Neftçala rayonunda
"Qərbi Azərbaycan irsi" kitabının I cildinin təqdimat
mərasimi keçirilib
Neftçala Rayon İcra Hakimiyyətinin və Qərbi
Azərbaycan İcmasının birgə təşkilatçılığı
ilə "Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların
maddi-mədəni irsinin - qəbiristanlıqların sistemli
qaydada dağıdılmasının nəticələri və
beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və
materiallar" kitabının I cildinin təqdimat mərasimi
keçirilib.
Təqdimat mərasimində Neftçala Rayon İcra
Hakimiyyətinin başçısı Mirhəsən Seyidov,
Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika
İnstitutunun baş direktoru, fizika-riyaziyyat elmləri doktoru, Qərbi
Azərbaycan İcmasının Müşahidə
Şurasının sədri Misir Mərdanov, Qərbi Azərbaycan
İcmasının Qadınlar Şurasının Beynəlxalq
əlaqələr və əməkdaşlıq üzrə
İşçi Qrupunun sədri, Milli Məclisin deputatı Tənzilə
Rüstəmxanlı, Qərbi Azərbaycan İcmasının
Qadınlar Şurasının üzvü, Milli Məclisin
deputatı Günay Ağamalı, Sosial Tədqiqatlar Mərkəzinin
sektor müdiri, Qərbi Azərbaycan İcmasının
Ziyalılar Şurasının üzvü, sosiologiya üzrə
fəlsəfə doktoru, Qərbi Azərbaycan ərazilərinin
maddi-mədəni irsi ilə bağlı nəşr edilən
kitabların müəllifi Əfqan Vəliyev, tənqidçi,
publisist, filologiya üzrə fəlsəfə doktoru,
Respublikanın Əməkdar Mədəniyyət
işçisi, "Ədəbiyyat qəzeti"nin baş
redaktoru Azər Turan, AMEA Şərqşünaslıq
İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri
üzrə fəlsəfə doktoru, dosent Sübhan
Talıblı, Qərbi Azərbaycan İcmasının
üzvü, Qafqaz Müsəlmanları İdarəsinin Salyan
bölgəsi üzrə qazisi Hacı Hüsnü Həsənov,
RİH-in məsul şəxsləri, hüquq-mühafizə
orqanlarının, idarə, müəssisə və təşkilat
rəhbərləri, şəhid ailələri, ziyalılar və
rayon ərazisində məskunlaşan qərbi azərbaycanlı
ailələrin təmsilçiləri iştirak ediblər.
İlk öncə Neftçala şəhərinin mərkəzində
ucaldılan ümummilli lider Heydər Əliyevin əzəmətli
abidəsi ziyarət olunub, önünə gül dəstələri
düzülüb və əziz xatirəsi ehtiramla yad edilib.
Təqdimat mərasimi başlamazdan öncə qədim
yurdumuz olan Qərbi Azərbaycan mövzusuna aid nəşr
olunan kitab və çap materiallarından ibarət sərgiyə
baxış keçirilib.
Tədqimatdan öncə, ulu öndər Heydər
Əliyevin və Azərbaycan Respublikasının ərazi
bütövlüyünün, müstəqilliyinin, konstitusiya
quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi
qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib
və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbir Qərbi Azərbaycanın tarixini, mədəniyyətini
və bu torpaqlarda yaşamış azərbaycanlıların
məruz qaldığı ədalətsizlikləri əks
etdirən videoçarxın nümayişi ilə
başlayıb.
Neftçala Rayon İcra Hakimiyyətinin
başçısı Mirhəsən Seyidov tədbirdə
çıxış edərək bildirib ki, bu kitab yalnız
bir elmi nəşr deyil, eyni zamanda Qərbi Azərbaycanda əsrlər
boyu formalaşan zəngin mədəni-mənəvi irsin təbliği
baxımından milli yaddaş kitabıdır. Qərbi Azərbaycan
bizim ulu babalarımızın, böyük nəsillərin
ata-baba yurdudur. Bu torpaqlarda formalaşmış mədəniyyət,
dil, adət-ənənələr Azərbaycan xalqının
bütövlüyünün və tarixi köklərinin
sübutudur. Təəssüf ki, tariximizin müəyyən mərhələlərində
bu ərazilərdə kütləvi deportasiyalar baş verib.
Bu gün təqdim olunan kitab həmin yaddaşın dirçəldilməsi,
gələcək nəsillərə ötürülməsi
istiqamətində mühüm addımdır.
Qərbi Azərbaycanda soydaşlarımıza
qarşı yalnız fiziki deyil, həm də mənəvi
soyqırımı törədilib. Tarixən bu torpaqlarda
formalaşan mədəniyyət nümunələri - məscidlər,
qəbiristanlıqlar, tarixi abidələr planlı şəkildə
məhv edilib və yer adları dəyişdirilərək əsl
izlər silinməyə çalışılıb.
Ermənistan tərəfindən müxtəlif illərdə
həyata keçirilən deportasiyalar nəticəsində
yüz minlərlə azərbaycanlı öz doğma
yurdlarından məcburi şəkildə
çıxarılıb. Bu, təkcə bir xalqın
torpağından deyil, həm də onun kimliyindən, tarixindən,
mənəviyyatından uzaq salınması cəhdi idi.
Bugünkü "Qərbi Azərbaycan irsi"
kitabının I cildinin təqdimatı - məhz o tarixi həqiqətlərin
unudulmaması, sənədləşdirilməsi və gələcək
nəsillərə çatdırılması
baxımından olduqca əhəmiyyətlidir.
RİH-in başçısı əlavə edib ki, Azərbaycan
prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Qərbi
Azərbaycanla bağlı aparılan məqsədyönlü
fəaliyyət, bu mövzuda hazırlanan elmi əsaslı nəşrlər
və beynəlxalq platformalarda səsləndirilən haqlı
mövqelər, soydaşlarımızın öz yurdlarına
təhlükəsiz qayıdışını təmin etməyə
yönələn mühüm addımlardır.
RİH-nin başçısı təqdimat mərasimində
iştirak edən qonaqlara, eyni zamanda təqdimatı
keçirilən kitabın ərsəyə gəlməsində
əməyi olan hər kəsə səmimi təşəkkürünü
bildirib.
Tədbirdə çıxış edənlər:
akademik Misir Mərdanov, Milli Məclisin
deputatları Tənzilə Rüstəmxanlı, Günay Ağamalı, sosiologiya üzrə fəlsəfə
doktoru, Qərbi Azərbaycan ərazilərinin maddi-mədəni
irsi ilə bağlı nəşr edilən kitabların
müəllifi Əfqan Vəliyev, tənqidçi, publisist,
filologiya üzrə fəlsəfə doktoru, Respublikanın
Əməkdar Mədəniyyət işçisi, "Ədəbiyyat
qəzeti"nin baş redaktoru Azər Turan, tarix elmləri
üzrə fəlsəfə doktoru, dosent Sübhan
Talıblı və başqaları kitabda toplanan, elmi əsaslandırılan
faktların, statistik məlumatların, toponimlərin, mədəniyyət
nümunələrinin və tarixi hadisələrin birbaşa
tədqiqatçılar, müəllimlər, tələbələr
və ümumilikdə cəmiyyət üçün dəyərli
mənbə olduğunu qeyd edib, nəşrin həm hüquqi
baxımdan, beynəlxalq tribunalara təqdim oluna biləcək
tarixi sənəd xarakteri daşıdığını
bildiriblər. Beynəlxalq miqyasda bu irsin tanıdılması,
dünya ictimaiyyətinə çatdırılması və
gələcək nəsillər üçün elmi əsaslarla
toplanaraq qorunmasını vacib məsələ kimi
vurğulayıblar.
Ədəbiyyat qəzeti .- 2025.- 18 iyul (№25).- S.10.