Yandırılan kitablar
İran
irticaçıları Azərbaycan
dilində olan kitabları vəhşicəsinə
yandırırlar
Cəllad!
Sənin qalaq-qalaq yandırdığın kitablar
Min kamalın şöhrətidir,
min ürəyin arzusu...
Biz köçürük bu dünyadan, onlar qalır yadigar,
Hər vərəqə nəqş
olunmuş neçə
insan duyğusu.
Min kamalın şöhrətidir,
min ürəyin arzusu...
Yandırdığın o kitablar alovlanır... Yaxşı
bax!
O alovlar şölə çəkib şəfəq
salır zülmətə...
Şairlərin nəcib ruhu məzarından qalxaraq,
Alqış deyir eşqi böyük, bir qəhrəman millətə,
O alovlar şölə çəkib şəfəq
salır zülmətə...
Cəllad!
Mənim dilimdədir bayatılar, qoşmalar,
De, onları heç duydumu sənin o daş ürəyin?
Hər gəraylı pərdəsində
min ananın qəlbi var...
Hər şikəstəm övladıdır
bir müqəddəs
diləyin,
De, onları heç duydumu sənin o daş ürəyin?
Söylə, sənmi xor baxırsan mənim şeir dilimə?
Qoşa
Şərqin şöhrətidir
Füzulinin qəzəli!
Sənmi
"türkəxər" deyirsən ulusuma, elimə?
Dahilərə süd vermişdir
Azərbaycan gözəli...
Qoca Şərqin şöhrətidir
Füzulinin qəzəli!
Cəllad!
Yanıb od olsa da, külə dönməz arzular.
Təbiətin ana qəlbi qul doğmamış insanı!
Hər ürəyin öz dünyası bir səadət arzular,
Qanlar ilə yazılmışdır
hər azadlıq dastanı...
Təbiətin ana qəlbi qul doğmamış insanı!
Əzəl başdan düşmənimdir
üzü murdar qaranlıq...
Hər torpağın öz eşqi var, hər millətin öz adı.
Kainata dəyişmərəm şöhrətimi
bir anlıq,
Mənəm Odlar ölkəsinin
günəş donlu övladı!
Hər torpağın öz eşqi var, hər millətin öz adı!
Nədir
o dar ağacları,
de, kimlərdir asılan?
Oyuncaqmı gəlir sənə
vətənimin haqq səsi?
Dayan!..
Dayan! Oyaq gəzir hər ürəkdə bir aslan.
Boğazından yapışacaq onun
qadir pəncəsi,
Oyuncaqmı gəlir sənə
vətənimin haqq səsi?
Cəllad! Sənmi, de, qırırsan fədailər
nəslini?
Millətimin saf qanıdır
qurd kimi içdiyin qan!
Zaman gəlir... Mən duyuram onun ayaq
səsini;
Şəhidlərin qiyam ruhu yapışacaq yaxandan.
Millətimin saf qanıdır
qurd kimi içdiyin qan!..
Bir varaqla tarixləri, utan, mənim qarşımda,
Anam Tomris kəsmədimi Keyxosrovun başını?
Koroğlunun, Səttarxanın çələngi
var başımda.
Nəsillərim qoymayacaq daş
üstündə daşını,
Anam Tomris kəsmədimi Keyxosrovun başını?
Sür atını, dördnala çap! Meydan sənindir...
ancaq,
Mən görürəm al geyinib
gələn bahar fəslini...
Qoca Şərqin günəşidir
yarandığım bu
torpaq,
Mən yetirdim al bayraqlı inqilablar nəslini,
Mən görürəm al geyinib
gələn bahar fəslini!
1947
Təbriz gözəlinə
Çox
da fikir vermə danışıqlara,
Bilirəm ürəyin mənə
bağlıdır.
Nədir
o başına örtdüyün
qara?
Bizim ki,
eşqimiz bir el nağılıdır!
Bilirəm, ən şirin
röyalardasan,
Deyirsən, sevgilim gəlirmi
ora?!
Xəyalım əyilib, öpür
əlindən,
Güllü yaylığınla çıxırsan
yola.
Nədir
bu həsrətin adı, ünvanı?
Baisin evində çıraq yanmasın!
Ah Araz, ah Araz vədəmiz
hanı?
Bir ürək ikiyə parçalanmasın!
Ayırdı bir vurğu əzəldən bizi,
Parladı şahların qan
rəngli tacı.
Sıxlaşan bir duman aldı Təbrizi
Fələk bəxtimizə baxdı
qıyqacı.
Anan vərəmlədi, yoxsul yuvada,
Soyuq bir məzarı əlinlə qazdın.
Baban öküzüylə öldü
tarlada,
Bütün bir tarixi sinənə yazdın.
Mən də bu yolları
keçmişəm, sonam.
Mənim
də çox dərdli bir keçmişim var.
Təbibsiz-dəvasız can verdi anam,
Yaslı
köynəyini geyindi
dağlar.
Demək
ki, dərdimiz, sərimiz
birdir,
Həyatın qızıdır məhəbbətimiz.
Oturub diz-dizə günləri bir-bir,
Sayıb
hesablayaq yaşımızı
biz.
Olub, keçənlərə gəl
qələm çəkək,
Dünən bu gün üçün bir yadigardır.
Bilirəm sevgilim, bilirəm
gerçək,
Sizdə
qış günüdür,
bizdə bahardır.
Odur bax o qıza, bax o gəlinə,
Baxdıqca qaynayır insanın
qanı.
Azadlıq bayrağın alıb
əlinə,
Günəş salamlayır Azərbaycanı!
Gözlərin dolmasın, dayan
bir az da
Qəlbin
də, sevgin də, dərdin də haqdır.
Azadlıq bayrağı güllü
bir yazda
Təbrizin üstündə parlayacaqdır!
O bayram gününə inanıram mən,
Araz yol verəcək üstündən bizə.
Qızımın, oğlumun tutub
əlindən,
Qonaq gələcəyəm qoca
Təbrizə!..
Körpünün həsrəti
Araz qırağında dayandı
qatar,
Elə bil qəlbim də dayandı bir dəm...
Sıxlaşdı göydəki seyrək
buludlar,
Deyəsən, başıma dolandı
aləm.
Başlar
uzanmışdır pəncərələrdən,
O taya, bu taya
boylanır hamı.
Yanımda sevgilim ağlayıb
hərdən,
Deyir ki,
"ah, Araz, tut ilticamı,
Mənim
Sara bacım indi hardadır?
İyirmi
ildir ki, uzaqlardadır".
Araz dağlar yarıb, qayalar dəlir,
Zamanın fikri tək axır sürətlə.
Qayalı
dağlar da salama gəlir,
Elə bil baş əyir
ona hörmətlə.
O tayda gördüyüm çardaqlı damlar
Xəyalı küsdürür bu
kainatdan.
Gəzir
kənd yanını seyrək adamlar,
Sanki baş götürüb gedir həyatdan...
Həyətlər bomboşdur, qapılar
bağlı,
Evlər
üz döndərmiş
biri-birindən.
Torpaq nalə çəkir sinəsi dağlı,
Bir tüstü qalxmayır ocaq yerindən.
Kəndin
üstündəsə bir
qəbristanlıq
Qərq
olur göylərin göz yaşlarına.
Yaşaran gözlərim baxır
bir anlıq
Əyilmiş, yıxılmış baş daşlarına.
"Qayalı dağı"da
duman almışdır,
O, dünya görmüşdür...
Yaxşı bax ona!
Nə qədər cənazə yola salmışdır
Bir şəhər boydakı
o qəbristana!..
Ah, ürək duyduqca bu səhnələri,
Adətim
olmuşdur alışıb
yanmaq.
Yanğına düşmüşdür könlüm şəhəri,
Böyük bir dərd imiş şair yaranmaq!
Şairim!
Bu sözlər qalsın
bir yana
Yaş ötür... qayıtma ricətlərə sən!
Bir şeir bağışla Azərbaycana,
Araz üstündəki bir daş körpüdən!
Qurmuş
bu körpünü bir memar əli
Baş-başa çatılmış tağlar üstündə.
Xilqətdən yaranmış onun
təməli,
Dayanmış qayalar, dağlar
üstündə.
Kim bilir neçədir körpünün yaşı,
Şahidi
min bahar, bəlkə min
qışdır!
Fəqət bir kərpici, sadə bir daşı
Hələ öz yerindən
oynamamışdır...
Toplar, topxanalar keçmiş üstündən,
Hələ daş sütunlar
durur vüqarla.
Körpü Araz üstə
düşdüyü gündən
Şir kimi döyüşür sərt dalğalarla.
Üzünə gün düşüb,
şəfəq güləndə
Kərpici bir yaqut kimi qızarır.
Üstünə dağlardan duman
gələndə
Sərt
qayalar kimi o da bozarır.
Deyirlər, qış ağır
gələndə tək-tək,
Körpünün üstündə tar bağlayır qar.
Qaranlıq yol salır yerdən göyədək,
Bir canavar kimi ulayır
rüzgar.
Gözüm körpüdədir... Dayanmış qatar,
Elə bil saxlayır o bizi qəsdən.
Hanı
zınqırovlu-yüklü karvanlar?
Bir uş da keçməyir körpünün üstdən...
Axşam
qəribliyi dağlardan
enir,
Sakit dərələrə bir həsrət çökür.
Araz gah parlayır, gah kölgələnir,
Bəzən də hıçqırır
o hönkür-hönkür.
Gözüm körpüdədir... Dayanmış qatar,
Elə bil o qəsdən saxlayır bizi.
Körpünü basmışdır yabanı
otlar,
Nə cığır görünür,
nə ayaq izi...
Kim bilir, kim bilir,
nə vaxtdan bəri
Bir insan keçməyir bu daş körpüdən
Elə bil yol çəkir
onun gözləri,
Fəqət nə gələn
var, nə də bir gedən.
O kimdir? Gözümə görünür bu dəm?
Kimdir o ixtiyar? Xəyaldır, nədir?
Yox, yox, o nə xəyal, nə əfsanədir,
Gördüyüm insandır, gözlərində
qəm...
Çatıb qaşlarını körpüyə
baxır,
Qəlbində dağ boyda sözümü vardır?
Başından tüstülər, dumanlar
qalxır,
Cansız
əlləri də qabar-qabardır...
Bildim, o
memardır... O yaradandır.
Yaxın
gəl, oxucum, bax əllərinə!
O Araz üstündə xeyli zamandır
Ağlayır xar olmuş əməllərinə...
1948
Səməd VURĞUN
Ədəbiyyat
qəzeti: xüsusi buraxılış.- 2025.- 12 dekabr, ¹49-50.-
S.6.