Şair mənəm,
şeir sən
Şair
mənəm,
Şeir
sən...
Sənə yazılanları özün
mənə deyirsən.
Çox
şey düşünmək
olar,
Hər şeyi yazmaq olmur,
eşqə uduzmaq olmur.
Söz
var, onu yazanda
Şeir
olmur, söz olur.
Düşünülmüş yalanı düşünməsən,
düz olur.
Ay məndən ayrı düşən,
Səni
şeirlərimdən ayırsam,
tək qalaram,
Tökülər məhəbbətim
sinəmdən xəzəl kimi,
Yalın
ürək qalaram...
Mən gördüyüm yuxunu
səndə görüb sevmişəm,
Misraları yozmuşam,
sonra şeir yazmışam.
Gəl,
aldanma şeirmə,
Şeirdi
də, yazmışam:
əvvəli var, sonu var.
Sevgimə inan mənim:
əvvəli var, sonu yox.
Sənə günah yaraşmaz,
Vallah, billah, yaraşmaz.
Mən bataram günaha,
Mənim
yazan əlim var,
günah
yazılmaz mənə,
Yazılsa da, uzağı, yazılar
savab mənə.
Nə yaxşı ki, Allahım səni suallarımçün
göndərib cavab mənə.
Nə vaxt çətinə düşsən,
gəlmək üçün könlünə
Bir addımlıq yol ayır, saçlarından
tel ayır.
Heç
kəs görməsin
deyə,
Kirpiyinlə od götür,
yandır,
qaranlıq olsun,
Gəl görüşək xəyalda...
ömür bir anlıq olsun.
Soyuq, şaxta dünyada,
Yalan saxta dünyada
biz yaşaya bilmərik,
Bizim öz dünyamızda
yaşanmamış yaz qalıb,
Tələs, gedək, az qalıb.
Getdiyimiz
ünvanı
Heç
kim, heç kəs bilməsin.
Elə çıxıb gedək
ki,
arxamızca - bizimlə
Kölgəmiz də gəlməsin...
Taleh MANSUR
Ədəbiyyat
qəzeti.- 2025.- 26 dekabr, №51-52.- S.31.