İlahi, bu nə gözəl
güllərdi...
Qısa hekayələr
Oqtayın az qala, həyəcandan ürəyi
dayansın. Ancaq yaralı əsgər yoldaşı əli ilə ona işarə
etdi ki, yaxına gəlmə... Bir az keçdi, yaralı əsgər gülümsədi
və astaca dedi:
- Üstümə qırmızı
güllər yağır,
İlahi, bu nə gözəl güllərdi...
O gün gəldi...
"...Nəhayət, o gün gəldi, torpaqlarımızı
geri alacağıq, canımızla, qanımızla..."
İbrahim bunları ürəyində
söylədi. Sonra pəncərəni
açdı və quru yerdə yatdı.
Sabah döyüşə gedəcəkdi...
Nə yaxşı, biz qalib
gəldik!
Cəbhədən şəklini göndərdi
atasına.
- Ata, mən şəhid olanda, bax, bu
şəkli vurarsınız
başdaşıma...
Kamil gülə-gülə müharibəyə
yollanmışdı...
İndi də şəkildən gülümsəyir. Sanki onun
səsini duyuram.
Kamil gülə-gülə deyir:
- Qarabağ bizimdir! Nə yaxşı, biz qalib gəldik!
Bir az təvazökar olun!
Məmurlar əyləşib Prezidentimizi
gözləyirlər. Prezident
gəlir və başda onun üçün ayrılmış
iri, fərqli kreslonu görüncə deyir:
- Bunu buradan götürün!
Sonra üzünü sadə adamların arasında təkəbbürlə davranan
məmurlara tutur və deyir:
- Bir az təvazökar olun!
Həsən bəy Zərdabi
- Anacan, vətənpərvərliyi
kimdən öyrənmək
olar?
Ana bir an da düşünmədən,
- Həsən bəy Zərdabidən, - dedi.
- Onun həyatı ilə tanış ol və yazdıqlarını
oxu.
O, xalqının balalarını
çox sevirdi, qızım!
***
Belə
millət vəkili olmur, Elnarə xanım! Siz az qala, adamın
ürəyini oxuyursunuz...
***
- Cəlil Cavanşir, yadındamı, bir gün çox xoşbəxt olacaqsan, demişdim...
***
- Daş-divarla şəkil çəkdirən qadın,
Vətəni unutdunmu?
Həyatı başa düşüncə
qocaldım...
- Ürəyin sıxıldımı?
O qəşəng sərçələrə,
göyərçinlərə bax. Ağaclara, sarı-qızılı yarpaqlara
bax...
Sən demə, həyat çox gözəlmiş,
mən də sonradan anladım...
Həyatı başa düşüncə
qocaldım...
Mənim günəş anam
- Ana, niyə o qadına yaxşılıq edirsən,
axı o səni çox incidib?
Ana bir anlıq fikrə getdi, indi nə desin
qızına?!.
Birdən
yarpaqların arasından
günəş şüaları
boylandı və onun gözlərini qamaşdırdı. Günəş
sanki bu çətin anda ona köməyə gəlmişdi. Ana dedi:
- Qızım, günəşə
bax, gör heç o adamları bir-birindən ayırırmı?
Qız bunu duyunca tez
anasını qucaqladı:
- Mənim günəş anam.
***
Sən məni kor hesab
edə bilərsən,
amma mən səni hamıdan yaxşı görürəm...
***
Kimsə
gör necə gözəl demiş:
- Bağ-bostandan qorxuluqları
götürün. Quşların
da haqqı var...
***
- Bəs deyirdin, hər şeyi bacararam?
Bəli,
üzr istəmək,
sən onu bacarmazsan...
***
- Gəlmək istəmirəm,
incimə. Hər bəzəkli süfrə
görəndə Qəzzadakı
uşaqlar yadıma düşür...
***
- Həyatın sirri nədir axı?
- Özünü yorma, gülümsə...
***
- Axı "Xalça"
şeirini çox bəyənmişdilər, bəs
nədən efirə vermədilər?
- Evimin xalçası köhnə, gülləri
solğun olduğu üçün...
***
- Qarımış qız, əslində sən də gözəlsən.
Amma bunun fərqində
deyilsən ki...
***
Sözbaz
adam səkkiz uşaqlı gözəl bir ailəni efirdə görür və deyir:
- İndi
burda nəyi reklam edirsiniz ki?
***
Allahın min bir neməti
süfrəsində. Adam süfrənin
kənarında elə
qaşqabaqla oturub
ki...
***
- Kəmalə Ağazadə,
sən yetimlərin dostu, kimsəsizlərin yoldaşısan...
***
- Eh, fikir vermə, hərdən kitabların yanında milçəklər
də uçuşur...
Mina
RƏŞİD
Ədəbiyyat
qəzeti.- 2025.- 26 dekabr, №51-52.- S.23.