Taleh elə bir
şey deyildi ki,
Azim Cavanşir oğlu Aslanov 2008-ci ildə Bakıda
anadan olub. Hazırda ABŞ-ın Virciniya ştatında
yaşayır və təhsil alır. O, uşaq
yaşlarından şeirlər yazır, poeziyanı çox
sevir. Azim şeirlərini ingiliscə yazır. Şeirlərini
doğma dilimizə tərcümə eləyərək redaksiyamıza
göndərib. O, şeirlərində yeniyetmə hisslərini,
saf və kövrək duyğuları bacarıqla əks
etdirir. Azimə təhsildə və şəxsi həyatda
uğurlar diləyir, poeziya sevgisindən əl çəkməməyi,
bu sevgini yaşadaraq böyütməyi,
böyük-böyük yaradıcılıq uğurları
arzulayırıq!
***
İnansın o.
Sevgi elə bir hiss deyildi ki,
Yaşasın o.
Gözəllik elə bir şey deyildi
Görə bilsin
Ta ki o qadın
Qara-ağ dünyasına
Rəngləri ilə
Təşrif buyurana qədər.
***
Küləyin saf axınıyla
Onun ətri gəldi,
Bahar çiçəklərinin ətriylə
Şirin və zərif bir nəfəs gətirdi.
Hər bir addımı əbədi idi.
Sanki cənnətdən düşən parçalar
kimi
Vəhşi və rahatladıcı.
O, köhnə meyxananın zəminini
Quşların nəğmə oxumaq üçün
Xəyallar qurduğu
ucsuz-bucaqsız
bağlara çevirirdi.
O, qaranlıqla dolu qəmgin meyxana otağını
Kölgələrin belə
Onun işığını hiss etmək
üçün yaxınlaşdığı
İstilik məbədinə çevirirdi.
O, qaranlıqlarla dolu bir dünyada
Yeganə parlaq varlıq idi...
O, Tanrının göndərdiyi
İşığın belə, yanmaqdan imtina etdiyi
bir aləmi
nurlandırmaq üçün
Gəlmiş ümidin simvoluydu.
"Görəsən, o, mənim talehimdir, sevgimdir,
Yoxsa, sadəcə, göydən düşmüş
gözəllik
parçasıdır?!" - deyə
Düşünürdü
Barmağı ilə pivə stəkanının
kənarını
izləyərək...
Onun üzündəki hər bir xəttin
Öz gözəlliyi vardı,
Gülümsəməsinin hər saniyəsi
Bir bərəkət
daşıyıcısıydı.
Saçlarının hər bir teli
Öz işığını
daşıyırdı,
Gözlərinin hər bir parçası
Öz alovunu saxlayırdı.
Elə bir alov ki,
Bəlkə də onunla oynamaq olmazdı,
Elə bir alov ki, hər şeyi yandırıb
yaxardı.
***
Bu şəhərdə çox atəş
açıldı
Səssizcə,
Amma məni vuran tək şey
Sənin gözlərin idi
O gözəlliklə.
Mən göydə sürünən bir bulud idim,
Bir məhkumun içində
saxladığı son ümiddim.
Sən sonsuz, geniş bir yol -
Bitməyən bir səfər,
Amma taqətim yoxdur...
Artıq addımlarım səssiz kədər.
Səni unutduğum gün -
O gün ömrüm bitsin,
O gün ölməyim, yetər.
Hər misramda sənsiz sətir belə yox,
Nəfəs aldıqca qoxunla
Dolur havam
Sevgidən yazmasam da,
Tərzim açıq-aşkar
Mənə hörmətin azalsa da,
Dəyərin durmadan artar.
Sevgi gözəldir,
Gerçəyi görənədək
Şirindir hər anı
Ta mübarizəyə dönənədək.
Göz danışar, dil susar,
Bəs nə ehtiyac sözə?
Əgər hər şey əlindədirsə,
Niyə yalvarım özgəyə?!
Azim Cavanşir
Ədəbiyyat qəzeti .- 2025.- 18 iyul (¹25).- S.21.