"1998-ci ildə poeziyadan əl çəkdim.
1993-cü ildə şeir yazmağa başladım
və 5 il üzərində
işlədim. Təxminən
5 il.
Hər halda, bitdi.
Təəssüf ki, axırıncı
şeiri bitirdik və məsələni bağladıq"
"Ədəbiyyat qəzeti"
yazıçı-jurnalist Murat Menteşin şair, ssenarist Ah Muhsin Ünlü
ilə "Kılavuz"
jurnalında çap olunan müsahibəsini təqdim edir.
Murat Menteş: - Ah Muhsin Ünlü.
Bu sənin əsl adın ola bilməz, elə deyilmi?
Ah Muhsin Ünlü: - Muhsin mənim
oyuncaq pişiyimin adıdır. Məhəlləmizin
şirniyyatçısı Muhsin ustadan miras qalıb
ona da. Şeir yazmağa başlayandan sonra mənə ad lazım olduğunu
düşündüm.
M.M.: - Niyə?
A.M.Ü.:
- Bilmirəm, elə oldu.
M.M.: - Adınızın əvvəlində
"ah" var, bu abreviaturadır?
A.M.Ü.:
- Yox, o hissə heç də mürəkkəb deyil. Göründüyü kimi,
"ah"dır. Sadəcə,
"ah"dır. Bir nida
qırıntısı.
M.M.: -
"Gedirəm" kitabındakı
şeirlər 1993-1998-ci illər
arasında yazılıb.
İlk öncə bu parlaq şeirlərin yazılma macərasından
danışa bilərsinizmi?
A.M.Ü.:
- Təbii ki, mən şeir kitabı yazmağa başlamamışam.
Mən sadəcə şeir yazırdım. Kitabdakı şeirlərin
təxminən 75 faizini
tamamladıqdan sonra onları bir kitabda bir araya
gətirmək fikri yarandı. Bu məsələ
ilə bağlı heç bir hesablama aparmamışam.
Bir anda gördüm
ki, bitdi. İşin nə olduğunu və nəyə xidmət etdiyini sonradan gördüm. Bu mənada, mən pərvanə olmaqdan qaça bilmədim.
M.M.: -
"Gedirəm" əsərini
özünüz nəşr
etdiniz. Nə üçün bu səlahiyyəti nəşriyyata
verməmisiniz?
A.M.Ü.:
- Bir-iki yerə getdim, müxtəlif səbəblərdən fikir
vermədilər.
M.M.: - Səbəblər?
A.M.Ü.:
- Açığı, heç
bir nəşriyyat maraqlanmadı, şeirlərimə
də baxmadılar. Nəşriyyat binasının
iki qapısı var idi. Çöldə bir qapı, kiçik dəhlizdən sonra başqa bir qapı var idi və mən
o ikinci qapıdan belə keçə bilmədim. Yəni mən naşirin katibəsinə belə yaxınlaşa bilmədim.
Uzaqdan mənə dedilər ki, 2001-ci ilə
qədər şeir kitabı çıxmayacaq,
"əlvida" deyib
geri döndüm.
Sonra "Yeni Şafak" qəzetində
bir müsahibə gördüm. Bir nəşriyyat
sahibi hazırladıqları
şeir kitabı silsiləsindən danışarkən,
"Şeir kitabı
çıxarmaq risklidir,
amma gənc şairlərin kitablarını
qorxmadan çap edirik", - dedi. Ona görə də qalxdım və getdim. Onların sayəsində mənə
Bursada bir kişinin ünvanını
verdilər. Deyəsən,
həmin adam bu silsilənin buraxılışına rəhbərlik
edirdi, adını bilmirəm. Əslində,
kitab çıxarmaq üçün
çox da cəhd etməmişəm. Çünki
bu şeirlər onsuz da yaxşı idi və onsuz
da çıxacaqdı. Əslində,
baxın, biz indi bu şeylərdən danışırıq. Neçə
ildən sonra hardan-hara? Mən bunu bilirdim, daha təvazökar desək, hiss edirdim. Başqa bir nəşriyyat məmuru mənə dedi ki, "bu şeirlər orta şeir zövqünə uyğun
deyil". Məncə,
o, bu şeirləri biabırçılıq hesab
edirdi.
M.M.: - Yəni dedi ki, sən orta səviyyəyə
çata bilmirsən?
A.M.Ü.:
- Anladığım qədər,
demək istəyirdi
ki, bu şeirlərin yer aldığı kitabı oxucu qarşısında müdafiə
etmək olmaz. Deməli, biri gəlib desə ki, "bunlar nədir, belə bir kitabı
necə çap edirsən?". Cavab verə bilməyəcəyik
deyə, öncədən
çap etməməyi
üstün tuturuq.
M.M.: - Kitabınızı da özünüz
nəşr etdirdiniz.
A.M.Ü.:
- Düzdür. İndi eyvanda
çürüyürlər.
M.M.: - Vay. Bəs kitabı
almaq istəyənlər?..
A.M.Ü.:
- Tapmırlar, hardan
tapa bilərlər ki?!
M.M.: - Bəlkə sizinlə əlaqə saxlamaq istəyən oldu?
A.M.Ü.:
- Mənlə əlaqə
saxlamaq üçün
əllərindən gələni
edəcəklərini düşünmürəm.
Mən bilmirəm. Ola
bilsin ki, yaxşı bir nəşriyyat kitabı alıb çap etmək istəyər, pulu bölə bilərik.
M.M.: - Şeirlərinizdə faciə
və yumor var.
A.M.Ü.:
- Bir dostum mənim şeirlərimi oxuyub-oxuyub
gülür, amma necə də qəhqəhələrlə gülür.
Düzünü desəm,
çox pis oluram. Halbuki komediya poeziyası deyilən bir şey yoxdur. Faciənin ürəkdən
açılması yumoru
ortaya qoyur. Sırf yumor xatirinə ifadə edilə bilməz; ifadə çox ahəngdar və güclüdürsə, yumora
nail olmaq olar.
M.M.: - Sizcə, faciə kimə aiddir? Şairə, dövrə,
cəmiyyətə?
A.M.Ü.:
- Allahın baş verməsini planlaşdırdığı
bütün işlər
bir insanın təkbaşına edə
biləcəyi çox
çətin işlərdir.
Hər şey, hətta ən kiçik gündəlik həyat fəaliyyətləri
belə...
M.M.: - Məsələn?
A.M.Ü.:
- Su içirsən, nəfəs borusuna getmir. Orada faciəvi
potensial var. Bu qavrayış
məsələsidir. Mən
bu haqda daha çox Nitsşenin faciəsi baxımından düşünürəm.
Yəni insan öz istəkləri ilə dünya istəkləri arasında
qalmamalıdır. Allahın
iradəsi ilə sənin nəfsin çatışdığı zaman faciə baş verir. Yəni pulun az olsa
da, mikroavtobus əvəzinə
taksiyə minmək istəyirsən, sənin üçün necə acınacaqlı vəziyyətdi.
Nəfsinlə üz-üzə
gəldiyin an faciəvidir.
Sizdən ayrı bir nəfsiniz var, sizdən ayrı bir siz var. Ürək
var, ağıl var. İbn Ərəbi
bunları izah edir, lakin çox
mürəkkəbdir. İki
şeyi edə bilərsiniz: 1. Nəfsinizə
təslim olmaq, 2. Allahın köməyi ilə nəfsinizin tələblərinə qalib
gəlmək. Eqonuza qarşı nə qədər güclü hərəkətlər edə
bilsəniz, bir o qədər yumor ortaya çıxacaq. Anladığım budur.
M.M.: - Mənə elə gəlir ki, yumor eqoya qarşı yer qazandıqda ortaya çıxan şeylərdən yalnız
biridir, başqa qazanclar da olmalıdır.
A.M.Ü.:
- Təşəkkür edirəm,
təbii ki.
M.M.: - Poeziya macəranız necə başladı?
A.M.Ü.:
- Mən bunu tək-tək izah edim. Biz Eskişehirdə tələbə idik. Xalqla Əlaqələr Universitetinin Reklam fakültəsində oxumuşam.
Biz orada dəli olduq: "Gəlin, film çəkək, film çəkək..."
Nə olur-olsun, təki film çəkək.
İstanbula gedib birtəhər məskunlaşmalı
olduq. 1997-ci ilin yayında 3-4 dostla gəldik və burada kiçik bir reklam agentliyi
qurduq: sonuncu agentlik. so-nacans. Hər şeyin çox asan olacağını düşündük.
Pul gələcəkdi,
pulla film çəkəcəkdik.
Nəinki pul gəlməyi, pul getməyə və bitməyə başladı.
1997-ci ilin qışında
biz çarəsiz şəkildə
televiziya ssenariləri
ilə məşğul
olduq. Bu arada mən özümü şeir yazmağa məcbur edirdim. Amma sonra peşəkar həyat sıxmağa başladı və biz az qala televiziya
ssenaristi olmaq həddinə çatmışdıq.
İndi seçim etməliydim.
Televiziya üçün
ssenari yazmaq, eyni zamanda şeir
yazmaq mümkün deyildi. Olmadı, olmayıb, olmayacaq. Bu edilir, amma güman
edirəm ki, yaxşı
olmur. İzah edə bilərəmmi? Bir
çox insan peşəkar reklam və ya televiziya
yazıçısı kimi
işləyir, həm
də şeir yazır. Bu ikisinin bir yerdə olması mümkün deyildi. 1998-ci ildə poeziyadan əl çəkdim. 1993-cü ildə
şeir yazmağa başladım və 5 il üzərində işlədim.
Təxminən 5 il. Hər
halda, bitdi. Təəssüf ki, axırıncı
şeiri bitirdik və məsələni bağladıq. Beləliklə,
Ah Muhsin Ünlü adlı
dostun poeziya macərası, ya fasilə verdi, ya da sona çatdı.
M.M.: - Bundan sonra şeirlərinizi
Ah Muhsin Ünlünün imzası
ilə dərc etməyəcəksiniz?
A.M.Ü.:
- Çox vacibdirmi? Belə gözəl şeirlər yazırıq
ki, bəlkə bir də şans verilər. Televiziya insan orqanizminin öhdəsindən gələ
bilmədiyi bir şeydir. Bu işləmir,
işləmir, mən
bunu edə bilmirəm; onların istədiklərini yaza bilmirəm. Yeri gəlmişkən, bunu qeyd edim: Ah, Muhsin Ünlü adını şeirlərlə yanaşı,
şeirlə maraqlanan,
lakin istedadı olmayan varlı insana münasib qiymətə sata bilərəm. Düzünü
deyirəm. Mən heç vaxt görünməmişəm.
M.M.: - Ah
Muhsin Ünlü kimi bir şair daha?
A.M.Ü.:
- Əlbəttə, olacaq,
niyə də yox?
M.M.: - İndiki poeziya mühitini necə qiymətləndirirsiniz?
A.M.Ü.:
- Mən şeir yazanda jurnallarda şeir yazan insanlar var idi. Mənimlə eyni vaxtda şeir yazırdılar. Düşünürdüm:
burada qəribə bir şey var. Ya səhv edirəm,
ya da... Yazılan şeir nə maarifləndirici, nə də türk poeziyasını hərəkətə
gətirəcək deyildi.
Amma yox, səhv etmirdim, mümkün qədər şiddətli
şeir yazırdım.
Mənim prinsipim bu idi. Güclü
şeir yazmağa çalışırdım və
şeirimin vəziyyətindən
xəbərdar idim. Nə yazırsan?
M.M.: - Şeir çevrələrindən
uzaq qalmısınız,
niyə?
A.M.Ü.:
- Şeiri yanlış
yerdən anlayırlar,
özünə şair
deyənlər bunu ciddi dramatik insan vəziyyəti kimi qəbul edirlər. Şeirin bütün sevincli tərəflərini ört-basdır
edirlər. Özlərini
ciddiyə almağa çalışdıqları üçün
onu küsdürürlər.
Bu, həyati təhlükə
yaradır. Vəziyyət
getdikcə pisləşir.
Şeir yazmaq üçün inanılmaz
ağrılar çəkib,
böyük şeylər
dərk etmək lazımdır; daha pisi odur ki, onlar
əziyyət çəkdiklərini
və həqiqəti gördüklərini düşünürlər.
Budur, yazdılar. Yazdılar və belə oldu.
M.M.: - Bəs sən? Yazmağa davam edəcəksən?
A.M.Ü.:
- Kim istəməz ki?! İstəyirəm.
M.M.: - Son
olaraq nə deyəcəksən?
A.M.Ü.:
- Kaş mən hələ şeirlə dolu olanda görüşəydik.
Ah
Muhsin Ünlü
Müsahibəni
apardı:
Murat
Menteş
Tərcümə
etdi:
Malik
ATİLAY
Ədəbiyyat
qəzeti.- 2025.- 9 may, ¹16.- S.32.