Yapon
modernist poeziyasından seçmələr
Takahasi SİNKİTİ
(1901-1987)
Aiti
prefekturasında doğulub.
Ticarət texnikumundakı
təhsilini yarımçıq
qoyub, Tokioya gələrək, burada jurnalist kimi fəaliyyətə başlayıb.
1923-cü ildə çap
etdirdiyi absurd məzmunlu
"Dadaist Sinkitinin şeirləri"
toplusu sayəsində
yapon dadaistlərinin liderinə
çevrilib.
Yaradıcılığının ən parlaq dövrü 1930-cu illərə təsadüf
edir.
Onun
yaradıcılığı müharibəyə qədərki
poeziyada mövcud olan anarxist meyillərə
və 1950-60-cı illərin
modernist şairlərinə eyni dərəcədə
ciddi təsir göstərib.
Balıqqulağılar
Heç
nə mövcud deyilsə,
deməli,
onda nə yaranış mümkündür,
nə də ölüm.
Balıqqulağıların içi boşdur.
Molyuskların qoxumuş bədənini
dalğalar yudu, apardı.
İndi
Ay işığında yuyunan
balıqqulağılar
günəşdə quruduqdan sonra
qumluqda doyunca uyuyacaqlar.
Bir daha dənizdən hamilə qalmayacaqlar,
Başqa
bir umacaqları da olmayacaq daha.
Dalğalar durmadan qabarır
və geri çəkilirlər.
Bu əsnada boş balıqqulağılarını da
sahildən alaraq gedirlər...
Tərcümə etdi:
Azad Yaşar
Ədəbiyyat
qəzeti.- 2025.- 2 may, ¹15.- S.32.