Vaqif Əmiraslan yazır: "Cəhənnəmlər
arasında" - bir layihənin izi ilə
Bu günlərdə
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və
"Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin təşkilatçılığı
ilə Gəncə şəhərində Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsinin qalib layihələrindən biri hesab edilən "Region gənclərinin kinematoqrafiya akademiyası"
adlı
bir projenin həyata keçirildiyi haqda məlumat
aldım. Məqsəd kinematoqrafiya
sahəsinə marağı
olan region gənclərinin
yaradıcılıq potensialını
üzə çıxarmaq
və onların peşəkar səviyyədə
təcrübələrini artırmaqdan
ibarətdir.
Qeyd etməliyəm ki, layihə
çərçivəsində təlimçi, kinorejissor
Rəhman Fürqətoğlu
gənclərlə "ssenaristlik",
"rejissorluq", "aktyorluq"
ixtisasları istiqamətlərinin
inkişaf etdirilməsi
məqsədilə hər biri üzrə iki gün ərzində
öz peşəkar bilik və təcrübəsini
bölüşüb. Bu təlim
günlərində iştirakçılarla
qısametrajlı filmin
çəkilişi üçün
vahid bir ssenari üzərində işlənilib, rejissor quruluşu edilib, həmçinin ilkin aktyor məşqləri həyata keçirilib.
Layihə
çərçivəsində təqdim olunan bir ssenari mənim
də diqqətimi cəlb etdi. Əslində, gənc yazar Vaqif Əmiraslanın
qələmə aldığı
"Cəhənnəmlər arasında" qısametrajlı
filmin ssenarisi, ilk baxışda, oxunuş zamanı bəsit, məna və məqsəd aydınlığı
tam geniş olmasa da, maraqla oxundu. Qeyd etməliyəm ki, qeyri-peşəkar və bu istiqamətdə ilk qələm məhsulu olan yazar Vaqif
Əmiraslanın fikir
zənginliyi qısametrajlı
film ssenari layihəsi üçün həm də uğurlu addım kimi dəyərləndirilə bilər.
İlk səhnə olaraq müəllif tərəfindən
əlil arabasında oturmağa məhkum olunan Cahidin həyatı və onun sıxıntıları,
buna baxmayaraq təkbaşına
həyatla mübarizə
əzmi geniş formada təsvir edilib. Bunu ilk səhnədən - onun anası ilə olan telefon danışığında
belə dərin hisslərlə duymaq mümkündür.
Müəllifin ilk səhnə ilə
bağlı təsvir
etdiyi Cahidin həyatını və sıxıntılarını dərin
hisslərlə təqdim
etməsi əsərin
başlanğıcında oxucunun
diqqətini daha çox cəlb edir. Cahid, əlil
arabasında oturmağa
məhkum olmuş bir gəncdir və bu vəziyyət
onun həyatını
həm fiziki, həm də psixoloji baxımdan çox ağırlaşdırır.
Lakin müəllif Vaqif
Əmiraslan bu sıxıntıları yalnız
bir cismi məhdudiyyət kimi deyil, eyni zamanda
ruhsal bir mübarizə kimi təsvir edir. Cahidin əlil arabası onun daxili azadlığını,
həyatda qalma gücünü və mübarizə əzmini simvollaşdırır.
Telefon danışığı, bu
başlanğıcda xüsusilə
mühüm bir rola malikdir. Cahidin anası ilə danışığı,
həm də onun bu həyat
mübarizəsində tək
qalmasından qaynaqlanan
yalnızlıq və
sevgisizlik hisslərini
aşkar edir. Anası ilə olan söhbətində onun səsləndirdiyi emosiyalar, həm qarşılıqlı qayğı,
həm də dərin narahatlıq hissi ilə doludur. Bu danışıqda,
Cahidin anasına "güclü olmağ"a
və onun üçün mübarizə
etməyə qərarlı
olduğunu anlamaq olur. Lakin bir tərəfdən də, bu qərarlılıq onun həm öz
daxili gücünü,
həm də həqiqətən, nə
qədər dəstəksiz
olduğunu bariz şəkildə göstərir.
Telefon danışığında Cahidin
anasına verdiyi reaksiyalar, onun içindəki dərin kədər, çaşqınlıq
və tənhalıq hisslərini əks etdirir. Anası ona qoruyucu və
qayğıkeş bir
şəkildə "yaxşı
olacağ"ına dair
inamını bildirir,
lakin Cahid artıq həyatın qəddar reallıqları
ilə üzləşmiş
və bu "yaxşı olacağ"ına
dair vədlərə
təkcə etibar etməkdə çətinlik
çəkir. Onun anasına verdiyi cavablarda, hər kəlmədə həyatla
mübarizə aparan bir insanın ruhu və əzmi
hiss olunur.
Cahidin əlilliyi onu yalnız fiziki olaraq məhdudlaşdırmır,
eyni zamanda onun daxili dünyasında
da bir çox narahatlıq və psixoloji sıxıntılar
yaradır. O, bəzən
anasına özünü
daha çox zəif və köməksiz hiss etdiyini bildirir. Bu onun tənhalıq hissinin və nə qədər çox tək olduğunun göstəricisidir. Lakin eyni
zamanda Cahidin gücünü və mübarizəsini göstərən
də məhz bu səhnədə, onun həyatla mübarizə etmək üçün göstərdiyi
əzmdir.
Telefon danışığının dərin emosional yükü, Cahidin həyatda qalmaq üçün verdiyi mübarizəni və öz daxili gücünü tapmaq əzmini tam şəkildə
əks etdirir. O, tək əlilliklə deyil, həm də bu həyat
mübarizəsinin öz
daxili qapalı dünyasında gəzdirdiyi
ağır düşüncələrlə
qarşı-qarşıyadır. Amma buna baxmayaraq, hər an yaşamağı, həyat
çətinliklərinə qarşı mübarizəni
davam etdirməkdə qərarlıdır. Bu onun
tərəfindən həyatına
qarşı nə qədər mübariz və əzmkar bir yanaşma nümayiş etdirdiyinin göstəricisi olaraq daha maraqla qarşılanmaqdadır.
Bununla da müəllif
Vaqif Əmiraslanın
təqdim etdiyi bu dərin emosional
portret, oxucunu Cahidin həyatındakı
güclü daxili mübarizəyə və
onun əzminə şahid edir. Bu səhnə ilə müəllif yalnız bir insanın fiziki məhdudiyyətlərini
deyil, həm də insan ruhunun
möhkəmliyini və
həyatda qalmaq uğrunda göstərilən
əzmi dərindən
təhlil etmiş olur.
Sonrakı davamlı hadisələrin
cərəyan etdiyi səhnələrdə Cahidin
bibisi oğlu olan Dövranın köməyindən yararlanmaqla
mübarizə əzminin
nə qədər güclü olduğunun bir daha şahidi
oluruq. Müəllif yanaşmasına görə,
onun bibisi oğlu Dövranın köməyindən yararlanmaqla
mübarizə əzmini
artırması bir çox aspektlərdən
əhəmiyyətlidir. Bu cür
münasibətlər və
kömək, bir insanın daxili gücünü, məqsədinə
çatmaq üçün
motivasiyasını artıran
mühüm amillərdən
biri hesab edilə bilər. Müəllif Vaqif Əmiraslan, həmçinin
burada bir neçə aspektdən yanaşmaqla ailə dəstəyi və inkişaf, köməyin psixoloji təsiri, güvən və inanc, bərabər mübarizə, əzmkarlığın
təsiri, ətraf mühit və sosial dəstək kimi motivasiyaların insan həyatının formalaşması baxımından
mühüm əhəmiyyət
kəsb etdiyini önə çıxara bilmişdir.
Müəllif yanaşmasına görə
ailə üzvləri
arasında qarşılıqlı
dəstək, insanın
ruh halını yaxşılaşdırmaq və
onun öz gücünə inanmasını
təmin etmək üçün vacibdir. Belə bir dəstək,
yalnız fiziki deyil, həm də emosional və psixoloji cəhətdən ona kömək edir. Hadisələrin cərəyanında
məhz Dövranın
köməyindən yararlanmaq,
ona yalnız konkret tapşırıqlarda
və ya çətin vəziyyətlərdə
kömək etməkdən
ibarət deyil, həm də mübarizə aparmaq üçün daha çox həvəs verir. Bu onun psixologiyasını gücləndirir
və ona öz məqsədinə çatmaq üçün
daha çox əzmkarlıq və səbirlilik aşılayır.
Hadisələrin gedişatı
məhz birinin yanında olmaqla insanın motivasiyasını
və mübarizə əzmini artıran vacib amil olaraq təqdim edilməsində
maraqla qarşılanır.
Həmçinin bununla
da müəllif ailənin
və yaxınların
dəstəyi, insanın
öz gücünə
və bacarığına
inamının artırılması
istiqamətində mühüm
əhəmiyyət daşıdığını
diqqətə çəkir.
Dövranın bibisi oğlu Cahidə verdiyi kömək, ona, həmçinin öz potensialını
tam olaraq dərk etməyə imkan yaradır. Güvənli bir mühitdə insan öz məqsədini
reallaşdırmağa daha
həvəsli olur və qarşısına çıxan maneələri
aşmaq üçün
daha böyük əzmlə çalışır.
Dövranın yanında
olması, ona yalnız çətin anlarda deyil, hər zaman güvən verərək motivasiya qaynağı kimi də təqdim edilə bilir. Müəllif həm də bununla bir daha qeyd
etmək istəyir ki,
birgə mübarizə,
həm fiziki, həm də mənəvi olaraq insanları daha dayanıqlı edir. Bu cür münasibətlər,
bir insanın daha yüksək səviyyəyə çıxmasına
və həyatın gətirdiyi çətinliklərlə
mübarizə aparmasına
yaxından kömək
etmiş olur. Həmçinin bu kimi yanaşma bir daha yalnız
fiziki mübarizə sahələrində deyil,
həm də gündəlik həyatın
çətinliklərində özünü göstərmiş
olur. Bu baxımdan hadisələrin cərəyanı
bir daha uzunmüddətli dözümlülük
və əzmkarlığın
ətraf mühit və sosial dəstək baxımından
nə qədər əhəmiyyətli olduğunu
ön planda göstərməyə müvəffəq
ola bilir.
Qısametrajlı film ssenarisində müəllif
tərəfindən təqdim
olunan Dövran obrazı əslində mənfi bir xarakter olaraq təqdim edilir, çünki o, ətrafındakı
insanları manipulyasiya
edir və onlardan istifadə edir. Bu obraz, Cahidə qarşı mənfi davranışları
ilə daha çox diqqəti çəkir. Dövranın
məqsədi, öz maraqlarını təmin etməkdir və bunun üçün o, Cahidin əlil arabasında fiziki məhdudiyyətli olmasından
məharətlə istifadə
edir. Cahidə bir fərd olaraq
yanaşma, onun istismar edilməsinə yönəldilən münasibətlər
cərəyan edən
hadisələr boyunca
inkişaf etməklə
daha dərin köklərdə göstərilməkdədir.
Maraqla qarşılanan səhnələrdən
biri də təqdim olunan Park səhnəsidir. Belə
ki, müəllif səhərin
alatoranlığının yenicə açılan xoş havasını quşların səsləri
eşidilən park mənzərəsi
fonunda Cahid və Dövranın gəlişi ilə təsvir edir. Burada yaxınlıqdakı
oturacaqlardan birində
əyləşən görmə
məhdudiyyətli qız
olan Nigarın gitara çalıb həzin musiqi ifa etməsi təqdim olunur. Müəllif bir daha fiziki məhdudiyyətli
insanların xüsusi
bir istedada malik olaraq inkişaf etmələrini ön
plana çəkməklə onların həyat tərzlərinin cəmiyyət
içərisində formalaşmasının
mühüm maraqlı
cəhətlərini göstərə
bilir. Bununla da bu qəbildən olan insanların cəmiyyətə inteqrasiyasını,
onların potensialının
tanınmasını və
mövcud imkanlardan daha yaxşı istifadə etmələrini
vurğulamaq məqsədi
əsas olaraq təqdim edilir. Həmçinin müəllif
bu kimi yanaşma
formasında fiziki məhdudiyyətli insanların
yalnız məhdudiyyətləri
ilə deyil, eyni zamanda xüsusi
istedadları, bacarıqları
və onların həyatda qarşılaşa
biləcəkləri çətinliklərə
göstərdikləri mübarizə
ilə də önə çıxması,
cəmiyyətdə inkişafetmə
baxımından mühüm
əhəmiyyət daşıdığını
vurğulamaqla mübarizə
əzminin nə qədər yüksək olduğunu bir daha göstərmiş olur. Bununla da müəllif Vaqif Əmiraslan "Cəhənnəmlər
arasında" çırpınan
fiziki məhdudiyyətli
insanların bəzən
cəmiyyətin müəyyən
stereotiplərinə görə,
yalnız məhdudiyyətləri
ilə xarakterizə edilməsini tənqid hədəfinə almaqla, onların xüsusi bir istedada malik olduğunu önə çəkərək, yalnız
fiziki məhdudiyyətlərinə
görə deyil, həm də bacarıqlarına, qabiliyyətlərinə
diqqəti cəlb etməklə yaradıcı,
intellektual və ya digər sahələrdəki
potensiallarının məhdudlaşdırılmamasını
göstərməyə müvəffəq
ola bilmişdir. Həmçinin
qeyd etməliyəm
ki, qələmə alınan
qısametrajlı film üçün
nəzərdə tutulan
bu ssenaridə müəllif fiziki məhdudiyyətli insanların
xüsusi istedadlarının
inkişaf etdirilməsi
həm də cəmiyyətə müsbət
təsir göstərməsi
baxımından onlara
daha çox imkanlar və təhsil resursları təqdim etməklə cəmiyyətin daha inklüziv (fərdin özünü sağlam mühitdə tapması və potensialının cəmiyyət tərəfindən
tanınma və cəmiyyətdə sosial əlaqələrin qurulması)
və empatik (başqalarının göstərdiyi
davranışları qiymətləndirərkən
hadisələrə onların
baxış bucağından
baxa bilmək qabiliyyəti) olmasına köməklik edir.
Nəticə etibarı ilə
iki gün davam edən "Region gənclərinin kinematoqrafiya
akademiyası" adlı
bir layihənin
həyata keçirildiyi
bir məkanda "Cəhənnəmlər arasında"
qısametrajlı film ssenarisinin
maraqla qarşılanaraq
yeni gənc kadr potensialının inkişafı
üçün uğurlu
olacağına əminəm.
Anar Ərtoğrul
BÜRCƏLİYEV
Ədəbiyyat
qəzeti.- 2025.- 6 iyun, ¹20.- S.14.