Təbrizdəki "Şairlər məclisi" üzvlərinin
İran Azərbaycanı Milli hökumətinə məktubu
Ey müqəddəs məskənim,
ey şanlı Azərbaycan,
Biz səninlə fəxr qıllıq yer üzündə hər
zaman,
Mişk-ü
ənbər torpağındır,
daşlarındır dürri
nab
Ey olan övladı hər bir əsrdə
alicənab
Kani-qeyrətsən əzəldən, ey
şərafətli məkan,
Eyləyib səndə odur
şahin və qartal aşiyan.
Yer üzündə hər məkandan bizcə sənsən möhtərəm
Qaldırıbsan hər zaman namus,
qeyrətlə aləm,
Hansı
bir yer sən
kimi aləmdə vardır bəsafə?
Yoxdur heç yerdə yəqin et səndəki abü həva.
Anla rüfətdə sənə
çərxi-bərin olmaz
qərin,
Vermərəm min mahi-tabana sənin
bir əxtərin.
Rövzəyi-rizvana verməm kuşəyi viranəni,
Vermərəm min kövsərə aqil bilir meyxanəni.
Sən əzəldən məskəni-huri-pərisən,
ey vətən,
Etməyib məskən sinəndə,
heç zamanda Əhirimən,
Bir zaman Zərdüştü sən
aləmlərə verdin nişan,
Bu sözü aləm bilir lazım deyil şərhü-bəyan.
Gün kimi nuru onun
afiqi rövşən
eylədi,
Bir bahartək hər yeri fəzlilə gülşən eylədi.
Padişahlar baş əyərdi
məhzərində sübhü-şam,
Çoxlu qul sahibləri oldu hüzurunda qulam.
Hər yerə baxsan onun asarı zahirdir bugün,
Tez tapar bu mətləbi
onlar ki, nazirdir bugün,
İstəsən Hindustanə eylə
indi bir səfər,
Zəndüpavəndi görüb ol bu sözümdən
baxəbər.
Səfhə-səfhə, sətr-sətri,
ayə-ayə cümlələr,
Xalqına hikmət, bəlağət,
elmü-sənət öyrədər.
Gəncədə, Təbrizü Gərgərdə
var asarı onun,
Cümlə ürfandır bugün
billəm fədakarı
onun.
Kər yazam yüz il ana, vəsfin tamam olmaz sözüm,
Şanlı Azərbaycan qurbanınam
hər an özüm.
Bəslədin sinəndə sən
çox-çox dilavərlər,
ana!
Qəhrəman övladını saysaq
yəqin gəlməz
sənin.
Hər
zaman güldür, çiçəkdir,
solmaz ali gülşənin,
Gülşənində hər gül üstündə oxur bülbül nəvar,
Curi-xarilə olar olmaz gülüstandan cida.
Bir tərəfdən sərvdə
qümri edər şurü-nəva
Bu çəməndən qalxar
əflakə dəmadəm
xoş hava
Dağlar
üstə otlayır
min şövq ilə
ceyranların,
Pasibandır onlara hər səmtdən aslanların,
Dağlarımda bir nəfər
etsə əgər əzmi-şikar,
Pəncəyi-şirə olur səyyad axırda düçar.
Çoxları bu fikrə düşdü Azərabadı
ala,
Çünkü xoş yerdir, gəlib burda qalıb məskən sala.
Azərilər qoymadı onlar yetişsin kaminə,
Tökdülər zəhri-həlahil mey
yerinə caminə.
Çox
qoşun sahibləri məğlub olub, gəlcək bura,
Çox
həşəm sahibləri
düşdü bu məvadə tora.
Atrpat gördüm necə İsgəndəri naçar
edib.
Axırı eylə dilavər
iczinə iqrar edib.
Hər yeri, hər ölkəni aldı İsgəndər sərbəsər,
Azəristandan və lakin eylədi xofü-həzər.
Atrpatı bu diyara etdi axır hökmüran,
Gördü Azərbaycanı məskəni-şiri-jəyan.
Anladı
ol şəh bu yer olmuş
alovlar məxzəni,
Bir qədər qoysa qabağə yandırır
azər onu.
Bax Cavanşirə necə ol şir, mərdi
pünhönər,
Ləşkəri-ərabı etdi, Dəclə üzrə dərbədər.
Qoymadı bu ölkəni
olsun ərəblər
məskəni,
Qoymadı bayquş məkan
etsin bu ali gülşəni.
***
Qaldı
bu torpaq ərəblər səltəsində
bir zaman,
Oldu Babək bir günəştək əbri-zülmətdən
əyan.
Qəhrəman oğlun, o gün
dəhşətli üsyan
qaldırıb,
Haq yolunda ölmək üzrə cəng təblin çaldırıb,
Səs düşüb ellər yığıldı, geydilər
qanlı kəfən,
Göydə oynardı qılınclar,
qoymarıq getsin vətən.
Biz vətən uğrunda öllük, çün vətən candır bizə,
Həm səadət, həm şərəf, həm dinü-imandır bizə,
Qoymarıq yol tapsın el namusuna biganələr.
Çün bu yurdun bizlərə dünya boyu var qiyməti,
Can verib hifz eylərik
milliyyəti, hürriyyəti.
Can verib yollandı rəzmə qəhrəmanlar
ordusu.
Ta ki, düşmən anlasın
yoxdur ölümdən
qorxusu.
Atların dırnaqlarından göylərə
qalxıb qübar,
Altı
oldu sayda yer səkkizdə göylər bərqərar.
Nur və zülmət üz-üzə gəldi,
göründü xeyrü-şər,
Lərzə saldı etdi düşmən ləşkərin
zirü-zəbər.
Sel kimi qan mövcəsi
oldu o səhrada rəvan,
Qalmadı düşmənlərin qəlbü-cəhanından nişan.
Qəhrəmanlartək vuruşdu, göstərib ali hünər,
Gün çıxanda rəsmdir qalmaz qaranlıqdan əsər!
21 il etdi dava, istirahət
etmədi,
Bir polad səngər kimi durdu, dayandı,
getmədi.
Etdi Babək ləşkəri-ərabı
yeksər dərbədər,
Qoymadı qalsın bu torpaqda ərəbdən bir əsər.
Qoymadı qalsın fəlakət
meyhən istiqlalına,
Etdi Babək canın axırda fəda amalına.
Verdi şanlı xalqına öz qəhrəmanlıq
məşqini,
Ta ki, el bir xətt
ilə tarixə yazsın eşqini.
Fəxr
edər tariximiz bir beylə şanlı qüdrətə,
Xalqını azad edən bir namvər şəxsiyyətə
Tarixi simasını minlərlə
insanlar yazıb,
Kani-qeyrət olduğun hər
yerdə dəstanlar yazıb,
Qəhrəman keçmişlərindən al bu dərsi yadigar,
Qəhrəman ol, qəhrəmanlıq
şivəsini eylə
şüar!
Mərd
oğullartək, vətən
xainlərin məhv eylə sən,
Qoy sevinsin doğma yurdum, qoy kor
olsun sevməyən!
İrs qoymuş bu məqamı bizlərə
əcdadımız,
Qoy, fələklərdə məkan
tutsun şərəfli
adımız,
Azəristan torpağında saysız
aslanlar yatıb,
Düşmənin bir qanına min
qan edib, qanə batıb.
Çox
bu torpaqda yatıb, Xaqanitək dürdanələr,
Ya Nizami, ya Füzuli
tək ulu fərzanələr.
Bu məkan olmuş əzəldən qəhrəmanlar
məskəni,
Əymə qəddin düşmənə,
aslan ana doğmuş səni!
Heç
zaman bu azər övladı əsir olmaz, inan,
Düşmənə qalib gəlibdir azərilər hər zaman,
Qəhrəmansan, qəhrəmanlıqla ucalmışdır elin,
Mərkəzi elmü-hünərdən sayə almışdır
dilin,
Xoş dilindən yadigar olmuş "Dədə Qorqud" sənin,
Gör nələr söylər bu dil haqqında
qanmaz düşmənin.
Bu dilimdir neçə yüz illər moğollardan qabaq,
Səhv
edirsən, anlamırsan,
get gözümdən ol
uzaq.
Müstəqillən bir eləm mən, müstəqillən var dilim
Eşq olsun bu dilə,
bu dildir hər an sevgilim.
***
Yer üzündə yox sorağım sən şərafətdə məkan,
Baği
cənnətsən məgər,
ey şanlı Azərbaycan!
Qırmızı güllər açıb
başdan-başa gülşənlərin,
Həsrətin qan eyləyibdir
bağrını düşmənlərin,
Artırır eşq əhlinə
zövq ərqəvani
güllərin,
Hər gül üstə bir təranə başlayıb bülbüllərin.
Səslənirlər ey vətən, ey qəhrəmanlar məskəni
Səngdil düşmənlərin, gərçi, salıb gözdən səni,
Var nəqədr canımız,
hifz eylərik heysiyyətin.
Qoymarıq məhv eyləsin
düşmənlərin milliyyətin.
Doğmısan çox mərd
oğullar ey şərafətli ana,
Qəhrəman övladının qüdrətləri
gəlməz sana.
Nazlı
ağuşunda can tək
bəslənən insandılar.
Hər biri dava günü
bir səf çəkən aslandılar.
Hissi-milliyyətləri dünyanı salmış heyrətə
Can verib hər dövrdə, tən verməyiblər zillətə,
Səfhəyi tarixinə hər
kimsənə qılsa
nəzər,
Şanlı-şövkətli, rəşid oğlanlarından yad edər.
On üçüncü əsrdə
verdi sənə düşmən fişar,
Qan tökən vəhşi moğol taununa oldun düçar.
Hər tərəfdən oldular birdən hücumavər sənə,
Qətlü-qarət əllərini açdılar əksər
sənə,
Gərci
şəhrin, kəndlərin
vəhşi moğollar
aldılar,
Pozdular asayişin xalqın ayaqdan saldılar.
İnci
sənət yerlərin
xak ilə yeksan etdilər,
Xanıman sahiblərini xanəviran
etdilər,
Olmayıblar qadir amma pozmağa milliyyətin,
Səbti
tarixi cahan olmuş o ali qüdrətin.
Bir elə vəhşətli əsrin, əldə çox isnadı var,
Həsən oğlu, Qazi Bürhantək
böyük ustadı
var.
İftixar ilə sənin
milli dilində ol
zaman,
Ərdəbildə, Gəncədə, Təbrizdə
mərd oğlanların,
Etdilər qan ilə rəngin düşmənin
meydanların,
Ellərin verdi nişan düşmənlərə öz
qüdrətin,
Pozdular bir həmlədə vəhşi moğol cəmiyyətin.
İttihadü ittifaq ilə veriblər əl-ələ,
Hümmət ilə saldılar
düşmənlər içrə
vəlvələ.
Mərdi-mərdanə durub dava günü cəng etdilər,
Qan tökən düşmənlərə
cəng ərsəsin
tənk etdilər.
Vəhdəti-milli vücuda gəldi,
getdi ixtilaf,
Tapdı
Azərbaycandan şən
təməddün inkişaf,
Baş verib səndən bütün dünyaya bu elmü-hünər,
Məhv
olar hər kim sənin qüdrətlərin inkar edər.
Ol rəsdxanə Mərağə
şəhrini abad edib,
Elm ocağı olmağı alimlərin irşad edib,
Oğlun
Əbdülqadirin məşhur
olan bir qüdrəti,
Doldurub dünya üzün, var bir günəştək şöhrəti,
Musiqi təsiri altında yaşar şad ellərin,
Ta cahan var, qüdrətin eylər onu yad ellərin.
***
Vəhşət etdi şirlərdən,
qaçdı monqol dəstəsi,
Azəristanda taməmən düşmənin
batdı səsi.
Sovrulub
bad fənaya, oldu düşmən dərbədər,
Qalmadı yurdumda əsla vəhşilərdən bir
əsər.
Ey şərafətli məkan,
ey şanlı Azərbaycan,
Diz çöküb qarşında
təslim oldu düşmən hər
zaman,
Sən əzəldən şöhrətü-şanü-şərəf
meydanısan.
Qəhrəmanlar torpağı, azadəlik
ərkanısan.
Hər
zaman fəzlü-şücaət məskəni adlanmısan,
Hübbi
milliyyət odilən dəhrdə odlanmısan,
Etməyib qul, qəhrəman
övladını bir
zülmkar,
Var təravətli üzündə
parlayan ali vüqar.
Şeyx
Səfi əhfadı qalxıb odlu sinəndən sənin,
Titrəyib osmanların ərkanı
kinəndən sənin,
Əymədin baş qan tökən zalimlərə,
heç bir zaman,
Yağı düşmən çəkdi
daim sövlindən ələman.
Həmlə etdikdə sənin
torpağına osmanlılar,
Qıldılar milliyyətin məhv
etməyi dildən şüar.
Sandılar asan olur milli dili məhv eyləmək.
Ya sənə basqın edib, övladına qul söyləmək,
Qaldırıb baş ol zaman imdadına aslanların,
Qorxu bilməz ellərin, namuslu mərd oğlanların.
Dərs
alıb qoynunda bəslənmiş igid fərzanələr.
Milli hiss ilə yanıb odlarına pərvanələr.
At belindən nərə çəkdi qəhrəman
Şah İsmayıl
Ayrılıb öz ləşkərindən
nagahan Şah İsmayıl,
Oynadıb üryan qılıncın,
sancdı düşmən
qəlbinə,
Dost, düşmən qaldılar
məbhut-heyran hərbinə,
Coşdu
ondan azəri övladlarının pak qanları,
Movcə
gəldi nagahan mərdanəlik ümmanları.
Hey vurub mərkəblərə,
meydani-rəmzə girdilər,
Peykəri-ədaya kəsgin zərbələr
endirdilər.
Verdilər eylə rəşadət
ləşgəri-xəsmə nişan.
Qalxdı
düşməndən göyə
daim sədayi-əlaman.
Yağılar üz çöndərib
yeksər qabaqdan qaçdılar.
Azərilər kamiranlıq mülkünə
yol açdılar.
Aləm
içrə qıldılar
məşhur öz qüdrətlərin,
Parlayan şövkətlərin ali
olan himmətlərin.
Sanma ey yurdum, fəqət
aslanların övtanısan,
Şir cəngilər məkanı,
ya şücaət kanısan.
Həm şücaət, həm cəsarət, həm rəşadət səndə
var,
Həm nəcabət, həm hünər, həm elmi-sənət səndə
var.
Sən Nəsimitək, Füzulitək
böyük dahiləri
Bəslədin qoynunda artıq
min-min illərdən bəri
Qıldılar nöki-qələmlən kəşf ali gənclər,
Düzdülər şeir aləmində
çoxlu parlaq incilər.
Yazdılar öz dillərində
dastanlar, nəğmələr,
Bir elə dastan ki, olmuş qəhrəmanlıqdan əsər.
Söyləmək lazım gəlir
şair Həbibidən
daha,
Çün, ədəb gəncində
qoydu çoxlu dürri-pürbəha.
Söyləsəm sultan olan şair
Xətaidən əgər,
Yüksələr şənin bütün
ərşi-müəlladan keçər.
Müstəsər, ey şanlı
yurdum qəhrəmanlıq
kanısan,
İzzətü-şənü şərəf,
elmi-ədəb ümmanısan,
Ey alovlar məskəni, ey şanlı Azərbaycan,
Qəhrəmanlıqdan verir hər bir daşın
daim nişan.
Tutmusan yüksək yeri tarixi-dünya içrə
sən,
Yoxdu səntək qeyrətü-namus
üçün candan
keçən.
Çox
şəhamət göstərib
on yeddiminci əsrdə
Adlanıb şöhrətlə ismin, sabit oldu
dəhrdə.
Gərçi üz qoymuşdu
düşmən hər
tərəfdən o zaman,
Xaricindən çox paşa,
həm daxilindən çoxlu xan.
Vurdu məhmizin Koroğlu şiddətilən Qırata.
Qoymadı bir ləhzə
düşmən xabi-rahatlən
yata.
Sıçrayıb qızğın
pələngtək cumdu
düşmən üstünə
Afərinlər söyləyib yer-göy
misilsiz şəstinə.
Yüksəlib dağlar qədər
ol qüdrətin avazəsi,
Ey qoca Şərqin böyük şöhrətli
bir dərvazəsi!
Sən gətirdin ərsəyə
Molla Pənah Vaqifləri
Fəthəli xantək böyük
sərkərdə, həm
arifləri.
Gər Məhəmməd xan Qacarın talançı ləşkəri,
İstəyib sinəndə at çapsın
qul etsin azəri.
Ey əziz torpaq, yenə sən göstərib öz qüdrətin,
Qoymadın nabud ola dünyada
sönməz şöhrətin.
Ey gözəl yurdum, ana torpağı Azərbaycan,
Sən igidlər məskəni, aslanların oylağısan.
Ölkələrdən tapmısan hər əsrdə sən titiyaz,
Olmusan hər bir çətinlik
günlərində çarəsaz.
Aləm
əhlin sərbəsər
heyran edib, şirin dilin
Tutiyi-şəkkər şikəntək
var sənin çox mayilin,
Yazmısan tarixə ali səfhə zərrin xətt ilən,
Bəsləyir çox ehtiram qarşında hər tarix bilən.
***
Ey vətən, sənlə fələk düz getməmişdir bir zaman,
Qoy ədalət eyləsin çərxin görüm
qəddin kəman.
Qəlbini yardı sənin
on duqquzuncu əsrdə,
Bir canı etdi iki qismət sitəmlə dəhrdə.
Ol iki canın arasında qılınc oldu Aras,
Bağrı qan bülbül
kimi el tutdu
gül hicrində yas.
Gərçi cismən ayrı
düşmüş bir
zaman oğlanların,
Ruhu amma bir olub
daim, ana, ol canların!
Qəlbinin bir parçası
indi gülür dünyalara,
Həzz
edir baxdıqca o, qarşındakı simalara.
Qibtə
eylər qardaşın
indi görüb qardaş, ana,
Aşiqi-nalan kimi hər gün dönür bağrı qana.
Çün qalıbdır bir
tərəfdə qəlbinin
bir parəsi,
Daim qan ağlayır hicranıdan yox çarəsi.
Nə bunun qəmxarı var, nə dərdinə dildən yanan,
Nə verir zalim fələk
bu xəstəyə bir dəm aman.
Gül kimi rəngi solub, dönmüş kəmana qaməti,
İl keçir, indi, ana, min ahilə bir saəti.
Gah görüb dilşad olur, öz sərvə
bənzər qardaşın
Gah tökür bülbül kimi rüxsarına həsrət yaşın.
Gah salır keçmişdəki
simaların öz yadına,
Gah çəkir ah, od vurur çərxin qarı bünyadına
Qırx
il əvvəl bu Cənubi Azəristan torpağı
Oldu keçmiştək yenə
bir qəhrəmanlar oylağı,
Doğdu
Səttarxan, Bağırxantək
rəşid oğlanları,
Güldü yurdum tazədən,
açdı çiçək
bostanları.
Milli azadlıq yolunda qəhrəman sərdarımız,
Vurdu nüsrət bayrağın,
çaldı zəfər
salarımız,
Söylədi xalqım gərək
bundan belə azad ola.
Babəkin, Koroğlunun nəslin
görüb dilşad
ola.
Azəristanın, dedi, olsun özündə ixtiyar,
Eyləsin öz xalqını
daim cəhanda bəxtiyar;
Məktəbə getsin uşaqlar,
təhsil etsin öz dilin,
Artırıb elmü kəmalın,
rahat etsin öz elin.
Qoy tərəqqi eyləsin Babəklərin övladları,
Qoymasın Elxan kimi, doğma diyara yadları.
Qoy Cavanşir nəslinin yansın çırağı
tazədən
Gün kimi salsın işıq hər bir diyara, qoy,
vətən,
O, bütün öz ömrünü sərf eylədi azadlığa,
Getdi o, lakin, poladdan qələ tikdi varlığa;
Dözdü o, illər boyu millət yolunda zəhmətə,
Qoy, dedi, tapdı diyarım çatsın ali hörmətə,
Ol qədər tapdı ləyaqət, kim, ona dahi Lenin
Verdi qiymət, qəlbdən alqışladı Azər
elin,
Sabir oğlun da ana, sərdarına
fəxr eylədi,
"Afərin" ünvanlı
şeirin kim ona həsr eylədi.
Yazdı
o: "Mən şairəm,
şeiri-tərim dürdanədir.
Afərinim hümməti-valayi Səttarxanədir".
Bir yeni dövr açdılar əsrə, ana, oğlanların
Satmayıb yad ellərə onlar
təmiz vicdanların.
Yazdılar tarixə tazə
qəhrəmanlıq namını,
İçdilər meyhən yolunda
al şəhadət camını
Şeyx
Mühəmməd oldu
qurban eşqilə bu türbətə,
Verdi can, lakin, açıb yol getdi ol
hürriyyətə.
Möhtərəm Rüşdiyyə də
vermiş, ana, ilham bizə,
Bir çırağdır solmaz
o daim, yanar bu Təbrizə,
Biz də onlartək, ana, hər əmrinə minnətdarıq,
Saxlarıq namusunu, bu sözdə biz möhkəm
varıq!
Ərsəyi-şətrəncidə biz şahidik,
xəsm etdi mat,
Bağlayıb hər səmtdən
bu millətə rahi-nicat,
Bildi zalimlər bizə zülmü bu aləmdə rəva,
Qoymayırlar ta olar, bir ləhzə mihnətdən
rəha.
Gördü bu halı-əsəfnaki
mücahid firqəsi,
Ərşə yüksəldi bu
yerdən azərilər
nəğməsi.
İttihad
etdi bu işdə
rəncibərlə karigər,
Yoldaş
oldu malikü-tüccarü-əyan
sərbəsər,
Milləti ali məramə
etdilər dəvət
tamam.
Xalq etdi ruzü-şəb bu əmri-xeyrə ehtimam.
Xalq onu alqışladı amadə oldu canilə,
Bu müqəddəs məqsədi
hifz etdilər imanilə,
El dedi, düşmənləri
məhv etməyə
and içmişik,
Biz bu əmri-xeyrdə mərdanə candan keçmişik.
Xainə
qarşı durub aslan kimi cəng
eylərik,
Ərsəyi-rəmzi bütün düşmənlərə təng
eylərik.
Qoymarıq əğyar salsın
sayə Azərbaycana.
And ola ali məramə, and ola pak vicdana!
Xainə
qarşı durub aslan kimi cəng
eylərik,
Ərsəyi-rəzmi bütün düşmənlərə təng
eylərik.
Qoymarıq əğyar salsın
sayə Azərbaycana.
And ola ali məramə, and ola pak vicdana!
Biz əminik, bu mübariz başəhamət
firqəmiz,
Rişəyi-zülmü qazar bu pak torpaqdan
təmiz.
Əmrinə biz hazırıq vicdanilə
hər anidə,
Durmuşuq sabitqədəm, ta vardı
taqət canidə,
Bəlkə tapsın xalqımız
bu rənci-möhnətdən
nicat.
Biz də aləmdə sürək asudə beş gün şən həyat.
Eylərik elan ümumə, bu
sözü biz dəmbədəm,
Firqəmiz çox möhtərəmdir,
möhtərəmdir, möhtərəm!
İstərik biz doğma dildə
burda olsun mədrəsə,
Etməsin biganələr bu
şanlı yerdə vəsvəsə
Ali məktəblər açılsın,
xalq olsun kamiyab,
Qan soran cəllad ilə çəksin bu ellər bir
hesab,
Çox
zamandır ki, bu ölkə zülm ilə viranədir,
Bumilə
bülbül, odur bu mülkdə həmlanədir.
Qoymarıq bayquş dəxi
etsin bu torpaqda məkan.
Bumilə
bülbül rəvadırmı,
ola həmaşiyan?
İstərik viranələr təmir
olub abad ola,
Qeydi-qəmdən dəhrdə Azər
eli azad ola,
Tazə
ev, tazə bina, ən tazə
dövran istərik.
Tazə
gülşən, tazə
bağ, bir mərdi-bağban istərik.
İstərik kim, bizlərə
təhqir edən nakəsləri,
Kim bu ali ölkədən
daim kəsilsin səsləri,
Son qoyulsun zülmə, olsun mülkümüz baği-cinan.
Olsun Azərbaycan keçmiş
kimi cani-cahan.
Çıxmasın yerdən göyə insanların, qoy, naləsi.
Ərşə getsin fərşdən
bülbüllərin xoş
nəğməsi.
İstərik övladımız olsun
cahanda bəxtiyar,
Olmasın biztək olar da
dərdü-qəmdən eşkibar.
Məclisi-şurayi-millidə gərək övladimiz,
Bərqərar olsun olarda eyləsin işğalimiz.
Bu əyandır, dərdinə
bu millətin olsa dava,
Azərilərdən olur, anlar bunu şahü-gəda.
Bizlərə lazım gəlir
etmək cahanda ittifaq.
Millətin gülzarına, vallahi
atəşdir nifaq,
Bu həyatdan yaxşıdır
insana dünyada məmat,
İstərik biz də, bugün
xoş rüzgarü-xoş
həyat.
Ölkədə karxanələr lazımdır
olsun hər zaman,
İşləsin orda gedib bikar olan hər
bir cavan,
Karxana mülkdə baisdir izzü sərvətə.
Mədən ilə xalq çatdı bir tükənməz dövlətə.
İşdən ötrü bir müəyyən vaxt lazımdır, müdam,
Heç
olurmu işləmək
işçilərə hər
sübhü şam?
Mürtəcedən rəncibərlər
görməsin ölkəmdə
zur.
Rəncbərlər də, gərək etsin, gözüm, eyşü-sürur.
Heç
olarmı, Azər övladı cahanda qul ola?
Müftəxorlar sahibü-əmlakü-malü-pul
ola.
Səhralarda rəncbər gündə
yanıb, zəhmət
çəkə,
Arpa, buğda çöldə
min rəncü-fəlakətlə əkə,
Zülmilə məhsulunu əğyar
alıb əldən yeyə.
Verməyəndə döydürüb
min cürə böhtanlar
deyə.
Bir belə zülmə gərəkdir son verilsin hər zaman,
Olmasın əğyarə qul,
qoy, əhli-Azərbaycan!
Həm çəkilsin rahi-ahən,
rahat olsun hər səfər,
İşləsin ali tramvaylar, maşınlar bixətər.
Sinemalar
bu gözəl Təbrizdə olsun bina,
İstirahət vaxtı, ondan el gedib alsın
səfa.
Qoymarıq xainlər olsun amir Azərbaycana.
Gər boyansaq lalətək, bu şəhrdə biz al qana!
***
Ey ana, ey Azəristan, ey igidlər torpağı,
Heç
sağalmışmı sinəndən,
söylə, bir hicran dağı?
Ya çəkilmişmi diyarından
dumanlar, heç sənin?
Heç
xəzansız oldumu, bir gün gözəl
gülşənlərin?
Söylə, artıq bəs
deyilmi, tökdüyün
göz yaşların?
Bir yaxından bax vətən, indi o qan qardaşların
Gör nələr qurmuş Şimali Azəristanda nələr?
Bil ki, yazmaqla qurtarmaz gördüyüm hər səhnələr.
Hər kiçik bir kəndi, dönmüş
bir şəhər olmuş onun.
Hər çölü cənnətdən
artıqdır, o odlar
yurdunun.
Hər axan çayda bir ilham, hər
bulağa bir nəfəs,
Orda zindandan əsər yoxdur, dağılmış
hər qəfəs.
Çün kəsilmişdir kökündən
orda cəhlin rişəsi.
Məhv
qılmış zülmü,
istibdadı ədlin tişəsi.
Bakını almış buruqlar
dövrəyə orman
kimi.
Hər çuxurdan neft atır atəşli bir vulkan kimi.
Orda fabriklər, zavodlar heç zaman durmaz inan.
Fəhlələr hər işdə
olmuşdur əməkçi
qəhrəman
Bəzən açdıqca qanad
göylərdə Azər
qızları
Boylanır ardınca, sanki
göylərin ulduzları.
Leylalar çıxmış əsarətdən,
dönüblər tərlana,
Hər baxışda bir məhəbbət vardır
Azərbaycana.
İndi çöllərdə görünmür
əyri xışdan bir əsər,
Bir böyük kəndi traktorla əkir tək bir nəfər,
Kəndlərində məktəb açmışlar şəhərdən
ayrıca.
Yox savadsız bir nəfər, istər uşaq, istər qoca.
Hər mahalda xəstəxanə,
ya doğum mənzilləri.
Artıq,
asudə həyat sürməkdə Azər
elləri.
Ən gözəl dövranıdır
orda, bil elmin, sənətin,
Azərilər öz gücüylə
almış öz hürriyyətin.
Verdilərsə hər döyüşdə
min nəfər qurban yenə.
Vurdular heç zərbə üstə zərbə düşmən qəlbinə.
Bir həyat qurmuşdur orda indi xalqın
qüdrəti,
Məncə acizdir qələm
yazsın o şənü
şövkəti.
Onların böylə tərəqqi
etdiyi bir vaxtda biz,
Şanlı muxtariyyət aldıq
güldü, qəlbən
xəlqimiz.
Məclisi-milli nümayan oldu
üntək ölkədə.
Güldü ellər, güldü
tarix, güldü gültək ölkə də
Seçdi ellər xalq içindən şövqilə
on bir vəzir.
Olmaya yadlar əlində xəlqimiz bir də əsir,
Doğma
dildə körpələr
verməkdə indi səs-səsə,
Ağuşun açmış elə,
gəl-gəl deyir hər mədrəsə
Ey vətən, ey şanlı Azərbaycan fəxr eylə sən!
Bir də at çapmaz sənin sinəndə heç vaxt hər yetən.
Sən dilərdin beylə bir dövranı çoxdan, ey diyar!
Qoy şüarı firqəmin
ölkəmdə olsun
payidar!
Qoy məzarından durub əhsən desin sərdarımız.
Qoy baxıb övladına fəxr eyləsin salarımız!
Ey ana, ey doğma yurd,
ey şanlı Azərbaycan,
Şanlı dövranın görüb
qəlbim olub bir asiman,
Biz sənin vicdanına and içmişik candan keçək.
Qoymayaq solsun qucağında bitən hər gül çiçək.
Aç
geniş qollarını,
bas qoynuna övladını.
Çünkü övladın üzü
üstə sərib cəlladını,
Qoy var olsun ey vətən,
aslan sifət oğlanların!
Öpsün alnından, ana, onlar
sənin, sən onların!
Məktubu "Şairlər məclisi"
adından: Əli Fitrət, Mir Mehdi Etimad, Hüseyn Səhhaf,
Müzəffər Dirəvşi,
Mir Mehdi Çavuşi, Yəhya
Şeyda və Azəroğlu yazmışlar
Ədəbiyyat
qəzeti: xüsusi buraxılış.- 2025.- 12 dekabr, ¹49-50.-
S.12-13.