə.
Gəldi
vicdanını quruşa
satan,
Yaltaq həyat sürən satqınlar yenə...
Arvad paltarında qaçıb
gedənlər.
Kişi
paltarında qayıtdı
indi.
Ənlikli, kirşanlı, ürəksiz
xanım
"Ərim gəlib", - deyə yaman sevindi.
Əfsus,
soruşmadı, ipək
donumu
Harada itirdin, harada saldın?!
Hər gün bir şəkilə
girməyin üçün
Ağandan nə qədər
sən bəxşiş
aldın?..
Qadın
məclis qurdu, gəldi əfsərlər,
Gəldilər sahibi-ixtiyar kimi.
Xanım
dəyişdikcə tez-tez
yerini...
Əri də gülürdü, yaltaqlar kimi.
Elə haman axşam qəhqəhə səsi
Fəryad
səslərində itib
gedirdi.
Elə haman axşam qövr eləyirdi
Vətən torpağının yarası,
dərdi!
Qəti qərar
Aldım
sorağını, gəldim
dalınca,
Məhbəsin önündə qaş
qaralınca
O qansız rəisi gözlədim xeyli,
Könlümdə səninlə görüşmək
meyli...
Mən hər gün beləcə yol gedib gəldim,
Nə yorulmaq bildim, nə də dincəldim.
Fəqət söylədilər, səbr edib bir az,
İcazə gəlincə görüşmək
olmaz.
Bu zindan yolunu ayaqdan
saldım,
Durub saatlarla qapıda qaldım.
Bu qarlı, çovğunlu yollarda ancaq -
Bir gəlin də gördüm, qəmli, utancaq.
Əlində bağlama, başında
örpək,
Boylanır dörd yana, o, ürkək-ürkək.
Gah qapıda durur, baxışı darda,
Gah da yol gedir o, qarlı
yollarda.
Gəmisi
batıbdır, sanki dənizdə,
Dostlar, gəlin onu dindirək, biz də.
Saçları pərişan, üzündə
kədər,
Kimin həsrətini çəkir
bu qədər?
Uzun kirpiyində yaş donur necə,
Köksünü ötürür hərdən
xəfifcə...
Zərif
barmağında bir üzük də var,
Dəbdir,
üzük taxar nişanlı qızlar...
Yəqin
tanıdınız, kimdir
o qız da,
Yol gedir, yol gəlir
qarda, ayazda.
Əfsus
ki, ilk eşqi daşlara
dəymiş,
Bəlkə də söyləyir,
bəxtim beləymiş.
Bəlkə də söyləyir
günahsızam mən,
Alnıma
bunları kim yazdı, görən?
Bəlkə də inanmır
bəxtə, taleyə
"Arzusu kül olan tək mənəm?"
deyə, -
Ürəyi təskinlik tapır,
kim bilir,
Bu qarlı yolları hey gedir, gəlir.
Bəlkə də, bəlkə
də inanır ki, qız -
Yəqin
qalmayacaq başsız,
pənahsız.
Axı,
Firidunun min-min dostu
var!
Deyin tək qalarmı, dostu olanlar?!
Əlində bağlama, görkəmi
məhzun,
Qız yenə yol gedir,
hey yorğun-yorğun...
Kim bilir, kim bilir,
məlal içində,
Fikirlər, qəzəblə çırpınan
ürək
Bəlkə qərarını indi
verəcək?!
Bəli,
verəcəkdir qərarını
o,
Pozmaz
ilk əhdini, ilqarını
o.
Bildi ki,
düşəcək çətinə,
dara,
O, qarlı yollarda gəldi qərara.
Fəqət, ürəyində nisgil
ağladı,
O getdi, dərdini gizli saxladı.
Görə bilməsə də
sevgilisini,
Söylədi Firidun, bəlkə
də səni -
Kim bilir, həbsdən kənarda gördüm?
Qışda görməsəm də,
baharda gördüm.
Başında çal papaq, çiynində tüfəng,
Həsrətə, möhnətə sinə
gərərək,
Cəbhədən-cəbhəyə adlayan gördüm?!
Düşmənin bağrını odlayan
gördüm.
Fədai
dostların arasında
sən
Gördüm aram-aram nitq eləyirsən,
Harda olur-olsun, nə fərq, sevgilim,
Yəqin
ürəyimdə qalmaz
nisgilim.
Vətən torpağında görüşərik
biz!
Dildən-dilə gəzər məhəbbətimiz!
Ömrün son səhifəsi
Gün hələ rəqs edir şəhərin üstə,
Qaranlıq, rütubət soyuq
məhbəsdə
Tanıya
bildinmi, kimdir o cavan?
Belə
qəzəblidir, belə
nigaran.
Yenə
saçlarını daramış
yana,
Bu qara kostyumu yaraşır
ona.
Təzə köynək geymiş,
pambıq kimi ağ,
Elə bil harasa gedəcək
qonaq.
Bığı səliqəylə vurulmuş
yenə,
Hələ müşk ətri
də səpmiş üzünə.
Çiçək də taxmışdır
sol döşünə o,
Bəlkə öz yarının
görüşünə o,
Beləcə geyinib getmiş
həmişə?!
Görkəmində vüqar, qəlbində nəşə,
Bəlkə, universitetə, tələbələrlə
Geyinib görüşə getmişdir
belə?!
Bəlkə, bu paltarda çıxarmış qərar,
Önündə baş əymiş
qansız ağalar.
Novruz bayramında, gözəl baharda,
El şənlik edəndə
doğma diyarda
Beləcə geyinib getmiş
görüşə?!
Görkəmində vüqar, qəlbində nəşə!
Düşünür Firidun, düşünür dərin,
Çəkmir barmaqlıqdan o, nəzərlərin.
Vətən göylərinə həsrətlə
baxır,
Başında elə bil ildırım çaxır...
Yenə
taladılar Azərbaycanı,
"Dost"
deyə, qırdılar
min-min insanı.
Neçə qəhrəmanı dardan
asdılar,
Neçə ana qaldı sinəsi
dağlı.
Sürgün yollarının yolçusu
oldu
Neçə cavan gəlin, qolları bağlı.
Düşünür anası nə edir görən,
Bacısı, qardaşı indi
sağmıdır?
Bu nahaq qanların intiqamını
Onlar düşmənlərdən alacaqmıdır?
***
O, son qələbəni görürmüş
kimi,
Unudur ən ağır hökmü bir anda.
Görür azadlığın bayraqlarını
Necə
dalğalanır Azərbaycanda...
Ona ölüm hökmü vermiş yağılar,
Yandı
ürəyimin başı
bu sözdən.
Necə
dilim gəlsin, necə deyim ki,
Firidun əbədi ayrılır
bizdən?!
Onun son arzusu, onun son əhdi
Heyrətə gətirmiş düşməni
belə:
Mənim
kostyumumu, çəkmələrimi
Gətirin - söyləmiş, o gülə-gülə...
"Təəccüb etməyin,
demiş, ağalar,
Mənim
adətimdir təmiz geyinmək.
Bir də, deyirəm ki, dar ayağında
El məni pərişan görməsin gərək".
Elini, yurdunu düşünən
igid
Bizim qəlbimizdə yurd saldı, getdi.
Bir insan ömrünü başa vurmadı,
Min insan ömrücə kam aldı, getdi.
Qalxıb
barmaqlıqdan baxır
nigaran,
Bir quş qanad çalır bəxtəvər,
azad.
Ömrünü ağ günə
bəxş edən insan
Sənin
həsrətinlə gedir,
ey həyat?!
Sabah sönəcəkdir dan ulduzutək,
Doğan
günəşin də
gözü dolacaq.
Pərişan saçını açıb
ahəstə.
Cavanın üstünə kölgə
salacaq...
Fikirlər çağlayan ümmana
bənzər,
Qurtaran deyildir, bir an içində.
Çəkilin, qoymayın siz ey fikirlər!
Firidun qərq ola ümman içində.
Cilovsuz
at kimi nə olmuş belə,
Gah lal durursunuz, gah çapırsınız?
Fikirlər, bir məni agah eləyin,
Dincliyi harada siz tapırsınız?
Qanadlı quş olun, qalxın göyə siz,
Bəlkə qəhrəmanım dincələ
bir az.
Onun ürəyini dinləyə
Təbriz,
Öz
son laylasını oxuya
Araz!
Baxır
barmaqlıqdan Firidun yenə,
Hörür tellərini günəş
də artıq,
O mavi göylərin gen sinəsinə
Ahəstə-ahəstə çökür
qaranlıq...
Firidun gözünü çəkmir
səmadan,
Bir quş qanad çalır bəxtəvər,
azad.
Ömrünü ağ günə
bəxş edən insan
Sənin
həsrətinlə gedir,
ey həyat!
***
Pozur ağır sükutu
Ayaq səsləri bu an.
Qarışıq hənirti də
Eşidilir yaxından.
Zəncirlər cingildəyir,
Boş dəhlizə düşür
səs.
Yəqin
ki, bir-birini
Qapıçı edir əvəz.
Qapıya
bir əl dəyir,
Qıfıllar düşür səsə.
Zindanbanla
bir nəfər
Daxil olur məhbəsə.
Ayın
zəif işığı
Divarda rəqs edir, bax,
Firidun tez düşünür:
Kim ola bu yad qonaq?
Geyimi səliqəli,
Əlində, qələm, kağız,
Süni
bir təbəssüm
var
Dodağında qərarsız.
Firidun danışmayır,
Qonaq keçir qabağa,
İrişib salam verir
Fikrə
getmiş dustağa.
- Çox şadam bu görüşə,
Nə təhərdir kefiniz?
Kiməm,
nəçiyəm yəqin
Heç
tanımırsınız siz?
Burda mütərcim də var,
O sizi başa salar,
- Cənab mister, hazıram,
Danışınız, nə olar.
O, siz, ingiliscə də
Bilirsiniz
danışmaq?!
- Hər cəhətdən münbitdir
Doğulduğum bu torpaq.
- Yaman diplomatsınız,
Gözəl savadınız var.
- Bəzən istedadını
Pula satır adamlar.
- Yanlış başa düşdünüz,
Fikr edirəm, siz məni?
- Siz gələndə hiss etdim
Qəlbinizdən keçəni.
- Yox, yox, siz
nahaq yerə
Ayrı
fikrə düşməyin.
Rica edirəm, mənə -
Cənabsız mister deyin.
Sadəcə bir müxbirəm,
Amerikadan
gəlmişəm.
Məqalə yazmaq olmuş
Əvvəldən işim, peşəm.
- Müxbirlik çox yaxşıdır,
Tanışam mən də, bir az.
Fəqət, əsil müxbirə
Yanlış yazmaq yaramaz!
- Bəli, bəli, elədir,
Tam şərikəm sizə mən.
- Cənab, mister, bəs onda
Əziyyət çəkib nədən
-
Amerikadan
birbaşa
Gəlibsiniz Təbrizə?!
- Mən qəti söyləyirəm,
Mister, bunlar nağıldı.
Duymağı bacarsaydın,
Qulaq asardın, yəqin,
Həqiqəti ürəklər
Danışardı səninçün!
Deyirlər, xalqınız da
Sizə
inanmır daha?
- Bizə inanmayıb bəs
İnanacaqdır, yəqin
Xana, bəyə allaha?
- Yazır, sizin nə qədər
Cilovlanıb ağlınız.
Dumanların içində
Keçir gənclik çağınız...
- Cənab, bu nə deməkdir?
Nəyə lazım təbliğat?!
Yaxşı olar söhbəti
Tamamlayaq
bu saat?!
- Elədir tamamlayaq,
Sözünüz yoxsa əgər.
- Kameranın havası
Sıxdı sizi bir qədər...
- Deyin, ölüm hökmünə
Varmı
etirazınız?
- Mister, bu sözlərimi
Diqqət
ilə yazınız!
Məni
qorxutmadı düşmən
hədəsi,
Ürəyim çağladı, coşdu
sinədə,
Əgər olsam da həyatdan
gedəsi,
Anacaqdır məni ellər
yenə də.
***
Yenə
yurdumda çiçəklər
açacaq,
Güləcək dərdli ürəklərdə
dilək.
Gün doğub yurduma nurlar saçacaq,
Göy üzündən qara zülmət gedəcək.
Ruhumu oxşayacaq yaz günəşi,
Mənə layla çalacaq
bir də Araz!
Qatacaq nəğməsini, nəğmələrə,
Qoyacaq
son, bu ağır dərdə Araz!
Yada baş əymədi odlar diyarı,
Şöhrəti gəzdi nəsildən-nəsilə.
Unudar doğma vətən ağrıları,
Bil ki, haqq məhkəməsi bitmir hələ...
Bu sözlərin altında
Dağ
da dözə bilməzdi.
Qalsın
ki, müxbir ola!
Müxbir
dəhşət içində
Tez çəkildi dal-dala...
Firidun acı-acı
Gülümsündü bu hala.
Cənab
müxbir dinmədi,
Əsdi
əli, ayağı,
Qorxu, heyrət içində
Tərk
elədi dustağı.
Zəncirlər cingildədi,
Qıfıllara düşdü səs.
Sükut
çökdü təzədən
O qaranlıq məhbəsə...
Ana görüşə
gedir...
Hava ilıq, səhər-səhər
yel əsir,
Novruzgülü bayraq açır
yamacda.
Bu gün nədən dil-dil ötən o quşlar
Qəmli,
qəmli əyləşmişdir
ağacda?
Kəsilmişdir həzin səsi
çayların,
Üstü yığıncaqlı, bulaq ağlayır.
Düşmən göz yaşını
görməsin deyə,
Kövrəlir, ürəkdən torpaq
ağlayır.
Sənin
kədərinə şərikəm
mən də,
Demək,
tək qalmışam,
ey ana Təbriz!
Firidun yatıbdır, bəlkə
yorğundur,
Gəl susaq, qoymayaq oyana, Təbriz!
Daha laylasını çalmır
Araz da,
Kəsmişdir o şirin, həzin
nəğməni.
Qorxur
ki, dalğalar, şıltaq
ləpələr
Yuxudan oyada yatan körpəni.
***
Fatmanın başında saçaqlı
örpək,
Əlində bağlama, gəlir
Təbrizə.
(Mən aslan ürəkli ana istərəm
Bu dərdə tablaya, bu dərdə dözə!)
***
"Tehran
qarajı"ndan çıxır
nigaran,
Dalğın baxışları görən
nə gəzir?!
Yollanır Gülüstan bağına
tərəf,
Həsrət ürəyini fikirlər
əzir.
O, bir an Səttarxan xiyabanında
Durub nəfəsini dərir ahəstə.
O, məhbəs yoluna dönür, bilmir ki,
Firidun balası yoxdur məhbəsdə?
Ananın
qəlbində dərd
ümman kimi,
Şəhərin sükutu onu da sıxır.
Dalğın baxışları nə
gəzir görən?!
Fatma sağ-soluna çevrilib baxır.
Uşaq
da, böyük də
keçir önündən,
Eh, kimdir burada tanıyan
onu?!
Bu bayramqabağı uzun yol gəlib
Təki
görə bilsin əziz oğlunu!..
Sezir üzlərdəki matəmi
ana,
Qopur ürəyindən kədərli
bir ah...
- Hifz elə hamının
balasını sən,
Mənim
də balamı, ey adil Allah.
Ananın
önündən keçir
adamlar,
Sıxır ürəyini bir
qorxu, təşviş.
Düşünür, kim bilir, bəlkə şəhərdə
Ən böyük, mötəbər
bir adam ölmüş?!
Yoxsa bu nə matəm,
bu nə sükutdur?
Ana dalğın-dalğın yol
gedir yenə.
Danışır qəlbində, dinir
qəlbində,
Arabir ürək də verir özünə.
Uzaq yol gəlmişəm - deyib rəisə,
Yalvarıb görüş də
alaram, yəqin.
Canım
ölsün, bala, əziz bayramın
Niyə
məhbəslərdə keçir
bəs sənin?
Ananın
qarşısında
Neçə cavan əydi baş,
Ana təlaşla dindi!
- Dilim quruyaydı kaş.
Bəlkə, bəlkə balamın
Başında bir xata var?
Siz onun dostusunuz
Yəqin
ki, ay cavanlar.
Sizin də ananız var,
Mən də anayam axı.
Deyirlər, yaman olur
Anaya oğul dağı.
Dilim, ağzım qurusun,
Gör nə çıxır dilimdən.
Kömək edin, balamı
Bəlkə görəm bu gün mən!
Ananın
qarşısında
Analar da
əydi baş...
Fatma ah çəkdi birdən,
Gözlərindən axdı yaş.
Duydu ana
ürəyi
Öz təzə yarasını.
Daha görməyəcəkdir
Firidun balasını...
Ürəyinin telləri
İnlədi kaman kimi.
Dərdlər başından aşdı,
Çağlayan ümman kimi...
Ana hamıdan qabaq
Qəbristana yol aldı.
Bir saatın içində
Ana yüz il qocaldı!
Təbriz
əhli Fatmanın
Arxasınca yeridi,
Neçə möhlətkeş qarı,
Neçə qoca yeridi...
Məzar
bir gül dənizi,
Məzar
çiçək dünyası,
Yatır
güllər içində
Onun əziz balası.
Fatma diz çöküb birdən
Hönkür-hönkür ağladı.
Çiçəkləri iyləyib
Məzarı qucaqladı.
Elə bil Firidunla
Danışacaqdı indi.
O, yatmış balasına
Təzədən layla dedi:
Yaman olur oğul dağı,
Bağlı qaldı bəy
otağı,
Bu ömrümün qoca çağı
Bir dərd tapdım təzə, ellər!
Ata öldü sürgünlərdə,
Axşamladım yaman yerdə,
Üzüm gülməz mənim
də,
Canım
qurban sizə, ellər.
Mən də deyim bu
fərağa
Alışıram baxa-baxa.
Sinəmdəki çarpaz dağa
Dağ istərəm dözə,
ellər!
Güllərin yarpağına
Göz yaşları töküldü.
Günəş tab gətirməyib,
Dağ dalına çəkildi.
Ananın
qollarından
Yapışdı cavan, qoca,
Bütün bir şəhər
getdi,
İndi onun dalınca.
O keçdi küçələrdən,
Şəhər qəzəb dünyası.
Bu dalğalar içindən
Qəhrəmanın anası
Keçir, kədərlə keçir.
Dünyanı başdan-başa
Gəzə bilsəydi ana -
Hörmətlə baş əyərdi
Bütün yer üzü ona.
Ana gedir təmkinlə,
Gedir, yaralı şirtək,
Dərdin
ağırlığını
Ürəyində çəkərək...
Qəzəbdən qurumuşdur
Üzündə göz yaşı
da.
Ana bilir, tufanlı
Yollar durur qarşıda.
Boğub
hıçqırığını,
Başını dik tutur o.
Dərdini-nisgilini
Bir anlıq unudur o.
Xalqa tutub üzünü
And içir ana kimi.
Deyir: - Evdə oturub
Qəmdən yanana kimi
Sizinlə qalıram mən,
Ürəyim deyir bunu.
Dar gündə analar da
Əvəz edər oğlunu!
Bu torpaq məndən də çox
Görüb övlad dağını.
Mənə verin oğlumun
Siz qanlı yarağını.
Sabahkı haqq savaşda
Mən sizdən ayrılmaram
Dərin
olsa da yaram.
Qoy eşitsin səsimi
Yer kürəsində hamı.
Yamandır oğlu ölmüş
Ananın
intiqamı!
Ana gedir, ardınca
Min-min insanlar gedir.
Düşmənlərin əlində
Yanan bir diyar gedir.
1959-62
Mədinə GÜLGÜN
Ədəbiyyat
qəzeti: xüsusi buraxılış.- 2025.- 12 dekabr, ¹49-50.-
S.16-21.