AMEA-da
Xalq yazıçısı
Yusif Səmədoğlunun
90 illiyinə həsr
olunan elmi sessiya keçirilib
Dekabrın 18-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi,
tanınmış ictimai
xadim, Xalq yazıçısı Yusif
Səmədoğlunun 90 illiyinə
həsr olunan elmi sessiya keçirilib.
Elmi sessiya
Ədəbiyyat İnstitutunun
və Azərbaycan Yazıçılar Birliyinin
(AYB) birgə təşkilatçılığı
ilə baş tutub.
Tədbirdə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun
direktoru akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anar, Ədəbiyyat İnstitutunun kollektivi,
AYB-nin və “Azərbaycan” jurnalının
əməkdaşları, KİV mənsubları və başqaları iştirak ediblər.
Əvvəlcə görkəmli yazıçının
həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış olub.
Tədbiri giriş
sözü ilə açan akademik İsa Həbibbəyli elmi sessiyanın ölkə Prezidenti İlham Əliyevin “Yusif Səmədoğlunun
90 illiyinin qeyd edilməsi haqqında” 4 sentyabr 2025-ci il tarixli Sərəncamına
əsasən keçirildiyini
bildirib. O, tədbirin materiallarının “Azərbaycan”
jurnalında dərc olunacağını diqqətə
çatdırıb.
Azərbaycan ədəbiyyatının özünəməxsus
imzalarından biri, Səməd Vurğun ocağının genetik və ədəbi davamçılarından olan
Yusif Səmədoğlunun
yaradıcılığı barədə məlumat verən akademik İsa Həbibbəyli bildirib ki, dərin
ictimai-mənəvi məzmunlu
əsərləri, hekayə
və romanları ilə ədəbi prosesdə iz qoymuş yazıçının
ötən əsrin
60-70-ci illərində milli
nəsrin keyfiyyətcə
yeni mərhələyə
keçməsində xüsusi
xidmətləri vardır.
Yusif Səmədoğlunun
az saylı, dərin məzmunlu hekayələri Azərbaycan
ədəbiyyatının nadir
nümunələri sayılmağa
layiqdir.
Akademik İsa
Həbibbəyli Yusif Səmədoğlunun Azərbaycanda
yeni tipli ədəbiyyatın yaradılmasının
aparıcı simalarından
biri olduğunu qeyd edib. O, Yusif
Səmədoğlunun yaradıcılığında
“Qətl günü” romanının xususi yer tutduğunu deyərək, Xalq yazıçısı Anarın
bu əsəri “Azərbaycan ədəbiyyatında
ədəbi hadisə”
adlandırdığını vurğulayıb. AMEA rəhbəri
parlaq mədəniyyət
hadisəsinə çevrilən,
dünya və insan haqqında məşhur “Qətl günü” romanının
ədibə Azərbaycanın
hüdudlarından uzaqlarda
da şöhrət qazandırdığını söyləyib.
Ümummilli Lider
Heydər Əliyevin Xalq yazıçısı
Yusif Səmədoğlunun yaradıcılığını
daim diqqət mərkəzində saxladığını
deyən AMEA rəhbəri
Ulu Öndərin yazıçının xəstəliyində
onun müalicəsi ilə bağlı xüsusi göstəriş
verdiyini və xəstəxanada Yusif Səmədoğlunu ziyarət
etdiyini diqqətə çatdırıb. Vurğulayıb
ki, Yusif Səmədoğlunun 90 illiyi
ilə bağlı imzalanmış müvafiq
Sərəncam Prezident
İlham Əliyevin Ulu Öndər Heydər Əliyev tərəfindən əsası
qoyulan Azərbaycan ədəbiyyat xadimlərinə
hörmət və ehtiram ənənəsinin
dövlət səviyyəsində
ardıcıl şəkildə
davam etdirməsinin bariz nümunəsidir.
“Azərbaycan bədii nəsrində magik realizm istiqamətli
əsərləri sadalayarkən
Yusif Səmədoğlunun
“Qətl günü” və “Deyilənlər gəldi başa” romanları ağla gələn ilk sərlövhələrdəndir”, - deyən akademik İsa Həbibbəyli yazıçının yaradıcılığında
folklor, mif, tənhalıq və buna bənzər magik realizmlə bağlı məsələlərin
ön planda dayandığını bildirib.
O, Azərbaycanda magik realizmin ədəbi cərəyana çevrilməsində
Xalq yazıçısı
Yusif Səmədoğlunun
yeni yanaşmalarının
əhəmiyyətini qeyd
edib.
AMEA rəhbəri Yusif Səmədoğlunu
XX əsr Azərbaycan
nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardan biri kimi xarakterizə edib, onun müstəqillik
uğrunda mübarizədə
vətəndaş-ziyalı mövqeyi ilə seçildiyini diqqətə
çatdırıb. Bildirib
ki, Yusif Səmədoğlu Azərbaycan
ədəbiyyatı tarixində
özünəməxsus yer
tutaraq, həyata, gerçəkliyə fərqli
münasibəti, dünyagörüşü,
üslubu, düşüncə
müxtəlifliyi ilə
seçilib.
Sonra AYB-nin
sədri, Xalq yazıçısı Anar
çıxış edərək
görkəmli yazıçının
Azərbaycan ədəbiyyatında
xidmətlərindən, yaradıcılığının
bəzi məqamlarından
bəhs edib. Vurğulayıb
ki, Yusif Səmədoğlu XX əsr
Azərbaycan ziyalılığının
ən ali keyfiyyətlərini öz
şəxsiyyətində daşıyan,
mənsub olduğu böyük bir nəsli təmsil edən istedadlı insan olub. O, həyatı boyu həm ədəbi, həm də ictimai-siyasi fəaliyyətində
azərbaycançılıq mövqeyində durub, azadlıq, demokratiya, müstəqillik duyğusu
ilə yaşayıb.
Xalq yazıçısı
Anar Yusif Səmədoğlunun ilk iri həcmli “Qətl günü” romanını Azərbaycan
ədəbiyyatının şah
əsəri kimi dəyərləndirib. O, görkəmli
yazıçı ilə
birgə səfərlərindən,
unudulmaz görüşlərindən,
dostluq münasibətlərindən
bəhs edib, onunla bağlı xatirələrini bölüşüb.
Xalq yazıçısı
Anar Yusif Səmədoğlunu nəcib,
xeyirxah, etibarlı, alicənab insan kimi səciyyələndirib,
ədibin yaradıcılığının
Azərbaycan xalqının
milli sərvəti olduğunu qeyd edib.
Daha sonra
şair-publisist Azad Yaşar “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadənin “Yusif Səmədoğlu şəxsiyyəti
xatirələr işığında”
adlı məruzəsini
təqdim edib.
Elmi sessiyada
filologiya elmləri doktoru Vaqif Yusiflinin
“Qətl günü”ndən
əvvəl - hekayələri”,
filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlının “Azərbaycan
romanının təkamül
prosesində “Qətl günü” əsərinin
rolu”, filologiya elmləri doktoru Cavanşir Yusiflinin “Yusif Səmədoğlu mətninin poetikası”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının “Gündəliklərdən
görünən Yusif
Səmədoğlu” və
filologiya üzrə fəlsəfə doktoru Südabə Ağabalayevanın
“Yusif Səmədoğlu
yaradıcılığı milli yaddaş kontekstində” adlı məruzələri dinlənilib.
Tədbirdə, həmçinin filologiya elmləri doktoru Bahar Bərdəli görkəmli yazıçı
ilə bağlı xatirələrini bölüşüb.
Ədəbiyyat
qəzeti.- 2025.- 26 dekabr, ¹51-52.- S.9.