Gələcək kitab üçün
cizgilər
Çingiz Aytmatov haqqında esse
Müəllifdən:
12 dekabr - Çingiz Aytmatovun doğum günü...
Bu gün sadəcə bir yazıçı
dünyaya gəlmədi. Bu gün qırğız tarixində
yeni bir mənəvi
era başlandı. Bu adla
qırğız xalqının
ruhu, azad düşüncəsi və
mənəvi zirvələri
ayrılmaz şəkildə
bağlandı. Bu gün
bir dahinin əsri başlandı...
Onun ruhu bu günlə
doğuldu, nəfəsi
bu günlə yoğruldu...
Aytmatov fenomeni... O, dünyamıza
zamanına sığmayan
düşüncə formalarının,
böyük mənəvi
gücün bayraqdarına
çevrilərək gəldi.
Onun Sözü nəsildən-nəslə uzanan
vicdan və həqiqət karvanıdır.
Onun Sözünün
və Düşüncəsinin
yolu əbədidir...
Bu gün qarşısında
dərin ehtiramla baş əyirəm...
Qırğız mənəviyyatının yeni dövrünün başlanğıcı
qarşısında baş
əyirəm...
Bir neçə dəqiqə
və Aytmatovsuz qırmızı ağacdan
olan tabutu
Aytmatov haqqında yazmağa başlamazdan əvvəl onunla bağlı iki hadisə yadıma düşür:
ilk görüşüm və
son görüşüm. Bu iki an ruhuma o qədər dərindən
hopub ki, sanki ömrüm boyu içimdə sönməyən
bir alov kimi yanacaq. İndi elə gəlir ki, bu iki görüş
arasında bütöv
bir əbədiyyət
uzanır...
İlk görüş
1975-ci ilin yayı.
Məktəbi bitirmişdim, instituta
qəbul olunmağa hazırlaşırdım. Attestatım
"5" və "4" qiymətləriylə dolu
idi. O illərdə əlaçı və yaxşı oxuyan məzunların qarşısında
ali məktəblərin
qapıları açıq
idi - hara istəsən,
sənəd ver.
Attestatı alan kimi Moskvaya, VGİK-ə (Dövlət
Ali Kinematoqrafiya İnstitutu
- red.) yollandım.
"Sovetski ekran" jurnalında Sergey Gerasimovun
yaradıcılıq emalatxanasında
oxuyan Zamir Eraliyev haqqında məqalə oxumuşdum. Elə bu yazıdan sonra onunla tanış
olmuş, kinorejissor olmaq istəyənlər üçün lazım olan bütün tələbləri poçtla
ondan almışdım.
Eyzenşteynin altıcildliyindən başlayaraq, Dovjenko,
Gerasimov, Kulidjanov, Pıryev
kimi kino klassiklərinin
əsərlərini oxumuşdum.
Amma bunların nə faydası vardı ki?! Adi
kino göstərən klubun
belə, olmadığı
ucqar bir kənddə böyümüşdüm.
Oxuduqlarım beynimdə
iz buraxmışdı,
lakin çoxunu dərk edə bilməmişdim.
Buna baxmayaraq, gənclik ehtirası və ambisiyalarım məni
VGİK-in astanasına gətirdi.
"VGİK" sözü ürəyimə həkk olunmuşdu. Onu hər yerdə yazırdım -partalarda, dəftərlərdə, divarlarda,
qarda, tozda... Amma anlamırdım ki, ali məktəbə qəbul
arzuyla deyil, bilik və istedadla
olur.
Moskvada,
illərlə xəyalını
qurduğum institutun qarşısında dayandım.
Qapılar açıq
idi, dəhlizlər boş. Növbətçinin
"Gənc oğlan,
hara?" sualı məni
ayıltdı.
- Qəbul olmağa gəlmişəm...
- İmtahanlar iki gün əvvəl bitib.
O an ambisiyalarımın yarpaqları
töküldü...
Frunzeyə (indiki Bişkek
- red.) qayıtdım. Tarix
fakültəsinə sənəd
verdim. Sonuncu imtahandan "2" aldım.
Ümidlərim tam sındı.
Ən ağır olanı isə bu idi: Akim
Sultanın oğlu da imtahandan kəsildi...
Ruh düşkünlüyü ilə
parkda addımlayırdım.
Və birdən... yuxudurmu, gerçəklikdirmi
- qarşıdan Çingiz
Aytmatovun gəldiyini gördüm. Tək idi. Qolunda qatlanmış
pencəyi. Dərin düşüncələrə dalmışdı.
"Salam,
Çingiz ağay"
deməyə cəsarətim
çatmadı. Donub qaldım. O isə başını qaldırmadan
yanımdan keçdi.
Bir az sonra onun arxasınca getdim. İnsanlar salam verirdi, o isə təvazökarcasına
cavablayırdı...
Boz binaya daxil oldu.
Lövhədə yazılmışdı:
"Qırğızıstan SSR Mədəniyyət Nazirliyi."
Xeyli gözlədim. Çıxmadı...
Amma o gün mənim üçün unudulmaz idi. Sevdiyim yazıçını
görmüşdüm. Həmin
gün nə VGİK,
nə də imtahanlar məni narahat edirdi. Uşaqlıq arzularımdan
biri gerçəkləşmişdi.
Beləcə, 1975-ci ilin yayında
mən Çingiz Aytmatovu ilk dəfə gördüm...
Son görüş
2008-ci il,
11 iyun.
Çingiz Aytmatovun nəşi
"Manas" hava limanına
gətirildi. Dövlət
Komissiyasının üzvü
idim. Təyyarənin yük bölməsi açıldı və qırmızı ağacdan
olan tabutu gördüm.
Ürəyim titrədi...
Bir zamanlar onun arxasınca
gedən arıq, uzunboylu gənc gözümün önünə
gəldi. İlk görüşdə
salam verə bilmədiyim kimi, son görüşdə də
"əlvida" deyə
bilmirdim.
O gün mənim bütün kainatım, bütün həyatım
həmin tabutun içində idi...
Aytmatov... Ata-Beyit... Medet Sadyrkulov...
10.06.2008... Bizim Çingizimizin bu dünyadan getdiyi gündür... Bu, hər kəsin qəlbində yas günü, böyük bir itki günüdür... Həm də yaddaş günü...
...Mən uzun illər
qəlbimdə saxladığım
bir həqiqəti demək istəyirəm, bəlkə də hər kəs bilməz, amma tarix üçün bu həqiqəti açıqlamaq lazımdır,
bu mənim o şəxsə qarşı
yaddaşımdan irəli
gələn borcumdur. Bizim Çingizimizin adı ilə bağlı hər şey - bütün qeydlər, istinadlar və arqumentlər, böyük bir insanın adı ilə bağlı olan hər şey
çevrilib tarix olur. Böyüklüyün
qiyməti belədir...
Hər il qəlbimizdə
Çingizimizin böyüklüyü
artır, sanki o, göyə yüksələn
böyük bir mənəviyyat dağı
kimidir. Ola bilsin ki, böyük Manasın getməsi də hər bir qırğızın
qəlbini kədər
ilə doldurmuşdu və bu, böyük
xalq kədərinə
çevrilmişdi... Bir vaxtlar
Manasını itirmiş
qırğız xalqı
bu gün də Manas ruhuna malik olan böyük oğlu Çingizini itirdi, qırğız xalqı kainata sığmayan, sonsuz bir kədərə bürünübdür.
Bu gün mənim qəlbimə əbədi
həkk olunubdur...
10.06.08...
***
Son dəfə Çingizlə
Çon-Arık kəndində,
dayım Bayımbet Muratalıyevin evində bir yerdəydik. O gün bizimlə birlikdə ağsaqqallarımız
- Ömörbay Narbekov
və Doolotbek Şadıbekov da vardı.
Çingiz həmin görüşə bir qədər gecikmişdi.
O vaxt Rusiya kinoçuları Sokuluk yaxınlığında Çingizin
yubileyinə həsr olunmuş sənədli
film çəkirdilər. Çəkilişlər
uzandığından Çingiz
görüşə təxminən,
bir saat gec gəldi.
O, evə daxil olan kimi hamımız
sanki canlandıq, otaq işıqla doldu. Mən Çingizin sağ tərəfində əyləşmişdim.
Böyük insanın
böyüklüyü xırda
detallardan da görünür:
o, içəri girən
kimi hamıdan üzr istəməyə başladı, gecikdiyinə
görə hər kəsi gözlətdiyini dedi. Mənə üz tutub söylədi:
- Gərək bu qədər gözləməzdiniz...
başlamalı idiniz,
mədəniyyət naziri...
(O vaxt mən mədəniyyət
naziri vəzifəsində
çalışırdım.)
O an hiss etdik ki, Çingizi gözləməyin
özünəməxsus bir
ləzzəti var. Bu insan
olmadan boğazdan tikə keçməzdi sanki. Hamımız üçün yubileylə
bağlı məsələləri
müzakirə etmək
imkanı yarandı. Çingizin gəlişi ilə onun əyləşdiyi
yer sanki kainatın mərkəzinə
çevrildi. Hər birimizin gözlərində
ona olan ehtiram, qəlbimizdə isə onunla qürur hissi parlayırdı. Çünki
bir əfsanənin yanında oturmaq belə xoşbəxtlik idi.
Uzun, düşündürücü bir söhbət oldu.
Bir müddət sonra hiss etdim ki, onu narahat
edən, lakin dilə gətirə bilmədiyi bir məsələ var. Bir azdan
mənə tərəf
əyilib pıçıltı
ilə soruşdu:
- Sultan, səncə, hamını
bu qədər gözlətdikdən sonra
çıxıb getsəm,
bu uyğun olarmı?
Məlum
oldu ki, həmin gün Almatıya uçmalı idi. Bu xəbəri sakitcə dayım Bayımbetə çatdırdım. O da dərhal
süfrəyə hörmətli
qonaqçün hazırlanan yeməklərin
gətirilməsini sürətləndirdi
və Çingizə
son söz verildi.
Çingiz ayağa qalxaraq
hamıya böyük
ehtiramla dedi:
- Mən sovet adamı kimi...
O, dərin və mənalı fikirlər söylədi. Elə bil, təkcə masadakı insanlara yox, bütün kainata müraciət edirdi. Ürəyimizdə
gizlənən sözləri
dilə gətirdi. Böyük fikirləri sadə insan taleyi ilə bağladı. Onun böyüklüyündə adilik
də vardı...
Hamını xeyir-dua ilə yola saldı və özü də yoluna davam etdi. Getməzdən
əvvəl hamımız
onunla birgə şəkil çəkdirdik
- yanında dayanaraq, əlini tutaraq, qəlbimizdə qürur hissi ilə...
O dedi ki, Almatıda dörd-beş günlük
təcili işi var, sonra Kazana uçmalıdır.
Biz onunla şəkil çəkdirdik. Amma bilmirdik
ki, bu onunla çəkdirdiyimiz sonuncu
şəkil olacaq...
***
Acı xəbər ildırım
sürətilə dünyaya
yayıldı. Bütün
dünya onun itkisinə ağladı...
Həmin
günün səhəri
Medet Çokanoviç
(Qırğız Respublikası
Prezident Administrasiyasının
rəhbəri Medet Sadyrkulov) məni təcili yanına çağırdı. Hamımız
bu ağır xəbərdən sarsılmışdıq.
Onun kabinetinə daxil olanda məni həmişəki kimi səmimi qarşıladı:
- Keç, əzizim...
O, kədərli və çaşqın idi. Bir anlıq susub soruşdu:
- Eşitmisən?
- Eşitmişəm...
- Biz Çingizimizi itirdik.
İndi onu layiqincə
yola salmalıyıq.
Bir-iki günə cənazəsi gətiriləcək...
Sonra pəncərəyə yaxınlaşıb,
mənə baxaraq soruşdu:
- Onu harada dəfn
edəcəyik?
Bu sözlər mənə dözülməz gəldi.
Çingizin ölümünə
hələ də inana bilmirdim. Sükut içində qaldım. O isə davam etdi:
- Qətiyyən Ala-Arçada
yox... Harada - hələ
bilmirəm. Sənə
bir gün vaxt verirəm. Sabah təkliflərinlə gəl.
Bu sözlər beynimdə şimşək kimi çaxdı...
Gün boyu, gecə boyunca düşündüm.
Çingizin kitablarını
vərəqlədim. Birdən
"Ana torpaq" povestinin
epiqrafı gözümə
sataşdı:
"Ata, mən sənin harada dəfn olunduğunu bilirəm.
Sənə ithaf edirəm, Törökul Aytmatov..."
Oxuyub dedim: "Tapdım!"
Birinci arqument epiqraf idi. İkinci arqument - atası Törökul Aytmatovun uyuduğu yer - Ata-Beyit. Bu adı da elə Çingizin özü vermişdi. Ata məzarının olduğu
torpağa oğul da tapşırılar... Bu düşüncə
mənə çox dərin gəldi.
İkinci
variant da düşündüm - şəhərin mərkəzinə
yaxın park. Amma ürəyim
Ata-Beyitdən yana idi...
Səhəri gün Medet Çokanoviç dedi:
- Ata-Beyit... maraqlıdır.
Bir qədər sonra zəng gəldi:
- Birinci razılaşdı.
Sabah Ata-Beyitə get...
Beləcə, Çingiz Aytmatov
atasının yanında,
böyük qırğızların
uyuduğu torpaqda dəfn edildi. Onların taleyi bir torpaqda qovuşdu...
(Davamı olacaq)
Sultan
RAYEV
Dilimizə çevirdi: VARİS
Ədəbiyyat
qəzeti.- 2025.- 26 dekabr, ¹51-52.- S.25.