Əbilin gündəliyindən:
Türklər haqqında
Qısa,
olduqca qısa
ömrünü dünya fəlsəfi fikrinin böyük örnəklərindən birinə
çevirə bilən Nitsşe yaradıcılığına heyranlığını ömrü
boyu yaşamışam...
Bu sırada poeziya nəhəngləri Lermontov var... Mikayıl Müşfiq
var... Çağdaşımız Faiq İsmayılov unudulmazlığı, heyranlığı
var.
Unudulmaz bəstəkarımız Qənbər Hüseynli o sıradandır.
Cavan olublar... Gənc
olublar! Amma yaradıcılıq
imkanlarının üfüqləri
zamanları haqlayıb.
Ömrün əllisinə,
altmışına, yüz
ilinə hesablanıb.
Eynilə gerçək dünyamızda
vur-tut 25 il ömür
sürmüş, amma
elə bu gənc yaşında ən ünlü, mötəbər düşüncə
sahibləri sırasında
yeri görünən
Əbil Əbilov kimi...
Cavan idi... Gənc idi! Amma idrakının üfüqləri Qəzalidən,
Mövlanadan, Nitsşedən
və neçə-neçə
fikir nəhənglərindən
gəlirdi.
Cəmi 25 il yaşadı. Cavan
qaldı. Gənc qaldı.
Yaşasaydı, ömrün
40-cı baharını yaşayacaqdı...
Amma Nitsşe yaşda
qaldı, Müşfiq
yaşda qaldı, Hüseyn Cavid yadigarı Ərtoğrol taleyi yaşadı. Qənbər Hüseynli, Faiq İsmayılov ömrünü, yaşını
keçməyə qıymadı,
haradasa, həya etdi və "Sevda türküsünə"
can verib getdi.
Anmaq, xatırlamaq imandandır!
Öz qısa həyatında
ustadlarının, eyni
zamanda babası İmamverdi Əbilovun qaydasınca davamlı olaraq günü, ayı, ili bəlli
gündəliklərində yazdı. İndi o gündəliklərində
yaşayır. Və bu yazdıqları sadəcə sıradan xronika deyil, tarixlə, zamanla bağlı müşahidələr
qaynağıdır.
O unudulmaz gündəliklərdən
bir yarpağı oxucu diqqətinə təqdim edirik.
Sərvaz HÜSEYNOĞLU
21 yanvar 2007. Biz türkük.
Yaşamayan mədəniyyətlərin,
olmayan dövlətlərin
gördüyü, sevdiyi
bir millətin övladlarıyıq. Zəngin
bir mədəniyyətimiz
var. Mədəniyyətin, mədəniliyin
özü olan ocağı ilk dəfə
biz alovlandırmışıq. Dünyanın heç bir mağarasında ayı belə yaşamayanda, biz bir insan olaraq Azıx
mağarasında ocağın
işığına yığışmışıq.
Miflər ölkəsi
Hindistanı ilk dəfə
bizim Altayda, Tyan-Şanda alışdırdığımız
alov işıqlandırıb.
Göylərin də yerlər qədər sehrli olduğu bir çağda səma miflərini ocağın ətrafında
doğulan oğullarına
ad seçib atalarımız, böyüklərimiz,
ulularımız. Hindistanda
dünyanın ən qədim mifoloji dini yarananda, türklər artıq miflərdən danışmırdılar;
dünyanın ən qədim dastanlarını
- bizim dastanları yazıya köçürürdülər.
Qopuz çalıb, söz söyləyib, bütlərin olmadığı
dövrlərdə əski
türklər Göy Tanrıya - Göylərin
və yerlərin Rəbbi olan Allaha inanırdılar. Hər şeyin yaradıcısı və
yox edicisinin varlığı haqda biliklər ikinci dəfə gəldiyindən
min illər öncə
gəlmişdi və ya göndərilmişdi, İlahi varlıq tərəfindən Türk
ellərinə, Asiya bozqırlarına, Altaylara.
Türk ellərinin Şamanı, Kamı vardı və onların sözləri ocağın işığını
Günəşin ziyasından
üstün edirdi türk ellərini gecənin qaranlığında.
Qurani-Kərimdə Allah-Təala
buyurur ki, "Biz heç
bir qövmü peyğəmbərsiz buraxmadıq".
Bəli, türk torpaqlarında da peyğəmbərlər
gəzmiş, Allahın
uca adını günəşin doğub-batdığı
yerə qədər daşımışlar; güclərinin
yetdiyi qədər. Daha sonra türk
sərkərdələri günəşin
doğub-batdlğı yerə
qədər getməyə
çalışmışlar. Günəşin doğduğu
yerdə də dəniz vardı, batdığı yerdə
də. Elə buna görədir ki, qara sevdamız dənizlər olmuşdur. Bu gün də elə bir dəniz, çay, göl yoxdur ki, onun sahilini yuduğu torpaqlarda türkün, türklüyün izinə
rastlanmasın.
Şamandan, Kamdan danışdıq.
İsa peyğəmbərin davamçıları "havari"lər
var, Məhəmməd peyğəmbərdən
sonra onun gətirdiyi dinin davasını, təbliğini
edən müctəhidlər,
Allah dostları - sufilər
vardı. Şamanın
türk ellərində
irşad təbliği
aparan bir peyğəmbərin davamçısı
olmadığı nə
məlum?
Bu peyğəmbərlər tarixdə
niyə qalmadılar? Tarixdə hansı peyğəmbərlər qaldı?
Hz.Lut qövmü
ona inanmadı və həlak oldu. Hz.İsmayıl
- onun soyundan gələnlər yollarını
elə azdılar ki, özlərindən olan, sonuncu peyğəmbərə
etmədikləri pislik
qalmadı. Hz.Musa
qövmü o qədər
azmışdı ki, Allah-Təala
kitabların sonuncusu Qurani-Kərimdə özünün
var etdiyi və yaratdığı bir qövmü lənətlədi.
Hz.İsanın peyğəmbərliyini 300 il sonra
qəbul etdilər və s. Bu peyğəmbərlər
ona görə unudulmadı ki, sonuncu kitab
- "Quran"da hər
birinin qissələri,
başlarına gələn
müsibətləri özlərindən
sonra gələn qövm və insan tərəfindən unudulmasın deyə tək-tək yazılmışdı.Və
belə də oldu. Qurani-Kərimdə yazılan heç bir şey unudulmadı.
Haqlarında məlumat
verilən 27 peyğəmbər
də eləcə.
Yer üzünə 124 min peyğəmbər
gəldiyini söyləyirlər.
Bəs onların taleləri haqda harda məlumat verilib? Deyə bilməyəcəyəm - bəlkə
hansısa İlahi bir kitabda?
Hər bir qövmə ayrı bir peyğəmbər
gəldiyinə görə
demək ki, türklərə
də peyğəmbər
gəlmiş. Bəs niyə adı tarixdə qalmamış? Yuxarıda gördük
ki, adları tarixə
düşən peyğəmbərlərin
heç biri qövmləri tərəfindən
qəbul edilməmiş.
Demək, tarixdə faciə yaşayan peyğəmbərlər qalır.Türklərin peyğəmbərlərinin
tarixdə qalmamasının
səbəbi, bəlkə
də onların peyğəmbərliyinin türklər
tərəfindın qəbul
edilməsi olub. Bu, sadəcə, minlərcə
ehtimaldan bir güclü dəlil ola bilər.Türklər islamiyyət onların torpaqlarına gələnə
qədər və ondan sonra da bir tək Tanrıya
- Göy Tanrıya,
VIII əsrdən də
tək Allaha inanmışlar. Və heç bir zaman da əqidədən dönməmişlər.
Dönüklük digər
millət və qövmlər üçün
xarakterik olsa da, Türk ulusuna xas olan bir
şey deyil...
Əbil ƏBİLOV
Ədəbiyyat
qəzeti.- 2025.- 6 iyun, №20.- S.9.