Cüt qardaş
Cavab tapmaq üçün min bir suala,
Zirvədə qıy vuran azad qartala,
Bu uca dağlara, yamaca, yala,
Həsrət qaldığımız qaymağa, bala,
Qarabağa baş əyməyə
gəlmişəm!
Vətən, səni qibləgahım
bilmişəm!
Oğulları şəhid olan
kəslərə,
Yetim qalan körpə gülnəfəslərə,
Qazilik yükünü çəkən
şəxslərə,
Veterandan
gələn adi səslərə
Diqqət
verək, dayaq duraq həmişə,
Qoymayaq çəksinlər əzab,
əndişə!
Lənət yağdırmağa düşmən
cəbrinə,
Ağır günə dözən
millət səbrinə,
Göz yaşı tökməyə
şəhid qəbrinə,
Zəhmət çəkmək üçün
Vətən xətrinə,
Canı
yanan mərd oğullar gərəkdi,
El üçün ağlayan
göz yox, ürəkdi!
Mərmidən sinəsi şana
torpağı,
Zərbədən qayası ovulan dağı,
Alovdan qarsıyan yaşıl yarpağı,
Əsgərin səngəri haça
budağı
Müqəddəs sanmasaq, vay halımıza,
Zəhrimar qatılar yağ-balımıza!
Dağılıb sökülən cənnət
yurdlara,
Qeyrət
keşikçisi bozca
qurdlara,
Savaşın qalibi mərd övladlara,
Cəngavər, qeyrətli bütün
adlara
Millətin qayğısı, dəstəyi
lazım,
Olmasa, qoy gedim, qəbrimi
qazım!
Şuşanın
"Zəm-zəm"i İsa bulağı,
Cümlə Qarabağın bağçası-bağı,
Cənnətə bənzəyir hər
bir oymağı,
Yenidən qurulur bu azad çağı,
Vətən oğlu, zəhmət
çəkək, tər
tökək,
Yollar salaq, evlər tikək, gül əkək!
Sıldırım
yollarla Cıdır düzünə,
Şuşanın Topxana möcüzəsinə,
Daşaltıda təkə, cüyür
izinə,
Xəlvətcə baxmağa maral üzünə,
Sevinclə seyrinə çıxaq
dağların,
Ürəyi partlasın hay dığaların!
Kəkliyin, turacın xoş nəğməsini,
Vüsala
can atan bülbül səsini,
Qarabağın yanıq şikəstəsini,
Cavanların şahraz, zil nəfəsini
Elliklə dinləyib yumruğa
dönək,
Arınıb, durunub Arana enək!
Azad Laçın şaqraq gülüşlə dolsun,
İnnən belə düşmən
saralıb solsun,
Şair
Kürdoğlunun ruhu şad olsun,
Dağlarda il boyu toy-büsat
olsun,
Kəlbəcər, Qubadlı, cənnət
Zəngilan,
Bir də buralarda gəzməsin ilan!
Ruslar bizi əcəb fəndə saldılar,
Şığıyıb quzğuntək qanad çaldılar,
Tezbazar Xankəndi ələ aldılar,
Qırışmallar yaman qeylü-qaldılar,
Əncam
çəkər Azərbaycan,
Türkiyə,
Dərs
verərlər minsifətli
tülküyə!
Haylara aşkarca arxa dururlar,
Bizə
qarşı min bir hiylə qururlar,
Müzəffər yürüşə nəxnək vururlar,
Kələfin ucunu yaman bururlar.
Altdan-altdan dığaları oynadır,
Ermənidə savaş eşqi
qaynadır!
Ərəb başı kəsən
cəllad fransız,
Unudub tutduğu divanı, qansız,
Adları
üstündə: qatil,
amansız,
Haya qahmar durur indi
vicdansız,
Mələk olub "haqq-ədalət"
bağırır,
Xoruzlanıb bizi sülhə
çağırır.
Tarixdən silinməz heç
vaxt olaylar,
Zamanında üzə çıxar
olanlar,
Açılar pərdələr, tökülər
donlar,
Bəlli
olar cümlə yaxşı, yamanlar,
Qoca dünya hesab çəkər hamıyla,
Qan tökənə qan içirər camıyla!
Dəmir
Yumruq yerindədi hər zaman,
Yeyər
zərbəsini yolundan
azan,
Özü düşər, şər
quyunu gen qazan,
Abuzər,
var olsun tarixlər yazan:
İlham Əliyevlə Tayyib Ərdoğan,
Cüt qardaş, iki Ali Baş Komandan!
07.02.2022
Azərbaycan əsgəri
Xalqına sahib çıxdı,
Düşmənin evin yıxdı,
Boynunu yaman sıxdı,
Ağzına mərmi tıxdı,
Xudam versin təpəri,
Azərbaycan əsgəri!
Qısa
bir savaş oldu,
Ürəklər fəxrlə doldu,
Haylar saralıb soldu,
Şükür, qeyrəti boldu,
Hər
an göstər hünəri,
Azərbaycan əsgəri!
Fəth etdi düzü, dağı,
Hər obanı, oymağı,
Boşaltdı Qarabağı,
Rədd
oldu murdar yağı,
Möhkəm saxla zəfəri,
Azərbaycan əsgəri!
Şuşanı geri aldı,
Kafiri oda saldı,
Elə bir zəfər çaldı,
Daim tarixdə qaldı,
Düşün təzə səfəri,
Azərbaycan əsgəri!
Dinc oturmur dığalar,
Qisascıl mığmığalar.
Avropalı buğalar,
Siyasətdə çağalar,
İrəmşidir nökəri,
Azərbaycan əsgəri!
Döyüşdə
qüdrətlidir,
Yenilməz, cürətlidir,
Yürüşdə sürətlidir,
Dünyada şöhrətlidir,
Hərb
işinin zərgəri,
Azərbaycan əsgəri!
Yurd həsrəti yamandır,
Cəld
tərpənin, amandır,
Göyçə bir şərəf,
şandır,
Bağrı qan İrəvandır,
Ora salın nəzəri,
Azərbaycan əsgəri!
"İrəli!",- desin Rəhbər,
Ərlər: "Allahu-Əkbər!"
İrəvanda sal lövbər,
Savaşa
çıxsın ləşkər,
Yıxsın sərhəd-çəpəri,
Azərbaycan əsgəri!
Güclüyə
zaval yoxdu,
Qalibin dostu çoxdu,
Abuzər,
Zəfər oxdu,
Düşmən gözünə soxdu
İti uclu neştəri,
Azərbaycan əsgəri!
01.06.2025
Abuzər TURAN
Ədəbiyyat qəzeti. - 2025.- 26 iyun
(¹22).- S.20.