Yapon modernist poeziyasından seçmələr

 

Sumako FUKAO

(1888-1974)

 

Bu tanınmış şairə nasir özünü həm fransız ədəbiyyatı incilərinin yapon dilinə mahir tərcüməçisi kimi tanıdıb.

Gerçək adı - Ogino Şigenodur. Högo prefekturasında doğulub uşaq yaşlarından yetimlik çəkib. Kiotoda qızlar məktəbini bitirdikdən sonra Akiko Yösanodan özəl dərslər alıb. 1912-ci ildə ailə qurduğu şair mühəndis Tokino Fukao 8 il sonra vəfat edincə, onun şeirlərini "Səmanın açarları" adlı kitabda toplayıb. Həmin topluya o, özünün vaxtilə yazdığı 54 şeiri "Sonuncu səyahət" adlı nəsr əsərini daxil edib.

S.Fukao 1974-cü ildə mədə xərçəngindən dünyasını dəyişib.   

 

Dodaqların

 

Daima isə düşünürlər,

elə hey nəyinsə arzusundadırlar

o gül ləçəyinə bənzər dodaqların.

 

Sənin dodaqlarında,

o sərin dodaqlarında

uyuyur bu dünyanın qüssəsi.

Görən o bir cüt ləçəyə necə sığıb

dünyanın min bir sirri, sualı?!

 

Dodaqlarında

kinayə ilə yanaşı uyuyar ehtiras.

 

Elə sənin taleyin

bir mənada öz dodaqlarından asılıdır.

 

Ah, dodaqlar, dodaqlar -

lalələrin ən şahanəsi!

 

Tərcümə etdi:

Azad Yaşar

 

Ədəbiyyat qəzeti.- 2025.- 2 may, ¹15.- S.32.