Milli Kitabxanada “Əməkdar elm
xadimi, professor Timuçin Əfəndiyev” adlı kitab sərgisi
açılıb
Milli Kitabxanada ədəbiyyatşünas, sənətşünas
professor Timuçin Əfəndiyevin anadan olmasının 80
illik yubileyi münasiəti “Əməkdar elm xadimi, professor
Timuçin Əfəndiyev” adlı kitab sərgisi
açılıb.
Sərgidə professor Timuçin Əfəndiyevin Azərbaycan
ədəbiyyatşünaslığı və sənətşünaslığı
haqqında tədqiqat əsərləri, elmi redaktor və məsləhətçi
olduğu dərsliklər, həyatı, mühiti,
yaradıcılığı, elmi, pedaqoji və təşkilati
- idarəetmə fəaliyyətindən bəhs edən Azərbaycan və müxtəlif
dillərdə ədəbiyyatlar nümayiş olunur.
Timuçin İlyas oğlu Əfəndiyev 1945-ci il
iyulun 17-də Bakı şəhərində görkəmli Azərbaycan
yazıçısı və dramaturqu, Xalq
yazıçısı İlyas Əfəndiyevin ailəsində
anadan olub. 1963-cü ildə Bakı Dövlət Universitetinin
Şərqşünaslıq fakültəsinə, 1969-cu ildə
Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat
İnstitutunun aspiranturasına daxil olub. 1972-ci ildə
"Hüseyn Cavidin yaradıcılığı"
mövzusunda namizədlik, 1999-cu
ildə isə "Romantik dramaturgiyada tarixilik və bədiilik"
mövzusunda doktorluq dissertasiyası müdafiə edərək,
filologiya elmləri doktoru elmi dərəcəsinə layiq
görülüb.
İlk ədəbi-tənqidi məqalələri
1973-cü ildə "Ulduz" jurnalı səhifərində
çap olunub.
Professor Timuçin Əfəndiyev Azərbaycan ədəbiyyatşünaslığı
və sənətşünaslığında xüsusi yeri və
çəkisi olan professional tədqiqatçıdır.
Alimin müxtəlif illərdə çapdan
çıxmış "Hüseyn Cavidin ideyalar aləmi"
(1985), “Azərbaycan dramaturgiyasında metodlar” (2002), “Azərbaycan
mədəniyyəti və İncəsənəti” (2003), “Azərbaycan
teatr tarixi” (2009), “Mədəniyyətdə tarixilik və
müasirlik” (2011), “Hüseyn Cavid: ideal həqiqət
axtarışı” (2013), “İllərin izi ilə” (2015),
“Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri”
(2020) və s. əsərləri yüksək nəzəri səviyyəsi
və elmi yeniliyi ilə seçilir.
Professor Timuçin Əfəndiyevin
yaradıcılıq diapazonu genişdir. O təkcə ədəbiyyatşünas
və ədəbiyyat nəzəriyyəçisi kimi yox, həm
də sənətşünas alim kimi də səmərəli
fəaliyyət göstərir. Onun musiqi sənəti,
xoreoqrafiya, təsviri sənət, kino və ekran sənətləri,
rəssamlıq, kulturologiya sahəsindəki miqyaslı
araşdırmaları da yetərincədir.
Professor Timuçin Əfəndiyev mədəniyyətimizin
inkişafındakı xidmətlərinə görə
“Əməkdar incəsənət xadimi” (2000), elm sahəsindəki
xidmətlərinə görə “Əməkdar elm xadimi”
(2013) fəxri adları və “Şöhrət” (2005) ordeni ilə
təltif edilib.
2004-cü ildə "Humay" və Akademik Yusif Məmmədəliyev
adına mükafatlara, 2005-ci ildə Azərbaycan Teatr Xadimləri
İttifaqının Qızıl Medalına, 2015-ci ildə Azərbaycan təhsilinin
inkişafındakı xidmətlərinə görə
"Azərbaycan Respublikası Prezidentinin fəxri
diplomu"na, 2019 – cu ildə “Cümhuriyyətin 100 illiyi”
medalına və s. mükafatlarla təltif edilib.
Akademik Yusif Məmmədəliyev adına
mükafatın laureatıdır
Ədəbiyyat qəzeti .- 2025.- 18 iyul (¹25).- S.21.