Yenə yaz gəlir
Günəşin
şəfəqi düşür torpağa,
İstisi
canıma bir az xoş gəlir.
Yeni bir
can gəlir daşa, torpağa,
Deyəsən,
Deyəsən,
yenə yaz gəlir.
Ağacda
tumurcuq gülür üzümə,
Süzülüb
bir damcı düşür közümə,
Üşüyən
yamaclar gəlir özünə,
Deyəsən,
Deyəsən,
yenə yaz gəlir.
Havalar əridir
göyün qarını,
Çəmənlər
bazara çəkir varını,
Adamlar
soyunur üst paltarını,
Deyəsən,
Deyəsən,
yenə yaz gəlir.
Yal-yamac,
dağ-dərə, günəş, göy, bulud
Torpağa
sevgidi, insana umud,
Əyilib
çiçəyi öpür göy bulud,
Deyəsən,
Deyəsən,
yenə yaz gəlir.
Qalxır
yaz dumanı, təpəyə dönür,
Dağların
başında örpəyə dönür,
Ürəyim
bir dilsiz körpəyə dönür,
Deyəsən,
Deyəsən,
yenə yaz gəlir.
Bir
çinar yarpağı
Bir
çinar yarpağı düşür budaqdan,
Külək
qovalayır belədən-belə.
Durub seyr
edirəm onu bayaqdan,
Sonu nə
olacaq, bilmirəm hələ.
Bir
çinar yarpağı,
Ömürdən
bir gün,
Necə də
bənzəyir biri-birinə.
Dönüb
keçmiş olur, bir səs, ya bir ün,
Ömürdən
gün düşür yarpaq yerinə.
Bir
çinar yarpağı uçur havada,
Zaman yerə
çəkir, onu vaxt udur.
Bir yarpaq
ömürdü,
Bir
ömür yarpaq,
İllər
alıb gedir, könül unudur.
Ayılıb
görərik elə
Elə ki
gün dönər üzü payıza,
Bir
gün dumanı var, bir gün də çəni.
Götürüb
aparar özü payıza,
Ürəyində
qəmi, saçında dəni.
Ocaqda yel
qovar közü payıza,
Odu məni
tutar, istisi səni.
Baxarsan,
yol yorar baxışlarını,
İstəsən,
yüz gəlib-gedənin olar.
Gizlərsən
alnının qırışlarını,
Dərdlərə
tuş gələn bədənin olar.
Vaxt elə
üyüdər çay daşlarını,
Nə dənliyi
olar, nə də ki dəni.
Qara
buludları çöllərin üstə,
Bir
gün qışın qarı düşər, görərsən.
Şeh
düşər quruyan güllərin üstə,
Dumanı
yayılar döşə, görərsən.
Bir
gün alıb gedər əlləri üstə
Nə
ruhu dincələr, nə də ki təni.
Yüyürdük,
yol yorduq, yorulduq, belə
Bu qədər
cəfaya dəyərmi, görən?!
Sulartək
bulandıq, durulduq, belə,
Saralıb
solanlar göyərmir görən?!
Bir
gün də ayılıb görərik elə,
Qış
səni aldadıb, payız da məni.
Sən
yenə
Sən
yenə payızın yağışlarıtək
Yağırsan,
xəbərin yoxdu torpaqdan.
Ağacdan,
budaqdan, yaşıl yarpaqdan,
Quruyan
çiçəkdən, saralan otdan
Hal-əhval
tutmursan, xəbər sormursan.
Yəqin
bu dünya da çıxıbdı yaddan.
Sən
yenə hiddətli sular kimisən,
Sahilə
çırpılıb durursan elə,
Könlünü,
hissini yorursan elə.
O axar
suların xoş üzü dönüb,
Silib
ürəyimdən o illər səni,
Yağış
islatdığı o köz də sönüb.
Sən
yenə bir yanar ocaq kimisən,
Odunda
qovrulur ocaq daşları,
Qurunun
oduna, yanır yaşları.
Alovu ram
edib öz həvəsinə,
Mənim
kədərimin üstə gül əkib
Barını
verirsən bir özgəsinə.
Bəzən
yan-yanayıq, bəzən göz-gözə.
Nə sən
bir umudsan, nə mən bir istək,
Sən
orda, mən burda yuvasız quştək.
Səhərlər
adamsan, axşamlar kölgə,
Mən
yenə həmənki adamam vallah,
Sən
yenə birinə dönərsən, bəlkə.
Bir
payız
Bir
payız
Göylərdən
gəlirdi göyün yağışı,
Yerdən
boylanırdı yolun yoxuşu,
Külək
də qovurdu yuvadan quşu.
O
payız,
İlk dəfə
o payız biz tanış olduq.
Getdik, yol
qısaldı, bir qarış oldu.
Yenə
bir payız,
O
payız ayrıldıq yad adamlartək,
Hərə
bir tərəfə üz tutub getdi.
Unudulub
getdi, unudub getdi,
Yanıb
xısın-xısın, söndük şamlartək.
Biz
tanış olanda,
Payız
yağışları təzə yağırdı,
Hələ
təzə-təzə gül quruyurdu,
Üstündə
çiçəklə kol quruyurdu.
Payız
keçib getdi,
Qış
köçüb getdi.
Duymadım
gerçəkdi, yuxudu, nədi,
Yaz gəlib,
o payız, bir xatirədi.
Bilirdim
mənə düşəcək
O gün
tutqun idi havanın üzü,
Bizim də
aramız çox sərin idi.
Nədən
incimişdin, bilmirdim, düzü,
Deyəsən,
üzüntün çox dərin idi.
Dolub-boşalırdın
göy üzü kimi,
Günəş
tez batırdı, ay gec doğurdu.
Yanırdın
ocağın son közü kimi,
Görürdüm,
məni də qəhər boğurdu.
Səni
ovudacaq biri yox idi,
Mən də
uzaq idim, səndən nə qədər.
Kimsənin
yanında yerin yox idi,
Görürdüm,
məni də boğurdu qəhər.
Kimsə yandırmışdı
qanadlarını,
Daha
uçmağına güman yox idi.
Durub
suvarırdın umudlarını,
Heç
səndən umud da uman yox idi.
Sənin
yalnızlığın hörümçək toru,
Elə
çırpınırdın bir kəpənəktək.
Külək
söndürmüşdü sinəndə qoru,
Bilirdim,
yandırmaq mənə düşəcək.
Sən ki
tutmamışdın verdiyin sözü,
Bəlkə
də səbəbi çox dərin idi.
O gün
tutqun idi havanın üzü,
Bizim də
aramız çox sərin idi.
Gedib
gördüm
Fikir
uçdu, xəyal getdi uzaqlara,
Gedib
gördüm qar yağıbdır o dağlara.
İllər
uçub küləklərin qanadında,
Unutduğum
çiçək qalıb qar altında.
Ləçəkləri
quruyubdur,
Tökülübdür,
Qanı
qaçmış qız qaməti bükülübdür.
Qar
altından qəmli-qəmli baxıb güldü,
Bircə
anda gözlərimdə dan söküldü.
Zirvəsində
qar görmüşdüm o dağların,
Gedib
gördüm qar nə gəzir, əriyibdir.
Ətəyində
yar görmüşdüm o dağların,
Oba
köçüb ağır ellər yeriyibdir.
Quruyubdur
gül-çiçəyi o bağların.
Ürəyimi
kitab kumi oxuyaraq,
Anlatdı
ki, hər xatirə bir görüşdü.
Bu
ömürdü, xatırlandı varaq-varaq,
Boz dərəsi,
qara dağı yada düşdü.
Fikir
uçdu, xəyal getdi uzaqlara,
Gedib
gördüm qar yağıbdır o dağlara.
Bir ox mənzili
Bizi
alıb götürən
O qismətdi,
bu qədər.
Bir
ömürlük yol getdik,
Bir ox mənzili
qədər.
Mən səni
düşünürəm,
O
axşam, bu da səhər.
Sən mənə
çox yaxınsan
Bir ox mənzili
qədər.
Aradan
aylar keçdi,
Nə bar
verdi, nə bəhər.
Bəlkə
bu bir qismətdi
Bu ox mənzili
qədər?!
Hərdən
üz-üzə gəlsək,
Araya girər
qədər.
Ah, biz necə
yaxınıq -
Bir ox mənzili
qədər.
Məmməd
TAHİR
Ədəbiyyat
qəzeti.- 2025.- 13 iyun, №21.- S.27.