Yapon modernist poeziyasından seçmələr

 

Toki DZÖMMARO

(1885-1980)

 

Ədəbi təxəllüsü Aikadır. Atası rahib imiş ənənəvi poeziya janrı sayılan renqada yazdığı şeirləriylə məşhurlaşıbmış. Vaseda Universitetinin ingilis ədəbiyyatı fakültəsində ali təhsil alıb.

Yaradıcılığının ən məhsuldar mərhələsi 1910-cu illərə təsadüf edib. Həmin dövrdə yazdığı şeirlərdə vətəndaşlıq pafosu sosial etirazlar başılca yer tutmaqdadır. Sonrakı dövrdə, yəni "Asahi" qəzet şirkətində məsul vəzifələr tutarkən, T.Dzömmaro bir sıra ədəbi-tarixi araşdırmalar üzərində çalışmağa üstünlük verib şairlikdən tamamən uzaqlaşıb.  

  

"Alatoran çağı" adlı

şeir kitabından

 

***

 

Heç cür anlaya bilmirəm -

işləmək üçün yaşamaq lazımdır,

yoxsa ki, yaşamaq üçün işləmək?..

 

***

 

"İşləməsəm - kasıb olacağam".

"Amma işləsəm belə,

yenə qurtulmayacağam yoxsulluqdan".

"Hər necə olsa, işsiz-gücsüz

dolaşan deyiləm mən!"

 

***

 

Yaponiyada yaşayıb, fikirlərini yaponca,

həm qorxusuz-hürküsüz dilə gətirmək

artıq təhlükəli sayılmır.

 

***

 

Ayaqlarını çarpayıdan sallamaqla

çəkələklərini aradı tapmadığı üçün

təkrar başını atıb, yatdı...

 

Tərcümə etdi:

Azad Yaşar

 

Ədəbiyyat qəzeti.- 2025.- 2 may, ¹15.- S.32.