Milli Hökumətin dövlət himni

 

Bəstəkar:             Cahangir Cahangirov

Sözlərin müəllifi:      Mir Mehdi Etimad

 

 I bənd

 

Ey vətənim Azərbaycan

Odlar yurdundan bir nişan

Sən böyütdün qəhrəmanlar

Adli şanli keçmişin var

Qoca şərqin çırağısan

Azadlığın bayrağısan

Sən qurduğun təzə həyat

Xalqımıza verdi nicat

 

Nəqarət

 

Sənsən bizə ana vətən

Sənsən bizə nemət verən

Sənsən bizə ruhi-rəvan

Yaşa-yaşa Azərbaycan

 

II bənd

 

Azərbaycan, Azərbaycan

Aslanların məkanısan

Sən qurduğun yeni həyat

Xalqımıza verdi nicat

Gözəl günlər gətiribsən

Səttarxanlar yetiribsən

Qoy yurdumuz cənnət olsun

Düşmən bağrı qanla dolsun!

 

Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2025.- 12 dekabr, ¹49-50.- S.5.