Aləm boyda
ağrısı
var adının
Uşaq, böyük kim gördüsə ilk sözü,
Nə gözəldi gözün sənin, dedilər.
Bilmədilər, amma o an, o dəmdə
Ürəyimi dibinəcən yedilər...
Deyəmmədim bu gözləri
ağladan
Namərd
kimi köçüb
gedən mərdi
var...
Bu gözləri öpüb gedən, dönməyən,
Ata adlı sağalmayan dərdi var.
Hamı
mənə, mən dərdimə vuruldum,
Qəm yazıldı o günlərdən
gözümə.
Güldürməyi bacarmadım bir dəfə,
Gözlərimdən qəm süzüldü sözümə.
Biri vardı öpmədi ki, gözümdən,
Ayrılıqdır gözdən öpmək deyirlər...
Ayrılığı elə yazdı ömrümə,
Xatirələr ürəyimi yeyirlər.
Hər bu sözü eşidəndə susuram,
Dinmirəm ki, ürəyimdə gülürəm...
Bir də bilsəz, bu gözlərin əlindən,
Bir ömürdü göz yaşından ölürəm.
Bu "gözləri göydən gözəl mələyin",
"Özü payız, dərdi xəzəl" qadının,
Bu "taleyi birtəhər yazılanın"
Aləm
boyda ağrısı
var adının!
Gedək bir cüt gül qoyaq
Gözlərin aydın olsun,
Ürəyimdən qan axır...
Əlimlə kəsdim, tökdüm,
Bitdi bu sevgi axır!
Bir azca sür alnına
Ürəyimin qanından...
Könlümü qurban kəsdim,
Nəzir
verdim adından.
Qəm eləmə bu gündən,
Get sevgi bazarına...
Gedək
bir cüt gül qoyaq
Sevginin məzarına!
***
Yenə
üz-üzəyik, yenə
bu axşam,
Mən səni görürəm hayana baxsam,
Bir damla yaş olub gözündən axsam...
Olaram yolunda pərvanə, Tanrım...
Ey mənim dünyada ən böyük eşqim,
Ən böyük dayağım,
ən gözəl şeirim,
Yuxumda sən məni Sarvan seçmişdin
Sənə qonaq gələn
karvana Tanrım.
Mən sənin ən adil qulun, kölənəm...
Səninçün yaşayan, sənçün ölənəm,
Dərdimi həmişə sənlə
bölənəm,
Gəlmişəm yolunda qurbana, Tanrım.
Az qalıb...
Az qalıb... lap bir azca
Ta səni unutmağa.
Bu gün bilet almışam
Özümə qayıtmağa...
Sənə ağır gəlirəm,
Yükü olmayan adam.
Yandıranda gəlməyə,
Tükü olmayan adam.
Nə sevməyə ürəyin,
Nə də göz yaşın qalıb.
Mənə təslim olmağa,
Yalnız
savaşın qalıb.
Sən bilməzsən sədaqət,
Nə də məhəbbət nədir?
Sevdiyinlə yaşamaq,
Həyat,
səadət nədir?
Daha səni sevmərəm!
Bu söz yəminim olsun!
Bir gün ölüb gedərsəm,
Bu da son qəmin olsun!
Gəlmişəm
Bir də görərsən
ki, qapın doyülür,
Bir də görərsən
ki, çıxıb gəlmişəm.
Məndən istədiyin hədiyyə
ki, var,
Ovcumun içinə sıxıb
gəlmişəm.
Sən mənim ömrümə yağan qarmısan?
Dərdli
payızmısan, ya baharmısan?
Gerçəkmi, xəyalmı, ya
yalanmısan?
Mənəm, yanağından axıb
gəlmişəm.
Arxada bir sənsiz ömür var, gülüm,
Sənə söz verməyə
qısadı dilim,
Götür ürəyimi, yar dilim-dilim,
Sənin
həsrətinnən yaxıb
gəlmişəm.
Yağan
yağmurunam, batan Ayınam,
Gecikən ilinəm, günün,
ayınam,
Gördüyün yuxunam, gələn
yayınam...
Sənin
gözlərinə baxıb
gəlmişəm.
"Göy gözü göylərdən gözəl"
mələyim,
Bənövşə ətirlim, küskün çiçəyim,
Ay ruhu özündən gözəl-göyçəyim,
Ruhuma qanadlar taxıb gəlmişəm!
Bir ömür içimdə
asdığım adam...
Daha düşünməyə tabım qalmayıb,
Nə də ağlamağa gözümün yaşı.
Bu şeir də olsun nakam ömrümün
Başına qoyduğum bir məzar daşı...
Daha yollarına baxan deyiləm,
O yollar dağılsın qoy həsrətimdən!
Həmişə, hər yerdə
yıxılmışam mən,
Altıncı hissimin bəsirətindən...
Sənə gələn gündən
anlamalıydım,
İkiyə bölünmüş yadımsan mənim.
Bir ömür içimdə
asdığım adam,
Heç
vaxt dadmadığım
dadımsan mənim...
Sənsən milyon yerə bölünən adam,
Sən hardan biləsən məhəbbət nədir?
Sən hardan biləsən bir məsum eşqin
Tək sənə verdiyi səadət nədir?
Yolun açıq olsun ürəyin kimi,
Gələni, gedəni yaxşı
qarşıla...
Hələki ömrünü verirsən
yelə,
Hələ anlamırsan nə
var qarşıda.
Hələ gec bilərsən,
gec anlayarsan
Məni
itirməyin ağrılarını.
Əlində üç alma qaldığı
zaman,
Dinlərsən Aləmin nağıllarını...
***
Minlərlə ağrıdan keçdi
bu sevgi,
Yaşaya
bilmədim, ölə
bilmədim.
Nə sənin agrını mən bilə bildim,
Nə mən çəkənləri
sən bilə bildin...
Yaşarıq beləcə, öllük
beləcə,
Nə sənsiz, nə mənsiz dağılmaz dünya.
Min Leyli, min Məcnun çürüdən həyat,
Əmin
ol, bizə də ağlamaz dünya.
Mehrabı eşq olan uca göylərim
Yazıbdı bu qədər-qəzanı
mənə.
Bəlkə də Tanrının
acıgı tutub
Kəsib
öz əliylə cəzanı mənə.
Aləmin
ürəyi yarpaqdan incə,
Tanrının hökmünə dözərmi,
bilməm?!
Bir onu bilirəm, sən dönənəcən
Nə sənsiz yaşaram, nə sənsiz ölləm!
Sənə bir nağıl
danışım
Gəl sənə bir ocaq verim
Könlümün sazaq yerindən.
Özümdən gözəl gül
dərim
Ömrümün uzaq yerindən.
Tut əlindən o çiçəyin,
Apar yar, qoy sənin olsun.
Bir gün səndən dönər olsam,
Sevgim mənə qənim olsun.
Qoy bütün dünya bir yana,
Mən də ki, bir yana olum.
Sən məni sığdır ruhuna,
Mən də sənin ruhun olum.
Gəl...sənə bir ömür verim
Ömrümün bitən yerindən...
Sənə bir nağıl
danışım
Həsrətin itən yerindən.
Bu gün də bir qəmli
nəğmə kimiyəm
Bu gün də bir qəmli nəğmə kimiyəm,
Əli ürəyində dolan qadınam.
Səsin
gəlməyəndə evi
yıxılan,
Dünyası dağılan, solan qadınam...
Nə könlüm açılır,
nə də ki, gözüm,
Nə səbrim qalıbdı, nə də ki, dözüm.
Neyləsəm tapmıram bu dərdə çözüm,
Hər sözü-söhbəti yalan
qadınam.
Mənəm bu dünyanın
qəmli qadını,
Çoxdan itirmişəm ağız dadımı.
Sevdim doğmaları, sevdim yadımı,
Ömrü başdan-başa talan,
qadınam.
Allahın izniylə yazıb-pozuram,
Özüm öz könlümdə
itib, azıram,
Olsun, hər əzaba, qəmə razıyam,
Beş-üç könüllərdə qalan qadınam.
Aləməm, dünyada tək
səni sevdim,
Sənsiz
bu dünyada yiyəsiz evdim,
Səni
Vətən bildim, səni ev bildim,
Səninlə yaşayıb-ölən qadınam.
Bir az sis adam...
Mən bir az içində
azan adamam,
Bir az da unutqan, bir az pis
adam.
Məndən inciməyi heç
düşünməyin,
Bir az "uşaq" adam, bir az
hiss adam...
Mən sənə qoşulub ağlaya billəm,
Coşğun çaylar kimi çağlaya billəm,
Səni
ürəyimə bağlaya
billəm,
Sənə incik adam, sənə küs adam...
Bəlkə bu dünyanın
nağıl qızıyam,
Bir Aləm qızıyam, bahar, yazıyam,
Küləyi, yağışı, qəmli sazıyam...
Bir az duman adam,
bir az sis adam.
Yenə gözlərimin
yağış fəslidir
Yenə
gözlərimin yağış
fəslidir,
Bir yalan sevgini dəfn
edir ömrüm...
Dünən nə umurdu, bu gün nə
buldu,
Daha məcrasına sığmayır
könlüm.
Havamı
bənzəyir, mənmi
havaya?
Buludlar,
bəlkə də əksimi çəkir.
Alıb
ağuşuna küləklər
məni,
Təbiət sonuncu şəklimi
çəkir...
Mənmi
uzaqdayam, uzaqmı məndə?!.
Bilmirəm dünyanın hayanındayam.
Gah elə bilirəm bir məzardayam,
Gah da ömür adlı bir saraydayam...
Güldün, gülüşünə sığındım, ömrüm,
Darıxdın, qoşuldum ayaz
könlünə...
Mən bahar fəslinə çoxdan küsmüşəm,
Onunçün gətirdim payız
ömrünə...
Bu da həyatımın qış
nagılıdı...
Üç alma yerinə göydən
qar yağar...
Mən bir az Allahın qəmli qızıyam...
Qoşulub buluda yağdıqca
yağar...
Bir də payızına
gəlməz bu bahar
Bir də görəcəksən
çıxıb getmişəm,
Bir də görəcəksən dünya bomboşdur.
Sən məni göylərdən
yerə endirdin...
Qoy olsun, əzizim, sənə bu xoşdur...
Bəlkə də, son sözü
deyirəm sənə,
Sən mənsiz yaşaya bilməyəcəksən...
Bəlkə də yüz qadın ötər yanından,
Sən məni bir daha
görməyəcəksən!
Bəlkə Allah bilir olub-bitəni,
Ancaq sən bilmirsən nələr olacaq...
Bəlkə də bir heçlik uğruna canım...
Dünyanda ən böyük
heçlik olacaq!
Yoracaq bu yollar, bu
izlər səni,
Üzünə bir qapı açılmayacaq.
Ardından gözündən yaş
ələyənin,
Dönərkən "min sual" sorulmayacaq.
Bir də bu Aləmi
doğmaz bir Ana...
Bir də payızına gəlməz bu bahar...
Mən sənin ömrünə necə gəlmişdim?
Nə
Allah danışar, nə
dost pıçıldar...
Aləmzər Sadıqqızı
Ədəbiyyat
qəzeti.- 2025.- 2 may, ¹15.- S.23.