Bir ayrılıq sən
Mənim
əllərimi, sənin
adını
Eləmi
unutdu nərgiz qoması?!
Sındıra bilmədim daş
inadını,
Yıxıldı dədənin isti
koması.
Keçməsin könlündən bənövşə
dərmək,
O gün xəyalıma gəlir gec kimi.
Nə qol açmaq olur, nə sinə
gərmək,
Dönüb qınamaq da olmur
heç kimi.
Cığıra qayıtmaz yol kəsəsinə,
Baş alıb gedirdi elə əzəl də.
Bir bulaq səsinə, gül əsəsinə
Əvvəlki həvəslə düşmür
xəzəl də.
Soyuq giley susur yanıq
"eh"ində
Ürəyim yoruldu lal daşımaqdan.
Nəfəsi təngidi əsən
mehin də,
Sinədə bir qara xal daşımaqdan.
Ürək ağrısıdır sevgi bir az
da,
Var olan bəlaya yox həb aradım.
Çəm deyil, yol deyil olar-olmazda
Sənə çatmamağa səbəb
aradım.
Azdım
ayrılığın dolaylarında,
Tapmadım həyatın itən
dadını.
Soyuq sular kəsir buz laylarında
Mənim
əllərimi, sənin
adını.
Su,
od, yel, torpaq...
Dünyanın qəribə qürbəti
var, döz,
Bir atəş adamı öldü quruda.
Hər batan ağrıda dəniz olmur göz,
O kimdi unudan torpağı
suda?..
Olmur son
qətrədə yığılmaq
cana,
Od bilir yanmağa yer hara çatdı.
Nə fərqi ölümə məhkum olana,
Torpaqda boğuldu, ya suda batdı?!
Üstündə əsməyə yel
gəzir ürək,
Hər kəs alınası bir qada bilir.
Sona çatım deyə, mənə bir yol çək,
Adam öz içində aza da bilir.
Dəyməz son addımı fikir
etməyə,
Bəllidir dünyanın sonunda
nə var.
Nə
var ki, vətəndən küsüb
getməyə,
Əgər qürbət varsa,
qəribi də var.
Torpaq canımızdan su verdik yelə,
Yananda atəşdən olarsan halı.
Yaşat
içindəki qürbəti
elə,
Gözündə çağlayan vətən
olalı.
Vaxtsız şeir
Nə vüsaldı, nə ayrılıq suların,
Kimsə
düşüb axasında
nə vaxtdır.
Nə üzülür, nə də üzür, - zalımın,
Əli qalıb yaxasında nə vaxtdır.
İstədiyi qışda nardı,
yayda qar,
Nə olsun ki, dünya gendi, ürək dar...
Bəxti
yatmış qaraçuxa
biri var,
Özü oyaq çuxasında
nə vaxtdır.
Bu sevgidə kimsəsiz sən, yetim mən,
Necə
olsun, bilmirəm, nə edim mən.
İstəyirəm daş yuxuya gedim mən
Ürəyinin yuxasında nə
vaxtdır.
Özünü yaşamaq
Daha bir addım da düşüb kal səsə,
Tükənir qovlayan, yorulur qaçan.
Hər yer tənhalıqdır
can atan kəsə,
Ömür bəs eyləyər
inzivayacan.
Vaxtında çox şeyi
vermək var yelə,
Bir hənir asılıb öz karlığından.
Yolçunun nəfəsi tıncıxar
elə,
Adam çoxluğundan, yol darlığından.
Bu da bir əzabdır, nə sülh, nə savaş,
Xeyir ziyanadır, qazancadır şər.
Dörbaşda oturub diyirlədər
daş
Kiminsə cibindən keçib
gələnlər.
Yol çıxar ağrıyan
könülə şərik,
Min təpə titrəyər
bir dağ üzündən.
Dostlar bizi tapar, biz itirərik
Hər yerə əl qoyan yaltaq üzündən.
Daha heç nə yoxdur əsə ürəklik,
Söndür, bu işıqda
nəyə gərək
şam?
Dünyanın ən rahat yeridir təklik,
Çatdı yaşamağa özünü
adam.
Durna yağışı
Qatar olub uçacaqdı guya durnalar,
Düşəcəkdi göy üzünün sükutu
səsə.
Tüfəngini qapacaqdı divardan
biri,
Durna teli umacaqdı kimsə kiməsə.
Çox
payız var yazdan düşən lələk
eşqinə,
Duracaqdı bir boz tülkü qıraqda suğa.
Duman-duman
zirvələrin özü
bir yana,
Atacaqdı qırğıları dağlar boşluğa.
Aradabir işığa da aldanır
yol-iz,
Ay işığı suya düşüb, qatarı
dümağ.
Su səsinə qarışanda
durna avazı,
Gözəl olur durnagözlü
sabaha çıxmaq.
Köçdən qalan bacarmadı
qanad açmağı,
Biri pusur lal gecəni
uyudan çayı.
Bəzən olur nizamını
unudur hər şey,
Küləklərin qaydasıdır
pozmaq halayı.
Uzaqların yolçuluğu gülləborandı,
Düşəcəkdi göy üzünə qıpqırmızı
xal.
Yaxşı bilir son olanı
səfi pozulan,
Yoxdu daha o qatara sonuncu
"vağzal"
Qırğıların qıy səsində vardı bir ağrı,
Gördükləri şahinlərin
gözündə qalar.
Şeh əvəzi tük yağırdı yerə sübh çağı,
Qatar olub uçacaqdı guya durnalar.
Bir zərrə şeir
Bizimki keçməz bizdən, qayıdarıq bir daha,
Yuxusu qaçaq deyil səsi qaçaq kəslərin.
Nə bəndəsi eşidir, nə səs çatır Allaha,
Özü günah içində
sözü müqəddəslərin.
Doğma
saydıqlarındır xətirə
dəyən elə,
Daha qəlb işi deyil yad baxçadan gül qırmaq.
Olanların səbəbi, - düz
deyirsən sən elə, -
Bir qədər göz qırmaqdır, bir az da könül qırmaq.
Hava soyuqdu, olsun, bir də aralar
sərin,
Edilsə
də, tutulsa da, biz gedərik toylara.
Adımız dəftərində yola
verilənlərin,
Bir az hay-küy salarıq, bir miqdar da pul-para.
Nə olsun ay çıxmayıb,
nə olsun doğmayıb gün,
Bir zərrə nur saxlarıq aparmağa sabaha.
Əli qaşdan düşənlər
etməsinlər toy-düyün,
Bizimki keçməz bizdən, qayıdarıq bir daha.
Gecənin sınan səsi
Ümid
çarpan şüşə
səsi çilikləndi
sükutun,
Qəlpə-qəlpə ay işığı
küçələrə səpildi.
Qırılmağa xəyal düşdü
budağından xar tutun,
Ürək yandı şam
yerindən, boş pəncərə səpildi.
Qəm daşıydı götürdüyü
qaranlıqdan şər
vaxtın,
Deyən
axı, qəfil tutdu lal harayın
gicliyi.
Bir az qorxu, bir
az ardı üzqarası sərvaxtın,
Nəm havada ağrı vardı, bir də tünd araq iyi.
Bir təsəlli vermək üçün Tanrı dinsə nolar ki,
Taleyindən küsən bəxti
tapılmadı dindirən.
Daha dərdlər yetişmişsə
çırpılmağa nə
var ki...
Nə fikirdən döndərən
var, nə yoldan çəkindirən.
Sonra külək sərələndi
ayağına çinarın,
Yarpaqların iniltisi küçə
boyu yayıldı.
Çəkilmişdi ayaqları çəkələkli yolların,
Ac sərçənin yuxusundan
bir ovuc dən ayıldı.
Gecələrin soyuğunda buxarlandı
bir nəfəs,
Ah qəribin sevgisiydi qaranlığın atdığı.
Sınan
yerdən nur seliydi şırıldayıb
gedən səs,
Gümüşüydü ay işığı,
- suların oynatdığı.
Küt nəğməydi pəncərədən
vıyıldayıb gedən
daş,
Sərt
kiminsə söyüşüydü
göyün bağrını
yaran.
Tənbəl-tənbəl uyuyurdu pələqulaq alabaş,
Boz kölgəydi var-gəl edən pəncərədə
nigaran.
Göz görməyən vaxt durmuşdu,
saat görən neçəydi?!
Atılmışdı daşı çoxdan, bağlamışdı
yara duz.
Daş dəyəndə pəncərənin
gözlərində gecəydi,
Süd yoluydu ayaq basan
boşluğa ulduz-ulduz.
Suların şeiri
İndi küləklərin dəniz
vaxtıdır,
Dalğalar düzəldir yatmış
sulardan.
İnciyən kimidir kiçik
adalar
Özünü dənizə atmış
sulardan.
Üfüqdə buludlar bürünüb
ağa,
Bir gözü dağadır,
bir gözü bağa.
O boyda dəryadan quru torpağa
Bircə
cüt göz yaşı çatmış
sulardan.
Bax, mənim səbrimdir o yosun qaya,
Heç
kim fikir vermir tutulmuş aya.
Bir kədər qumlarda oturmuş saya,
Bir sevinc boğulub batmış sularda.
Dəniz
ayğırına dəryadır
cıdır,
Nə Şıx kəmənd atar, nə də
ki Xıdır.
İndi küləklərin dəniz
vaxtıdır,
Dalğanı ləpəyə qatmış
sulardan.
Gediş
Min fikir ödəmir bir borcu indi,
Keçmiş zamanlarda yüz
idi, getdi.
Çoxunda qızarır boyunun
ardı,
O vaxtlar allanan üz idi, getdi.
Kim idi gözgörə haqqını dana?!
Halallıq arayan baxmazdı
yana.
Əyri
deyirdilər əyri olana,
Elə düz olan da düz idi, getdi.
Qaragün saçını ağ
dara, dostum,
Yarpaq yağışında yol
ara, dostum.
Biz idik gecikən bahara, dostum,
Dünyaya gələndə güz
idi, getdi.
Atəşin şeiri
Qalıbsa, ürək yanar,
qalmayıbsa, ciyərlər,
İçi quru adamın alışması tez olur.
Nə ipəkdir, nə xara gün altında
parlayan,
Günü qara gələnin
qisməti ağ bez olur.
Atəş adına çox
şey çınqı
salar ocağa,
Çıtırtıdan bilinməz yaman kimdi, yanan
kim.
Biz partdağan yığardıq
uşaq vaxtı bayrama,
Alovun bətnindəki uğura inanan kim?!
İstiqanlı olmağın buz
adama nə fərqi?!
O hənirti, o alov, o işıq, o nur... hayıf...
Bizi perikdirdilər doğma yurd-yuvamızdan,
Daha ocaq daşına sığınmaq olmur, hayıf...
Sanki bilib dar gəlir
tüstüsünə buxarı,
Tonqal da
gur yanır ki, tez alışıb tez sönsün.
Çoxdu çıxdaş olanı
boğazdan az yuxarı,
Alov özündən çıxır
ki, qəfil özünə
dönsün.
Süleyman ABDULLA
Ədəbiyyat
qəzeti.- 2025.- 6 iyun, №20.- S.25.