Anasının Dirsə xan oğlu
Buğaca dedikləri
"Oğuz elinin xanımları" silsiləsindən
Qara başım qurban olsun sənə, oğul,
şirin
canım qurban olsun sənə, oğul,
başımın tacı oğul,
dilimin duası oğul,
çalıb-kəsən iti qılıncım oğul,
vura bilən igidim oğul,
ata adını ucaldan oğul!
xanlar xanı Bayındır xan şadlığında
başımın baxtı, evimin taxtı,
göz açıb gördüyüm,
könül verib sevdiyim Dirsə xanı qarğıdı,
züriyyəti yoxdur deyə
onu qara çadırda oturtmaq istədi;
züriyyəti yoxdur deyə
altına
qara keçə saldırmaq istədi;
züriyyəti yoxdur deyə
qara qoyun qovurması yedirtmək istədi;
züriyyəti yoxdur deyə
xan atamın kürəkəni
xanım
anamın seviləni Dirsə xan
qara çadıra girmədi,
qara keçə üstündə
oturmadı,
qara qoyunun qovurmasından yemədi.
Şadlıq etdi öz evində,
yer üzündə böyük
çadır qurdurdu,
atdan ayğır,
dəvədən buğra
qoyundan qoç qırdırdı,
təpə kimi ət yığdı,
göl kimi qımız sağdırdı.
Ac gördü doyuzdurdu,
yalın
gördü geyindirdi,
borclunu borcundan qurtardı.
Bir ağzı dualının
alqışıyla
Tanrı
səni bizə verdi, oğul!
Gözümün qarası oğul,
ürəyimin şirəsi oğul!
İgid
böyüdün, ər
böyüdün,
aslan böyüdün, nər böyüdün,
könlümüzü sevindirdin,
düşmənin gözünü çıxartdın.
Xanlar xanı Bayındır xanın
bir buğası, bir də buğrası vardı,
bir yazda bir də
payızda
savaşdırırdılar onları
Oğuz
bəyləri tamaşasına
dururdu.
O buğanı sən yendin, oğul,
o buğanı ki
buynuzunu
bərk daşa vuranda
üyüdüb un edərdi.
O buğanı ki
altı
nəfər güclə
çəkərdi.
O buğanı ki
boynuna qılınc,
dərisinə ox işləməzdi.
Yumruğunla yendin onu, oğul,
biləyinin gücüylə yendin
onu, oğul,
yalın
əllə yendin onu, oğul!
Dədəm Qorqud soy soyladı,
boy boyladı,
adın
Buğac olsun, dedi
buğanı yendiyin üçün.
Adın
Buğac olsun, dedi,
hamı
bilə bu işini
adın
Buğac olsun, dedi;
adını mən verdim
yaşını Allah versin,
adın
Buğac olsun, dedi.
Ərdəmli oğlum Buğac,
hünərli oğlum Buğac,
cüssəli oğlum Buğac,
xain fitnəsinə qurban gedən oğlum Buğac,
ata oxuyla yaralanan oğlum Buğac.
Atanın
qırx igidiylə ova
getdiz,
nə biləydin fitnə qurub onlar sənə?!
Köksü gözəl böyük
dağa vardız,
nə biləydin fitnə qurub onlar sənə?!
Geyikləri qovub-qovub topaladın,
nə biləydin fitnə qurub onlar sənə?!
Yağı düşmən felinə
uydu,
nə deyim mən Dirsə xana,
yayı
çəkib nişan
aldı,
nə deyim mən Dirsə xana
oxu atıb səni vurdu
nə deyim mən Dirsə xana,
"uf" demədi, əli əsmədi,
nə deyim mən Dirsə xana?!
ürəyim əsdi onu tək görəndə,
gözüm səyridi onu tək görəndə,
dalağım sancdı onu tək görəndə.
Qırx
incə qızımı
götürdüm, oğul,
Ala dağa getdim, oğul,
yarımcan canını tapdım
oğul,
qanlı
südümü dağ
çiçəyinə qatdım,
oğul,
göz yaşım şəfan oldu, oğul.
Eşit
indi,
atanın
igid bildiyi o qırx namərd,
atanın
igid saydığı
o qırx müxənnət
atanı
tutdular, oğul,
ağ ətindən qan çıxınca döydülər,
ağ əllərini arxasında
bağladılar,
ağ boynuna qıl sicim saldılar,
kafir elinə yola düşdülər, oğul.
Diləyimdir, atana küsməyəsən,
oğul,
atana kin
bəsləməyəsən, oğul,
qalxıb
yerindən durasan, oğul,
polad qılıncını qurşanasan,
oğul,
ağ tozluca bərk yayını əlinə alasan, oğul,
qızıl nizəni götürəsən,
oğul,
gözəl bədəvi atına
minəsən, oğul,
o qırx namərdə varasan, oğul,
Dirsə
xanı xilas edəsən, oğul!
Həmid PİRİYEV
Ədəbiyyat
qəzeti.- 2025.- 6 iyun, №20.- S.5.