Azərbaycan Yazıçılar BirliyininNatəvan

klubunda Əli ÇağlanınKatarina adlı şeirlər

kitabının təqdimatı imza günü keçirilib.

 

Təqdimatda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Sabir Rüstəmxanlı, AYB-nin Beynəlxalq əlaqələr tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, şair Həmid Herisçi, filologiya elmləri doktoru Pərvanə Məmmədli, filologiya elmləri doktoru Esmira Fuad, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova, iqtisad elmləri doktoru, şair Rəsmiyyə Sabir, gənc yazar İlahə Səfərzadə, İranlı mühacirlər cəmiyyətinin nümayəndələri cənubşünas, milli fəal Yədulla Kənani, jurnalist Güləddin İsmayılov başqaları çıxış edib.

Xalq şairi, AYB-nin Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri Sabir Rüstəmxanlının moderatorluğu ilə baş tutan tədbirdə Əli Çağlanın şeirləri təhlil olunub, onun Güney Azərbaycan Azərbaycan Respublikası arasında ədəbi əlaqələrdəki önəmli fəaliyyətindən bəhs ediblər.

Tədbirin gedişində Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Azərbaycan Yazıçılar Birliyinin Fəxri üzvü təbrizli gənc şair Əli Çağlaya Dünya Gənc Türk Yazarlar Birliyinin üzvülük vəsiqəsini təqdim edib.

Ənənəvi olaraq tədbirin sonunda gənc şairəYazarlarjurnalı tərəfindən yeni kitabların nəşrinə görə verilənZiyadarmükafatı təqdim olunub. Mükafatı yazarlar cameəsi adındanYazarlarjurnalının baş redaktoru, MYK-nın icraçı katibi şair Zaur Ustac təqdim edib.

Qeyd edək ki, Əli Çağlanın bu gün təqdim olunan kitabı Azərbaycanda Bakı şəhərindəYarasanəşriyyatı tərəfindən, daha sonra isə Türkiyədə Ankara şəhərindəEfsunnəşriyyatında çap olunaraq yayımlanıb.

Yazarlarolaraq təbrizli gənc şair dostumuzu təbrik edir, qarşıdakı bütün həyat fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

 

Ədəbiyyat qəzeti.- 2025.- 26 dekabr, ¹51-52.- S.17.