Heydər Əliyev xatirələrdə"

adlı tədbir keçirilib

 

Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatı 2025-ci il mayın 5-də Qaradağ rayonu Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətiləMüasir Azərbaycan dövlətinin qurucusu - Heydər Əliyevmövzusunda dəyirmi masa keçirmişdir.

Tədbirdə xalq yazıçısı, Azərbaycan Yazıcılar Birliyinin birinci katibi Çingiz Abdullayev, Milli Məclisin deputatı Aydın Hüseynov, AYB-nin üzvləri yazıçı-publisist, fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyev yazıçı-publisist Rövşən Ağayev, rayon ictimaiyyətinin nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri, kitabsevərlər, fəal gənclər iştirak ediblər.

Görüşdən öncə Ümummilli liderin Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Parkında ucaldılmış abidəsinin önünə gül dəstələri qoyulub. Tədbirin əvvəlində tədbir iştirakçıları Qaradağ Rayon Heydər Əliyev Mərkəzində Ümummilli Liderin genişmiqyaslı siyasi dövlətçilik fəaliyyətini əks etdirən eksponatdan ibarət ekspozisiyalarla, Heydər Əliyev dövlətçilik irsi salnamə bölməsi, kitabxana informasiya texnologiyaları bölməsi, həmçinin dahi lider Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən nəşr materiallarından ibarət sərgi ilə tanış oldular.      

Gələn qonaqlar Ümummilli Lider Heydər Əliyevin, onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti ilə bağlı kitabları, həmçinin yazıçıların son illərdə çap olunmuş kitablarını Qaradağ Rayon Heydər Əliyev Mərkəzinə hədiyyə etdilər. Təqdim edilən əsərlər arasındaGörkəmli adamların həyatıseriyasından olan Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın fəaliyyətinə həyatına həsr kitablar olmuşdur (müəlliflər V.Andriynov, H.Mirələmov).

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səslənib, sonra Ümummilli Lider Heydər Əliyevin vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub. Heydər Əliyevin həyatı fəaliyyəti il bağlı hazırlanmış videoçarx nümayiş olunub.

Görüşü giriş sözü ilə açan YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev bildirmişdir ki, Heydər Əliyev 20-ci əsrin ən böyük tarixi şəxsiyyətlərdən biridir onun fəaliyyəti o qədər çoxşaxəli genişdir ki, bu mövzuda qədər görüş konfranslar keçirilsə , əsərlər yazılsa da, elmi təhlillər tədqiqatlar aparılsa da bu mövzu bitib-tükənməz mənbə olaraq daim aktuallığını saxlayacaqdır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qazanılan qələbələrin, nailiyyət uğurların kökündə məhz ulu öndər Heydər Əliyevin ideyaları siyasi kursu durur.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Hüseynov qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin tövsiyələrinə uyğun hazırlanmış davamlı inkişaf strategiyasına əsaslanan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz 44 günlük müharibədə düşməni darmadağın etməklə işğal altında olan torpaqlarımızı azad etdi. Prezident İlham Əliyevin təşəbbüskarlığı bilavasitə iştirakı ilə ərsəyə gələn həyata keçirilən milli regional səviyyəli irimiqyaslı layihələr, uğurla fəaliyyət göstərən nəhəng təsərrüfat subyektləri məhz bu gün respublikamızın iqtisadi qüdrətinin artmasına bunun nəticəsində həyatın digər sahələrində inkişafa səbəb olur, xalqın rifah halının yaxşılaşmasına xidmət edir.     

Görüşdə Azərbaycan Respublikasının xalq yazıçısı, tanınmış yazar Çingiz Abdullayev çıxış edərək Heydər Əliyevin siyasi dövlətçilik fəaliyyətinə, yaradıcı ziyalılara, yazıçılara münasibətinə aydınlıq gətirdi ümummilli liderlə bağlı xatirələrini iştirakçılarla bölüşdü. O xüsusi vurğuladı ki, Heydər Əliyevlə hər bir ünsiyyət onu mənəvi cəhətdən zənginləşdirmişdir. Həyatından, ədəbiyyata gəlişindən, ona məşhurluq qazandıran əsərlərinin yaranma tarixçəsindən s. mövzulardan da danışan Çingiz Abdullayev oxucuları ilə söhbət zamanı məlumat verdi ki, əsərləri Avropada, Cənubi Amerikada Asiyada 30 milyona yaxın tirajla, dünyanın otuzdan artıq dilində dərc edilib.194 adda kitabın müəllifidir olan əsərləri əsasında onlarla film serial çəkilib. 

Görüş zamanı Ç.Abdullayev tədbir iştirakçıları ilə səmimi ünsiyyət quraraq, onlara öz həyatının yaradıcılığının maraqlı məqamları, həyat təcrübəsi haqqında, o cümlədən Qaradağ rayonunda işlədiyi dövrdən söhbət açıb. Bununla yanaşı, Azərbaycan dünya ədəbiyyatından sitatlar gətirib, iştirakçıları bədii ədəbiyyat oxumağa dəvət edib. Sonra rayon sakinləri ilə görüşündən, onların mütaliə intellekt səviyyəsindən son dərəcə məmnun qaldığını bildirib, kitablarını imzalayıb, oxucularla birgə xatirə şəkilləri çəkdirib.

Tədbirdə iştirak edən professor Rafiq Əliyevin çıxışı da maraqlı məzmunlu oldu. O çıxış edərək xüsusi vurğulamışdır ki, Çingiz Abdullayev nəinki Azərbaycanda, bütün postsovet Avropa məkanında yazıb-yaradan ən məhsuldar yazıçılardan biridir demək olar ki, hər ay onun əsərləri yeni-yeni ölkələrin sərhədlərini aşaraq, geniş oxucu kütləsinin qəlbinə yol tapır. Yazıcının dərc olan kitabları onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdırmışdır. 

Professor Rafiq Əliyev Heydər Əliyevlə söhbət görüşləri ilə bağlı təəssüratlarını bölüşdü. Qeyd edək ki, professor R.Əliyev ‘'Dünyada sülh uğrunda" Professorlar Aka¬demiyasının Beynəlxalq Dinlərarası Dialoq Komitəsinin üzvüdür, 18 kitabın 250-dən artıq elmi məqalənin müəllifidir. Onun bir sıra kitabları ingilis dilinə tərcümə olunub onlardan biri – “Hakimiyyət, cəmiyyət din” ABŞ-da 2013-cü ildə nəşr olan kitablar müsabiqəsində "Qızıl möhürme¬dalına layiq görülüb. Belə bir şəxsin Heydər Əliyev haqqında söylədiyi fikirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

AYB-nin üzvü, yazıçı-publisist Rövşən Ağayev çıxışında Ümummilli Liderin elmə, təhsilə, mədəniyyətə, gənclərə qayğısından danışıb, görkəmli dövlət xadimi ilə bağlı xatirələrini bölüşüb. Çingiz Abdullayevin yaradıcılıq tərcümeyi-halından bəzi məlumatları da iştirakçıların nəzərinə çatdırıb.

Tədbirdə Heydər Əliyevə tarixi müraciət göndərən 91-lərdən biri olan ziyalıların nümayəndəsi,Qaradağ rayon İcra Hakimiyyətinin İctimai-siyasi məsələlər şöbəsinin müdiri Munis Bayramov çıxış edərək müstəqil dövlət quruculuğu dövründə mövcud olan çətinliklərdən, bu çətinliklərin aradan qaldırılmasında Ulu Öndərin xilaskar rolundan danışıb.

İnteraktiv şəraitdə keçən görüşdə tanınmış yazıçı Ç.Abdullayev digər qonaqlar iştirakçıları maraqlandıran sualları cavablandırıblar. Heydər Əliyevin həyatı fəaliyyəti il bağlı hazırlanmış videoçarx nümayiş olunub.

Görüşün sonunda Azərbaycan Yazıcılar Birliyinin birinci katibi Çingiz Abdullayevə professor Rafiq Əliyevə Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının Fəxri Fərmanları təqdim edilmişdir

 

R.Ağadədəbəyov

 

Ədəbiyyat qəzeti.- 2025.- 9 may, ¹16.- S.3.