Ərdoğan şeir deyir...
Ərdoğan şeir deyir,
İlham da vəcdə gəlir,
ağır bir daş qaldırır.
Bir sevinc, bir də
fərəh,
ürəkdən baş qaldırır.
Arzu çıxır sahilə,
Türk
dünyası əl-ələ,
tarixi bir mərhələ!
Yer oyanır bu səsə.
Pakistan alqış deyir,
qızınır bu nəfəsə!
Ərdoğan, bir də
İlham -
iki Türk, iki Qüvvət!
Bütün insaniyyətə,
Məramımız - Hürriyyət!
Günəş,
İşıq və
Hörmət!
11.06.2025
Nəriman Həsənzadə
Ədəbiyyat
qəzeti.- 2025.- 13 iyun, №21.- S.11.