Özümüzə borc bilirik, yaxud
may ayının 8-də
Qara
Namazov-95
Azərbaycan şifahi xalq ədəbiyyatı, eyni zamanda müasir və klassik Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrindən
biri olan Qara Mustafa oğlu Namazov 1930-cu ildə Qərbi Azərbaycanın
Qazax qəzası Dilcan rayonunun Əmirxeyir kəndində
anadan olmuşdur.
Qara Namazovun bir çox
yazılı qeydlərindən
bəlli olur ki, onların nəsil şəcərəsinin kökü
qədim Maq tayfalarına gedib çıxır. Mənsub
olduqları tayfaya Qaraqoyunlu dərəsində
Asdanalılar deyərmişlər.
Asdanalıların isə
kökü Mağasuflu
adlanır. Deyilənlərə
görə, çox qədim ocaq (pir) olan Mağasufluya
pənah gətirənlər
arzusuna, mətləbinə
çatar, ocaqda qurbanlar kəsərmişlər.
Asdanalının ulu babası
Tanrıverdinin ulu babasına
Maq Usuf deyirmişlər. Ümumiyyətlə,
bu tayfadan olanlar əvvəllər Qaraqoyunlunun Çaykənd
kəndində Girdman məhəlləsində yaşamışlar.
Bu da bizə belə deməyə əsas verir ki, Girdman çayının sahili Maqların məskəni olub. Qara Namazov
özü də bu mövzuda xeyli araşdırmalar aparır, müəyyən
edir ki, Maqların qədim məskəni olan bu ərazilərdə
kahinlərin mağaraları
indi də mövcuddur.
Tarixi vərəqləsək, görərik
ki, 1828-1832, 1877-1878, 1905-1907, 1918-1920, 1948-1953 və
1988-1991-ci illərdə azərbaycanlılara
qarşı planlı
şəkildə deportasiya
və soyqırımı
siyasəti aparılmış
və bugünkü monoetik Ermənistan Respublikası yaranmışdır.
Azərbaycanlılara qarşı
məqsədyönlü şəkildə
həyata keçirilən
etnik təmizləmə
və soyqırımı
nəticəsində xalqımız
tarix boyu ağır məhrumiyyətlərə,
faciələrə məruz
qalmışdır. Yeri gəlmişkən, qeyd edək ki, Qara müəllimin ulu babası
Törə Qurban da
1905-ci ildə Salah kəndində
baş verən erməni-müsəlman davasında şəhid olmuşdur.
Qara Namazov 1939-1948-ci illərdə
doğma kəndində
və qonşu Gölkənd kəndində
9-cu sinfə qədər
təhsil almış,
1948-ci il deportasiyası ilə
bağlı Ağstafaya
köçərək Dağkəsəmən
kəndində orta məktəbi bitirmişdir.
Qara Namazov 1949-1950-ci illərdə
ADPU-də (keçmiş
Lenin adına Pedaqoji İnstitut) təhsil alsa da, ordu sıralarına
çağırılmış
(1951-1955), Abxaziyanın Suxumi
şəhərində Aviatexnik
məktəbində oxumuş,
sonra Türkmənistanın
Nebit-Dağ şəhərində
hərbi hissədə
əvvəlcə təyyarə
mühəndisi, sonra hərbi hissənin məxfi şöbəsinin
rəisi vəzifəsində
işləmişdir. Əsgərlik
illərində müəyyən
səbəblərdən cərrahi
əməliyyat keçirən
Qara Namazov xəstəxanada yatmalı
olur. Xəstəxanada
"Ruqiyyə və Həmrah" dastanını
türkmən dilindən
tərcümə edir,
elə xalq ədəbiyyatı və
aşıq yaradıcılığı
ilə tanışlığı
məhz buradan başlayır.
1956-1961-ci
illərdə Bakı
Dövlət Universitetində
(o zaman ADU) filologiya fakültəsinin
Kitabxanaçılıq şöbəsində
təhsil alan Qara Namazov həmin
illərdə dövri
mətbuatda ilk şeirləri
ilə çıxış
edir: "Mən",
"Kəndimizin qızları"
("Sovet Ermənistanı"
(almanax) 1956), "Dağlar"
("Gənclik nəğmələri"
(almanax) 1957), "Bir qərinədə"
(S.Vurğun haqqında
poema) ("Ədəbi
Ermənistan" 1957), "Ana"
("Lenin yolu", 1958), "Bulağın vəfası",
"Kitab", "Qonşu qızı" (şeirlər)
("Ədəbi Ermənistan"
1959), "Ömür dastanımı
varaqladıqca" ("Lenin tərbiyəsi uğrunda"
1959), "Sarı yarpaq"
("Tər çiçəklər"
(almanax) 1959), "İstəyir",
"İnsan" ("Lenin yolu", 1960), "İki
damla yaş",
"Onda mən anlatdım, indi sən" ("Aprel çiçəkləri" (almanax) 1960) və s. Həmçinin bu illərdə universitetin komsomol komitəsində mədəniyyət işləri
üzrə şöbə
müdiri vəzifəsində
çalışmışdır.
Şeir
yaradıcılığının ilkin mərhələsində
aşıq üslubu,
lirik təssvirlər üstünlük təşkil
etmiş, lakin sonralar yazdığı şeirlərdə sosial mühit və problemlərə münasibət
daha aktual xarakter almışdır.
Qara Namazov öz şeir yaradıcılığı haqqında
belə yazır:
"1950-60-cı illərdə Aşıq şeiri tərzində, M.P.Vaqif, S.Vurğun təsiri, ən çox da, gözəlliyi ilə görəni heyrətə
gətirən vətən
məhəbbəti məni
şeir yazmağa sövq etdi. İfadələrim hələlik
kövrək olsa da, içimdən gəlirdi.
İçəridə cücərib
üzə çıxan
hər hansı bir fikir əlbəttə,
təbiidir..."
Qara Namazov 1950-1960-cı illərdə
yazdığı şeir
və hekayələrin
bir qismini toplayaraq 2008-ci ildə
"Nurlan" nəşriyyatında
professor İsmayıl Vəliyevin
redaktorluğu ilə
"Gecikmiş nəğmələr"
adı ilə 352 səhifə həcmində
çap etdirmişdir.
Bu kitabla tanış olarkən Qara Namazovun bütün yazılarında doğma torpağa sevgisini, məhəbbət dünyasını
lirik lövhələrlə
təsvir etdiyinin şahidi oluruq:
Yurdum, yuvam qoynundadır,
Bəzənibsən gülə, dağlar.
Əzəmətli vüqarınla
Düşdün dildən-dilə, dağlar.
İlk baharda çaylar axar,
Göy kişnəyər, şimşək
çaxar.
Başın üstə duman
qalxar,
Sel qarışar selə, dağlar.
Yay ayları səndə qaldım,
Gədikləri seyrə daldım,
Hər çiçəkdən nəfəs
aldım,
Gəldi
sazım dilə, dağlar.
Dərələri qoşa-qoşa,
Yaylaqları bir tamaşa,
Etibarlı yar-yoldaşa
Sən də hörmət elə, dağlar.
Unutmayaq
gəl ilqarı,
Səndə qoydum vəfadarı,
Bir gün Qara sənə
sarı
Gələr gülə-gülə, dağlar.
1959-1962-ci
ilin aprelinə qədər BDU-nun Elmi Kitabxanasında biblioqraf, sonra isə filialda şöbə müdiri vəzifəsində
işləmişdir.
Qara Namazovun 1962-1967-ci illərdə
Azərbaycan Elmlər
Akademiyasının Tarix
İnstitutu Kitabxana və arxivinin direktoru təyin edilməsi onun elmi yaradıcılıqla
məşğul olması
üçün gözəl
şərait yaradır.
Zəngin mütaliə,
qiymətli ədəbiyyatlarla
yeni tanışlıq elmi
yaradıcılığa onda
meyil yaradır və beləliklə, Qara Namazov 1965-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun şifahi xalq ədəbiyyatı şöbəsi üzrə
qiyabi aspiranturada təhsil almağa başlayır. 1966-cı ilin
sentyabr ayında müsabiqə yolu ilə BDU-ya müəllim vəzifəsinə
qəbul edilir.
1968-ci ildə "Azərbaycan aşıq yaradıcılığı
(1920-1940-cı illər)" mövzusunda dissertasiya işi müdafiə edərək filologiya üzrə fəlsəfə
doktoru alimlik dərəcəsi alır.
Beləliklə, elmi fəaliyyətlə məşğul
olması onu bədii yaradıcılıqdan
tədricən uzaqlaşdırır.
Bu illərdə Qara Namazovun bir neçə
əhəmiyyətli elmi
tapıntılarını da xüsusi qeyd etməliyik: birincisi, V.Şufun "Şamaxı
müsibəti" poemasını
tapıb doğma dilimizə çevirməsi,
ikincisi isə, Vaqif haqqında 1828-ci ildə yazılmış
bir əlyazmanı üzə çıxarmasıdır.
Bu əlyazmada Vaqifin
12 şeiri və orta əsr şairlərinin
şeirlərindən nümunələr
verilmişdir. Növbəti
tapıntılardan biri
isə, 1901-ci ildə
"Russkiy vestnik"
jurnalında çap olunmuş "Qaçqın"
romanı haqqında olan məlumat idi. Hər biri
haqqında dövri mətbuatda məqalə ilə çıxış
edən tədqiqatçı
Qaçaq Kərəm
haqqında XIX əsr rus mətbuatında çap olunan məlumatları da araşdırmağa
başlayır.
Qara Namzovun tərcüməçilik
fəaliyyəti haqqında
da bəhs etmək istərdik. Onun müxtəlif illərdə
çap etdirdiyi əsərlər içərisində
dilimizə çevirdiyi
əsərlər də
vardır ki, bunlar da oxucular tərəfindən
rəğbətlə qarşılanmışdır.
Məsələn, Vladimir Şuf
(Borey) "Şamaxının
məhvi" ("Səlimə
poemasından parça")
("Ədəbiyyat və
incəsənət" qəz.,
1965. Qeyd edək
ki, bu əsər arxivdən ilk dəfə Qara Namazov tərəfindən
aşkar edilmişdir.
Şamaxı zəlzələsindən
bəhs edən bu poemanı (1902-ci il.
"Səlimə" "Qibel Şamaxı") tərcümə edərək,
"Azərbaycan" jurnalında
(¹4) tam şəkildə 1969-cu ildə çap etdirmişdir); həmçinin
Yan Raynis "Çıxın:
Seçilmiş şeirlər"
(1965); Lesya Ukrainka
"Həqiqət", "Ümid", "Əzəl
arzu" ("Azərbaycan"
jurnalı, 1971); V.Konstantinova
"Dörd misra"
("Azərbaycan" jurnalı,
1972) və s. əsərləri
tərcümə edərək
oxucuların istifadəsinə
vermişdir.
1969-1970-ci
illərdə Azərbaycan
Sovet Ədəbiyyatı
kafedrasında dosent vəzifəsinə keçmişdir.
Aşıq yaradıcılığının
öyrənilməsi istiqamətində
araşdırmalarını davam etdirən Qara Namazov orta
yüzillərin aşıq
və saz şairləri haqqında silsilə məqalələrini
mətbuatda ardıcıl
olaraq dərc etdirmişdir. Eyni zamanda 1980-ci ildə çap etdirdiyi "Aşığın sazı
və sözü"
monoqrafiyasında aşıq
sənətini tarixin dərin qatlarında araşdırmağa başlamış,
əhəmiyyətli elmi
mülahizələr irəli
sürmüşdür. Lakin çox təəssüf
olsun ki, bu kitab nəşriyyatda ixtisarlara
məruz qalmış,
belə ki, 6 çap vərəqi nəzərdə
tutulan əlyazmanın
çapı 2 çap
vərəqi həcminə
endirilir. Təbii ki, o
dövrdə bu cür hallar nəşriyyatlarda tez-tez baş verirdi, bu da kitabın mahiyyət etibarı ilə məzmununa çox ciddi ziyan vururdu. Buna baxmayaraq, kitab tez bir zamanda satılır,
oxucular tərəfindən
rəğbətlə qarşılanır.
Onu da qeyd edək ki, Abbas Zamanovun vasitəsilə bu kitabdan bir neçə
nüsxə əldə
edilərək Türkiyəyə
və İrana göndərilir.
1984-cü
ildə ölkəmizdə
keçirilən Azərbaycan
aşıqlarının dördüncü
qurultayı ərəfəsində
Qara Namazovun "Azərbaycan aşıq sənəti" adlı kitabı Azərbaycan və rus dillərində
çap edilərək
oxuculara ərməğan
edilir. Eyni zamanda 1984-cü ildə Qara Namazovun "Abbas Tufarqanlı", "Aşıq
Ələsgər", "Aşıq Şəmşir",
"Aşıqskoe iskusstvo
Azerbaydjana", "Azərbaycan
aşıq sənəti",
"Dədə Qorqud
öyüdləri", "Hüseyn Bozalqanlı";
"Xəstə Qasım",
"Koroğlu", "Qaracaoğlan",
"Qurbani", "Molla Cümə",
"Sarı Aşıq"
adlı xeyli sayda kitab və kitabçaları əsasən,
"Yazıçı" və "Gənclik" nəşriyyatları tərəfindən
çapdan buraxılmışdır.
Qara müəllimin aşıq
yaradıcılığı ilə bağlı elmi tədqiqatlarını
davam etdirərək ərsəyə gətirdiyi
"Aşıqlar" (biblioqrafik
məlumat kitabı)
(2004, "Səda" nəşriyyatı),
eyni zamanda "Ozan-aşıq
sənəti" (2013, "Elm və təhsil" nəşriyyatı) adlı
kitabları xüsusilə
diqqəti cəlb edir.
"Aşıqlar" adlı
biblioqrafik məlumat kitabında ilk dəfə
olaraq ozan və aşıqlarımızın
həyatı haqqında
məlumat verilir.
"Ozan-aşıq sənəti"
adlı kitabda isə Şərqdə böyük şöhrət
qazanmış ozan-aşıq
sənəti, onun qədim qaynaqları, təşəkkülü, inkişaf
yolu, bu sənətin ulu yaradıcıları
- Qorqud Dədənin sələfləri və xələflərinin lirik
şeirləri, dastan yaradıcılığı
həm tarixi, həm də bədii dəyəri baxımından araşdırılmışdır.
Qara Namazovun doktorluq dissertasiyası "Azərbaycan
uşaq və gənclər ədəbiyyatının
əsas problemləri
(1920-1985-ci illər)" mövzusuna
həsr edilmişdir və eyni ildə,
yəni 1987-ci ildə
Azərbaycan Sovet Ədəbiyyatı kafedrasına
professor seçilmişdir.
Qeyd edək ki, Qara Namazov ölkəmizdə
ilk dəfə olaraq ali məktəblər üçün uşaq ədəbiyyatı kursunu
yaratmışdır. Belə
ki, 1974-cü ildə "Azərbaycan
uşaq ədəbiyyatı
fənninin proqramı"nı
(ali məktəblər
üçün) 34 səhifə
həcmində tərtib
etmiş və bu proqramın əsasında 1984-cü ildə
"Azərbaycan uşaq
ədəbiyyatı" yazıb
ərsəyə gətirdiyi
dərslik professor Teymur
Əhmədovun redaktorluğu
ilə işıq üzü görmüşdür.
Burada xüsusilə qeyd etmək lazımdır ki,
keçmiş SSRİ miqyasında
ilk dəfə olaraq Qara Namazov tərəfindən
uşaq ədəbiyyatı
antologiyası işlənib
hazırlanmışdır: Məsələn, "Azərbaycan
uşaq ədəbiyyatı
antologiyası" (tərtib
və Ön söz; 1975-1976).
Eyni zamanda Qara Namazovun
uşaq ədəbiyyatı
sahəsində toplayıb
tərtib etdiyi kitablar və müəllifi olduğu digər əsərlər
müxtəlif növlərdə
və tiplərdə çap edilmişdir: Səməd Vurğun
"Uşaq bağçası"
(toplu; 1975); "Mənim
ilk kitabım (toplu)"
(1981), "Balalara töhfə
(XX yüzil uşaq şeirləri toplusu)"
(1982); "Dünyanı verək
uşaqlara (şeirlər
və hekayələr)"
(1983), "Gəl, gəl,
a yaz günləri"
(toplu; 1984), "Uşaq
ədəbiyyatı fənninin
proqramı" (1989), "Ata və oğul (Dünya uşaq ədəbiyyatı seriyası
50 cilddə)" (tərtib,
şərh və Ön söz; 1990), "Qara kəl asta
gedər" (rəsmli
toplu; 1996); "Tap tapmaca"
(1996), "Sanamalar" (rəsmli
toplu; 1996), "Yanıltmaclar"
(bədii nümunələr,
1996), "Azərbaycan uşaq
ədəbiyyatı antologiyası"
(3 cilddə: 2005), "Azərbaycan
uşaq ədəbiyyatı"
(dərslik; 2007) və
s. nümunələr göstərmək
mümkündür.
Professor Qara Namazov dəfələrlə
xarici ölkələrə
elmi ezamiyyətlərə
göndərilmiş, mühüm
əhəmiyyətli mövzularda
məruzələr etmişdir.
Məsələn, 1977-ci ildə Bolqarıstan respublikasına səfəri
zamanı "Azərbaycan-bolqar
ədəbi əlaqələri"
məruzəsində S.Vurğunun
"Ölüm kürsüsü"
poemasından ətraflı
bəhs etmişdir;
1991-ci ildə Türkiyənin
19 Mayıs Samsun Universitetinə
dəvət almış
və o, universitetdə,
eyni zamanda Sinopda və s. şəhərlərdə Azərbaycan
şifahi xalq ədəbiyyatının problemləri
ilə bağlı geniş məruzə etmişdir; 1996-cı ildə
Türkiyənin Silifke
şəhərində keçirilən
uluslararası xalq yaradıcılığı toplantısında
və festivalında nümayəndə heyətinin
rəhbəri kimi iştirak etmiş, "Türk sözünün açımı" və
"Azərbaycan-türkmən şifahi xalq ədəbiyyatı əlaqələri"
mövzusunda məruzələrinə
görə mükafata
layiq görülmüşdür.
Həmçinin Silifke
və Uşşaq şəhərlərində keçirilən
festivalda aşıq sənəti haqqında etdiyi məruzəyə görə də mükafat almışdır.
Qara Namazov 2004-cü ildə İsveçin Göteborq və Norveçin Oslo şəhərlərində Füzulinin 510 illik yubiley tədbirinə
dəvət olunmuş,
"Azərbaycanda Füzuli
irsinin öyrənilməsi
tarixindən" mövzusunda
məruzə ilə çıxış etmişdir.
Bu məruzə Türkiyədə
çap edilən
"Baykara" (2008, ¹1) toplusunda
işıq üzü
görmüşdür.
Qara Namazovun əhəmiyyətli
işlərindən biri
də M.Ə.Rəsulzadənin
Türkiyə mətbuatında
çap olunan 2000-ə
yaxın məqaləsinin
surətini əldə
edərək, respublikamızda
ədəbiyyat və
incəsənət arxivinə
təqdim etməsi olmuşdur.
Qara Namazovun
tədqiqatlarında əsas
yerlərdən biri də Amerika qitəsində yaşayan Qızıldərəlilərin türksoylu olması və onların bəzi boylarının məhz Azərbaycandan getməsi ilə bağlı olmuşdur. Qara Namazovun bu mövzuda yazdığı bir çox elmi məqalələri diqqəti
cəlb edir: "Oğuz yurddaşlarının
sorağı" ("Oğuz
eli" 14 aprel 1992),
"Amerika qitəsində
qədim türklər"
("Yeni fikir", 14
dekabr 1995), "Amerika
qızıldərəliləri türksoyludur" ("Altay
dünyası", 1998, ¹2), "Amerika qızıldərəliləri
türksoyludur" ("Respublika",
14 yanvar 1998, ¹7) və
s.
2010-cu ildə "Ç.Çorçvodun tarixi
kəşfləri" adlı
kitabı 168 səhifə
həcmində çap
edilir. Kitabda Sakit okeanın dərinliklərinə qərq
olmuş MU qitəsi, orada tarixən məskunlaşmış xalqlar,
onların dinləri, adətləri, Böyük
uyğur İmperiyası,
onun sərhədləri
barədə bir çox əhəmiyyətli
faktlar yer almışdır. Bu tarixi faktlar Mustafa Kamal Atatürk
tərəfindən oxunmuş,
Cümhuriyyət qurulduqdan
sonra türklərin və Anadolu insanlarının kökünü
araşdırmaq üçün
1930-cu ildə "Türk
Tarix Qurumu" yaradılmışdır. Atatürkün
arxivindən tapılan
bu mühüm tədqiqatı bizə təqdim edən görkəmli alim Qara Namazov olmuşdur.
Qeyd edək ki, bu kitab
bir il sonra
yenidən eyni həcmdə və tərtibatda təkrar
(2011) çap edilmişdir.
Qara Namazovun
1963-cü ildən 2000-ci ilədək
bir dövrü əhatə edən seçilmiş məqalələri,
toplayıb yazıya aldığı folklor örnəkləri (rəvayətlər,
aşıq rəvayətləri,
bayatılar, nağıllar
və s.) bir yerə toplanaraq "Yazılan qalar" adı ilə 293 səhifə həcmində
Azərbaycan Milli Elmlər Akademiyasının
Folklor İnstitutu tərəfindən 2017-ci ildə
çapa tövsiyə
edilmişdir. Kitabda təqdim edilən məqalələr "Seçilmiş
məqalələr", "Folklor örnəkləri",
"Rəvayətlər", "Qaçaq Cəfərqulu ilə bağlı rəvayətlər", "Aşıq
Kərəmin əhvalatları",
"Qaçaq Kərəmlə
bağlı rəvayətlər",
"Aşıq Ələsgərlə
bağlı rəvayətlər",
"Nağıllar", "Aşıqlar və el şairləri",
"Aşıq rəvayətləri",
"Xatirələr" başlığı
altında sistemləşdirilərək
tərtibata daxil edilmişdir.
Qeyd edək
ki, Qara Namazov 250-dən çox elmi məqalənin, 100-ə
yaxın kitabın elmi redaktoru, rəyçisi, Ön söz müəllifi, tərtibçisi olmaqla bərabər, eyni zamanda şifahi xalq ədəbiyyatı və müasir ədəbiyyatdan 30-dan çox
doktorluq və namizədlik dissertasiya işlərinə opponent və elmi rəhbər
olmuş, bir çox nüfuzlu alimlərin yetişdirilməsində
əhəmiyyətli rol
oynamışdır. Bütün
elmi və pedaqoji fəaliyyəti dövlət tərəfindən
qiymətləndirilmiş, bir
sıra mükafatlara layiq görülmüşdür:
2000-ci ildə Azərbaycan
Respublikasının Əməkdar
müəllimi fəxri
adına, 2006-cı ildə
Azərbaycan Respublikası
Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl
təhsil işçisi",
2009-cu ildə Bakı
Dövlət Universitetinin
90 illik yubileyi münasibətilə (Prezident
İlham Əliyevin 10
oktyabr 2009-cu il sərəncamı) "Şöhrət"ordeni,
2009-cu ildə Azərbaycan
Kütləvi İnformasiya
Vasitələri İşçiləri
Həmkarlar İttifaqı
Rəyasət Heyətinin
qərarı ilə Qızıl Qələm media mükafatına,
2011-ci ildə Azərbaycan
Jurnalist Həmkarlar İttifaqının və
Qafqaz Müsəlmanları
İdarəsi Elmi-dini
Şurasının təltif
etdiyi Xalqın nüfuzlu Ziyalısı fəxri diplomuna layiq görülmüşdür.
Bu il may ayının 8-də görkəmli
alim Qara Namazovun 95 illiyi qeyd olunur.
Bu ərəfədə görkəmli
alimin həyat və yaradıcılığına
təkrar nəzər
salmağı özümüzə
borc bildik.
Zahid ASLAN
Ədəbiyyat
qəzeti.- 2025.- 2 may, ¹15.- S.10-11.