...Söylədiklərindən...

 

Tanrısız bir dünya cənnəti qurmaq xülyasına qapılanlar bu xülyalarının xarabalıqları altında qalmağa məhkumdurlar.

 

***

 

Şükürlər olsun ki, tarixə Allah hökm edir.

 

***

 

Tanrısız bir həyatı xəyalıma belə gətirəmməzdim.

 

***

 

Mən dindarlığımı anamın dindarlığına borcluyam.

 

***

 

Tanrı inancı olmadan heç bir əxlaqi sistem qurula bilməz.

 

***

 

İnsan hələ tarix səhnəsinə çıxan vaxt başlanğıc üçün müəzzəm bir əxlaq sərmayəsinə malik idi... Bu günəcən insanlığın böyük simaları daim eyni əxlaqı aşılamışlar. Əxlaqi həqiqətlər ...əbədidir.

 

***

 

Mən hər zaman ölkəmi sevdim sevərəm... Mən bütün sevgimi azadlığa qurban elədim.

 

***

 

Biz savaşda ölən vaxt yox, düşmənlərimizə bənzəyən vaxt uduzarıq.

 

***

 

Bizi torpağa gömdülər, amma toxum olduğumuzu bilmirdilər.

 

***

 

Uca Yaradana and içirəm ki, kölə olmayacağıq.

 

***

 

Mənim üçün yer üzündə yaxşı, doğru gözəl olan varsa, adı İSLAMdır.

 

***

 

Müsəlman yalnız dilində Allahın adı olmaqla İslamın şərəfi naminə özünü qurban verə bilər.

 

***

 

Quran ədəbiyyat deyil, həyatdır; O-na bir yaşama tərzi kimi baxılmalıdır.

 

***

 

Quran: "Yaxşı insan ol ki, müsəlman olasan" - deyir.

 

***

 

Təmizlik imandandır; bu söz ancaq İslamda söylənə bilmişdir. Digər dinlərdə bədənin etibarı yoxdur.

 

***

 

Mən Avropaya başım önə əyili getmirəm. Çünki uşaq, qadın qoca öldürmədik. Çünki heç hansı müqəddəs yerə soxulmadıq. Ancaq onlar bunların hamısını elədilər...

 

***

 

Qərb heç vaxt mədəni olmayıb bugünkü rifahı da davam etməkdə olan sömürgəçiliyi, axıtdığı qan çəkdirdiyi acılar üzərində quruludur.

 

***

 

İstədiyiniz qədər dağlara xaç dikin. Göy üzünə hər baxanda aypara görəcəksiniz.

 

***

 

Dindarlıq şəhərin böyüməsiylə azalır... Şəhər böyüdükcə, üzərindəki göy bir elə kiçilir. Təbiət, çiçək aydınlıq o qədər az; beton, duman, texnika isə o qədər çox olur. Biz o qədər az şəxsiyyət, o qədər çox kütlə oluruq. Şəhər qədər böyüyürsə, cinayətlər o nisbətdə artar...

 

***

 

Günəşin çoxdan batdığı yerdə gecənin bütün hərarəti yenə Günəşdəndir...

 

***

 

Eşq nifrətlə şeir yaza bilərsiniz, amma tarix yox!

 

***

 

Heyvan ancaq ac olduğu ya təhdidlə qarşı-qarşıya qaldığı zaman, insan isə tox güclü olanda təhlükəlidir.

 

***

 

Həyat - inananlardan əməlisaleh olanlardan başqa heç kimsənin qazana bilmədiyi bir oyundur.

 

***

 

İnsan, bütün elmlərin onun haqqında söylədiklərindən daha artıqdır.

 

***

 

Keçmişin böyük mədəniyyətləri bir arada yaşayaraq qarşılıqlı anlaşmanın ən yüksək səviyyələrinə yetmişdilər.

 

***

 

Mənəviyyat əxlaq olmadan insan həyatı mənasızdır.

 

***

 

Yunan faciələri, Dantenin cənnət cəhənnəm görüşləri, Şekspirin dramları, Faustun "Cənnətdə proloq"u, Melaneziya maskaları ya qədim yapon freskalarının darvinçi insanla heç hansı əlaqəsi yoxdur.

 

***

 

Təkamül fikri hər zaman ateizmlə bağlıydı. Növlərin meydana çıxması yox olması haqda ilk düşüncələrə Roma şairi Lukresidə rast gəlirik. Lukresi ateist hedonist fikirləriylə tanınırdı.

 

***

 

Rafaelin rəsmlərini əli deyil, ruhu yaradıbdır.

 

***

 

İnsan harada zühur etmişsə, onunla bərabər din sənət zühur etmişdir.

 

***

 

Həyatın zirvəsini təşkil edən nöqtədə bədənlə ruh, ağılla könül, elmlə din, fizikayla hind fəlsəfəsi birləşir.

 

***

 

İnsan idealsız yaşaya bilməz, ən azı insan kimi yaşayammaz.

 

***

 

Gözəlin ziddi çirkin deyil, yalandır...

 

***

 

Biz inanırıq ki, ancaq güclü millətlər böyük imtahanlarla qarşılaşır.

 

***

 

Divanəliyə yoluxmuş insanlar bəxtiyardırlar, mən onlardan biri olduğuma inanıram.

 

***

 

Çox yaşadım çox yoruldum. İndi Sevgilimə qovuşmaq istəyirəm...

 

Ali İzzətbeqoviç

 

Tqdim tərcümə etdi:

Cəlal BƏYDİLİ

 

Ədəbiyyat qəzeti.- 2025.- 6 iyun, №20.- S.3.