"525-ci qəzet"in baş redaktoru
Rəşad Məcidə açıq məktub
Hörmətli Rəşad müəllim,
Bu məktubu sizə ünvanlamazdan əvvəl
"Altı il Dəclə-Fərat
sahillərində" kitabımda
"Nücum elmi"ndən
bəhs edən fəslə nəzər saldım.
Avqust ayının 21-də anadan
olduğunuzu bilirdim. Nücum elmi göstərir ki, avqust ayında dünyaya gələnlər ciddi xasiyyətli, ağıllı,
dərin düşüncəli,
aydın baxışlı
olurlar. Onlar böyük şövqlə
qocalana qədər oxuyur, öyrənir, bilik qazanırlar. Adamlar arasında böyük hörmətləri
olur.
Fikrimə dayaq olsun deyə, mən yalnız bir həftə ərzində,
avqust ayının
21-27 arası anadan olan görkəmli şəxsiyyətləri göstərməklə
kifayətlənirəm.
Avqustun
21-də akademik Bəkir
Nəbiyev və siz, avqustun 25-də Şeyxülislam Allahşükür
Paşazadə, Xalq şairi Fikrət Qoca, professor Hüseyn Həşimli, avqustun 26-da
yazıçı, AMEA-nın
müxbir üzvü Ziyadxan Nəbibəyli, avqustun 27-də akademik Vasim Məmmədəliyev,
yazıçı Seyfəddin
Dağlı və bəndəniz Qəzənfər
Paşayev anadan olmuşdur.
Tanınmış şair Davud Nəsib, tanınmış
jurnalist Flora Xəlilzadə,
yazıçılar - Vahid Məhərrəmli, Səlim
Babayev, Zeynal Babayev və
bir çox başqaları da dünyaya
avqustun 21-27 arası gəlmişlər.
Rəşad müəllim, siz
Şir bürcü altında anadan olubsunuz. Bu bürc altında dünyaya gələnlər xeyirxah və mərhəmətli
olurlar. Onlara süni həyəcan və qızışma yaddır. Həmişə
təbii və coşğun olurlar. Hamı onlara rəğbət bəsləyir.
Onların çox böyük daxili gücü olur. Nə qədər çətinliyə düşsələr
də, şənlik və zarafatlarından çəkinmirlər. Onların
ən çox acığı gələn
şey satqınlıqdır.
Onlar bütün sənətləri xoşlayır
və çox vaxt rəhbər vəzifələr tuturlar.
Yazılanlar barədə mühakimə
yürütməkdən uzağam.
Yalnız axırıncı
cümlə haqqında
deyə bilərəm
ki, bu cümlədə
göstərilən sanki
sizin boyunuza biçilib.
Sizin tutduğunuz vəzifələr:
Azərbaycan Yazıçılar
Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının
sədri, 1992-ci ildən
təsis etdiyiniz
"525-ci qəzet"in baş
redaktoru olmağınız
Nücum elmində göstərilənlərlə üst-üstə düşür.
Rəşad müəllim, mənim
"Altı il Dəclə-Fərat
sahillərində" kitabım
işıq üzü
görəndə sizin
20 yaşınız vardı.
O vaxt yazdıqlarım
necə də yerinə düşür.
Sizi bilmirəm, mən Nücum elminə inanıram. Lakin Nücum elmi mühitlə bağlı
olur. Odur ki, bizim Nücum elmi yalnız Yaxın Şərq üçün keçərlidir.
Planetimizin başqa yerlərinin horoskopları
isə bizim üçün keçərli
deyil.
Əzizim,
siz Yaradanın sevimli bəndələrindənsiniz.
Yaradan sizə fitri istedad, ağıl, zəka, analitik təfəkkür,
tükənməz enerji,
xeyirxahlıqla döyünən
ürək bəxş
etmişdir.
Təəssüflənirəm ki, 60 yaşınız
münasibəti ilə
çap olunan "Qala adam" adlı kitabın və "Rəşad Məcid - 60" mövzusunda
elektron kitab sərgisinin
təqdimat mərasimində
iştirak edə bilmədim. Milli Kitabxanada keçirilən möhtəşəm
mərasimdə Azərbaycanın
görkəmli ziyalıları,
alimləri, qələm
sahibləri: Milli Kitabxananın
direktoru, professor Kərim
Tahirov, Xalq yazıçısı Anar,
akademik İsa Həbibbəyli,
akademik Misir Mərdanov, akademik Nizami Cəfərov, professorlar: Vilayət Quliyev, Qulu Məhərrəmli,
Əli Əmirli və başqalarının
çıxışlarını mətbuatda oxudum. Sevindim və fəxr etdim ki, ölkəmizdə sayılıb-seçilən
şəxsiyyətlərin hədəfə düz dəyən çıxışları
cəmiyyət arasında
mövqeyinizi və nüfuzunuzu kompas kimi dəqiq göstərib.
Yaradıcı adam pillələrlə
ucaldıqca gözügötürməyənlər,
qibtə edənlər,
həsəd aparanlar
da olur. Qəribədir
ki, sizi istəyənlər
çox, istəməyənlər
yoxdur. Sizin haqqınızda hamı rahatlıqla, bir az da məhəbbətlə
danışır, ürəkaçıqlığı
ilə yazır.
Nə gizlədim, bəzən tanınmış yaradıcı
adamlar haqqında danışanda və ya yazanda sözləri
diqqətlə seçirik.
Çəkinirik ki, ifrata
vararıq, qınağa
tuş gələrik.
Sizin haqqınızda isə çəkinmədən ürəkdolusu
danışırıq. Nümunəvi
örnək ziyalısınız.
Əlçatmaz sadəliklə
seçilən, təvazökar,
xeyirxah adamsınız.
Şah əsəriniz "525-ci qəzet"lə
məktəb yaradıbsınız.
Belə bir məktəbi vaxtilə
"Bakı" qəzetinin
redaktoru, sevimli müəlliminiz Nəsir İmanquliyev yaratmışdı.
Orada görün, kimlər çalışırdı:
Qeybulla Rəsulov, Cabir Novruz, Şamil
Şahməmmədov, Yusif
Kərimov, Zemfira Məhərrəmli, Ağəddin
Mansurzadə və başqaları.
Sizin təsis etdiyiniz "525-ci
qəzet"də də
yetişən jurnalistlər
az deyil. Elə siz özünüz
də bu qəzetlə bərabər
inkişaf etdiniz, ad-san qazandınız, jurnalistikaya yeni ab-hava gətirdiniz.
Təbii
ki, belə məsuliyyətli
işi təkbaşına
görə bilməzdiniz.
Bu şərəfli işdə
sizə çox inandığınız Yusif
Rzayev, Seyfəddin Hüseynli, Aydın Bağırov, Pərvin, Sevinc Qarayeva, Nadir Yalçın, Şahanə
Müşfiq, adlarını
çəkmədiyim neçə-neçə
digər qələm adamları yardımçı
olublar.
Onların çoxu bu gün qəzet redaktoru səviyyəsində
jurnalistlərdir.
Bir vaxtlar qəzetinizdə Pərvinin yazılarını
necə həvəs və ehtiramla oxuyurdumsa, indi Şahanənin yazılarını
eləcə istək və qələminə ehtiramla oxuyuram.
Rəşad müəllim, mən
Pərvini tanımırdım,
yazıları o qədər
xoşuma gəlirdi
ki, ona açıq məktub ünvanlamışdım.
Şahanəni də hələlik yazılarından
tanıyıram. İstedadlı
gənc olduğu qənaətindəyəm.
Şahanə də layiqdir
ki, haqqında yazılsın,
özünəinamı daha
da artsın. Səmimiyyətlə
deyirəm. Onun yazılarının bəzisini
təkrar-təkrar oxuyuram.
Şahanənin son yazılarının, xüsusən də, "Yaralarımızın məlhəmi
söz", "Mövlud
Süleymanlı və
simvolizm": "Yel Əhmədin bəyliyi",
"Sözün əxlaqı:
mənəviyyatın əks
olunduğu ayna",
"Sərhədlər bizi
qorxutmasın", sizin
poeziyanıza həsr etdiyi "Bir də gəlməyəcək", "Hadisəyə çevrilə
bilməyən mədəniyyət",
"İlk daşı kim
atacaq", "Pandemiyadan
bizə qalan "miras", "Bəzəkli
travmalar dövrü"
və "Müasir sevgilər"in hər biri ciddi tədqiqatdır,
bitmiş əsərdir.
Sevinc Qarayevanın təhsil, səhiyyə və sosial mövzularda yazıları da çox maraqla oxunur. Onun "Energetik içkilər: əlavə
enerji, yoxsa təhlükə?" məqaləsi
çox vacib və zamanında yazılmış tədqiqat
işidir. Bu məqalə,
səhhətinin qeydinə
qalmayan təhlükəli
energetik içkilər
aludəçilərinə ciddi xəbərdarlıqdır.
Mən belə içkilər, hətta
"Coca-cola", "Pepsi cola" kimi içkilərin zərərindən "Altı
il Dəclə-Fərat sahillərində"
kitabımda yazmışdım.
Hörmətli Rəşad müəllim,
həmkarlarınız haqqında
danışmaq, əslində,
sizdən söz açmaq deməkdir. Onların hamısı "525-ci qəzet"də
püxtələşib, bu
qəzet vasitəsilə
tanınıblar.
Rəhbərlik etdiyiniz "525-ci qəzet"in
sanbalının göstəricisi
olan bir məsələdən - qəzetin
daimi müəlliflərindən
də söz açmaq istərdim. Xalq yazıçısı
Anar, akademiklər -
İsa Həbibbəyli, Rafael Hüseynov, Misir Mərdanov, Muxtar İmanov, Xalq yazıçısı Elmira Axundova;
professorlar - Vilayət
Quliyev, Cahangir Məmmədli, Rəhim Əliyev, Asif Rüstəmli,
Vaqif Yusifli, Abid Tahirli, Telman Orucov, Vasif Quliyev,
Əlövsət Bəşirli
və başqaları
sanballı yazıları
ilə qəzetin nüfuzunu daha da artırırlar.
Göz önünə təlatümlü,
mənəvi dəyərlərin
tapdandığı 90-cı illər gəlir. Xalqın mənəviyyatını
pozan qəzetlərin sayı-hesabı yox idi.
Xalq şairi Sabir Rüstəmxanlının
göstərdiyi kimi, mətbuatda qeyri-peşəkarlığın
tüğyan etdiyi, sözün ucuzlaşdığı,
özünü və
sözünü bilməyən
adamların jurnalistik iddiası ilə ortaya çıxdığı,
meydan suladığı,
jurnalist adına ləkə gətirdiyi bir dövr idi.
Lakin o dövrdə mətbuat aləminə Nəsir İmanquliyev, Şirməmməd
Hüseynov, Tofiq Rüstəmov, Nurəddin
Babayev, Cahangir Məmmədli,
Nəsir Əhmədli,
Qulu Məhərrəmli
kimi ömrünü jurnalistikaya həsr edən müəllimlərdən
dərs alan gənclər də gəlirdi. Onlardan biri də siz
idiniz.
Təsis
etdiyiniz "525-ci qəzet"
həmin ağır vaxtda çıxmağa başladı. Hay-küylə
gələn o qəzetlərin
çoxu sükut içində qeyb olub getdi. "525-ci qəzet" mətbuatda yaranan boşluğu doldurdu.
"525-ci
qəzet" ilk sayından
bu günə kimi Azərbaycan qəzetçilik ənənələrinə
sadiq qalır. Mən bu qəzetin
daimi abunəçisi
kimi, bir dəfə də olsun qəzetdə sensasiya xarakterli yazıya rast gəlməmişəm. Sanbalı
ilə seçilən
qəzetdir. Bəzən
qəzeti əlimdə
tutanda (xüsusən də şənbə sayını) bitkin bir əsərlə üzbəüz olduğumu
hiss edirəm. Qəzetin
hər sayından yeni
biliklər əldə
edirəm.
Rəşad müəllim, siz
"525-ci qəzet"i təsis
edib çapa başlayanda 27 yaşınız
vardı. İndi sizin
60, qəzetin 33 yaşı
var. Allaha şükür,
enerjiniz aşıb-daşır,
övlad timsalı qəzetiniz çiçəklənir.
Təbrik edirəm.
Anar müəllim necə də doğru deyib: "Rəşad Məcid son dərəcədə
etibarlı, sözündə
və mövqeyində
möhkəm adamdır".
İllər öncə Yesentukidə
istirahət edəndə
Aqil Abbas və sizinlə
(o vaxt hər ikiniz çox cavan idiniz) çörək
kəsdik. Kiçik yaşlı oğlum Murad bizimlə idi. "Qismət olsun, bu qəşəng oğlanın toyunda iştirak edək" - dediniz. Sözünüzə
xilaf çıxmadınız.
Muradın toyunda hər ikiniz ən əziz qonaqlar kimi iştirak
etdiniz.
Deməyin, vaxt nə tez gəlib keçdi. 60 yaş nədir ki? Əvvəllər
səksən deyəndə
səksənirdim. İndi iki
səkkizi yan-yana düzmüşəm,
qələm əlimdə,
sizin kimi etibarlı dostlar yanımda...
Rəşad müəllim, Moskvada
bir görkəmli riyaziyyatçı alimin yubileyi keçirilirmiş.
Yetişdirmələrindən biri çıxışında
müəlliminə yüz
yaş arzulayır. Görkəmli alim zarafatla,
riyaziyyat dilində deyir: "Cavan oğlan, sizə kim səlahiyyət verib ki, mənim yuxarı yaş həddimi təyin edəsiniz?"
Mən sizə yaş həddi təyin etməkdən uzağam.
Lakin bir arzum var. Dünya əhalisinin yalnız bir faizi 90 yaşdan yuxarı yaşayır. Arzum budur ki, Azərbaycanı o bir faizin içində vüqarla təmsil edəsiniz.
Dərin
hörmət və ehtiramla...
Qəzənfər PAŞAYEV
Ədəbiyyat
qəzeti.- 2025.- 26 dekabr, ¹51-52.- S.18.