Zoğal ağacı
Tez-tez bu yerlərdə görürəm səni,
Yadıma
salırsan ana vətəni.
Səfalı Qubanı, gözəl
Gəncəni,
Meyvən
ürəklərin min bir
əlacı,
Ay zoğal ağacı, zoğal ağacı.
Yel əsir tərpədir budaqlarını,
Tökür torpaq üstə
yarpaqlarını,
Tanımır insanlar burda barını.
Meyvən
ürəklərin min bir
əlacı,
Ay zoğal ağacı, zoğal ağacı.
Yoxsa mənim kimi sən də qəribsən,
İsti
yurd-yuvandan bura gəlibsən,
Yollarda,
bağlarda salmısan
məskən,
Meyvən
ürəklərin min bir
əlacı,
Ay zoğal ağacı, zoğal ağacı.
Saçaqlı süfrələr açılan
zaman,
Ortaya çay gəlib içilən zaman,
Zoğal
mürəbbəsi çıxarmı
yaddan?
Meyvən
ürəklərin min bir
əlacı,
Ay zoğal ağacı, zoğal ağacı.
Bilirəm ürəkdə intizarın
var,
Sayılmamaq kimi qəm, qübarın var,
Qürbətdə yaşayan tez yaddan çıxar.
Meyvən
ürəklərin min bir
əlacı,
Ay zoğal ağacı, zoğal ağacı.
Ay Simax, yaz-yarat, unut həsrəti,
Çıxart xatirindən dərdi,
möhnəti.
Səni
yaşayacaq el məhəbbəti,
Meyvən
ürəklərin min bir
əlacı,
Ay zoğal ağacı, zoğal ağacı.
20.03.2011
Məlhəmim mənim
Qərib
axşamların qəribliyində
Xəyallar olubdur həmdəmim
mənim.
Gülür gözlərində səma
da, yer də,
Yoxdur ürəyimdə bir qəmim mənim.
Gəzirəm Bakını, Quba,
Xaçmazı.
Mənə gəl-gəl deyir
Qazaxın qızı,
Dinir Ədalətin sədəfli
sazı,
Başqa
bir aləmdir aləmim mənim.
Gedirəm Gəncədən dağlara
sarı,
Laləli
düzlərə, bağlara
sarı,
Yenə
seyr edirəm qarlı Qoşqarı,
Gəzir
ağ varaqda qələmim mənim.
Qəriblik qəlbimi incidir
hərdəm,
Qoymur ilham alım hər bir səhərdən.
Boylanır qaranlıq qərinələrdən,
Fərhadım, Şirinim, Kərəmim
mənim.
Simax, vətən eşqi oxşar ürəyi,
Baldan şirin olur duzu, çörəyi,
Bu gözəl torpağın
de yoxdur nəyi?
Suyu, havasıdır məlhəmim
mənim.
***
Dedim: - Nizamini götür varaqla,
Böyük Füzulini oxu maraqla,
Vaqifi, Zakiri yadında saxla,
Bir kimsə olubmu onlara deyə,
Sevgi şeirləri yazırsan niyə?
Eşqlə, məhəbbətlə doludur sinəm,
Nazlı
gözəllərin yoludur
sinəm,
İlhamım gələndə susa
bilmirəm,
Məgər demək olar sevən ürəyə,
Sevgi şeirləri yazırsan niyə?
Sevgi müqəddəsdir, sevgi
əzizdir,
O, ülvi göylər tək safdır, təmizdir,
Yatağa
sığmayan coşğun
dənizdir,
Demə
heç kimə sən cürət eyləyə,
Sevgi şeirləri yazırsan niyə?
27 iyul, 2012
Salam, Təbriz
İllər ilə həsrətini çəkmişəm,
Həsrətini, möhnətini çəkmişəm,
Bir quş olub torpağında
səkmişəm,
Salam, Təbriz, salam, Təbriz, salam hey!
Sevincindən lal olmuşam, lalam hey!
Gəzib
gəldim Ərdəbili,
Zəncanı,
Sindı
bir az ürəyimin
həycanı,
Qoy mən olum gözlərinin
qurbanı,
Salam Təbriz, salam Təbriz, salam hey!
Sənsiz,
vallah, mən saralıb-sollam hey!
Qismət
oldu gəldim səni gəzməuə,
Əlvan-əlvan güllərini üzməyə,
Nazlı
yarın yollarında düzməy?,
Salam Təbriz, salam Təbriz, salam hey!
Bulud kimi mən boşalıb
dolam hey!
"Heydər
baba" sənə könül
bağladım,
Oxuduqca çaylar kimi çağladım,
Şəhriyarı yada salıb ağladım,
Salam Təbriz, salam Təbriz, salam hey!
Bir laylay çal, söylə laylay, balam, hey!
Dünya gülür gözlərimdə
nə dərdim,
Dost bağından çiçək
üzdüm, gül dərdim,
Səndə gəzir Bəhmən
ağam, Əhədim.
Salam, Təbriz, salam, Təbriz, salam hey!
Ələ düşməz bir
də belə məqam hey!
Simax Şeyda gördü səni dirildi.
Həsrətinlə yol gəlirdi yüz ildi,
Öpmək üçün torpağına
əyildi,
Salam, Təbriz, salam, Təbriz, salam hey!
İstəyirəm burda ölüb
qalam hey!
Bakı,
1993
Qocaldım
Eşq sazını çala-çala
qocaldım,
Yar qadasın ala-ala qocaldım.
Yola saldım gəlib-keçən illəri,
Saç
ağardı bala-bala,
qocaldım.
Tanrı
məni ayrı saldı vətəndən,
Xəyallara dala-dala qocaldım.
İlk eşqimi o nazənin dilbəri,
Hər gün yada sala-sala qocaldım.
Simax Şeyda, hər qışın öz yazı var,
Qürbət eldə qala-qala
qocaldım.
Simax ŞEYDA
Ədəbiyyat qəzeti. - 2025.- 26 iyun
(¹22).- S.19.