Təbrizim
Baxdıqca hüsnünə, doymayır
gözüm,
Təbrizim, Təbrizim, gözəl
Təbrizim!
Qoymaram yadları girsin qoynuna,
İzn ver, qolumu salım
boynuna!
Sənin
bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın
gəlib...
Sən çıxdın qarşıma
duzla, çörəklə,
Bağından dərdiyin, güllə,
çiçəklə,
İkiyə bölünməz saf
bir ürəklə...
Təbrizim, Təbrizim, aman
Təbrizim,
Yox olsun başından duman, Təbrizim!
Bülbül zar-zar ağlar çəməndən ayrı;
İnsan
deyib-gülməz vətəndən
ayrı;
Can necə yaşasın bədəndən ayrı?!
Aç
öz ürəyini, danış, Təbrizim,
Olum dərdlərinlə tanış,
Təbrizim!
Qədrini ayrılıq çəkənlər
bilir,
Hicrində göz yaşı
tökənlər bilir,
Ömrünə qaranlıq çökənlər
bilir, -
Bağından gül, çiçək
dərdim, Təbrizim,
Yenə
təzələndi dərdim,
Təbrizim!
Bu ayna bulaqlar, bu ayna sular,
Suda ayağını yuyan qarğular
Doğurur könlümdə min bir duyğular.
Səslənir kamanım, sazım,
Təbrizim,
Ey mənim baharım, yazım, Təbrizim!
İzn ver dağların başına çıxım,
Dərim
üzümündən bir
neçə salxım,
Yeyib gilə-gilə, hüsnünə
baxım, -
Könlüm qartal kimi uçsun, Təbrizim,
İlham pərisini qucsun, Təbrizim!
Qəşəng qızların var, totuq,
yupyumru,
Səndə məskən salıb
göyərçin, qumru,
Görüm uzun olsun onların ömrü,
Görüm gəlməyəsən gözə, Təbrizim,
Qulaq as dediyim sözə, Təbrizim!
Əzəldən şairlər yurdusan,
inan,
Döşündən süd əmən saysız qəhrəman
Yolunda canını etmişdir qurban, -
Gətirib onları yada Təbrizim,
Baş əyməz cəllada,
yada, Təbrizim!
Səttar
xan, o böyük sərdari-milli,
O atəş ürəkli,
o atəş dilli
Etdi azadlığı ellərə
bəlli...
Gəl onun yolundan dönmə,
Təbrizim,
Dalğalan, alovlan, sönmə,
Təbrizim!
Nə qəşəngdir yol boyunca söyüdlər,
Söyüdlərin kölgəsində
igidlər
Babalardan
dinləyirlər öyüdlər,
-
Coşur
damarlarda, qanı, Təbrizim!
Yoxdur bu mərdlərin sanı, Təbrizim!
Atımı sinəndə çapıb
sürürəm,
Hər keçən yolçuya salam verirəm...
Nələr eşidirəm, nələr
görürəm,
Nədir
bu qaranlıq gecə, Təbrizim,
Buna necə dözüm, necə, Təbrizim?!
Ağlasan, - ağlaram, gülsən, - gülərəm,
Yaşasan, - yaşaram, ölsən,
- ölərəm,
Varımı səninlə yarı
bölərəm...
Gəl,
bir də üzündən öpüm,
Təbrizim,
Başına gül, çiçək
səpim, Təbrizim!
Nədir
o mənalı, dərin
baxışlar?
Nədir
gözlərindən yağan
yağışlar?
Nədir
qəlbindəki payızlar,
qışlar?..
Yetim tək boynunu burma, Təbrizim,
Məlul-məlul baxıb durma, Təbrizim!
Sənin
çiçəyinə, gülünə
qurban,
Mənə qardaş deyən
dilinə qurban,
Vətəninə qurban, elinə qurban!
Baxdıqca hüsnünə, doymayır
gözüm,
Təbrizim, Təbrizim, gözəl
Təbrizim!
Təbriz,
13 oktyabr 1941
Əyilmə
Sönməz qəlbimdəki qəzəb
intiqam,
Əyilmək bilməyən qızıl
bayrağam.
Tək bilmə özünü nə qədər sağam,
Tökmə gözlərindən qan-yaş, əyilmə!
Bu elə qəhrəman oğullar gərək,
Qoy vətən eşqilə döyünsün ürək.
Atıl
cəbhələrə, gücünü
görək,
İgidlər əyilməz, qardaş,
əyilmə!
Böyük əcdadını gətirib
yada,
Oynat qılıncını göydə,
havada,
Azadlıq uğrunda gedən
davada
Qana boyansa da dağ-daş, əyilmə!
Dərdin
sevincindən min dəfə
artıq,
Səni
əzəcəklər görünsən
yazıq,
Aç
bir gözlərini, gün doğur artıq,
Olma bu həyatda çaş-baş, əyilmə!
Keçir geçən qara,
gündüzün qara,
Özünə dost ara, dərd
bilən ara,
Düşmənlər vursalar qəlbinə yara,
Mənim
yanıma gəl bir baş, əyilmə!
Sinəm
dərdlərinlə dolu
bir dəftər,
Etmişəm adını dilimdə
əzbər.
Çünki ürəyimdən verirsən
xəbər,
Mənəm, mən könlünə
sirdaş, əyilmə!
Təbriz,
25 oktyabr 1941
Dəymə
Mən sənin dilinə dəymirəm, sən də
Gəl mənim bu ana dilimə dəymə.
Sənin
də bağın
var, gülün var, çəkin,
Bağımda əkdiyim gülümə
dəymə.
Həsədlərlə baxdın çəmənimə sən,
Gör bir nələr etdin vətənimə sən.
Yan deyib, od vurdun bədənimə sən,
Altında atəş var, külümə
dəymə.
Mən ağa-ağ dedim, qaraya-qara,
Sən məni istədin çəkəsən dara.
Təzəcə sağalır vurduğun
yara,
Mənim
bu yaralı könlümə dəymə!
Təbriz,
1942
Gah gülən, gah da ağlayan
gözələ!
Dərdli
qəlbində bir dərin yara var, -
Onu şair öz əllərilə sarar:
Səni
qorxutmasın bu qəmli diyar,
Gələcək bir gözəl
səhər, gözəlim!
Səni
görmək böyük
səadətdir,
Qaşların, gözlərin qiyamətdir.
Hamı
söylər: - bu sərv qamətdir, -
Hüsnünə dəyməsin nəzər,
gözəlim!
Qaş gülür, göz gülür, dodaq da gülür,
Lalədən rəng alan yanaq da gülür,
Ox... zənəxdan gülür,
buxaq da gülür...
Gül, yox olsun bu
qəm, kədər, gözəlim!
Bağrı eşqinlə dağlı
bir şair,
Qəlbi
qəlbinlə bağlı
bir şair,
Səni
sevməkdə haqlı
bir şair,
Edəcək, dərdi dərbədər,
gözəlim!
Gah gülürsən, gah ağlayırsan
sən,
Çəkib hərdən ah, ağlayırsan
sən.
Görürəm, vallah, ağlayırsan
sən...
Gül, bizimdir bu gün
zəfər, gözəlim!
Təbriz,
1942
Bir üzdə görün
Qəlbində əgər düz
diləyin var,
Hər gün mənə göstərmə beş-on
üz...
Bir üzdə görün, bir ürəyin var!
Gündüzsən əgər, zülməti
boğ sən,
Dost olma, baharsansa xəzanla.
Bağçanda gülün var, çiçəyin
var!
Hər bişərəfin öpmə
əlindən,
Cəlladlara yalvarma, əyilmə!
Süfrəndə ki, o duz-çörəyin var.
Hər gün mənə göstərmə beş-on
üz,
Bir üzdə görün, bir ürəyin var!
Təbriz,
yanvar 1942
Yad gül dərə bilməz
Yad gül dərə bilməz çəmənimdən,
Heç
qüvvə ayırmaz
məni bir an
Öz doğma elimdən, vətənimdən.
Hər yerdə günəşdir
mənə bayraq,
Baş əymərəm aləm yağı olsa,
Qan axsa da seltək bədənimdən.
Ölsəm, qalacaqdır əməlim
sağ,
Düşmən mənə əl
vursa, əminəm,
Atəş alacaqdır kəfənimdən.
Heç
qüvvə ayırmaz
məni bir an
Öz doğma elimdən, vətənimdən.
Təbriz,
yanvar 1942
Durnalar
Hansı
dərddir edən sizi bağrı qan,
Ey bu yerdən uçub gedən durnalar?
Siz ki, azad doğuldunuz anadan,
Qəmginsiniz, deyin nədən,
durnalar?
Göydə azad qanad çalmaq gözəldir,
El dərdinə yanıb, qalmaq gözəldir,
Ana yurda qurban olmaq
gözəldir, -
Nəyə gərək cansız
bədən, durnalar?!
Yaman günün ömrü xeyli az olar,
-
Qışdan sonra bahar olar, yaz olar;
bu ellərin keyfi onda saz olar,
-
Siz, ey qəmgin-qəmgin ötən durnalar!
Bulaq kimi işıldayır gözünüz,
Dostunuzam,
bilirsiniz özünüz.
Sinələrə dağ çəkir
hər sözünüz,
Ürəkləri al qan edən durnalar!
Uçursunuz alnı açıq,
üzü ağ,
Bağrım çatlar, sizdən
almasam soraq,
Yorulanda
olur sizə oturaq
Göl kənarı, yaşıl
çəmən, durnalar!
Qaqqıldaşın, qoy yatanlar ayılsın,
Əzilənlər qalxıb adam sayılsın.
Şöhrətiniz bu ellərə yayılsın,
Ey baş vurub göldə çimən,
durnalar!
Arzum budur, - kəsilsin göz yaşınız,
Hər bəladan uzaq olsun başınız.
Çiçəklənsin torpağınız,
daşınız,
Toxunmasın sizə düşmən,
durnalar!
Bir gün gələr, ürəyiniz açılar,
Duman kimi uçub gedər acılar:
Bağrınızı nişan alan ovçular
Qoy bilsinlər, - sizdənəm
mən, durnalar!
Çox
çəkməz ki, nəğmə
söylər şən
dillər,
Ətir
saçar şux çiçəklər, şux
güllər.
Bayquşları əvəz edər
bülbüllər,
Xərabələr olar gülşən,
durnalar!
Zaman silər ürəklərdən
naləni,
El unudar göz yaşını - jaləni,
Yaşıl çəmən bayraq
edər laləni, -
Ötərsiniz onda şən-şən,
durnalar!
Əgər bir gün darda qalsa bu
ellər,
Dərd
əlindən nalə
etsə könüllər,
Ahdan yanıb külə dönsə bu çöllər, -
Mən verərəm sizlərə
dən, durnalar!
Qoy könüllər sellər
kimi çağlasın,
Ağ günlərə min bir ümid bağlasın.
Qoymayın ki, qan-yaş töküb
ağlasın
Bu yaralı ana vətən, durnalar!
Təbriz,
oktyabr 1941
Zindan
Heyhat! Necə dözsün buna insan:
Vur, vur ki, yıxılsın təməlindən
Aysız
və günəşsiz
qara zindan.
Hər kərpici qan, hər daşı fəryad,
Gülməz üzü bir kimsənin, əsla...
Dözməz buna, dözməz buna vicdan.
Vicdansıza vicdan sözü
yaddır,
Şair
deyəcək, susmayacaq
heç,
Cəllad
nə qədər içsə də al qan.
Vur, vur ki, yıxılsın təməlindən
Aysız
və günəşsiz
qara zindan!
Təbriz,
7 yanvar 1942
Birdir
Araz! Hər yaz şimalında,
cənubunda çəmən
birdir,
Bu torpaqda, o torpaqda qərənfil, yasəmən
birdir.
Suya xəncər-bıçaq vursan
da, ayrılmaz, həqiqətdir,
Uzaqdır ayrılıq bizdən,
ürək birdir, bədən birdir.
İki ayrılmayan qardaş elin əzmilə, eşqilə
Faşizmin əyninə birgə
biçilmiş ağ
kəfən birdir.
Araz tən ortasından qəlbinin axdıqca, ey Rüstəm,
Haray çal, qoy bütün aləm eşitsin ki, Vətən birdir!
1942
İstərəm
Doğruluqdan başqa bir şey bilmərəm dünyada mən,
Dosta hörmət bəslərəm,
ondan da hörmət istərəm.
Gizli bir iş görmərəm,
alnım açıqdır
gün kimi,
Bir şüarın olmuş dilimdə bu - həqiqət istərəm!
Doğru
sözdür: - Doğru
söz kəskin olur, daşdan keçir,
Mən bu eldən, özgə bir şey yox, dəyanət
istərəm.
Duz-çörək kəsdik səninlə, sirdaş olduq qəlbdən,
İxtiyarım var deyim,- səndən cəsarət istərəm!
Dəydi
azadlıq yolunda dik başım daşdan-daşa,
Versələr hər gün mənə min cür əziyyət, istərəm.
Xalqı
azad görməmiş,
gəlsə əgər
bir gün əcəl,
Söylərəm: - Tez gəlmisən, bir az da möhlət
istərəm.
Ey Süleyman, nitqə gəl, bülbül kimi gül eşqinə,
Qoy bütün dünya eşitsin ki, sədaqət
istərəm!
Yandı
O qədri nalə etdim ki, qızardı lalə tək bağrım,
Baxıb
öz devrəmə gördüm qərənfil,
yasəmən yandı.
Qonub asudə, damlarda ötür heybətlə
bayquşlar,
Əlində haqqı bayraq eyləyən, düz yol gedən yandı.
Ürəkdə min yaran vardır,
yazıq millət, yazıq millət,
Sənə hər ləhzədə
öz canını qurban edən yandı.
Dolubdur nəmli zindanlar, yanır odlarda azadlıq,
Neçin dinmirsən, ey qardaş, soruş, bir gör nədən
yandı?
Durubdur başım üstündə,
əlində xəncəri,
cəllad, -
Nə gül qaldı, nə bülbül qaldı, bağ yandı, çəmən
yandı.
Yadımdan çıxdı bülbül
tək qəfəsdə
güllərin rəngi,
Qəmin,
dərdin əlindən
od tutub axır bədən yandı.
Süleyman, qəfil olma, yaxşı bax ətrafə, şairsən,
Cinayət aşdı həddindən,
haray sal ki: - vətən yandı!
Təbriz,
1941
Heykəlin yüksələcək
Ey bu torpaqlar üçün
torpağa düşmüş
əsgər,
Gün gələr, səcdə edib ölkənə dünya baş əyər.
Qəlbinin gözləri ağ
günləri mütləq
görəcək,
Bütün aləm yenidən
bir yeni dövran sürəcək.
Azad ellər deyəcəkdir sənə: "əhsən,
əhsən!"
Duyacaqsan
bunu torpaqların altında da sən.
Pionerlər gələrək qəbrinə
güllər səpəcək,
Analar başdaşını candan-ürəkdən
öpəcək.
Gecələr nurladacaq alnını
ay, ulduzlar,
Səni
yad eyləyəcək dərdli
gəlinlər, qızlar.
Gələcək qəbrinə hörmətlə
xəyalən rəhbər,
Açacaqdır yenə qartal kimi ruhun şəhpər.
Orda yatsan da, ölüm yox sənə, heç qəm yemə, yat,
Sən də varsan, nə qədər varsa bəşər, varsa həyat.
Bədənin qalsa da torpaqda -
yerin qəlbində,
Heykəlin yüksələcəkdir bəşərin qəlbində.
Təbriz,
1942
Könül baharı
Günah
deyil nə qəsidə, nə də qəzəl yazmaq,
Məharət istəyir ancaq bir az gözəl
yazmaq!
Ürəkdə olmasa hər dərin səmimiyyət,
Şeirdə qol-qanad açmaz
məhəbbət, ülviyyət.
Görəndə qəmlər əlindən
fəğan edən Arası,
Şikəstə ney kimi inlərdi qəlbimin yarası!
Desəm
ki, dərdli deyildir könül, - bu düz olmaz;
xəzan
qılıncını çəkməzsə,
bağçalar solmaz!
Qapımda durmasa hicran, mənim nə dərdim var?
Bu doğma dərdimi bumbuz ürəklilər nə duyar?!
Cənublu qardaşımın dərdidir
mənim dərdim,
Onun adıyla bağımdan ətirli gül dərdim...
Yenə
uzaqlara doğru səfər edir könlüm:
Tutub baharın əlindən qonaq gedir könlüm.
Azadlıq elçisiyəm, sirdaşım
günəş özüdür,
Bu yolda eşqimə rəhbərsə qəlbimin
gözüdür.
Xəzanı qovmuşam, ellər
bilir, ürəklərdən,
Azadlıq heykəlini qurmuşam
çiçəklərdən.
Bahar, bahar! - deyə ötdükcə şən
qaranquşlar,
Bu dadlı nəğməni
ellər ürəkdən
alqışlar.
Gözəllərin səsi gəldikcə iydəliklərdən,
Könüldə hər nə qəmim varsa, yox olur birdən.
Bahar təbəssümü oynar
bütün dodaqlarda,
Dönər çiçəklərə gənclər səfalı
bağlarda,
Gəzir
el oğlumuz artıq başında taci-qürur,
Günəş önündə onun
baş əyib səlamə durur.
Bahar həyatla əkizdir, - bu bir həqiqətdir,
-
Əzəl və son beşiyi
sevgidir, məhəbbətdir.
Baharla sirdaş olub hər zaman iyit babalar,
Baharı
sev! - deyə vermiş bizə öyüd, babalar.
Baharla
dost olanın baxçası
xəzan görməz,
Uca əməllərinin dağları
duman görməz.
Bahar gəlir, önünə siz də duz-çörəklə
çıxın,
Açıq alınla, a dostlar,
açıq ürəklə
çıxın!
Bahar nədir? - deyə məndən soruşmaq artıqdır:
Həyatda, məncə, həqiqi
bahar - azadlıqdır!
Könlümü
Mən açmaq istəsəm gözünü yatmış
ellərin,
Kim cürət eləyər
ki, çəkə darə
könlümü!
Yağdırsalar da üstümə göylərdən
od-alov,
Mən qoymaram gülünc ola əğyara könlümü.
Yadlar görüncə göz yumacaq, aşikardır, -
Azadlığın köyündəki səyyarə
könlümü.
Haqqım!
- deyib də hey gəzərəm, qorxu bilmərəm,
Düşmən qoparsa, çırpsa
da divarə könlümü.
Ömrümdə görmərəm, bunu
mən etmişəm yəqin, -
Millət,
vətən yolunda üzü qara könlümü.
Torpaqda kök salan ağacam, heç əyilmərəm,
Yadlar qılıncla eyləsə
min parə könlümü.
Rüstəm, vəfalı dostlara
al ərməğan apar
Hürriyyətin yolunda olan yarə könlümü.
Təbriz,
1941
Sor məni
Şahiyəm şux güllərin,
ətrimdən bihuşdur
çəmən,
İstəyirsən lalələrdən,
nanələrdən sor
məni.
Get ora, harda eşitsən
ah səsi, zəncir səsi,
Qolları zəncirlənən divanələrdən sor məni.
Bir gözəl dilbərlə
çoxdan əhdü-peyman
etmişəm,
İmtahandan ötrü, bu peymanələrdən sor məni.
Sızladıqca, dağ çəkir
hər qəlbə naləm, ney kimi,
Düşmüşəm dildən-dilə,
əfsanələrdən sor
məni.
Oldu daşlar yasdığım,
ulduzlu göylər yorğanım,
Yox mənim yurdum-yuvam, viranələrdən sor məni.
Mən ümidvaram zəman bir rəngdə qalmaz, mütləqa
Gün gələr ki, söylərəm:
- Kaşanələrdən sor məni.
Mən də bir pərvanəyəm,
dərdli vətənsə
bir çirağ,
Atəşi-eşqə yanan pərvanələrdən sor
məni.
Təbriz, 1942
Səs qalmış
Görənlər gözlərimdən tökdüyüm yaşı,
güman etdi,
Mənim
bu dərdli könlümdə nə arzu, nə həvəs
qalmış.
Qəribə pasibanım var, adı
insan, özü cəllad,
Ona miras bu dünyada
qan içmək, kəs-ha-kəs qalmış.
Hər evdən yüksəlir fəryad, ürək dustaq, dilək dustaq,
Azadlıq qalmamış, ancaq
dəmirdən bir nəfəs qalmış.
Qan içməkdən, can almaqdan
dənilər söyləməz
- doydum,
Fəqət bilməz ki, cismində
həyat yox, son nəfəs qalmış.
O kəslər ki, vətən,
millət yolunda can verib getdi,
Süleyman, bax, o mərdlərdən
bütün aləmdə
səs qalmış!
1942
Xatirə
Hər kim ki, zəhər içsə gözəl yarın əlindən,
Olmaz bilirəm, zərrə peşiman əməlindən.
Bir ev ki, məhəbbətdən
uzaqdır, nəyə
lazım, -
Heç
kəs acımaz, uçsa o bir gün təməlindən.
Könlüm quşu ilham alıb eylər yenə pərvaz:
Bir zülfü pərişan,
dodağı qonça
gəlindən.
Hicran məni yandırdı... gözəl eyibsiz olmaz, -
Cananı
xəbərdar eyləyin
el məsəlindən.
Qəlbində yaran varsa da, fəxr eylə, Süleyman,
Bir xatirədir səndə, bu Təbriz gözəlindən...
1943
Məlalımdır
Həyatə gəldiyim andan
məhəbbət ilk məalımdır,
Günümdür, ulduzumdur, kəhkəşanımdır,
hilalımdır.
Mənə, canandan ayrılma,
yolunda can fəda eylə, -
Deyən
sevdalı könlümdür,
öz əqlimdir, kəmalımdır.
Yetər
hicranə yandım, hardasan, gəl, ey vüsalım, gəl,
Cənublu dilbərə etmək
mənim ən xoş xəyalımdır.
Bütün aləm eşitsin,
gülmərəm ömrümdə
mən onsuz,
Onun dərdi, məlalı doğma dərdimdir, məlalımdır.
Süleyman car çəkib söylər:
- Cənuba can verən
ancaq
Könüllərdə günəşlər
doğduran xoşbəxt
Şimalımdır.
Təbriz gözəlinə
Anır
xəyalını könlüm,
gözəl mələk,
hər yaz,
Qırıq qanadlı göyərçintək
eyləyib pərvaz.
Yaranmısan, görünür, varlığınla
nazlardan:
O can alan gülüşün naz, ədalı rəqsin naz...
Səni
ürəklə sevən
aşiqin məhəbbətinə
Nədənsə, etmədin ömründə
mərhəmət bir
az.
Mənə məhəbbətinin yadigaridir, gözəlim:
Qırıq piyalə, qırıq
bir könül, qırıq bir saz...
Yanır
vücudum əzəl
gündən hicrinin oduna,
Günəş sönərsə, səmadən
mənim bu qəlbimi aç!
1946
Süleyman
RÜSTƏM
Ədəbiyyat
qəzeti: xüsusi buraxılış.- 2025.- 12 dekabr, ¹49-50.-
S.8-9.