Hər kitab bir
tarixdir
Bu günlərdə
Biləsuvar rayon Mərkəzi Kitabxanasında
şair-publisist Mirnəsiyət
Mürsəlovun «Ağ
xalatlı xilaskar» adlı kitabının təqdimatı oldu.
Əvvəlcə şair Əli Aşiq Azərbaycan Yazıçılar Birliyinin
və Birliyin Aran bölməsinin bölgədə yaşayıb-yaradan
qələm adamlarının
yaradıcılığına olan həssas münasibətindən ətraflı
bəhs etdi.
Eyni zamanda,
Mirnəsiyət Mürsəlovun
təqdim edilən kitabının məziyyətləri
barədə geniş
məlumat verdi.
Yazıçılar Birliyi Aran bölməsinin sədri Sərvaz Hüseynoğlu, şair və yazıçılardan Ədalət Salman, Firidun Həsənağa, Mətanət Polad, Əhməd Qala, Bilal Alarlı, Səbinə Xasiyeva, ARB TV-nin
əməkdaşı Samir Qurbanov, «Region-Press» qəzetinin baş redaktoru Surxay Şahbazov və başqaları sözügedən kitabla bağlı təəssüratlarını
bölüşdülər.
Sonda Mirnəsiyət
Mürsəlov tədbirin
təşkilatçılarına minnətdarlığını bildirdi, yaradıcılıq
planlarından danışdı
və yeni şeirlərini oxudu.
Ədəbiyyat
qəzeti.- 2025.- 2 may, ¹15.- S.31.