Huşyar 1905-ci ildə
doğulub.
1941-1945-ci illərdə
21 Azər hərəkatına qoşulub. Azərbaycan Milli Hökuməti süqut edəndən sonra Huşyar barədə məlumat yoxdur. Şəhid edildiyi güman edilir.
Gülsün
Tez ol, ey lalə, açıl, dağ ilə səhra gülsün,
Rəngi-əlvanını görsün, hamı dünya gülsün.
Müjdəsin ver hamı bilsin ki, gəlir fəsli-bahar,
Eşq ilə şövqə gəlib bülbüli-şeyda
gülsün.
Səni
görsün, çiçək
açsın bu diyarın çəməni,
Bizim ellər də edib yaxşı tamaşa, gülsün.
Laləsiz hüsni nədir
Azərilər torpağının,
Gərək açsın çəmənində
güli-həmra, gülsün.
Ey vətən, tarixə yazdım bu gözəl günlərini,
Eylədin bayraği-hürriyyəti bərpa, gülsün.
Güllər ilə vətənə
bir elə ziynət verəsiz,
Nəzər etsin o gülə,
rəhbəri-şura gülsün.
Huşyaram, vətən uğrunda
gərəkdir çalışam,
Dəftərimlə qələmim əldə hüveyda gülsün.
HUŞYAR
Ədəbiyyat
qəzeti: xüsusi buraxılış.- 2025.- 12 dekabr, №49-50.-
S.11.