Başını quyruğunun
üstünə qoyub yatan it
Kosa
çoban gecə vaxtı
Alaçıqdan
çıxaraq,
kibrit
çəkib qaranlığı çərtdi.
Əynində
dar-düdük kürk,
çiynində
çatal tüfəng.
Yerişi
asta, ləng...
Quzuların
üzü Günbaxana qazılmış
qazmasına
baş çəkib qayıdanda
gördü
it başını yumşaq quyruğunun üstünə
qoyub
yatıb.
Bildi ki,
yeyib, içib, doyub yatıb.
Düşündü:
- "Buket" adlı
bu itin vaxtında
qulaqlarını,
quyruğunu
kəssəydim...
belə bərk
yatmazdı.
Yazığım
gəlmişdi bir zaman ona -
İndi mənə
bu da azdı!
...Hər
yanda ağappaq bir qışdı,
Qarakeçə
alaçığın qırağında ölgün
kölgələr
üşüyə-üşüyə
qalmışdı.
2025
Bərəçi,
gəl, o taya keçirt məni
Ay bərəçi
Baxış baba,
gəl, o
taya keçirt məni.
Bərə
haqqı nə qədər olar?
Öz
yükü, öz xərci var hərənin, -
bilirəm
-
amma gücü
çatacaqmı bərənin?!
Mən
uzaqlardan gəlirəm,
yüküm
ağırdı, pud-pud...
Həsrətlə,
intizarla doluyam,
çox
ağıram.
O taya
keçirt məni,
Sakitləşdir,
kirit məni.
O tay da mənim
Vətənim,
bu tay da mənim...
O bərələrlə
Culfa keçidlərini aşıb Təbrizə
gedərdilər.
Babalarımın
ruhu yaşayır o bərələrdə...
İndi də
kənddə-kəsəkdə söz açırlar,
danışırlar
o barədə.
Bu
çayın üstündən körpülər
salacayıq sıra-sıra,
həmişəlik
birləşəcək o tay, bu tay.
Səmasında
o körpülərin buludlar
dolanacaq
topa-topa, lay-lay...
O taydan gələn
buludlar
bu tayda boşaldacaq ürəyini,
bu
tayın buludları o tayda...
Köçəri
yağışlar mahnılar zümzümə edə-edə
yuyub
aparacaq həsrətlərin son ləpirlərini də.
Açılacaq
yollar, izlər.
Daha
silahlı sərhədçilər ovçu kimi
yatmayacaq
bərədə!!
1999
Kənək
adam
Kənək
cəviz kimidir, - bu löyünsüz, daz adam -
ha
çağır, ha sığalla, ha əz, ha çək-çevir
elə...
Hələ-hələ
quyruq verməz
ələ.
Hər
çəkic sındıra bilməz onun
sitallığını,
hər
adam çıxarda bilməz içindəkiləri.
Zərbənin
törənindən salamat sivişib çıxıb,
fırlanıb
şit bir gülüşlə yenə sənə baxacaq.
Bir kisənin
hamısını sındırıb içini ayırsan,
heçbirindən
bütöv ləpə çıxmayacaq -
büneyi-qədimdən
bütövlük yaddır onlara!
Sındırsan
da, əzsən də, çəksən də dara,
ondan
söz almaq, sirr çıxartmaq mümkün deyil.
Özü
də tənliyi açılmayan kor düyün deyil -
yeri gələndə,
gizlənə
bilir dilinin altında,
dilinin
yeddi qatında.
İdarəyə
müdirlərin biri gedib, o biri gələndə
o da
dönür, dəyişir, -
tapır
hər birinin dilini, çəmini.
Rəngi-rufi
açılır -
sonra da
işdaşları ilə əyişir!
Bilyard
daşları kimi,
sürtüşə-sürtüşə
hamıya,
özünü
ora-bura,
vura-vura,
çoxlarını
salır tora!
1998
Yarıaçıq,
yarıbağlı qapılar
Gəlib,
gəlib... onlar da mənim bəxtimə düşüb -
yarıbağlı,
yarıaçıq qapılar.
Hələ
indiyəcən mənə tam açığı rast gəlməyib
ki,
birbaşa
keçim
içəridə
özümə yuva qurum.
Arxadan
vurum cəftəsini, rahatlanım, oturum.
Kip
bağlısı da hələ çıxmayıb
qabağıma -
biryolluq əlimi
üzüm,
qayıdım,
gedim,
Gözləməkdən
qurtulum.
Hərdən
küləklər gətirir
həmin o
alayarımçıq qapıların
cırıldayan,
sınıq, sısqa səslərini -
bədəlini
əsəblərim ödəyir.
Uzaqdan
şəkilli-şəmayilli görünsələr də,
İkidilli,
ikiüzlü, tutmalı adamlar kimidilər,
nə
"hə" deyirlər bir işə, nə də
"yox",
gah belə
olurlar, gah elə.
Özləri
də həmişə qaşqabaqlı, susqun, soyuq.
Onların
əsl sifətlərini görən olmayıb hələ.
Bir-birinə
bab olmasalar da,
cur olublar
həmişə, müdam.
Ona
görə də bağlı qapıların arxasında
qalıb
indi
çox adam!
2000
Canlı
heykəl
Qalib Azərbaycan
əsgərinə həsr olunur.
Hərdən
gecələr
yanından
keçəndə görürəm yerində yoxsan,
bilirəm
ki, düşüb harasa getmisən yenə.
Darıxırsan
orada çox dayanmaqdan -
hər
gecə postamentdə yatıb,
pestamentdə
oyanmaqdan.
Nə qədər
bir yerdə qalmaq olar,
eyni məkanda
fikrə getmək,
xəyallara
dalmaq olar:
"Dostlarım
döyüşdə ikən, mən niyə burda qalım -
şəhərdə,
parkda... özü də gül-çiçək
arasında?!"
Sonra bir də
görürəm yenə öz yerindəsən, -
qayıdıb
gəlmisən, barıt qoxulu,
yorğun-arğın,
sakit-səssiz...
Üzündən,
gözlərindən
süzülür
ağrılar, dözüm, səbir -
damla-damla,
aram-aram, bir-bir.
Baxıb
görürəm özünə gəlmisən,
döyüşlərdən
qayıtmısan deyə,
sakitləşmisən,
elə bil dincəlmisən.
Amma...
günlərin bir günündə,
sən də,
mən də,
qaldıq
heyrət içində,
donduq heyrət
içində:
Çöl
göyərçinləri topalanıb tutmuşdu sənin
yerini,
ayaq
qoymağa bir qarış fürsət qalmamışdı.
Özləri
də sevincdən qanad çalıb,
Atılıb-düşürdülər;
poçtalyon
kimi qələbə müjdəsini gətirmişdilər!
Bu xəbəri
bir-birinə ötürə-ötürə,
civildəşə-civildəşə
öpüşürdülər.
Heykəl
- Əsgər,
Sənin
postamentinin hər tərəfini tutmuşdu onlar,
daha qalxa
bilmirdin öz yerinə-yurduna.
Özün
də sevincindən hər şeyi unutmuşdun -
adamlara
qarışıb Zəfər Meydanına
üz
tutmuşdun.
2022
Adsız
şeir
Ay kədərə
batan adam,
Mən də
bir gün düşdüm sənin tüstünə.
Üstü
açıq yatan adam,
Yayda belə,
qar yağacaq üstünə!
2002
Şehçiçəyi
Bitki
olasan -
Özün
də lal, kar, tərpənməz, dinməz,
amma
canlı, uçan, qaçan həşəratı, böcəyi
tutub yeyəsən!!
Bu əndirəbadi
işə nə deyəsən?!
Özü
də Şehçiçək kimi adın-sanın ola -
cəlbedici,
dadlı-duzlu;
Çiçəkli
şeh....Şehli çiçək...
Yazda,
yayda gül də açasan rəngbərəng, -
gözəl-göyçək.
Heç
kəsin ağlına gəlməz ki, bu nağılvarı
adın
alt
qatında
həm də
cürbəcür, zərif güllərin altında
bir
yırtıcı gizlənib!
(bu da olur
həyatda!)
Uzaqdan
baxırsan, şeh içində parıldayır,
baxıb
heyran olursan, - çiçək kimi işıldayır...
Zavallı,
surətpərəst böcəklər, həşəratlar
xoş
oxşartıya aldanırlar, uyurlar.
Yaxınlaşırlar,
birdən... ilişirlər!
Tələyə,
tora düşürlər -
Dönürlər
sənin yeminə,
Sən də
udursan onları bir-bir.
Deyirlər,
dirilər cansızları yeyər,
İndi
cansızlar diriləri yeyir!
Kim buna nə
deyər?!
Bu səssiz,
uzunömürlü qatili sevənlər,
qoruyanlar
da var
öz aləti,
gərəyi kimi.
Hətta
onu bir oliqarxın evində gördüm -
Yetişdirib
bəsləyirdi - sevimli ev dibçəyi kimi...
2001
Təkatlı
arabada gedən iki nəfər
Yaz səhərində
təkatlı bir araba gedirdi,
üzü
Günçıxana tərəf.
İçində
iki nəfər - biri baba, biri nəvə.
Gedirdilər!
Biri axşam,
biri səhər.
Biri
sevinc, biri qəhər.
İkisi
də canbirqəlbdə,
deyə-gülə.
Çal
bir ayğır gəlib keçdi onların yanından
yel kimi.
Yəhərsiz
belində bir cantaraq oğlan!
Babanın
yaxşı udumu vardı,
qanadlandı
xəyalları o oğlanın arxasıycan, -
başladı
xatirələrini sığallaya-sığallaya
gəncliyini
yarpaq-yarpaq çözələməyə...
Nəvənin
əlində atın yüyəni,
Babanın
dilində keçmiş xatirələrin ipucu -
dilə gələni!
Nəvə
qulaq asdıqca hiss edirdi ki, qəlbi uçur!
At tək...
arabanın təkərləri cüt...
yol bir...
sağ bir... sol bir...
Qütblər
iki!
Dan yeri tək,
qürub tək.
İkisi
də rəngbərəng!
Ətrafda
yaz istisi, bahar qırımı
çəmənləri
bir-birinə bağlayır, tikir!
Yolun kənarında
atılıb-düşən,
şən-şən,
deyib-gülüşən,
şəlalə
səsinə oynaşan
daşları
görmürdü
baba.
Görsəydi,
tərpənərdi saqqalı, çatılardı
qaşları.
Ağappaq
qaşlar onların arxasıycan düzülüb
bir-bir yerə
döşənərdi... cığır kimi.
Nəvə
baxıb görürdü,
o hər
şeyi bilirdi,
Çünki
o cığırın üstüylə
təzə
həyat gəlirdi!..
2000
Saman
çöpü haqqında ballada
1
Axar suyun
üzündə saman çöpü gördüm,
sakit-səssiz,
rəqs edə-edə,
arx boyu
yellənə-yellənə axırdı.
Yol
yoldaşı oldum onunla.
Bir azdan
elə bil o da yollaşdı mənimlə,
mehribanlaşdı.
Tez-tez
dönüb, dikəlib mənə tərəf baxırdı,
qırımından
bilinirdi - dili sözlə doludur,
nəsə
demək istəyir.
Sağa-sola
çevrilir, qalxır, əyilir, düzəlirdi.
Gah
batırdı, gah da üzə çıxırdı.
Dedim, yol
yoldaşı olaram onunla,
söhbətləşə-söhbətləşə
gedərik.
Onsuz da
bir idi yolumuz, -
mən də
Sarıgölə tərəf gedirdim,
balıqçı
dostlarımın yanına.
Gəlib,
gəlib... suların üstündə
ləngər vura-vura axan
bir
topacığa ilişdi o, - qarışdı elə bil xora.
Girdi o dəstənin
içinə bərk-bərk,
qoşuldu
onların köçünə.
Oldular
onlar çox, mən tək.
...Sonra
daha nə sənə, nə mənə,
heç
elə bil bayaq tək-tənha qalan,
atıla-atıla
axan,
mənə
tərəf tez- tez yönələn, baxan
saman
çöpü deyildi,
əl
atanda tutmağa güman çöpü deyildi.
2
Amma mənim
üçün
həmən saman
çöpüydü, həmən...
Tanımışdım
onu mən,
Ayırmışdım
cürübbəs
gövdəsini, bir
qarış boyunu
yoldaşlarının
arasından,
sarısından,
qarasından.
Yenə də
ipə-sapa yatmırdı -
nə qəfil
seli sayırdı, nə kəmfürsət küləyi.
Xırmanın
bu başından vurub, o başından
çıxırdı,
bu yerlərin
xal vurmuş tüləyidi, tüləyi.
Bir də...
gördüm yenə arxın
bulanlıq sularında
axır -
fit
çala-çala,
ovqatı,
qırımı saz;
yenə də
həmişəki kimi -
odda
yanmaz, suda batmaz!
Küləklərin
fitvasıya cəlayi-vətən olsa da,
nə rəngi
qaçmışdı,
nə də
gözünün kökü saralmışdı.
Şivəsindən
bilinirdi ki, kefi ala buluddaydı.
Bir də
ona nə vardı ki... saman çöpüydü -
Zaman
çöpü deyildi ki!
Nəyinsə,
kiminsə üstündə gedib, gedib
çıxacaqdı
bir yana -
sular boyu
axa-axa, sallana-sallana.
Qorxusu
bircə suya yıxılan,
suda
boğulan insanlardan idi!!
Səydəş
bir tısbağa yerişiylə yol getmirdi, yox,
İti
axan suların qoynunda şəstlə axırdı,
hünərlə
üzürdü.
Suların
səmasında quş kimi süzürdü.
Bilirdi ki,
dünya başınadır,
yüngülməcaz,
içi boş,
amma həmişə
damağı dolu, kefi çağ!
- Sən
özünü düşün,
ay kirayədə qalan gənc
alim,
O gedib bir
yana çıxacaq!
2000
Tahir
TAİSOĞLU
Ədəbiyyat
qəzeti.- 2025.- 26 dekabr, ¹51-52.- S.12.