Azər Almasın mavi dəftəri
Elmi
araşdırma
Egey dənizinin
sahilində bir ev. İzmirdəki dostlarla birlikdə eyvanda əyləşib
söhbətləşirik. Qarşımızda gəncliyi Xəzər
dənizinin sahilində, cavanlığı Xəzər
gölünün yanında keçmiş mühacir şair
Almas İldırımın böyük oğlu əyləşib:
Azər Almas.
İlk dəfə 2017-ci ildə bu evə gəlmişdim.
Hazırladığım "Almas İldırım xatirələrdə"
kitabını təqdim etmiş, atası ilə bağlı
geniş müsahibə almışdım. Amma budəfəki
məqsədim başqa idi. Atasının, şair
qardaşı Araz Almasın ədəbi kölgəsində
qalmış Azər bəyin özünün
yaradıcılığını kəşf etmək istəyirdim.
Az da olsa, bacardım.
Aprelin
16-sı idi.
Egey dənizinin mehi üzümüzə vurur, həyat
yoldaşı Katerina xanımın dəmlədiyi
çayı ləzzətlə içirik. Katerina
xanımın ana tərəfi naxçıvanlıdır, zadəgan
ailəsindəndir. Anasının adı Sona, babasının
adı Hüseyn Xanbabayevdir, bolşevik işğalından
sonra Azərbaycanı tərk ediblər. Atası isə
ukraynalı olub. Bu barədə bizə həvəslə
danışır.
Azər
Almasın şeirlər
yazdığını bilirdim. Amma nədənsə
bu mövzudan heç danışmazdı. Türkiyə mətbuatından
atasının ölümü ilə bağlı
yazdığı "Babam" şeirini də əldə
etmişdim. Elə mövzuya həmin şeiri bəhanə
edib başlayıram. Görünür, məramımı
anlayır və otaqlardan birinə gedərək əlində
bir qovluqla geri gəlir. Qovluğun içində müxtəlif
şəkillər, vərəqlər və mavi bir dəftər
vardı. Üzərində İ.T.Ü (təhsil
aldığı İstanbul Texniki Universiteti) və
"Şiirler" yazılmış bir dəftərdi. Təəssüf
ki, dəftərin bir qisminin vərəqləri ortadan
cırılıb. Həmin yarım qalan hissədə müxtəlif
şəxslərin fotoşəkilləri və izahları
mövcuddur. Digər sağlam qalan hissə isə bizə gərəkli
olan qisimdir. Çünki orada keçmişin xatirəsi olan
şeirlər əks olunub.
Qaranlığın
iniltisi
Dəftərin
bu qisminin bir başlığı və iki
yarımbaşlığı vardı:
"Karanlığın İniltisi. Olmayan Sevgiliye Ninniler. Her
Gecemin Bir Sesi". İlk səhifədə bu dəftəri
niyə yazdığını izah edib:
"Adətim vəchilə hər axşam
qaranlığın qoynunda 2-3 saat gəzmək ruhumun
qidası şəklinə girmişdir. Qış və yay
mümkün olduğu qədər mən bu qidamı ruhumdan əsirgəməməyə
çalışıram. İştə bu dəftəri də
"Gecələrimin xatirə dəftəri" şəklinə
salaraq yalnız və sakin gəzintilərin dilimə gələn
hisslərinə həsr edirəm. Səhifələrə axan
çizgilər mənə hər kəsdən daha yaxın
olan təbiətin əsəridir və mən bunca il bu sehirli
hədiyyələrlə ovundum.
Mən qəlbimdə məchul bir sevgini daşıdığımı bilirəm.
Və axtardığım ülvi bir məhəbbətə də
riyakar insanlıq aləmi içərisində
rastlamayacağıma da əmin ola bilirəm. Qaranlıq gecələrin
mənə anlatdıqlarına tamamən inandım. Mən
artıq mavi üfiqimdə mələk qədər saf
parıltılarla üzən "mehtab" deyə
çalxalanan qəlbimi tək və əbədi arkadaş
qılacağam.
Hər gecə bir şeir...
Bəlkə, həyatımın sonuna
qədər davam edəcək...
23 may
1952-ci ilin gecəsi.
A.Almas".
Cümlələrin yazıldığı
tarixə baxsaq, Azər
bəy həmin ilin yanvarında atasını itirmişdi. 19
yaşında bir gəncdi. Dəftəri tutduqdan sonra oraya
yazdığı ilk əsəri 24 may gecəsinə aid olan
beş bəndlik "Dərə" adlı şeiridir.
Sonrakı günlərdə "Düşüncəm",
"Məchuldakı məchula", "Dinlə", "Məni
axtararsan", "Bilməm ki", "Səssizlik",
"Ümid", "Nə olardı", "Gecə",
"Günahkar", "Uğultu", "Kim?",
"Yaşıl köşələr", "Dün",
"Qəzəl" və sair şeirlər yazılıb.
Azər
bəy saysız-hesabsız
şeirlərinin olduğunu, çoxunu
itirdiyini deyir: "Şeirlərimi Hacıağa çap
etdirmək istədi, amma mən razı olmadım"
(Bakıdakı qohumu Hacıağa Almaszadəni nəzərdə
tutur. Bir sıra materialları ona verdiyini bildirir).
Şeirlər arasında Rəsulzadəyə
ithaf etdiyi bir əsəri də var: "Mən
Rəsulzadəni görməmişəm. Həmin illərdə
staj üçün Almaniyaya getmişdim. İstanbulda dərnəkdə
onun anım günlərini qeyd edərdik".
Azər
bəy mədən mühəndisi olduğu üçün
"Mədənçi marşı" adlı şeir də
yazıb. Bizə bir fotoşəkil göstərir, orada
Türkiyə prezidentini də görürük:
"1954-cü il idi. Somada staja getmişdik. Prezident Cəlal
Bayar gəlmişdi".
Şeir
dəftərinə heyranlıqla
baxır, "nə cür çap etmək
olar?" - deyə düşünürəm. Amma bunu istəmir.
Həmin mavi dəftəri haqqında danışır: "Mən
Malatyada olarkən hər gün şeirlər yazırdım.
Əlli-altmış şeirim itdi. Hər həftə bir
şeir yazardım".
Azər
bəy şeirlərini
dərc etmədiyi üçün biz də
surətini aldığımız həmin şeirləri
özümüzdə saxlayırıq. Amma biri istisna olmaqla.
Çünki atasının vəfatının ikinci
ildönümü münasibətilə yazdığı həmin
şeirin mühacir şairimizin ruhunun şadlığı
üçün tarixdə qalmasını istəyirik.
Kış
Masalı
(Yalnızım babam)
Vakitsizce
bizi bırakıp,
bana beş harften ibaret bir anı
bırakan babamın aziz hatırasına
Sana
donmuş bakışlardan,
Alev
alev...
Sana göz pınarlarından,
Kupkuru...
Sana erimiş siyahlardan
Katran katran...
Bir masal anlatacağım...
Dinle...
Adam...
Kaskatı dirsekleri masada.
Beş parmağında beş harfin
Alnında kilitlenmiş.
Granit yoksunluğunca adam
Sana selam göndermiş.
Omuzları
değirmen taşı adamın.
Yumruğu alnında kilitli,
Beş parmağında beş harfin
Sıkar
da sıkar...
Gözlerinde buz tutmuş pınarlar
Gözbebeklerinde sel...
Kavurur nefesi tüm yeşilleri,
Yakar da yakar.
Ama
ciğerlerinde lav var adamın.
Donamaz adam. Yanamaz adam.
Yüklü
dişleri adamın
Gıcır gıcır.
Şakaklarında çan... ton.
Tonlarca çan.
An olur.
Açılır beş parmağında
beş harfin
Sarılır mavilere.
Ama değirmen taşı bu omuz değil ki
Yüzemez adam... gezemez adam...
Bütün
siyahlar onundur.
Bütün sarılar adamın...
Sadece beş parmağında beş harfin,
Yemyeşil...
Sıkılır sıkılır alnında
Bir yeşil damlar masaya.
Kaskatı rengi masanın.
Beş yeşil büyür...
Beş harfin...
Granit çaresizliğince adamın
Dirseklerinde kan rengi dikenler.
Çözemez adamş... dözemez adam.
Erir
üstünde adamın
Tüm bulutlardaki kül dağlar.
Kulaklarında korkunç sessizlik
Taşar
da taşar.
Ama kenetli alnında adamın
Beş parmağında beş harfin... Beş nota
Uzanır
mavilere... pespembe...
Çağıldar... çağıldar adam.
Beş
parmağında beş harfin
Beş parmağında beş yeşil
Beş
nota beş parmağı...
Kaskatı alnında kenetli,
Granit çaresizliğince adam
Yaşar
da yaşar...
16.01.1954
Yuxarıda
qeyd etdiyim kimi, "Demokrat Malatya" qəzetinin 5 fevral 1952-ci
il tarixli 287-ci sayında Azər Almasın "Baba" (Ata)
şeiri verilib. Arxivindəki bu şeirin isə daha öncə
işıq üzü görmədiyini hesab edirik.
92 yaşlı Azər Almasın bizə göstərdiyi
mavi dəftər və bəzi fotoşəkillər onun
arxivinin sadəcə bir qismi idi. Növbəti
görüşlərdə digər qisminə baxmaq ümidi
ilə sağollaşdıq. Bakıya
qayıtdığımda xalq yazıçısı Anara və
Rəşad Məcidə salam göndərməyimi də istədi...
Bu yazı vəsiləsi ilə onun bu arzusunu da yerinə
yetirirəm...
Dilqəm ƏHMƏD
Ədəbiyyat
qəzeti.- 2025.- 13 iyun, №21.- S.6-7.