Xatırla məni
Tənha
günlərinə səs
bil, nəfəs bil,
Qəminə, dərdinə şərik
qəfəs bil,
Dünyaya dönməyə yeni nəfəs bil,
Örtülü qapında xatırla
məni.
Doğan
günəşdə, yağan
yağışda,
Sən qızıl payızda, sən qara qışda,
Bir küskün, bir incik, qəmli baxışda,
Unutma, nə olar xatırla
məni.
Xatırla çıxmayım sənin
yadından,
Danış öz-özünlə mənim adımdan,
Çıxarma heç zaman bunu
yadından,
İllərin xətrinə xatırla
məni.
Oturub tənha yemək yeyəndə,
Boş qalan masadan xatırla
məni.
Hər gecə işdən evə gələndə,
Örtülü qapından xatırla
məni.
Atamdır evimin
əziz qonağı
Atamdır evimin əziz qonağı,
Hörməti gözümdə dağlardan
uca.
Tanıyan bilir ki, əziz
atamın,
Şanı var Bərdədə yaşından qoca.
Nurlu varlığını seyr
elədikcə,
Gözlərim ətrafa təbəssüm
saçır.
Əli çörəklidi, ürəyi
incə,
Baxıram, könlümdə çiçəklər
açır.
Hər
zaman çəkibdir nazımı
mənim,
Anama arxadı, bizə dayaqdı.
Laləyəm, min şükür ömür
yolumda,
Atalı
dünyamın bəxti
oyaqdı.
Ana mən də qocalıram
Ana mən də qocalıram,
Ağrılar belimi bükür.
sığal çəkdiyin saçıma,
Gəl gör necə ağ dən tökür.
Ana mən də qocalıram,
Bax, otuzu keçib yaşım.
Mən əvvəl ki, mən deyiləm,
O baş deyil daha başım.
Sənə bənzər qocalıram,
Heydən
düşür əl-ayağım.
Sən,
ağrıyan o canınla,
Yenə
gəlib ol dayağım.
Lalə
bitən yay deyiləm,
Yarpaq kimi saralıram.
Gəlmişəm ki, sənə deyəm,
Ana, mən də qocalıram.
Yaş üstünə hey yaş
gəlir,
Gah ağlayıb,gah gülürəm.
Yaxşı ki varsan, ay ana,
Dərdimi sənlə bölürəm.
Allahım haqqı
Heç
nədə yox mənim gözüm əzəldən,
Qorxuram
həyatda gözdən, nəzərdən.
Qəlbi
qara olub, üzü gözəldən,
İnan
ki, qorxuram, Allahım haqqı.
Arxamda danışıb, üzümə
gülən,
Yaxşılıq etsəm də,
yamanlıq bilən,
Qəflətən, bilmədən, zamansız
gələn,
Ölümdən qorxuram, Allahım
haqqı.
Yalan söyləyən hər bir qadından,
Elə
hey danışan özgə
adından,
Ölsəm, sevdiyimin bir gün yadından
Çıxmaqdan qorxuram, Allahım
haqqı.
Bəslədim, böyütdüm könül
barımı,
Şah tutdum həmişə etibarımı,
Həyatda hər zaman doğmalarımı
İtirməkdən qorxdum, Allahım haqqı.
Arzular, xəyallar
Arzular, xəyallar sonsuzdur, sonsuz,
Hansı
arzumuza çatarıq
görən?
Görəsən ömrümüz vəfa
edərmi,
Hansı
daş altında yatarıq görən?
Xəyal
qurmadan varmı yaşayan,
Varmıdır arzusuz bir qəlb daşıyan?
Çoxunun arzusu qəlbində
saxlı,
Çoxunun arzusu hər kəsə ayan.
Hər gecə əllərini göyə açaraq,
Arzusun Allahdan diləyir çoxu.
İzin
ver ümidlə oyanmağına -
Olsa da səbəbi gözəl bir yuxu.
Lalə İLQARQIZI
Ədəbiyyat
qəzeti.- 2025.- 2 may, №15.- S.25.