Allahın adı ilə, yaxud Vaqif
Səmədoğlunun üçkünc
"həmail"i
Poeziya bu duyumu
özündə
kəşf etməsə, özünü gerçəkləşdirməsi mümkünsüzdür. Poeziya tarixi və din tarixi müxtəlif hadisələrdən
təşkil olunsa da,
ümumi kökünü
hiss etmək olar.
Etiraf edək ki, keçmişin
sinkretik sənət növləri kimi, poeziya həmişə dinin "xidmətində"
olub. İlk şeirlər
himnlərdir, loqaedlərdir.
Alkey və Safo öz lirikasını
bir çox hallarda məşuqlara deyil, Allahlara bağışlayırdılar. Bütün xalqların ədəbiyyatında sakral
varlıqları öymə
janrlarına rast gəlirik. Dədə Qorqud alqışları
("yum verəyim, xanım!"),
İncil nəğmələri,
german eposu formasına görə poeziya deyilmi!
Orta əsrlər poeziyasının
sakral sfera il əlaqəsi çox ciddi və konkret
idi. Təsəvvüf
- irfan düşüncəsi
ilə süslənmiş
poeziya insanlarda inamı bir az da möhkəmləndirirdi,
ona mistik, intim məna verirdi. Təsəvvüf poeziyası, sadəcə,
dini süjetlərin, yaxud ənənəvi duaların qrammatik motivlərinin təsviri deyil, mistik təcrübə
idi. Poeziya müqəddəslik təcrübəsinə
toxunmaq idi. Və həmin təcrübənin sonda heç də dini təcrübəyə
çevrilməsi anlamına
gəlmir.
İstənilən poeziya sözün
geniş mənasında
duadır. Allahla olmasa da, öz ruhu ilə, öz içi ilə söhbətdir. Dua kimi, şeir
də nitq aktıdır, sözün
əmələ keçməsidir.
Bəlkə ona görə də sovet şairinin içinin qaranlığından
Nura çıxışı
zəif idi, poeziyası depressivdir. Şair öz dərdi-qəmi ilə Allahsız baş-başa qalırdı...
Doğrudur, duanı poeziyaya
gətirmək də təhlükəlidir, çünki
poeziyanın özü
emosional - obraz hadisəsidir - balans pozula bilər. Onda ortaya suallar
çıxır: şar
niyə "dua" yazır? "Dua" şairin yaradıcılıq
səlahiyyətinə nə
dərəcədə aiddir?
Əgər bir şairə
dua etmək lazımdırsa, hazır dua mətnlərindən rahat istifadə edə bilər. Tanrıya şükranlıq,
təşəkkür etmək
istəyirsənsə, ənənəvi,
kanonik dua mətni şeiri əvəz edə bilər.
V.Səmədoğlunun meditativ poeziyasında, dua lirikasında "Allah" arxetipi
əsas yer tutur. Psixoloqların fikrincə, "Allah" anlayışının
özü insanın irriasional təbiətinin vacib psixoloji funksiyasıdır. Fövqəlqüdrətli,
müqəddəs varlıq
ideyası insanın şüurunda həmişə
mövcud olub, ona görə də təhtəlşüur
səviyyəsində, arxetip
kimi, arxaik "ilkin obraz" kimi bütün fəaliyyət və yaşam sferalarına yansıyırdı.
Vaqif Səmədoğlu üçün
"Allah" mifik addır,
özündə qutsal
obrazı, həm də Yaradılış süjetini birləşdirən
mistik-magik addır.
"Allah/Tanrı" adının
çağırılması poeziya ilə duanın qarşılıqlı
əlaqəsinin göstəricisidir.
Allahın adı onun şeirlərində həm də özünün varlığının
təsdiqidir.
Ona nə qədər ritorik sualları, şübhələri - sorumları
olsa da, şair şüuraltı yenə
də Onun varlığına inanırdı.
Bəzən Onunla əlaqəni itirsə də, yenə poeziya dili Ona qayıdırdı.
Allah-Tanrı arxetipi mənəvi-əxlaqi kateqoriyadır,
Vaqif Səmədoğlunun
sakral dəyərlər
sistemində Allah yalnız
xeyrin, ədalətin təcəssümü deyil.
Dünyada Xeyrin təntənəsinə inanmayan
şair belə bir pessimist qənaətə
gəlmişdi ki, "Nə
qədər bəşəriyyət
var, Yer üzündə
ideal, xoşbəxt cəmiyyət
olmayacaq. Bu, bəşəriyyətin
sonu demək olardı. Yəni Yaradanı yalnız xeyir kimi qəbul
eləmək, yalnız
xeyirlə, yaxud əksinə, yalnız şərlə yaşamaq
həyatın sonudur. Xeyirlə şər həmişə bərabər
gedir. Ancaq indi dünyada şər üstələyib..."
(N.Babayeva-Vəkilovanın "Mən sənin yuxunam..." kitabından).
Vaqif Səmədoğlu "dua"larını
bir şeirin strukturuna daxil edir, bəzən də kanonik duanın bədii-estetik imitasiyası kimi söyləyir. "Dua"
janrı Vaqif Səmədoğlunun orijinal
özünüifadə üsullarından
biridir, dünyagörüşünün,
inanc modelinin poetik ifadəsidir. Dilimizin şifahi söz məkanında yaşayan "dua" janrı Vaqif Səmədoğlu şeirində
metafizik janr kimi ortaya çıxırdı.
Yoxsa, sənin də
Könlünə dəymişəm, Allah,
Sərxoş olduğum vaxt?
Bütün dualarım
Geriyə
dönür bir-bir.
Ölənə,
Evindən köçənə
Yazılmış məktublar kimi...
Keç
günahımdan, Allah...
Təkrirlər "dua" bu mətnin ovsun kimi qavranılmasına imkan verir, ünsiyyətin
intensivliyini qaldırırdı.
Təkrirlərin növlərindən
biri də reduplikasiyadır, yəni təkrar olunan sözün sintaktik mövqeyi dəyişməz
qalır. Bu şeirdə
"Allah" adının təkrarlanması bu sıradandır.
İlahi,
vaxtdır,
Tanışlıq ver bizə,
Vaxtdır, görün gözə...
Sabah daha gec olacaq.
Özünə də güc olacaq
Bizə
çarə qılmağa.
Dünya
tamam boşalacaq,
Burda bir yer qalmayacaq
Sənə yuva salmağa.
İlahi,
vaxtdır, görün.
Qalmaq istəyirsənsə,
İlahi,
vaxtdır, görün.
Olmaq istəyirsənsə...
Sözün magik gücünün
artırılmasını şeirin
bütövlükdə təkrir
üzərində qurulması
şərtləndirir. "İlahi, vaxtdır, görün" deyiminin mətndə üç dəfə - əvvəldə,
ortada və sonda tələffüzü
ovsun effekti yaradır.
Onun
"dua" mətnlərinin
məsamələrində tənhalığın
rüzgarı dolaşır.
Əgər Tanrı təkdirsə, Onun bəndəsi də təkdir. İnsan dünyaya tək gəlir, dünyadan da tək gedir. Təklik, tənhalıq onun alın yazısıdır. Xalq yazıçısı Anar
haqlı olaraq yazır ki, "Vaqif Səmədoğlu poeziyası
tənhalıq poeziyasıdır.
Şair tənhalığı
ins-cinssiz səhrada tək qalmış adamın təkliyi deyil, insanlar içində, insan tünlüyündə, insan
bolluğunda duyulan yalqızlıqdır". Bu tənhalıq
səhrasında, "tənhalığın
səhra sükutunda"
onun yeganə həmsöhbəti, sirr yoldaşı Allahdır.
Bəlkə dualarımı
Yolda vururlar?!
Yaralı
dualar
Yetə
bilirmi hüzuruna,
Ulu Tanrı?
Kimin
var, Ulu Tanrı,
Məndən savayı bu dünyada?
Kimim var
səndən başqa
Bu aləmdə mənim?
Sən tək, mən tək,
Ulu Tanrı...
Vaqif Səmədoğlu Allaha dualarında çox sadə, təbii və ünsiyyətcildir.
Allahla söhbəti ərkyana, səmimi dialoqdur. Əslində, onun şeiri iki tənhanın - şairin və Allahın dialoq cəhdidir, Allahın səsini eşitmək üçün yazırdı.
Ömür sənə yaraşır,
Mənə ölüm də
bəsdi.
Allah, keç günahımdan,
Qospodi,
prosti...
Şair
Allaha ünvanlanan bir şeirində isə məşhur bayatını dekonstruksiya
edir, onu ovsuna, duaya çevirir.
Lələnin harayından,
El yatmaz harayından.
Gündə bir kərpic düşür
Ömrümün sarayından.
Vaqif Səmədoğlu duasını
"bayatı üzərində"
belə oxuyur:
Allah
Gündə bir kərpic düşür
Ömrümün sarayından.
Allah
Gündə bir kərpic düşür
Ömrümün
Allah
Gündə bir kərpic
Allah
Gündə bir
Allah
Gündə
Allah.
İndi isə bu şeiri
ovsun mətnləri müqayisə edək. Bu
"qısaltma" üsulu
xəstəliyin, təhlükənin
və ya kiminsə pis əməlinin tədricən
azalmasını imitasiya
edir. V.Dal məşhur izahlı lüğətində yazırdı
ki, rusların xalq təbabətində üçkünc
şəklində yazılmış
bu tipli dualardan geniş istifadə olunurdu. İ.P.Saxarovun ovsun kitabında "ifritlərin
sehr nəğməsi"
də təxminən,
bu formadadır. Latış həmailində
- duasında oxşar formadan istifadə olunur:
Abracadabra
Bracadabra
Racadabra
Acadabra
Cadabra
Adabra
Dabra
Abra
Bra
Ra
A
Yaxud
"hərfi həmail"
mətni də belədir:
A.
A.B.
A.B.R.
A.B.R.A.
A.B.R.A.K.
A.B.R.A.K.A.
A.B.R.A.K.A.D.
A.B.R.A.K.A.D.A.
A.B.R.A.K.A.D.A.B
A.B.R.A.K.A.D.A.B.R.A.
A.B.R.A.K.A.D.
A.B.R.A.K.A.
A.B.R.A.K.
A.B.R.A.
A.B.R.
A.B.
A.
Bu mətn isə əslində kabbalist ənənədə
geniş yayılmış
ovsunlardan biridir, adətən "qısaldılan",
"atılan" müəyyən
sayda təkrarlanan sözlərdən təskil
olunur. "Abrakadabra"nı
tədricən yoxa çıxan xəstəliyin
dinamik modeli kimi qəbul etmək olar. Bu ovsunun açar sözü qədim yəhudi dilində abreq ad habra - "göndər öz ildırımını, hələ
o öldürməmiş" deyimidir (Makovskiy M.M. Sravnitelğnıy slovarğ
mifoloqiçeskoy simvoliki
v indoevropeyskix əzıkax:
Obraz mira i mir obrazov. M.1996.). Bu magik sözün haldey mənşəli olmasına inananlar da var:
"Abhada Ke Dabra" - "qızdırmaya
qarşı söz kimi, cürü" (Uollis Badj Grnest
"Amuletı i sueveriə". M.2001.).
XX əsr rus şairi
Vasili Kamenskinin "Mən" şeiri (1914) tipik üçkünc həmail - duanı xatırladır.
İzluçistaya
Luçistaya
Qustaya
Ustaya
Staya
Taya
Aya
Ya
("Poeziya russkoqo futurizma")
Göründüyü kimi, Vaqif Səmədoğlunun
"bayatı dekonstruksiyası"
xristian, slavyan həmaillərini - dualarını
xatırladır. V.Səmədoğlu
qədim kahinlərdən
fərqli olaraq, hər misranın, sözün "qısaltması"
yolu ilə gedir. Hər dəfə, hər misrada sözün biri "kəsilib atılır". Sakral-magik
mətnin effektviliyi naminə - "Allah" sözü
poetik konstruksiyanın
sonunda saxlanılır.
"Allah"
adının təkrarlanması
mətnin təlqinediciliyini
(suqqestivliyini) gücləndirir.
Və sonda şair Onunla baş-başa qalır -
"vəhdəti-vücud" olur...
Rüstəm KAMAL
Ədəbiyyat
qəzeti.- 2025.- 6 iyun, №20.- S.20-21.