Qurbanlıq
Qurbanlıq üçün
kəsməyə heyvanı
tələsmə,
Əvvəl gərək öz nəfsini qurban edə insan.
Allaha görə
olmasa niyyət, onu kəsmə,
Çünki nə rəva, boş yerə ehsan edə insan?!
Mənsəbdə fəqət fərq eləməz kim olasan sən,
Hər yerdə
çalış nəfsinə
hakim olasan sən.
Allah Özü istər Ona təslim olasan sən,
Xoş halına ixlas ilə dövran edə insan.
Məğrur olub iblisə boyun əyməsə hərgah,
Kamil olar insan, edər
öz nəfsini islah.
Habil kimi qurbanının əcrin verər Allah,
Qabil kimi neyçün axı nöqsan edə insan?!
Kim istəsə qurbanlığı
Allahına yetsin,
Qoy Həzrəti İbrahimə
bir yol nəzər
etsin.
Asan deyil insan o mübarək
yolu getsin,
Rəbbiylə gərək sidq
ilə peyman edə insan.
Hər kimdə əgər olsa fədakarlığa rəğbət,
Mütləq bürüyər qəlbini
rəbbani məhəbbət.
Paylaşmağı sev ki, Uca Allah sevir əlbət,
Öz süfrəsinə yoxsulu mehman edə insan.
Aslan, axı dünya evi əyləncədi, qardaş,
Aldatmasın əsla səni
dünyadakı daş-qaş.
Dünya
malına bəndə
həris olmaya ey kaş,
Biçarəyə, dərd əhlinə dərman edə insan.
Aslan
AŞİQ
Ədəbiyyat
qəzeti.- 2025.- 6 iyun, №20.- S.24.